Ekstremal idman turizmi


Ekstremal turizmin dağ növləri



Yüklə 72,15 Kb.
səhifə5/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Ekstremal turizmin dağ növləri. Alpinizmən ekstremal istirahət növlərindən biri hesab olunur. Bu gün alpinizm artıq sürətlə inkişaf edən və məhşurlaşan bir sənayeyə çevrilmişdir. Alpinizmin əsasının qoyulması həkim Mişel Qabriel Pakkardın və dağ bələdçisi Jak Balmın adı ilə bağlıdır. Onlar 1786-cı il avqustun 8-də dünyada ilk dəfə olaraq, Alp dağlarının ən uca nöqtəsinə - dəniz səviyyəsindən 4.810 metr yüksəklikdə yerləşən Monblan zirvəsinə qalxıblar.Bir qayda olaraq bu idman növü ilə məşğul olmaq və arzulanan zirvəni minimum itkilərlə fəth etmək üçün yay mövsümü seçilir. Lakin bəzi həyəcansevərlər qışda da alpinizmlə məşğul olurlar, mürəkkəb hava şəraiti və qar uçqunları isə səyahətə daha da həyəcan qatır. Bu cür insanlar dağlara özlərini sınamaq, risk etmək və maneələri dəf edərək zirvəyə qalxmaq üçün səyahət edirlər.
Alpinizm avadanlığı kifayət qədər baha başa gəlir. Belə ki, keyfiyyətli avadanlığın tam dəsti ekstremal turistə 1500-2000 ABŞ dollarına başa gələcək. Lakin hal-hazırda həmin avadanlığı kirayə götürmək də mümkündür, bu halda onun qiyməti 10 günlük tur üçün təxminən 200 ABŞ dollarına bərabər olacaq.
Dağ xizəyi aktiv istirahətin ən qədim növlərindən biridir. İllər ötdükcə dağ xizəklərində sürüşmək istəyənlərin sayı sürətlə artmışdır. Onu da qeyd etmək lazımdır ki, dağ-xizəkçilik servisi bu gün 10 il bundan əvvəlkinə nisbətən daha keyfiyyətli və rəngarəngdir. Demək olar ki, hər bir dağ-xizəkçilik kurortunda həm professionallar, həm də yeni başlayanlar üçün nəzərdə tutulmuş yamaclar mövcuddur. Dağ-xizəkçilik avadanlığı: xizəklər, bərkidicilər, dirəklər, botinkalar, geyim dəsti, dəbilqə, maska, əlcəklər orta hesabla 700-800 ABŞ dollarına, kirayəsi isə təxminən gündəlik 30-40 ABŞ dollarına başa gələcək.
Snoubordinq xüsusi təhciz olunmuş taxta üzərində dağ yamaclarından enmədir. Bu növ, dağ-xizəkçiliyinə nisbətən daha aqressiv, aktiv və ekstremal hesab olunur. Snoubordinq ayrıca idman növü kimi XX əsrin 60-cı illərində ABŞ-da təşəkkül tapmışdır. Yeni idman növünün əsas tərəfdarları – yay aylarının intizarında olar sörfinqistlər olmuşlar. Rusiyada snoubord kütləvi şəkildə 1990-cı illərdən inkişaf etməyə başlamışdır.
Heliski  (ing. Heliskiing) dağ-xizəkçilik idmanının, friraydın tərkib hissələrindən biridir. Onun əsas məğzini xüsusi hazırlanmış yamaclardan kənarda yerləşən, əl dəyilməmiş dağ yamaclarına vertolyotla gətirilərək, ordan yamac boyu sürüşmə təşkil edir. Qalxma üçün vertolyotdan istifadə etmə insan tərəfindən dəyişdirilməmiş təbiət şəraitində, başqa şəkildə çıxmaq imkanı demək olar ki, olmayan ərazilərdə dağlardan düşmənin müxtəlif variantlarını axtarıb tapmaq imkanı verir.
Heliski, dağ-xizəkçiliyin ayrıca bir növü kimi təxminən XX əsrin 60-cı illərindən populyarlaşmağa başlamışdı. Vertolyotun tipindən, yük qaldırma qabiliyyətindən asılı olaraq, xizəkçi qrupunda bir neçə nəfər ola bilər. Qrupu adətən bu və ya digər yamaclarda enmə xüsusiyyətlərinə yaxşı bələd olan bələdçi müşayət edir. Heliski ilə məşğul olmaq üçün xizəkçilər müxtəlif meylliyə malik olan vəhşi ərazilərdə düşmə texnikasına malik olmalıdırlar. Təhlükəsizliyin təmin olunması məqsədilə hər bir xizəkçi uçqun sensorları, uçqun zondu, bel və d. lazımi avadanlıqlarla (uçqun təhlükəsi olduqda axtarış üçün) təhciz olunur.
Hal-hazırda heliski ilə məşğul olmaq üçün ən məhşur dağlıq ərazilər: Kanada, ABŞ (Alyaska), İslandiya, Qrenlandiya, Yeni Zelandiya, Nepal, Avropanın şimal əraziləri: Norveç, Finlandiya, İsveç, Alp dağlarının İsveçrə və Fransaya düşən hissəsi, Çili Andları, Qafqaz (Elbrus, Arxız, Krasnaya Polyana), Rusiya (Kamçatka) hesab olunur.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə