Ekstremal idman turizmi



Yüklə 72,15 Kb.
səhifə8/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Paramotor (Motoparaplan) onu havaya qaldıran və səmada saxlaya bilən güc - qurğulu paraplandır. O paraplanın havada normal uçuşunu təmin etməli və paraplanın təyin olunmuş həddləri daxilində olmalıdır. Güc qurğusunun arxaya bağlanan hava pəri horizontal meydançadan uçuş üçün dartıcı qüvvə yaradır. Bir tərəfdən belə qurğu həm mürəkkəb, həm də ağırdır və dəyəri adi paraplandan daha qiymətlidir, lakin digər tərəfdən isə yüksələn hava axınından asılı olmaqdan qurtaracaqsınız. Siz külək və hava axınının apardığı yerə yox, istədiyiniz yerə uça biləcəksiniz.
Deltaplanerizm dünyada get-gedə məhşurlaşan idman növləri sırasına daxildir. Bu gün dünyada təxminən 100 minəyaxın deltaplanerist vardır ki, onların da sayı get-gedə artır. Müasir aparatlar kifayət qədər dayanıqlı, möhkəm olduğuna görə onlarda uçuşlar yalnız hava şəraiti və pilotun təcrübəsi ilə əlaqədar olaraq məhdudlaşdırıla bilər.
Ekstremal turizmin ekzotik növləri. Kosmik turizm, yəni Yer orbitinə səyahət – ekstremal turizmin ən bahalı və ekzotik növü hesab olunur. Hələ ki, kosmik turistlərin sayı kifayət qədər azdır. İlk kosmik turistlər ABŞ millioneri Dennis Tito və CAR vətəndaşı Mark Şattlvort olmuşlar. Onların hər biri Beynəlxalq kosmik stansiyada bir həftəlik uçuşa görə 20 mln. ABŞ dolları ödəmişdilər.
Kosmik səyahətə olan maraqların çoxalması turoperatorların bu sahədə ciddi fəaliyyət göstərməsinə səbəb olmuşdur. Yaponiya Aeronavtika Assosiasiyası kosmik turizmin inkişaf problemlərinə dair tədqiqat qrupu yaratmışdır ki, bu tədqiqat qrupunun işində də elmi və ticarət təşkilatlarının 40-dan çox nümayəndələri iştirak etmişdir. Yaponlar dəfələrlə istifadə üçün turist raketinin konsepsiyasını hazırlayıblar. Belə ki, turist raketi – göyərtəsində 45-50 nəfər turist olmaqla 3 saatlıq kosmik uçuş reallaşdıracaq. Hər bir turist üçün bu uçuş 25 min ABŞ dollarına başa gələcəkdir. Yaponlar kosmosda turizm kompleksi (mehmanxana və müxtəlif mərkəzlər) yaratmaq fikrindədirlər.
Buzaltı balıqovu da ekstremal idman turizminə aiddir. Su anbarları, körfəzlər və iri göllərdə qış dövründə buzaltı balıqtutma təhlükəsi macəra sayılır. Buzaltı balıqovu həvəskarlarının sayı mln.-dan çoxdur və bu fəaliyyət qış dövründə turist firmaları tərəfindən təşkil olunur. Lakin özfəaliyyət formasında buzaltı balıqovu da geniş yayılmışdır. Özfəaliyyət formasında buzaltı balıqovu ciddi qadağalara məruz qalsa da, bəzi ekstremal-balıqçılar öz şəxsi minik avtomobillərində buz örtüyünə gəlirlər.
Buzun sınması isə ekstremal-balıqçılar üçün ciddi təhlükə doğurur. Hətta onların kütləvi şəkildə həlak olması müşahidə olunur. Ekstremal-balıqçıların köməyinə çatmaq hava şəraitindən asılı olaraq çətindir. Xilasetmə işlərində Fövqaladə Hallar Nazirliyinin vertolyotları, buzqıran gəmiləri iştirak edir. Məsələn, 2005-ci ilin dekabrın sonlarında Ladoqa gölündə Knyajeno qəsəbəsinin (Leninqrad rayonunun Volxov rayonu) yaxınlığında 3 buz örtüyünın qırılması nəticəsində ekstremal-balıqçılar və 20 avtomobil qəzaya uğrayır. Xilasedicilər 2 buzqırılmağa çatıb bəzi balıqçılara kömək etmişlər. 3-cüyə isə çatmaq qeyri-mümkün olmuşdur. Belə hadisələr demək olar ki, hər il davam edir. Onlarla mübarizə aparmaq üçün yüksək cərimələrin tətbiqi həyata keçirilməlidir.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə