Ekstremal idman turizmi



Yüklə 72,15 Kb.
səhifə9/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Kaytsörfinq taxta üzərində duran adamın çərpələngdən istifadə edərək sürət yığmasıdır. Kaytsörfinqlə həm dağlarda, həm düzənlik ərazilərdə məşğul olmaq olar ki, bunun üçün də əsas şərt küləyin olmasıdır. Bundan əlavə müxtəlif sahələr, hamar və nahamar ərazilərdə də bu idman növü ilə məşğul olmaq olar. Lakin kaytsörfinqin ən ekzotik növləri buz qatı ilə və qarla örtülmüş su hövzələridir. Həm də çay dərələri və göl ətrafı ərazilər adətən kifayət qədər küləkli olur. Hər mövsümə uyğunluğu çərpələngdən həm qışda, həm də yayda istifadə etmək mümkündür. Bəzi professionallar isə 100 m. uzunluğunda və 30 m. yüksəklikdə tullanışlar həyata keçirir. Kayt, küləyin sürətindən 2 dəfədən artıq sürət yığmaq imkanı verir.
Cayloo-turizm ekstremal turizmin ən ekzotik növlərindən biri – köçəri həyat tərzinin bütün elementlərini özündə birləşdirən ibtidai qəbilədə yaşayışdır. Bu maraqlı turizm növü əsasən Orta Asiyada, Qırğızıstanda inkişaf etmişdir. Burada turistlərə çoban yurtasında odun sobasının ətrafında yerdə gecələmə, təzə qoyun əti və kumıs, eləcə də dağ və yaylaqlarda at belində gəzintilər təklif olunur. Bu turizm növü şəhər həyatından istirahət etmək üçün gözəl vasitə hesab olunur.
Şimal və Cənub qütbünə turizm yaxın vaxtlarda həyata keçirilməyə başlamışdır. Hal-kazırda dünyanın bu ekzotik ərazilərini, eyni zamanda orada məskunlaşan canlıları, məsələn pinqvinləri görmək istəyənlərin sayı kifayət qədər çoxdur.
Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə