Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə25/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

(7.54) “Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün içində xəlq edib Ərşə qalxan Allahdır. O, gündüzü dayanmadan izləyən gecəyə bürüyür. Günəşi, ayı və ulduzları yaradıb əmrinə Ramedəndir. Şübhəsiz ki, O, həm Yaradan və həm də Hökmedəndir. Aləm­lərin Rəbbi Allah Xeyirxahdır!”60
Fövqəluca Allah izah edir ki, O – Vahid Rəbb olan Allahdır və Onun şərikləri yoxdur. O, göyləri, yeri və onların məskunlarını, bu məxluqların əzəmətinə, əhatəedilməzliyinə, kamilliyinə və gözəlliyinə baxmayaraq, təkbaşına yaratmışdır. O, Kainatı altı gün içində: bazar günündən başlayaraq cümə gününədək yaratmışdır. Bu yaradılış prosesini bitirdikdən və orada istədiyi hər şeyi yaratdıqdan sonra, O, bütün göyləri, yeri və onların arasında olan hər şeyi əhatə edən Möhtəşəm Kürsüsünə qalxmışdır. O, bunu Özünün Əzəməti və Qüdrətinə layiq tərzdə etmişdir. Bundan sonra, O, Kainat və dini qanunlarına müvafiq olaraq Öz qullarını idarə etməyə başlamışdır.

O, qaranlıq gecə ilə işıqlı gündüzü örtdükdə yer üzünə zülmət çökür, insanlar isə istirahət etmək imkanı qazanırlar. Yaradılmışlar öz mənzillərinə yollanır və orada onlar gündüzün qayğılarından və sərgüzəştlərindən dincəlirlər. O, günəşi, ayı və ulduzları yaratmışdır və onlar Onun istənilən sərəncamına tabe olurlar və Onun kamil sifətlərinə şahidlik edirlər. Onların mövcud­luğu və nəhəng ölçüləri Onun kamil qüdrətinin dəlilləridir. Bu səma cisimlərinin yaradılışının dəqiqliyi və məharətliliyi Allahın İdrakının misilsiz kamilliyinin sübutudur. Onların yer üzündə həyatın mümkün olması üçün verdikləri çox böyük fayda Allahın hüdud­suz mərhəmətinə və kamil elminə dəlalət edir. Bütün bunların hamısı təsdiq edir ki, O – Vahid Haqq Allahdır və yeganə İbadətəlayiqolandır.

Ali və ibtidai aləmlərdə bütün varlıqları O yaratmışdır. O, məxluqları onların keyfiyyətləri və əməlləri ilə birlikdə yaradır. O, dini qanunlar yaratmaqla və elçilər göndərməklə hökmranlıq edir. Onun yaratdıqları – Kainat qanunları və qədərdir, Onun hökmləri isə şəriət və dini qanunlardır və həmçinin ədalətli əvəz qanun­larıdır ki, O, onların əsasında Öz qullarını Axirət həyatında mühakimə edəcək. O – Əzəmətlidir və Ucadır, Onun xeyirxahlığı isə hüdudsuzdur. O – Xeyirxahdır, çünki əzəmətli və kamil sifət­lərə malikdir. O – Nemətlərəsahibolandır, çünki Öz qullarına həd­siz səxavətlə hədiyyə və böyük nemətlər bəxş edir və Kainatda olan hər hansı nemət Onun mərhəməti­nin və rəhmətinin nəticə­sidir.
ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(7.55) “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!”
Hər bir dərrakəli insanı Özünün məxluqlarının ehtiyaclarını təmin etməyə qadir Vahid Allah olmasına əmin edən Əzəməti haqqında xatırladıqdan sonra, O, Ona dua edilməsini buyurur. Bu hökm insanın Ona xahişlə müraciət etdiyi dualara və ya Allah qarşısında ibadət etdiyi namaza şamil edilir. O, Ona mütiliklə, təkidlə və gizli61 dua etməyi buyurur. Dua camaatın gözü qarşısında, özünü ətrafdakılara nümayiş etdirmək məqsədilə deyil, tənhalığa çəkilərək, öz əməlini təkcə Allaha həsr etməklə yerinə yetirilməlidir. Həqiqətən, O, yol verilən hədləri bütün hallarda aşanları sevmir.

Bu hallara həm də Allahın qulunun ona məxsus olmayan şeyləri xahiş arzu etməsi, ümidsizləşərək Allaha dua etməkdən çəkinməsi və ya Ona uca səslə müraciəti aid edilir. Bütün sadalanan bu hərəkətlər qadağan edilmişdir.
ﯓﯔﯕ ﯖﯗﯘ ﯙ ﯚ ﯛﯜ ﯝﯞ ﯟﯠﯡﯢﯣ
(7.56) “Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldik­dən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”
Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıl­dıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Fövqəluca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41). Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur.

Bu barədə xatırladıqdan sonra, Allah Ona qorxu içində və ümidlə dua etməyi əmr edir, çünki mömin Onun cəzalandıra­cağından ehtiyat etməli və Onun mükafatlandıracağına ümid bəsləməlidir. O, ümid etməlidir ki, onun duaları qəbul olunacaq və qorxmalıdır ki, duaları rədd edilə bilər. O, öz-özünə aldanaraq və başından hündürə tullanmağa cəhd göstərərək, öz Rəbbinə, nə etmək lazım olduğunu göstərməməlidir və Ona laqeyd və etinasızlıqla müraciət etməməlidir.

Bir sözlə desək, Allaha dua etmək istədikdə, bunu gizlicə etmək lazımdır ki, dua səmimiyyətlə təkcə Ona həsr edilmiş olsun, özü də bu zaman dua edənin qəlbində qorxu və ümid hissi olmalıdır. O, özünü, sanki təhlükəsizlikdə hiss edərək və Rəbbinin cavabına ehtiyac duymayaraq, saymazyana aparmamalıdır. Ancaq belə dualar düzgün edilən dua sayılır və istənilən ayini layiqincə yerinə yetirmək üçün onun səylə icra edilməsinə çalışmaq, zəruri olan bütün qaydaları həyata keçirmək və hər hansı xəta qüsurlardan çəkinmək lazımdır. Əgər insan Allaha layiqincə ibadət edirsə və Onun qullarına yaxşılıq göstərirsə, onda Onun mərhəməti həqiqətən ona yaxın olur. İnsan nə qədər çox yaxşılıq edirsə, o bir o qədər o mərhəmətə yaxınlaşır və beləliklə, Rəbbi ona Öz mərhəmətinin vasitəsilə daha da yaxınlaşır. Bu barədə xəbər verərək, Allah qullarını saleh əməl sahibi və xeyirxah olmağa açıq şəkildə çağırır.
ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
(7.57) “Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!”
Bu ayədə Fövqəluca Allah Özünün qüdrət və rəhmətinin təzahürlərindən biri haqqında xəbər verir. O, küləkləri Öz mərhə­mə­tinin xeyirxah müjdəçiləri adlandırır, çünki onlar tezliklə yağış yağacağını müjdələyirlər. Onun iradəsi ilə küləklər buludları qovur və insanlar hələ yağış yağmamışdan Onun lütfkarlığından sevinməyə başlayırlar. Küləklərin bəziləri buludları bir yerə toplayır, digərləri onları qabağına qatıb qovur, başqaları isə onları kiçik yağış topalarına çevirirlər. Onlar, demək olar ki, canlı məxluqların artıq qalmadığı və sakinlərinin öz Rəbbinin mərhəmə­tindən ümidlərinin kəsiləcəyinə hazır olduqları bir vaxtda, quruyub-çatlamış torpağın üstündə dayandıqda, Allah bu ölü torpağa bol yağış yağdırır. Özü də bu zaman O, küləkləri göndərərək, Öz icazəsi ilə buludları boşaldır və onları parça-parça dağıdır. Yağışın sayəsində yerdə növbənöv meyvə-tərəvəz bitir və insanlar Allahın mərhəmətindən sevinmək imkanı qazanır və Onun səxavətindən zövq alırlar.

O, yağışların vasitəsilə bitkilər yetişdirir və onlarla qurumuş torpağı canlandırır və bu qayda ilə də ölüləri, bədənləri çürüyüb torpağa hopduqdan sonra, qəbirlərindən dirildəcəkdir. Bu – dirildilmənin gerçəkliyinin aydın bir dəlilidir, çünki xatırlanan bu iki hadisə arasında böyük fərq yoxdur. Əgər insan ölü torpağın canlandırılmasının şahidi olduğu halda, dirildilməni qeyri-adi bir şey hesab edirsə, onda o, sadəcə məlum faktı inkar edən inadcıl tərs adamdır. Bunu bildirdikdən sonra, Fövqəluca Allah insanları Onun nemətləri barəsində düşünməyə və fikirləşməyə, ətrafda gedən proseslərdən faydalı nəticələr çıxartmağa və bütün baş verənlərə laqeyd qalma­mağa dəvət edir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(7.58) “Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik”.
Fövqəluca Allah müxtəlif torpaq sahələri arasında, onların hər birisinə yağış yağmasına baxmayaraq, fərqin olması barədə xəbər verir. Yağış münbit və bərəkətli torpağa yağdıqda, orada müxtəlif bitkilər tez yetişir. Bu, Allahın iradəsi ilə belə baş verir, çünki Kainat qanunları müstəqil deyil, ancaq Onun razılığı ilə təsir göstərirlər. Yağış qeyri-münbit torpağa düşdükdə isə onun üstündə çox az miqdarda bitkilər bitir ki, nə fayda, nə də xeyir gətirmir.

Allah Öz ayələrini yaxşılıq bilən insanlar üçün bu minvalla izah edir. O, ayələr nazil edir, onlarını mənalarını açıqlayır və Onun nemətlərini etiraf edən və Onun lütfkarlığını qazanmaq ümidi ilə onlara bəxş edilmiş nemətlərdən başqaları üçün sərf edən insanlar üçün nəzərdə tutulan ibrətamiz hekayətlər nəql edir. Onlar Onun Kitabında izah etdiyi hökmlərdən faydalanırlar, çünki Quran ayələrini Rəbbin onlara bəxş etdiyi ən böyük neməti sayırlar. Onlar Quranın vəhylərinə öz ehtiyacları olduğunu dərk edir, onu sevinclə qarşılayır və onların mənası üzərində düşünürlər və bu məna onların qarşısında, buna yaxşıca hazır olmalarından asılı olaraq, açılır.

Bu ayədə Allah qəlbləri torpaqla62 müqayisə edir. Qəlblər həyat mənbəyi olan Vəhylə nurlandıqları kimi, torpaq da həyat mənbəyi olan yağış suyu ilə suvarılır. Vəhy xeyirxah qəlbə nazil olduğu kimi, sonuncu onu qəbul edir, öyrənir və öz bəhrəsini verir və bütün bunlar vəhyin düşdüyü zəminin kamil və gözəl olmasından asılıdır. Əgər o, xeyirxahlığın olmadığı pis qəlbə nazil olursa, o, onu qəbul etmir, ona laqeyd qalır, ondan üz döndərir və hətta ona müqavimət göstərir. Bu halda ondan gələn fayda da təzəyin, çay daşının və ya qayanın üstünə yağan yağışdan əldə ediləcək faydadan çox olmaz. Fövqəluca Allah buyurur: “Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (Rəd, 13/17).
ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(7.59) “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey cama­atım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsi­bəti) Böyük günün (Qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
Fövqəluca Allah tövhidin həqiqiliyinə dəlalət edən sübutları sadaladıqdan sonra, onlar haqqında rəvayəti təkcə Allaha ibadətə dəvət edən Allah elçiləri (onlara salam olsun) və onların kafir xalqları arasında baş vermiş hadisə ilə gücləndirdi. Allah tövhid tərəfdarlarını müdafiə etdiyini və elçilərə itaət etməkdən boyun qaçıran inadkarları məhv etdiyini bildirir. O, xəbər verir ki, bütün elçilər bir dini və eyni baxışları təbliğ edirdilər.

Nuh peyğəmbər (ə) insanları tək Allaha ibadətə dəvət etmək və onları bütpərəst­likdən əl çəkdirmək hökmü ilə öz xalqına göndərilmişdi. O (ə) demişdi: “Ey mənim xalqım! Ancaq Allaha – Vahid Yaradana, Bəsləyənə və Hökmdara ibadət edin. Bütün qalan varlıqlar yaradılmışlardır və qətiyyən hakimiyyətə malik deyillər və hamı Ona tabedirlər”. Nuh Allaha itaətdən boyun qaçıranların cəzalandırılacağı barədə öz xalqını xəbərdar etdi.

Bu, onun (ə) səmimiyyətinə və rəhmdilliyinə dəlalət edirdi. O ehtiyat edirdi ki, onun həmtayfaları əbədi cəzaya və sonu olmayan bədbəxtliklərə düçar olsunlar. Allahın bütün digər elçiləri də belə etmişdilər və onların hər birində insanlara onların öz ata-analarından daha çox rəhm hissi var idi. Lakin kafir həmtayfa­larının cavabı qorxunc və iyrənc idi.
ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(7.60) “Tayfasının başçıları ona: “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!” - deyə cavab verdilər”.
Bütün zamanlarda haqqa təkəbbürlə yanaşan və Allahın elçilərinə tabe olmaqdan boyun qaçıran varlı tayfa başçıları öz peyğəmbərinə belə dedilər: “Biz hesab edirik ki, sən açıq-aydın azğınlığa düşmüşsən”. Allah onları rüsvay etsin! Onlar peyğəmbərə itaət etməməklə qane olmayaraq, ona qarşı müdhiş ittiham irəli sürdülər və onu azmış adlandırdılar. Hətta bununla da kifayətlənməyərək, onlar onun azğınlığının hər kəsə aydın olduğunu bildirdilər. Həqiqətən də bu – təkəbbürlülüyün ən dəhşətli təzahürlə­rindən biri idi və belə bir yalandan təkcə son dərəcə düşüncəsiz insanlar istifadə edə bilərdilər. Əsil həqiqətdə isə, azanlar Nuhun həmqəbilələrinin özləri idi ki, öz əlləri ilə cansız materiallardan eşitmək, görmək və xeyir vermək qabiliyyəti olmayan bütlər yonub düzəldərdilər. Onlar o bütləri göyləri Yaradana bərabər tutar və onlara müxtəlif ibadət mərasimləri həsr edərdilər. Əgər onların Allahın dəlillərini görüb tanımalı olduqları və onları bilməməzlik bəhanəsindən məhrum edən ağılları olmasaydı, deyilə bilərdi ki, dəlilər onlardan daha düşüncəli insanlardır. Doğrudan da, dəlilərin əməlləri bu azğınların əməllərindən daha düzgün və dərrakəlidir.
ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(7.61) “(Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!

(7.62) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!

(7.63) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”
Nuh (ə) öz həmqəbilələrinin dediklərini nəzakətlə təkzib etdi və özünü olduqca mərifətli apardı və o, ümid bəsləyirdi ki, onlar ona itaət edəcəklər. O demişdi: “Mən öz iddialarımın heç birində azğınlığa düşməmişəm. Əksinə, mən düz yolla gedirəm və başqalarını da o yola gəlməyi dəvət edirəm”.

Bu şərəfli elçinin yolu Allahın möhkəm ruhlu digər elçilə­rinin yolundan fərqlənmirdi. Bu ən gözəl, peyğəmbərlik vəhyi ilə tam ifadə edilmiş və qüsursuz kamil yol idi. Buna görə də o (ə), daha sonra demişdir: “Mən aləmlərin Rəbbi, mənim və sizin Rəbbiniz, bütün məxluqların Rəbbi tərəfindən göndərilmişəm. O, Öz məxluqlarının qayğısını çəkir və Onun qayğıkeşliyinin gözəl təzahürlərindən biri kimi qullarına elçilər göndərməsidir ki, onlar insanlara saleh əməllər işlətməyi, yüksək əxlaqa sahib olmağı, gözəl baxışlara etiqad etməyi və bütün əks olan şeyləri qadağan etməyi buyursunlar. Mənə bir vəzifə kimi həvalə olunmuşdur ki, Rəbbimin Müraciətini sizin nəzərinizə çatdırım, yalnız Tək Ona ibadət etməyinizin zəruriliyini, Onun hökmlərini və qadağalarını sizə izah edim. Mənə hökm edilmişdir ki, sizə mərhəmət və rəhm göstərərək səmimi məsləhətlər verim. Allah mənə sizin bilmədik­lərinizi öyrətmişdir və buna görə siz mənə itaət etməli və əmrlərimi yerinə yetirməlisiniz. Əgər siz bunları bilsəydiniz! Amma siz Allahın sizlərdən birinə zikr nazil etməsinə təəccüb edirsiniz. Niyə siz qətiyyən təəccüblü olmayan bir şeyə təəccüblə­nirsiniz? Niyə siz təəccüblənirsiniz ki, Allahın öyüd-nəsihəti doğruçuluğu və digər keyfiyyətləri sizə yaxşı məlum olan bir şəxs tərəfindən çatdırılmışdır? Allah sizin qayğınızı çəkərək sizə Öz lütfünü göstərmişdir ki, onu minnətdarlıqla qəbul edəsiniz. O sizi məşəqqətli cəza verilə biləcəyi barədə xəbərdar edir və sizi qəlbən və hərəkətlərinizlə Allahdan qorxmağa etiqad bəsləməyinizə dəvət edir ki, siz əbədi məşəqqətlərdən çəkinəsiniz və Onun həddi-hüdudu olmayan nemətlərinə layiq olasınız”.
ﮰﮱ ﯓﯔﯕ ﯖﯗﯘﯙ
(7.64) “Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı suda) qərq etdik. Onlar, həqiqə­tən, kor bir camaat idilər”.
Peyğəmbərin (ə) möizələri onun həmtayfalarına heç bir fayda vermədi və o (ə) istənilən nəticəyə nail ola bilmədi. Qəbilədaşları onu (ə) yalançı adlandırdılar və, belə olduqda, Allah ona əmr etdi ki, bir gəmi hazırlasın və ona hər heyvandan bir cüt yerləşdirsin. Gəminin göyərtəsinə qalxmağa Nuh ilə bərabər iman gətirənlərə icazə verilmişdi. Onların hamısı xilas edildi, Allahın ayələrinə iman gətirməkdən boyun qaçıran və doğru yolu görməkdə kor olan günahkarlar isə suda qərq edildilər. Onlar, Allahın onlara Öz peyğəmbəri (ə) vasitəsilə nümayiş etdirdiyi haqqı və açıq-aydın möcüzələri gördülər. İstənilən dərrakəli insa­nın həqiqi dinə gəlməsi üçün bu möcüzələr kifayət qədər idi, lakin onlar gördüklərini məsxərəyə qoydular, onlara laqeyd yanaşdılar və kafir oldular.
ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ
(7.65) “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər gön­dərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorx­mursunuz?”
Yəməndə yaşayan qədim Ad tayfasına da onların qardaşı olan Hud (ə) peyğəmbər göndərildi. O (ə) onları Tək olan Allaha ibadət etməyə çağırırdı və Ona şərik qoşmağı və yer üzündə pozğunluq törətməyi qadağan etmişdi. O demişdi: “Ey mənim xalqım! Allaha ibadət edin, çünki sizin Ondan başqa heç bir tanrınız yoxdur. Doğrudanmı siz bundan sonra da günah işlətsəniz, çağırışıma cavab verməsəniz və mənə itaət etməsəniz, sizi mütləq haqlayacaq Allahın qəzəbindən və cəzasından qorxmursunuz?”
ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ
(7.66) “(Hud) tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər”.
Kafir başçılar onun (ə) nəsihətlərini rədd etdilər və sözlərini boş şey saydılar. Onlar dedilər: “Biz əmin olduq ki, sən ağıllı adam deyil, səfehsən. Bundan başqa, biz belə bir rəyə gəlmişik ki, sən – həm də yalançısan”. Aləm onların gözündə tərsinə çevrilmişdi və onlar haqqı görmürdülər. Onlar özlərinə xas olan keyfiyyətləri Allahın peyğəmbərinə (ə) aid etdilər. Hud (ə) bu yaramaz sifətlərə malik deyildi, onlar isə əsil səfehlər və yalançılar idilər.

Şübhə doğurmayan haqqı rədd edən və həqiqi rəhbərə və xeyirxah məsləhətçiyə itaət etməkdən boyun qaçıran, qəlbini hər bir qiyamçı iblisə təslim edən, ibadətə layiq olmayan və fayda verməyə qabiliyyəti olmayan ağaclara və daşlara etiqad edən təkəbbürlü insanlardan daha axmaq kim ola bilər?!! Fövqəluca Allaha belə iftiraları isnad edənlərdən daha yalançı kim ola bilər?!!


ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ

(7.67) “(Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”

(7.68) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm”.


Hud səfeh adam deyildi. Əksinə, o, ağıllı elçi və həqiqi rəhbər idi. O, demişdi: “Ey mənim xalqım! Mən – səfeh deyil, aləmlərin Rəbbinin elçisiyəm. Mən Onun hökmlərini sizə çatdırıram. Mən sizə ürəkdən xeyirxahlıq arzulayır və etibarınızı qazanıram. Siz isə mənim nəsihətlərimi sözdə və əməldə qəbul etməyə və bütün qulların Rəbbinə itaət göstərməyə borclusunuz”.
ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(7.69) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”
Niyə siz qətiyyən təəccüb doğurmayan bir şeyə heyrət edirsiniz? Allah sizə öz aranızdan olan və məziyyətlərini çox yaxşı bildiyiniz elçi göndərmişdir. O (ə), sizə xeyriniz üçün olan şeyləri xatırladır və sizi, sizə xeyir gətirən işlər görməyə çağırır, siz isə buna heyrətlənir və onu rədd edirsiniz.

Yadınıza salın ki, Allah sizi Nuhun (ə) xalqının yerinə gətirdi. Ona həmd edin və minnətdarlığınızı bildirin! O, sizə imkan verdi ki, Onun elçilərini yalançı sayan və sonra məhv edilib kökləri kəsilən xalqların torpaqlarına varis olasınız. O, istəyirdi ki, bundan sonra işlərinizin necə gedəcəyini görsün. Sizdən əvvəlkilərinizin etdiyi kimi, kafirli­yinizdə inad göstərməkdən çəkinin ki, onları haqlayan cəza sizə də nəsib olmasın.

Allahın sizə neməti kimi bəxş etdiyi böyük qüvvəti, güclü qəddi-qaməti və çevikliyi xatırlayın. Onun saysız-hesabsız səxavətlərini unutmayın və əgər siz onları hafizənizdə saxlayaraq, Ona minnətdarlıqla cavab verib vəzifələrinizi yerinə yetirsəniz, onda müqəddəs məqsədinizə nail olmağı bacarar və hər hansı xoşagəlməz və qorxunc şeylərdən xilas olarsınız.

Hud öz həmtayfalarından olanlara öyüd-nəsihət verirdi, onları düz yola yönəldirdi və tövhidə etiqad etmək hökmü verirdi. O (ə) onları əmin etməyə çalışırdı ki, xalqının etibarlı və sadiq məsləhətçisidir. O (ə), öz xalqını, onlardan əvvəlkiləri yaxalamış və onları da yaxalaya bilən Allahın cəzası barədə xəbərdar edirdi. O (ə), Allahın fasiləsiz olaraq onlara əta etdiyi nemətləri və ruzini onlara xatırladırdı. Lakin xalqı ona (ə) itaət etmədi və onun (ə) öyüd-nəsihətlərinə qulaq asmadı.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(7.70) “(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!”



Kafirlər göstərmək istəyirdilər ki, onlar onun (ə) öyüd-nəsihətlərindən heyrətlə­niblər və heç vaxt ona (ə) itaət etməyəcəklər. Onlar deyiblər: “Doğrudanmı sən bizim yanımıza gəlmişsən ki, biz bir Allaha ibadət edək ata-babalarımızın ibadət etdikləri bütlərdən əl çəkək?” Allah onları rüsvay etsin! Onlar hökmlərin ən mühüm və əlasını onların ata-babalarının getdiyi yolla müqayisə etməyə cəsarət etdilər. Onlar şərik qoşmadan Tək Allaha ibadət etməkdənsə, yollarını azmış atalarının pərəstiş etdikləri müşrikliyə və bütpərəstliyə etiqad göstərməyi üstün tutdular. Onlar öz peyğəmbərini (ə) yalançı sayaraq dedilər: “Əgər sən doğrudan da düz danışırsansa, qoy onda sənin bizi qorxut­duğun şey bizim başımıza gəlsin!” Onlar öz zərərlərinə olaraq Allahdan onlarla Onun peyğəmbəri (ə) arasında olan mübahisəni həll etməyi xahiş etdilər.
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(7.71) “(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
Hud demişdi: “Rəbbinizin cəzası və qəzəbi sizə mütləq yetişəcəkdir. Siz bundan qaça bilməyəcəksiniz – çünki bunun əlamətləri artıq üzə çıxmışdır və cəza müddəti artıq, demək olar ki, başlamaqdadır. Siz mənimlə olmayan bir şey barəsində nə əsasla mübahisə edirsiniz? Siz, əslində qətiyyən ilahi sifətlərə malik və tamamilə ilahiləşdiril­məyə layiq olmayan bütləri tanrı adlandıraraq, onlardan ötrü mənimlə höcətləşirsiniz. Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir və əgər onlar həqiqi ilahlar olaydılar, Allah bunu hökmən təsdiq edərdi. İlahlarınızın gerçəkliyini təsdiq edən dəlillərin olmamağı onların uydurma və qüsurlu olmasını təsdiq edir. Allah bütün hökmləri, xüsusilə də, onlardan ən mühümlərini inandırıcı dəlilləri və sübutları vasitəsilə izah etmişdir ki, bunlar nəzərdən qaçırıla bilməz. Siz də, mənim xəbərdar etdiyim, sizi yaxalayacaq cəza saatını gözləyin və mən də sizinlə birlikdə gözləyirəm”.

O (ə), cəzadan qorxanların gözləməsi ilə, Allahın köməyinə və mükafatına ümid bəsləyənlərin gözləməsi arasındakı fərqi xüsusilə vurğulayır. Tamamilə az bir vaxt keçdikdən sonra, Allah bu iki insan qrupu arasında Öz hökmünü verdi.
ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə