Ekstremal idman turizmi



Yüklə 72,15 Kb.
səhifə2/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Su xizəyi aktiv idman növləri içərisində ən məhşurlarındandır. Bu xizəklər dağ və qaçış xizəklərinin layiqli əvəzedicisi hesab olunur. Su xizəkləri ilk dəfə 1922-ci ildə Minnesota ştatının sakini, amerikalı Ralf Samuelson tərəfindən icad olunmuşdur. O, ilk dəfə olaraq, adi qış xizəyi ilə eksperiment apararaq, onları su üzərində istifadə etmək qərarına gəlir. O, iki enli küknar taxtasına bərkidici birləşdirərək onları ilk dəfə Leyk-Siti gölündə sınaqdan keçirilmişdir. Daha sonra 1925-ci ildə daha bir amerikalı Fred Uoller, 1928-ci ildə isə Don İbsen də bir-birlərindən xəbərsiz su xizəkləri icad etmişlər. Bu idman növü sürətlə inkişaf etmiş və o qədər populyarlaşmışdır ki, 1998-ci ildə Yunanıstanın Olimpiya komitəsi su xizəklərini 2004-cü il Afinada keçirilən Olimpiya oyunları proqramına daxil etməyi məsləhət görmüşdür. Lakin BOK bu barədə qərarı qəbul etmədi.
İlk əvvəl su xizəklərinin taxtadan hazırlanmasına baxmayaraq, hal-hazırda onlar yüngüllüyü və daha yaxşı sürüşməni təmin etmək məqsədilə köpükləndirilmiş plastik – penopoliuretandan hazırlanır (buna baxmayaraq, bəzi istirahət baza və kirayə məntəqələrində hələ də taxta xizəklərə rast gəlmək olar). Su xizəyi ilə məşğul olmaq üçün 4 əsas tərkib hissə lazımdır: su xizəyi, xilasedici jilet, əlcəklər və hidrokostyum. Xizəklərin qiyməti 120-1000 ABŞ dolları arasında dəyişir, digər avadanlığın (hidrokostyum, əlcək, xilasedici jilet) qiyməti də təxminən 150 ABŞ dollarına bərabərdir.
Sörfinq qeyri-sürüşkən səthə malik olan plastik oval taxta üzərində üzmədir. Sörfinqin yaranması sonradan vinsörfinqin formalaşmasına gətirib çıxarmışdır. Sürətli külək olduğu halda sörfinq taxtası üzərində 10-12 m/san sürət yığmaq mümkündür. Bu gün üçün rekord 70 km/s.-dan artıq təşkil edir.
Sörfinqin müxtəlif növləri vardır:

  • Uzun taxtalarda (3m.-ə yaxın) sörfinq – uzun taxta daha tarazlıdır, lakin döndürülməsi daha çətindir və buna görə də onlardan adətən yeni başlayanlar istifadə edir.

  • Qısataxtalarda (180 sm.-ə qədər)sörfinq–qısataxtadahayüngüldürvədaharahatdönür.

  • Tow-in-sörfinq –taxtalar,yıxılmamaq üçün xüsusi ilmələrlə təhciz olunmuşdur. Belə ki, böyük dalğalar olarkən və küləkli havada sörfer havada çoxlu vaxt keçirir. İdmançını dalğa üzərindən çıxarmaq üçün dartıcı qüvvədən, məsələn, su motosikletindən istifadə olunur. Dartıcı qüvvə ona görə istifadə olunur ki, dalğaların sürətinin çox böyük olması demək olar ki, dalğanı müstəqil şəkildə tutmaq imkanını azaldır;

  • Bodibordinq –qısa yumşaq taxta üzərində uzanıqlı şəkildə həyata keçirilən sörfinqdir;

  • Bodisörfinq –sörfinq ayaqda qısa lastlar və əldə başı yuxarı qaldırmaq imkanı verən əlcək, uzanıqlı şəkildə həyata keçirilir.

Sörfinqin hələ eramızdan əvvə cənub yarımkürəsi dənizlərində (xüsusilə Sakit Okean) həyata keçirildiyi güman edilir.Polineziya sakinləri olan dənizçilər sahilə qayıtmaq üçün məcburi olaraq sörfinqdən istifadə edirdilər. Sörfinqin bu ilk forması geniş bir taxta ilə həyata keçirilirdi. Ceyms Kuk Taiti və Oahuya çatanda (1777-78) uzun bir taxta kano istifadə edərək əyləncəyə yönəlmiş sörfinqlə məşğul olanları gördüyünü bildirirdi. Avropalı missionerlər sörfinqin əxlaqa zidd olduğunu söyləmiş və bu səbəblə də 1821-ci ildə qadağan etmişdilər.
Havay adalarından olan məşhur üzgüçü Duke Paoa Kahanamoku Vaykikidə ilk sörfinq klubunu 1920-ci ildə qurmuşdur və sörfinq rəsmi bir idman növünə çevrilmişdir. Kahanamokunun 1968-ci ildə ölümündən əvvəl bu idman dünya miqyasında yayılmış və beynəlxalq sörfinq yarışları keçirməyə başlamışdır. İlk sörfinq taxtaları çox böyük olub, 70 kq-a qədər çəkiyə malik olmuşlar. Hal-hazırda sörfinq taxtalarının çəkisi əsasən 1 kiloqramdan yüngül olur.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə