Ekstremal idman turizmi



Yüklə 72,15 Kb.
səhifə7/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

BASE-jumping(Building (bina), Antenna (antenna), Span (arakəsmə), Earth (yer))idman növünə müraciət edən idmançılara, öz sevdikləri işlə - paraşütlə tullanmaqla məşğul olmaq üçün təyyarə və ya digər uçan texnika tələb olunmur. Bu idmançılar adətən liftlə, çox halda isə öz əlləri, ayaqları və alpinizm avadanlığı ilə kifayətənirlər. İdmançı-beyser hər hansı binanın (göydələnlər üstünlük təşkil edir), teleqüllənin, dağın və qayanın üzərinə çıxaraq ordan tullanış həyata keçirir. Hətta bu növün entuziastları belə bu növün hətta ekstremal idman növləri fonunda kifayət qədər təhlükəli olduğunu qeyd edirlər.
Hava şarlarında uçuşlar sadə insanlara bir çox ölkələrdə keçirilən müxtəlif festivallarda əlçatan hesab olunur. Hava şarlarında uçuşların məsafəsi küləyin gücündən daha çox asılıdır. Küləyin orta sürəti zamanı bu məsafə 20-30 km təşkil edə bilər. Hava şarının enmə yeri də tamamilə meteoşəraitdən asılı olur.
Paraplanerizm (Yamac paraşütü) yumşaq qanadlı planer olub, qanadı hava axını hesabına hava tutucuları ilə şişən uçuş aparatıdır. Qaldırıcı qüvvə qanad profilinin qarşıdan gələn havanı bürüməsi hesabına yaranır. Paraplanın irəli hərəkəti ağırlıq gücünün təsiri nəticəsində baş verir.Maili və yüksək bir təpəyə açıq olaraq sərilən paraplan pilotun qaçmağa başlaması ilə hava ilə dolur və pilotla birlikdə havaya qalxır. Uçuşların müddəti istifadə edilən vəsaitin növü və pilotun təcrübəsilə əlaqədar olaraq kilometrlərlə və ya saatlarla davam edə bilər. Tək adam ola biləcəyi kimi iki nəfərlik (tandem) qanadları da vardır.Paraşütdən fərqli olaraq paraplanerizm hava axınlarından istifadə etməklə qanadlar vasitəsilə əsl uçuşdur.Hündürlüyün seçilməsi zamanı pilotlar termiki və dinamik hava axınlarından istifadə edirlər.
İlk sınağı 1940-cı illərdə edilən paraplan günümüzə qədər bir çox dəyişikliyə uğramışdır ki, uçuş müddəti və təhlükəsizliyini artıran struktur inkişaf etmiştir.İlk paraplan sərbəst tullanma paraşütünə bənzəyirdi. Azərbaycanda Paraplanerçilik 2012-ci ildən etibarən inkişaf etməyə başlamışdır.2013-ci ildə Fairex (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) dəstəyi ilə beynəlxalq paraplanerçilik festivalı keçirilmişdir.Azərbaycanda 2014-ci ildən bəri 31 may paraplanerçilər günü kimi qeyd olunur.
Paraseylinq (ing. Раrаsailing: paraşüt + yelkənin altında üzmə) istirahətin aktiv növüdür. Burada insan uzun qaytanın köməyi ilə hərəkət edən nəqliyyat vasitəsinə bərkidilir(adətən motorlu qayığa) və xüsusi paraşütün sayəsində havada süzür. Əgər TV mühərriki lazımınca güclüdürsə o zaman paraşütün altında eyni zamanda 2-3 nəfər ola bilər. Paraseylinq bir çox dünya kurortlarında məşhur əyləncə növlərindən sayılır. Kanat bərkidilməsində ilk paraşütü Pyer Marsel 1961-ci ildə hazırlamışdır. 1971-ci ildə isə Brian Qaskin Waterbird («Su quşu») adı altında ilk paraseyli (parasailinq üçün xüsusi paraşüt) icad etmişdir.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə