Ekstremal idman turizmi


Ekstremal turizmin hava növləri



Yüklə 72,15 Kb.
səhifə6/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Ekstremal turizmin hava növləri. Paraşütlə tullanma idman turizminin kifayət qədər təhlükəli növü hesab olunur və aşağıda sadalanan istiqamətlərin hər biri ciddi hazırklıq tələb edir. Paraşüt – bir obyektin atmosferə açıq bir mühitdə havanın qaldırma qüvvəsindən istifadə edərək yavaşca enməsini təmin edən vəsaitdir. B.e. 810-887-ci illər arasında yaşayan ərəb ixtiraçısı Abbas Qasım İbn Firnasın İspaniyanın Kordoba vilayətində paraşütə bənzər bir alətdən istifadə tarixi qeydlərdə mövcuddur. Çində də paraşütün ilk nümunələri istifadə edilmişdir. Leonardo Da Vinçinin paraşütlə əlaqədar şəkilləri mövcuddur.
Paraşütlə tullanmanın bir neçə istiqaməti mövcuddur. Klassik paraşütlə tullanmaiki tapşırığı özündə birləşdirir. Birincisi, dəqiqliyə görə tullanmalar: burada əsas məqsəd 3 sm ölçüyə malik olan hədəfə dəqiqliklə enmədir. İkincisi, sərbəst tullanış zamanı fiqur kompleksinin həyata keçirilməsidir. Bütün yarışlar vaxt məhdudiyyətinə malikdir. Bu idman növü çox konservativ olub, demək olar ki, uzun illərdir heç bir dəyişikliklərə uğramır və uzun müddət cilalanmış peşəkarlıq tələb edir. Qrupşəkilli akrobatika bir neçə paraşütçüdən ibarət olan komanda tərəfindən maksimal sayda müxtəlif fiqurların yaradılmasını özündə birləşdirir. Komanda heyətində paraşütçülərin klassik sayı 4 və ya 8 nəfərdir. Bundan əlavə 16 nəfərdən ibarət komandalar da mövcuddur. 4 nəfərdən ibarət qrup tullanış zamanı 30-a qədər fiqur yarada bilər. Gümbəzşəkilli akrobatikaartıq açılmış vəziyyətdə olan paraşüt gümbəzlərivasitəsilə fiqurların yaradılmasından ibarətdir. Məhz paraşüt idmanının digər növlərindən, əsas fəaliyyətin paraşütün açılmasından sonra həyata keçirilməsi (dəqiqliyə görə enmələr istisna) ilə də fərqlənir. Gümbəzşəkilli akrobatika fiqurları həyata keçirilərkən, paraşütlər digər idmançıların paraşütləri ilə bilavasitə əlaqəyə girir və bu da paraşütlərin bir-birinə ilişməsinə gətirib çıxarır. Ona görə də bu idman növü ilə məşğul olan idmançılara xüsusi avadanlıq tələb olunur. Bütün fiqurlar yaradıldıqdan sonra paraşütçülərin bir-birindən ayrılma və enməyə başlama məqamı gəlib çatır. Bu tapşırığın ən mürəkkəb və təhlükəli hissəsi hesab olunur. Əgər gümbəzlər bir-birinə ilişirsə, hətta gümbəzin ayrılma kilidlərinin işə salınması belə gümbəzləri bir-birindən ayıra bilmir. Bu vəziyyətdə əlavə paraşütün açılması da kifayət qədər təhlükəlidir. Bu, gümbəzşəkilli akrobatikanı paraşüt idman növləri arasında ən təhlükəlilərdən biri edir. Fristayl paraşüt idmanının nisbətən gənc növü olub, XXI əsrdə yaranmışdır. Onun əsas məğzini idmançı tərəfindən sərbəst düşmə zamanı müxtəlif fiqurların yaradılması təşkil edir. Burada paraşütçü tərəfindən həyata keçirilən fəndlərin gözəlliyi və mürəkkəbliyi və eləcə də havada çəkiliş həyata keçirən hava operatorunun məharəti nəzərə alınır.
Fristayl paraşütlə tullanmanın nisbətən gənc növü olub, təxminən XXI əsrin əvvəllərində meydana gəlmişdir. Fristaylın əsas məqsədi idmançının sərbəst uçuş şəraitindəmüxtəlif fiqurlar göstərməsidir. Bu zaman idmançının özündən əlavə operator da iştirak edib bütün fiqurları kameraya çəkir. Sonradan uçuşun ilk anları münsiflər tərəfindən qiymətləndirilir.
Skaysörfinq sərbəst uçuş zamanı xizək üzərində müxtəlif fiqurların yerinə yetirilməsidir. Xizəkçinin aerodinamikası uçuş zamanı xizəyin aerodinamikasında kəskin fərqləndiyinə görə bu tamamilə fərqli idman növü hesab olunur. Bütün elementlər sərbəst uçuş vəziyyətində həyata keçirildiyinə görə tullanışın qiymətləndirilməsi üçün hava operatoruna ehtiyac vardır, belə ki, münsiflər heyəti qiymətləndirməni videoyazı əsasında həyata keçirir. Beləliklə, komanda 2 nəfərdən – idmançı-xizəkçi və idman operatorundan ibarət olur. Qiymətləndirmə zamanı yalnış tullanışın ilk 50 saniyəsi nəzərə alınır. Bu zaman fiqurların yerinə yetirilmə peşəkarlığı və artistizm və eyni zamanda operator işinin keyfiyyəti nəzərə alınır.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə