Ekstremal idman turizmi



Yüklə 72,15 Kb.
səhifə3/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Vindsörfinq yelkənli idman növlərinə aid olub, tarazlıq üçün qeyri-sürüşkən səthə malik olan plastik oval taxta üzərində yerdəyişmədir. Bundan əlavə vindsörf taxtasının aşağı korpusuna üzgüc-stabilizator birləşdirilir və taxtaya birləşdirilən kiçik yelkənə malik olur. Bu idman növü təxminən 1968-ci ildə ABŞ-da meydana gəlmişdir. İdman növü ilə məşğul olmaq üçün tələb olunan avadanlığın qiyməti kifayət qədər bahadır. Dəst şəkildə vindsörf – 1000 ABŞ dolları, əlavə yelkən dəsti (dirək, qik, yelkən) – 500 ABŞ dolları, hidrokostyum – 200 ABŞ dolları: cəmi 1700 ABŞ dollarına başa gəlir.
Kayakinq su turizm növünün ən sürətlə inkişaf edən növlərindən biridir. Kayakinqlə həm tək halda həm də neçə nəfərlik kayaklardan istifadə etməklə məşğul olmaq mümkündür. Bu turizm növü kifayət qədər baha hesab olunur, belə ki, bu növlə məşğul olmaq üçün tələb olunan avadanlığın orta hesabla qiyməti 3000$ ABŞ dollarına başa gələcək.
Müasir kayakinqdə 3 əsas istiqamət inkişaf edir – avarlı slalom, rodeoaxım. Slalom kayakı və suyu hiss edərək kayak üzərində manevr etmək bacarığına əsaslanır. Rodeo, slalomdan fərqli olaraq yalnız yüksək səviyyəli texnikası ilə seçilmir, eyni zamanda rəqabətin tərkib hissəsidir. Kayak üzərində fristayl çay relyefinin fərqli xüsusiyyətlərindən istifadə edərək müxtəlif fəndlərin yerinə yetirilməsidir. Kayakçının avadanlığının tərkibinə: kayak, baş dəbilqəsi, qoruyucu jilet, ətək (suyun kayaka daxil olmasının qarşısını alır), rezindən hazırlanmış yüngül ayaqqabılar və avar daxildir.
Raftinq kanoe və ya xüsusi bərələr vasitəsilə dağ çayı üzrə maraqlı və çox vaxt sürətli enişdir. Raftinq turlar içərisində ən çox müraciət olunan və hətta ən gənc turistlər üçün belə təhlükəsiz ola bilən turizm növüdür. Son illər bu turizm növü ekstremal istirahət xoşlayan turistlər tərəfindən o qədər marağa səbəb olomuşdur ki, bu turizm növü üçün yararlı hesab edilən çayların əksəriyyəti turistlər tərəfindən mənimsənilmişdir. Hal-hazırda turizm şirkətləri dünyanın istənilən nöqtəsinə raftinq-turlar təşkil edir.
Flaybordinq (ing. dilindən tərcümədə fly – uçuş, board – taxta)həyatı boyu uçmağı öyrənmək istəyən insanlar üçün ideal idman növüdür. Lakin bu fəaliyyət növü tərkibində bunu bərk səth üzərində deyil, su səthi üzərində həyata keçirmək tələb olunur. Bunun üçün idmançı-flayborçular xüsusi su körükçüsünə (hava mühərriki), suyun ötürülməsi üçün şlanqa və reaktiv su botinkalarına malik olmalıdırlar. İki əl stabilizatoru su şırnağının gücünü tənzimləyir və uçuşa nəzarət edir. Nəticədə flayborder su üzərindən 10-15 m yüksəkliyə qalxaraq, müxtəlif fəndlər yetirərək uçmaq imkanı verir. Bundan əlavə xüsusi şou-proqramlar mövcuddur ki, onların keçirilməsi zamanı xüsusi təlim almış idmançı-flaybordçular su üzərində müxtəlif bacarıqlarını nümayiş etdirirlər.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə