Ekstremal idman turizmi


Ekstremal turizmin yerüstü növləri



Yüklə 72,15 Kb.
səhifə4/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Ekstremal turizmin yerüstü növləri. Mauntinbaykinq get-gedə daha populyarlaşan idman növlərindən biridir. Populyarlığına baxmayaraq bu növ kifayət qədər bahalı hesab olunu, belə ki, yeni başlayanlar üçün velosipedlərin qiyməti təxminən 300-500 ABŞ dolları arasında dəyişə bilər. Arxa amortizatorlu professional dağ velosipedlərinin qiyməti 10000 ABŞ dollarına qədər ola bilər. Bundan əlavə avadanlıq və müxtəlif ehtiyyat hissələrinə də müəyyən qədər vəsait xərcləmək lazım olacaq ki, bu da təxminən 800 ABŞ dollarına başa gələcək. Bu məbləğ – yeni başlayanlar üçündür, professional bayker daha çox pul xərcləyir.
Mauntinbaykinq ekstremal idman növü kimi populyarlığı hələ XX əsrin 90-cı illərində Avropa ölkələrində qazanmışdır. Hal-hazırda mauntinbaykinqlə məşğuı olmaq üçün ilkin mərhələdə şosse velosipedindən istifadə olunur. Bu velosiped daha ucuz başa gəldiyinə görə öyrənmək üçün daha çox məsləhət görünür. Daha təcrübəli idmançılar artıq bilavasitə dağ velosipedindən istifadə edir. Dağ velosipedləri sürətinə görə şosse velosipedlərindən geri qalsalar da, çətin relyefdə əvəzolunmaz olub, daha baha başa gəlir.
Mauntinbaykinqin iki əsas istiqaməti fərqləndirilir: daunhilltrial. Daunhill daha çətin və ekzotik olub dağlardan sürətli enişdir. Bu növlə məşğul olmaq üçün çılpaq yamaclı qayalar və ya bulaq, çay, daş və odun qalaqlarından ibarət olan xüsusi marşrutlar seçilir. Daunhilldən əlavə gənclər arasında mauntinbaykinqin trial növü də son illər populyarlıq qazanmağa başlamışdır. Bu zaman idmançılar beton plitələri və metal qırıntılarından xüsusi konstruksiyalar hazırlayaraq, onlar üzərində müxtəlif fəndlər yerinə yetirirlər. Daunhill və trial ən travmatik idman növlərindən hesab olunur.
Speleoturizm mağaralara həyata keçirilən səyahətlərdir. Speleoturizmlə məşğul olmaq üçün ciddi fiziki, texniki və psixoloji hazırlığa malik olmaq lazımdır.
Spelestologiya turizmlə elmin qarşılıqlı əlaqəsi оlub, süni, antropogen mənşəli mağaralara həyata keçirilən turizm növüdür. Geniş anlamda spelestologiya süni yeraltı qurğular haqqında elmdir. Bu növə müraciət edən turistlər yeraltı şəhər strukturlarını, kanalizasiya sistemlərini, katakombalara səyahət edirlər.
Х-yarışlar xüsusi idman növüdür ki, onunla məşğul olan turistlər fiziki baxımdan o qədər yaxşı hazırlıqlı olur ki, eyni zamanda qayalara dırmanmağı, at belində çapmağı, çay boyu kayak və bərələrdə səyahət etməyi, dağ velosipedi sürməyi və kəndir vasitəsilə şəlalələr boyu düşməyi bacarırlar. Bu insanlar müxtəlif komandalarda birləşərək 300-400 km-ə qədər məsafələri bacardıqları qədər sürətli keçmək məqsədi güdürlər. Buna bəzən multiidman və ya ekstremal (bəzən də macəra) yarışlar adı da verirlər. Dünya ölkələrində il ərzində təxminən 200 belə yarış keçirilir. Buna misal olaraq, Böyük Britaniya Birləşmiş Krallığı və şimali İrlandiya ekstremal yarışlar Assosiasiyası tərəfindən təşkil olunan iri yarışları göstərmək olar.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə