Əl-maiDƏ (SÜFRƏ)


(7.124) “Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”



Yüklə 2,81 Mb.
səhifə28/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

(7.124) “Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”
Firon sehrbazlara dedi: “Doğrudanmı siz mənim icazəm olmadan iman gətirdiniz? Siz çox kobud rəftar etdiniz və mənə hörmətsizlik göstərdiniz!” Öz xalqını aldatmaq üçün isə o, əlavə etdi: “Musa sizin hamınızdan yaşlıdır. O sizə sehrbazlığı öyrətmişdir və siz onunla məkrli bir əlaqəyə girmişsiniz. Siz onunla əhd bağlamışsınız ki, ona itaət edəsiniz və o da sizə qalib gəlsin. Siz onun ardınca getmək istəyirsiniz və bütün xalqı və ya onun böyük bir hissəsini öz ardınızca aparasınız. Siz istəyirsiniz ki, onları Misirdən çıxarıb aparasınız!”

Firon gözəl bilirdi ki, o, yalan danışır və bu baş verən hadisələrdən xəbərdar olanların hamısına məlum idi. Musa (ə) heç vaxt sehrbazların heç biri ilə görüşməmişdi, axı onların hamısı Fironun əmrini icra edən carçıları tərəfindən gətirilmişdilər. Bundan başqa, sehrbazlar əllərindən gələni etmişdilər ki, Musaya (ə) qalib gəlsinlər, lakin o (ə), insanlara Allahın möcüzəsini göstərdiyi üçün onlar aciz qalmışdılar. Onlar həqiqəti aydınlaşdır­dıqdan sonra, peyğəmbərin (ə) ardınca getdilər. Firon isə onların əllərini və ayaqlarını çarpaz kəsdirəcəyi ilə hədələdi.

Zülmkar günah sahibi qərara almışdı ki, iman gətirmiş sehrbazlar yer üzündə fəsad yayırlar və onları fitnə-fəsadçılara verilən cəza ilə cəzalandırmağa – onların sağ əllərini və sol ayaqlarını kəsdirməyə hazırlaşırdı. Bundan sonra o, onları palma ağaclarında çarmıxa çəkdirmək və hər birinin bədənini nizələt­dirmək arzusundaydı. O, onların ancaq bir hissəsini edam etməklə qane olmayaraq, bütün iman gətirənlərə divan tutmaq niyyətin­dəydi.
ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(7.125) “(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)”

(7.126) “Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimi­zin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə gö­rə­dir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!”
İman gətirmiş sehrbazlar Fironun təhdidlərini dinlədikdən sonra dedilər: “Sənin verəcəyin cəza bizi qorxutmur, çünki Allahın verəcəyi əvəz daha yaxşıdır və daimidir. Bizimlə necə rəftar etmək istəyirsənsə, et. Ancaq de görək, sən niyə bizi qınayırsan və qorxudursan, axı biz heç bir günah etməmişik. Biz bizə göstərilən Rəbbimizin möcüzəsinə iman gətirmişik və əgər bu məzəmmət ediləsi və cəzalandırılası günahdırsa, onda biz doğrudan da günahkarıq”.

Onlar Allaha imanlarını möhkəmlətməsi və onlara böyük səbir bəxş etməsi üçün dua etdilər. Belə şərhin xeyrinə dəlalət edən “səbir” (“dözümlülük”) sözünün burada qeyri-müəyyənlik forma­sında verilməsidir. Onların doğrudan da böyük səbrə ehtiyacları var idi, çünki onların qismətinə ağır sınaq düşmüşdü. Onlar həyatla vidalaşa bilərdilər və ancaq böyük səbirlilik onlara səbat verə, ürəklərində imanı möhkəmlədə və onları narahatçılıqdan xilas edə bilərdi. Onlar Allahdan xahiş etdilər ki, onları müsəlman kimi – Ona itaətkar və Onun elçisinə (ə) sadiq olanlar kimi öldürsün.

Quran ayələrinin aydın mənalarından məlum olur ki, Firon öz hədəsini icra etmişdi və Fövqəluca Allah iman gətirmiş sehrbazların imanını ürəklərində möhkəmlətmişdi. Firona, varlı əyanlara və onlara tabe olan şəhər camaatına gəldikdə isə onlar Allahın möcüzələrinə təkəbbürlə yanaşdılar, haqları olmadan onları rədd etdilər. Onlar hətta Fironu, Musanın (ə) təbliğatını yalan və yanlış zənn edərək, ona divan tutmağa çağırdılar.
ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ
(7.127) “Firon tayfasının əyan-əşrəfi dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”
Fironun əyanları Allahın yoluna, gözəl əxlaqa və saleh əməllərə çağırışı fitnə-fəsadın yayılması adlandırdılar. Əslində isə məhz bu əla keyfiyyətlər sayəsində yer üzündə qayda-qanun yaradıla bilərdi. Kafir əyanları cinayətləri şərəfsizlik və günah toxumları idi, lakin günahkarlar dedikləri sözləri üzərində düşünmürdülər. Onlar Firona belə dedilər: “Doğrudanmı sən Musaya səndən və sənin ilahlarından üz döndərməsinə imkan verəcəksən?! Doğrudanmı sən ona imkan verəcəksən ki, insanları sənə itaət etməməyə çağırsın?”

Firon isə belə cavab verdi: “Biz Musanı və İsrail oğullarını elə bir vəziyyətə salacağıq ki, onlar bir daha öz sıralarını artıra bilməyəcək və bizim xalqımıza zərər vura bilməyəcəklər. Biz onların oğullarını öldürəcək və qadınlarını isə sağ buraxacağıq. Belə etməklə biz onlara çoxalmağa imkan verməyəcək və özümü­zün əmin-amanlığımızı təmin edəcəyik. Biz onlardan sağ qalanları istifadə edəcək və istədiyimiz kimi onlara hökm verəcəyik. Biz onların üzərində böyük hakimiyyətə malikik və onlar azadlıq əldə etməyəcəklər”. Həqiqətən də, bu, Fironun hədsiz zalımlığının, təkəbbürünün və amansızlığının dəlillərindən idi.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ
(7.128) “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axi­rət­də yüksək məqamlar) müttəqilərindir!” – dedi”.
Musa peyğəmbər (ə) isə xalqına öyüd-nəsihət verərək onlara bildirirdi ki, onlar özləri heç vaxt qismətlərinə yazılmış bu vəziyyətlərini özləri dəyişdirə bilməzlər və ancaq Allahın köməyinə və yardımına ümid bəsləməlidirlər. Musa (ə) dedi: “Təkcə Allahın sizə köməyi nəticəsində xoş günə çıxacağınıza və sizi şərdən qoruyacağına inanın. Ona təvəkkül edin və Onun işinizi uğurla nəticələndirəcəyinə inanın. Qismətinizə düşənlərə səbirlə dözün və halınızın yüngülləşəcəyinin yaxın olduğunu gözləyin. Yer tamamilə Allaha məxsusdur və Fironun və ya onun ətrafındakılarının mülkiyyəti deyil və buna görə də onlar uzun müddət özbaşınalıq edə bilməyəcəklər. Allah yeri Öz qullarından istədiyinə vərəsəliyə verir. Torpaqlar bir xalqdan başqasına Onun iradəsi və müdrikliyinə tam uyğun olaraq keçir65, lakin gözəl sonluq həmişə müttəqilərə məxsus olur. Onlar hətta çox ciddi və uzunmüddətli sınaqlardan keçirilsələr də, hökmən qalib gələ­cəklər”.

Bu ayədə qulların bəzi vəzifələri açıqlanır. Əgər onlar zülmdən xilas olmaq üçün kifayət qədər gücə malikdirlərsə, onda bunu etməlidirlər, lakin belə qüvvə sahibi deyillərsə, onda səbir etməli və Allahdan kömək diləyərək, vəziyyətlərinin yüngülləşmə­si­ni gözləməlidirlər.
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(7.129) “(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”
İsrail oğulları Fironun onları incitməsi ilə əlaqədar narazılıq edirdilər. Onlar peyğəmbərə (ə) dedilər: “Sənin gəlişinə qədər də Fironun xalqı oğullarımızı öldürməklə və qadınlarımızı diri saxla­maqla bizi cəzalandırırdı. İndi sən gəlmişsən, amma onlar buna baxmayaraq bizə yenə də əzab-əziyyət verirlər”.

Musa (ə) buna cavab olaraq tezliklə asanlıq və xilasa ümid etdiyini bildirdi: “Ola bilsin ki, çox tezliklə Rəbbiniz düşmən­ləri­nizi məhv etsin və sizə yer üzündə hakimiyyət versin. Bu baş verən zaman, Rəbbiniz baxacaq görsün ki, siz minnətdarlıq bildirəcək­siniz ya yox”. Vəd edilən müddət çatdıqda, Allah bu vədini həyata keçirdi.
ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ
(7.130) “Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məh­sul çatışmaz­lığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsın­lar!”
Fövqəluca Allah Musa ilə Firon tayfasının qarşıdurmasının son mərhələsində sonuncuların başına gətirdiyi bəla və müsibət­lərdən xəbər verir. Allah digər xalqlarla da eynilə rəftar edirdi ki, onlar Ona itaət etsinlər.

Misirlilər üçün quraqlıq illəri başlamışdı – Allah istəyirdi ki, onlar kafirliklərinə görə tövbə etsinlər və başa düşsünlər ki, onlara düçar olmuş bədbəxtçilik Onun qəzəbinin nəticəsidir. Lakin bu onlara heç bir fayda vermədi və onlar günah işlətməkdə və fitnə-fəsad yaymaqda davam edirdilər.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(7.131) “Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!”
Onlar məhsulu yığıb ərzaq tədarük edəndə Allaha minnətdarlıq etməkdən boyun qaçırardılar və deyərdilər ki, bu bizim haqqımızdır. Onlar quraqlığa məruz qalanda və məhsullarından məhrum olanda, bu bədbəxtliyi Musanın (ə) peyğəmbər gəlməsi və İsrail oğullarının onun (ə) ardınca getmələri ilə əlaqələndirərdilər. Bu bəlaları Allah öncədən onların qismətinə yazmışdı və onların danışdıqları sözlər azğınlıq nəticəsiydi. Həqiqətən, bu müsibətlərin səbəbi onların günahları və kafirliyiydi, lakin onların əksəriyyəti bunu bilmirdilər və buna görə də onların bəyan etdikləri beləcə yanlış idi.
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(7.132) “(Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”
Onlar öz yanlış baxışlarından əl çəkməyəcəklərinə Musanı (ə) inandırmağa çalışaraq, deyirdilər: “Biz əminik ki, sən sehrbaz­san, göstərdiyin hər hansı möcüzədən asılı olmayaraq, o, sənin sehrbazlığına əminliyimizi daha da artırır. Biz sənə heç vaxt inanmarıq və sənin təbliğ etdiklərini doğru saymarıq”.

Həqiqətən də belə davranış ən yüksək inadkarlıqdır ki, təkcə kafirlərdə müşahidə edilə bilər. Belə insanlar üçün artıq möcüzə­lərin nazil edilib-edilməməyinin heç bir fərqi yoxdur.
ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(7.133) “Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlə­rinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”.



Allah misirlilərin üstünə tufan göndərdi və onun nəticəsində daşqın suları onların bağlarını və əkinlərini basdı və onlara çox zərər vurdu. Sonra O, onların üstünə meyvələrini, əkinlərini və bitkilərini məhv edən çəyirtkə göndərdi. Sonra onlara bit basqınını düçar etdi.

Belə bir rəy var ki, ərəb sözü olan “kummal” dedikdə, təzə çəyirtkə nəzərdə tutulur, lakin tamamilə aydındır ki, ayədə bəhs edilən məhz adi bitlərin basqınıdır.

Sonra Allah onların üstünə qurbağalar göndərir və onlar hətta misirlilərin qablarının içinə girir və böyük zərər vururdular. Sonra O, onları qanla sınağa çəkdi. Ola bilsin ki, qan onların burnundan axırdı, lakin müfəssirlər əksəriyyətlə hesab edirdilər ki, Misirdə içməli su qana çevrilmişdi və bunun nəticəsində insanlar ancaq qan içirdilər və yemək hazırlaya bilmirdilər.

Bu aydın möcüzələrdən hər biri onların zalım yalançılar olmasını təsdiq edir və Musanın (ə) təbliğ etdiklərinin hamısının həqiqət olduğunu sübuta yetirirdi. Fironun xalqı bu möcüzələri təşəxxüslə inkar etdi – onlar əvvəllər də cinayətkar xalq idilər. Buna görə Fövqəluca Allah onları cəzalandırılmaya məhkum etdi və onlara azğınlıq içində əbədi olaraq sərgərdan gəzib dolaşmaq əmri verdi.
ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(7.134) “Onlara əzab gəldikdə dedilər: “Ey Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi xatirinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.
Bir çox şərhçilərin rəyinə görə bu ayədə cəza adı altında taun yoluxucu xəstəliyi nəzərdə tutulur. Digər bir rəyə görə isə bu ad altında yuxarıda rəvayət etdiyimiz möcüzələr nəzərdə tutulur. Daşqın, çəyirtkə, bit, qurbağa basqını və həmçinin qanla sınağa çəkilmə həqiqətən də cəzalandırılma idi.

Hər dəfə misirlilərə cəza veriləndə, onlar Musaya (ə) yalvarırdılar ki, Allahın ona (ə) nazil edəcəyinə söz verdiyi Vəhy və qanun xatirinə onlara havadar çıxsın. Onlar bildirirdilər ki, əgər o (ə), onları cəzadan qurtararsa, onlar hökmən ona (ə) iman gəti­rərlər və İsrail oğullarını onunla birlikdə buraxarlar. Lakin onların sözləri yalan idi və onlar bu sözləri özlərinə düçar olmuş intiqam­dan yaxa qurtarmaq üçün deyirdilər. Onlar elə güman edirdilər ki, bu üsulla bir bəladan xilas olsalar, artıq növbəti fəlakət onlara toxunmaz.
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ

(7.135) “ Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) poz­du­lar”.
Allah Fironun xalqını bir bəlanın ardınca digər bəladan müəyyən müddətə xilas edirdi. Bu əbədi deyil, müvəqqəti xilas idi. Bu yerinə yetirilən kimi fitnə-fəsadçılar o saat Musaya (ə) verdikləri vədi yaddan çıxarırdılar. Onlar ona (ə) iman gətirə­cəklərinə və onu (ə) İsrail oğulları ilə birlikdə buraxacaqlarına vədə vermişdilər, amma bunu etmir­dilər. Bundan da başqa, onlar öz kafirliklərində kor-koranə dolaşır və israillilərə əziyyət verirdilər.
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(7.136) “Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
Kafirlərin həlak edilməsi saatı yaxınlaşdıqda, Allah Musaya (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında İsrail oğullarını Misirdən çıxarsın və onu (ə) xəbərdar etdi ki, Firon öz döyüşçüləri ilə onları izləyəcək. Baş vermiş hadisəni bildikdən sonra amansız hökmdar İsrail oğullarını təqib etmək üçün hazırlaşmağa başladı və ölkəsinin bütün şəhərlərinə qoşun toplamağa öz əsgər yığanla­rını göndərdi.

Fövqəluca Allah buyurur: “Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər). Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!” Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlar­dan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musa­nın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla bir­likdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik” (Şuəra, 26/53-66).



Günahkarlar, Allahın möcüzələrini yalan saydıqlarına və bunların təsdiq etdiyi haqdan üz döndərdiklərinə görə suya qərq edildilər.
ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(7.137) “Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kəhkəşanələri) isə viran qoyduq”.
Yer üzündə İsrail oğullarını zəif hesab edirdilər. Onlar Firo­nun xalqı tərəfindən əsarət altına alınıb qul edilmişdilər, alçaldıl­maya və əziyyətlərə dözürdülər. Lakin Qüdrətli Allah onlara imkan verdi ki, Misirin Şərqində və Qərbində yerləşən torpaqlara varis olsunlar. Əvvəllər bu yerlərdə onlar alçaldılmağa səbir etmişdilər, indi isə Allah onları həmin yerlərin tamsəlahiyyətli sahibləri etmişdi. Rəbbin İsrail oğulları haqqındakı gözəl sözü belə gerçəkləşdi. Həqiqətən, onlar öz səbirliliyi ilə bu mükafata layiq idilər.

Burada söhbət Musa peyğəmbərin (ə) öyüd-nəsihətindən ge­dir: “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrin­dən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, Axi­rət­də yüksək məqamlar) müttəqilə­rindir!” – dedi” (Əraf, 7/128).

Fironun və əyanlarının ucaltdıqları möhtəşəm qəsrlərə və dəbdəbəli saraylara gəldikdə isə onların hamısı etdikləri zalımlı­ğın əvəzi olaraq dağıdılmışdı. Həqiqətən də, bütün bunlarda – bilik sahibi olanlar üçün bir rəmz vardır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(7.138) “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!”
Firon öz xalqı ilə birlikdə onları təqib edərkən, Allah İsrail oğullarını dənizdən keçirdi. Sonra O, İsrail oğullarının gözü qarşısında kafirlərin qoşununu suda qərq etdi. İsraillilər isə öz yollarına davam etdilər. Əhalisi ciddi-cəhdlə bütlərə ibadət edən və onlardan xeyir-dua istəyən kəndlərin yanından keçərkən, İsrail oğulları – öz ağılsızlıq­larından və nadanlıqlarından – Musadan (ə) xahiş etdilər ki, onlar üçün də bir ilah müəyyənləşdirsin ki, onlar da bütlərə sitayiş edən müşriklər kimi, ona ibadət etsinlər. Onlar bu xahişi – Allahın onlara bu qədər möcüzələr göstərməsindən sonra istədikləri üçün, Musa (ə) onları cahil xalq adlandırdı.

Öz Rəbbi və Yaradanından xəbərsiz olan, Onu, yaratdıqları ilə, nə özlərinə, nə də özgələrinə xeyir və ya zərər verə bilməyən, həyata, ölümə və dirilməyə sərəncam çəkmək iqtidarı olmayan məxluqları ilə bərabər tutanlardan kim daha nadan və cahil ola bilər?!!
ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ
(7.139) “Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdik­ləri əməllər isə puçdur!”
Bu insanların etiqad etdikləri nə varsa məhv ediləcəkdir və onların etdikləri əməllər əbəs olacaqdır. Onların duaları səmərəsiz, ilahları isə faydasızdır. Deməli, onların əməlləri də, niyyətləri də yanlışdır.
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
(7.140) “(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüz­dəki bütün insan­lara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”
Doğrudanmı, O – Vahid Haqq İlah olduğu halda, mən sizə Allahdan başqa bir ilah göstərərəm? O, ən gözəl sifətlərə malikdir və əməlləri qüsursuz yerinə yetirir. O, sizi bütün məxluqlardan ucaltmışdır və siz Onun bu lütfkarlığına minnətdarlığınızı bildir­məlisiniz. Buna görə siz təkcə Ona ibadət etməli və Ondan başqa ibadət edilənlərin hamısını rədd etməlisiniz.
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇﮈﮉ ﮊﮋﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(7.141) “(Ey İsrail oğulları!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğul­larınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi”.
Fövqəluca Allah İsrail oğullarına onları Firon və onun xal­qından xilas edən zaman onlara göstərdiyi lütfkarlığını xatırladır. Onlar İsrail oğullarını dəhşətli cəzalara məruz qoyur, oğlan uşaq­larını öldürür və təkcə qadınlarını diri saxlayırdılar. Lakin bu cəzadan xilas edilmənin özündə böyük bir sınaq və Rəbdən gələn böyük mərhəmət var idi. Başqa bir şərhə görə isə böyük sınaq – Fironun və onun xalqının israillilərə verdiyi məşəqqət idi.
ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(7.142) “Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışa­cağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
Musa (ə) təbliğat və nəsihət ilə öz xalqına müraciət etdikdə, onlar özləri üçün büt təyin etməsini ondan (ə) xahiş etməkdən vaz keçdilər. Allah onlara rəhm edərək onları düşməndən xilas etdi və yer üzündə onlara hakimiyyət bağışladı. Sonra O, onlara yenə böyük bir nemət – Kitab nazil etdi ki, onda dini hökmlər və Allahın ehkamlarına uyğun etiqad məsələləri izah edilirdi. Allah Musaya (ə) otuz gün təyin etdi və bu müddətə bir on gün də əlavə etdi ki, Musa (ə) Allahın vədini icra etməyə hazırlaşsın, israillilər də Səmavi Kitabın əhəmiyyətini dərk edərək, onu şövqlə almaq istəyirdilər.

Musa (ə) Allahın müəyyən etdiyi yerə gedərkən, o (ə) qayıdana qədər İsrail oğullarına başçılıq etməyi qardaşı Haruna tapşırdı. Bu, onun (ə) öz xalqının qayğısına qalmasına və ona mərhəmət göstərməsinə dəlil idi. O (ə) Haruna dedi: “Mən qayıdana qədər İsrail oğullarını mən idarə etdiyim kimi idarə et. İnsaflı ol, lakin günah işlədənlərə üzüyumşaqlıq göstərmə!”
ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚﯛﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥﯦﯧﯨﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(7.143) “Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıl­dıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsan­lardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirən­lərin birincisiyəm!” – dedi”.
Musa (ə) Allahın ona (ə) Kitab nazil edəcəyi yerə gəldikdə, Qüdrətli Rəbb onunla (ə) danışdı. Onun ilahi nitqi vəhylərdən, hökmlərdən və haramlardan ibarət idi. Müqəddəs Peyğəmbər (ə) böyük şövqlə Onu görmək istəyirdi. Bu arzusu ilə vəcdə gələrək, o (ə) Ondan Ona baxmasına imkan verməsini dilədi. Belə olduqda Allah ona (ə) bildirdi ki, o (ə) Onu bu dünyada66 görə bilməz.

Xeyirxah və Uca Rəbb məxluqları dünya həyatında Onu görə bilmək qabiliyyəti ilə yaratmamışdır, lakin bu hələ heç də qətiyyən o demək deyildir ki, insanlar Onu Cənnətdə görə bilməzlər. Quran mətnləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hədisləri birmənalı olaraq təsdiq edir ki, Cənnət sakinləri öz Xeyirxah və Uca Rəbbinin üzünü görə biləcəklər. Onlar Onun nəcib, alicənab çöhrəsinə baxmaq imkanına malik olacaqlar, çünki O, onlara ən kamil sima bəxş edəcəkdir ki, onun sayəsində cənnətdəkilər Onu görə biləcəklər. Məhz buna görə, şərh etdiyimiz ayədə Allah buyurur ki, əgər O, Özünü dağa göstərdikdən sonra, dağ yerində qalsa, Musa (ə) da Onu o zaman görə bilər. Allah Özünü dağa göstərdikdən sonra, o sanki qum təpəciyi kimi ətrafa səpələnib yox oldu. Nəhəng dağ öz Rəbbinin baxışından əzəmətli ehtizaza gəldi, lakin bu sınağa dözə bilmədi. Musa (ə) bunu gördükdən sonra huşunu itirib yerə yıxıldı.

Ayıldıqdan sonra o (ə) başa düşdü ki, əgər Allahın baxışından dağ öz yerində dayana bilmədisə, onda o (ə) buna heç vəchlə davam gətirə bilməz. O (ə) Allahdan yersiz xahişinə görə üzr istədi və dedi: “Ey Rəbbim! Sən hər cür nöqsanlardan uzaqsan və Sənin əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən yol verdiyim günahlar üçün tövbə edir və Sənə qarşı kifayət qədər ehtiram göstərmədiyimə görə üzr istəyirəm. Mən iman gətirənlərin birincisi olacağam!” O (ə), əvvəllər onda olmayan bilikləri Allah ona (ə) agah etdikdən sonra, öz imanını təzələməyi arzuladı.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə