Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə29/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

(7.144) “(Allah) belə buyurdu: “Ey Musa! Mən Öz risalə­lərimlə (Tövratın lövhələrini nazil etməklə) və səninlə (arada heç bir vasitə olmadan) söhbət etməyimlə (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi götür və (bu nemətlərə görə) şükür edənlərdən ol!”67
Ey Musa! Mən səni seçdim və çoxlarının layiq görülmədiyi böyük mərhəmətimi sənə göstərdim. Mən sənə təkcə ən yaxşıların layiq görüldüyü peyğəmbərlik əta etdim. Mən səninlə vasitəçisiz söhbət etdim və səni qardaşların olan elçilərdən fərqləndirdim. Sənə bəxş etdiklərimi qəbul et və qəlbini nazil etdiyim hökmlər və haramlar üçün geniş aç. Onları itaətkarlıqla qəbul edib sözünlə və əməlinlə təqdis et. Sənə ehsan etdiyim mərhəmətimə görə Mənə minnətdarlıq et!
ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(7.145) “Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!”

(7.146) “Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır”.
Biz Allahın qullarının ehtiyacları olacağı bütün bilikləri lövhələrdə nazil etdik. Onlarda xeyirxahlıq etməyə çağırış və cinayətlər törədilməməsi barədə xəbərdarlıq var idi. Bu vəhylə yanaşı dini hökmləri, düzgün baxışları, gözəl əxlaqi keyfiyyətləri və ünsiyyət qaydalarını izah etdik.

Fövqəluca Allah buyurur: “Ey Musa! Bu hökmləri özün səylə və ciddi-cəhdlə yerinə yetir və xalqına əmr et ki, onlar da dininin vacib və könüllü icra edilməsi tələb olunan hökmlərini yerinə yetirsinlər, çünki bunlar yer üzündə ən gözəl qanunlardır”.

Bu sözlərdən aydın olur ki, Allahın istənilən şəriətə dair peyğəmbərlərinə nazil etdiyi bütün hökmləri kamil, ədalətli və gözəl olmuşdur.

Sonra Allah bəyan edir ki, möminlərə günahkarların məs­kən­lərini göstərəcək. Onlar məhv edilmişdilər, amma onların yaşayış məskənləri sonrakı nəsillər üçün ibrət dərsi olmalı idi. Lakin təəssüflər olsun ki, onların barəsində təkcə möhkəm etiqad sahibi və öz Rəbbi qarşısında itaətkar olan möminlər düşünürlər. Qalan insanlara gəldikdə isə, Fövqəluca Allah bütün dünya üzünə səpələnmiş və onların özlərində olan möcüzələri dərk etməkdən onları yayındırır və onlara Onun Kitabını düzgün anlamağa imkan vermir. Bu, Onun qullarına təkəbbürlə yanaşanlardan, haqqı və onun təbliğatçılarını ötkəmliklə inkar edənlərdən alınan qisasdır.

Belə keyfiyyətlərə malik olan hər bir kəsi Fövqəluca Allah böyük nemətindən məhrum edir, Öz köməyini ondan əsirgəyir və onu ona fayda verə bilən ayələrdən uzaqlaşdırır. Belə də ola bilər ki, haqq belə adamın gözündə tərsinə çevrilər və onda o, yanlış əməlləri xeyirxah əməllər kimi qəbul edər. Gördüyü möcüzələrdən asılı olmayaraq, o, haqq dinə gəlməz, çünki onlardan üz döndərir, onlara müqavimət göstərir, Allah və Onun elçisi (ə) ilə düşmənçilik edir. Onun qarşısında Allaha və Allahın mərhəmət Məskəninə aparan doğru yol açıldıqda, o, o yolla getməkdən boyun qaçırır. Ancaq bədbəxtlik Məskəninə aparan azğınlıq yolu açıldıqda isə, o, o yola yönəlir və bunun səbəbi də ondadır ki, o, Allahın möcü­zələrini yalan saymış və onlara laqeyd yanaşmışdır. Məhz Allahın ayələrini qəbul etməmə və onlara etinasızlıqla yanaşma onu azğınlıq yoluna salmış və haqq yoldan boyun qaçırmağa məcbur etmişdir.

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥﮦﮧ ﮨ ﮩﮪ
(7.147) “Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməl­lərinin cəzasını çəkəcəklər!”
Əgər bir insan Allahın elçiləri vasitəsilə göndərdiyi hər şeyin doğruluğunu təsdiq edən böyük möcüzələri yalan sayırsa və Axirət həyatını inkar edirsə, onda onun əməlləri mütləq əbəs olacaqdır, çünki onlar (əməllər) hər hansı bir əsasdan məhrumdur. O insan heç bir əməlin, onsuz qəbul edilmədiyi, şərtini yerinə yetirmir. Bu şərt, Allahın ayələrinə və ölümdən sonra əvəz verilə­cəyinə iman gətirməkdir.

Əgər insanın əməlləri əbəsdirsə və o, müqəddəs saydığı məqsədinə nail ola bilmirsə, onda o, layiq olduğu əvəzi alır. Kafir Qiyamət günü mükafatlan­dırılacağına ümid etməməlidir. Onun etdiyi xeyirxah əməllər mənasızdır və buna görə onlar itib-batacaq və yox olacaqlar.
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ
(7.148) “(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylə­rindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzo­vun) onlarla danışma­dığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bu­nunla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular”.
Samaralı birisi İsrail oğullarına məxsus olan qızıl bəzək əşya­larından bir buzov heykəli düzəltdi. O, ərintiyə Allahın elçisinin (ə) ayağının izi qalmış bir ovuc torpaq da əlavə etdi və buna görə buzov böyürməyə başladı. Adamlar bunu gördükdə, buzova səcdə etməyə başlayıb, ondan ilah düzəltdilər. Samaralı isə dedi: “Budur sizin ilahınız və Musanın ilahı, lakin o, onu unudaraq, öz Allahını axtarmağa getmişdir”.

İsraillilərin hərəkəti onların düşüncəsizliyinə və ağılsızlığına dəlalət edirdi. Onlar necə güman edə bilərdilər ki, ən qeyri-kamil məxluqlardan biri olan – qızıl buzov göylərin və yerin Rəbbi ola bilər?!!

Fövqəluca Allah izah edir ki, həmin buzovun nə keyfiyyət­ləri, nə də onun əməlləri ilahlaşdırılmasına və ya ona ibadət edilməsinə layiq deyildi. Doğrudanmı israillilər görmürdülər ki, buzov hətta danışa bilmir? Danışıq qabiliyyətinin olmaması böyük nöqsan idi və onlara aydın olmalıydı ki, özləri bu dilsiz heyvan­dan və cansız heykəldən daha kamil keyfiyyətlərə malikdirlər.

Buzov onlara dində doğru yol göstərə bilməzdi və ya onlara dünyəvi işlərində fayda verə bilməzdi, axı insan ağlı və şüuraltısı birmənalı olaraq sübut edir ki, xeyir verməyə və zərər vurmağa qabil olmayan dilsiz heykələ ibadət etmək ən böyük yalan və yaramaz axmaqlıqdır. Buna görə Fövqəluca Allah buyurur ki, buzova ibadət etməyə başlayan İsrail oğulları zalımcasına davran­dılar. Onlar layiq olmayan məxluq qarşısında baş əydilər. Onlar müşrikliyə qapıldılar ki, o barədə Allah heç bir dəlil nazil etmə­mişdi.

Bu ayə təsdiq edir ki, Allahın nitqini inkar etmək Onun ilahi sifətlərindən birini inkar etmək deməkdir. Biz bu nəticəyə - qızıl buzovun danışıq qabiliyyətinin olmaması – haqqında Allahın: “bu­zov ibadətə və ilahlaşdırılmağa layiq deyil” deyə, duyurduğu sözlərinə görə gəlirik.
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(7.149) “Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”
Musa (ə) xalqının yanına qayıtdıqdan sonra həmtayfalarının nə törətdiklərini gördü. O (ə), onların səhvini özlərinə izah etdi və onlar etdiklərinə peşman oldular və kədərləndilər. Günahlarını dərk edərək, onlar Rəbbin qarşısında itaətkarlıq göstərdilər və dedilər: “Əgər Allah bizə rəhm etməsə, bizə doğru yolu göstərməz, təkcə Ona ibadət etməkdə bizə kömək etməz və bizi saleh əməllərə ruhlandırmaz, buzova ibadət etməyimizi bağışlamaz və belə olduqda, biz ziyana uğramışların sırasında olarıq – o şəxslərin ki, həm bu dünyada, həm də ölümdən sonra nemətlərdən məhrum edilmişlər”.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(7.150) “Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldu­nuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləş­dirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) löv­hə­lərini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anamın oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”
Musa (ə) İsrail oğullarına bərk qəzəblənmişdi və bu, onun (ə) Allahın dinini bütün varlığı ilə qorumağa səy göstərməsinə, öz həmtayfalarına ürəkdən yardım etmək istəməsinə və onlara yazığı gəlməsinə dəlalət edirdi. O (ə) dedi: “Mən gedən kimi siz yaramaz bir iş gördünüz ki, o, sizi əbədi məhvə və tükənməz bədbəxtliklərə məhkum edə bilər. Allah sizə Kitab nazil edəcəyinə söz verdi. Doğrudanmı siz Rəbbinizin vədini qabaqlamağı qərara aldınız və öz axmaq mühakimənizə əsaslanaraq bu mənfur günahı işlətməyə cumdunuz?”

Musa (ə) o dərəcədə hirslənmişdi ki, (Allahın nazil etdiyi yazılı lövhələri yerə ataraq) qardaşı Harunu saqqalından tutdu və onu özünə tərəf çəkib dedi: “...Ey Harun! Onların (haqq yoldan) az­dıq­­larını gördüyün zaman sənə nə mane oldu ki, (mö­minləri götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlən­mədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)” (Taha, 20/92-93).

Musa (ə) ona dediyi sözləri xatırlatdı: “...“Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf, 7/142). Belə olduq­da Harun ona (ə) dedi: “Ey anamın oğlu! Saçımdan, saqqa­lımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin: “İsrail oğulla­rı arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum” (Taha, 20/94).

Harun onu (ə) anasının oğlu adlandırmaqla ancaq onun (ə) ürəyini yumşaltmaq istəyirdi. Əslində isə onlar ata-anadan doğma qardaş idilər. O, Musaya (ə) İsrail oğul­larına dediyi sözləri danışır: “...Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərə­fin­­dən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!” (Taha, 20/90). Sonra o, əlavə edir: “Onlar məni zəif hesab edərək öldürməyə belə hazır idilər. Mənim barəmdə pis fikirləşmə və düşmənlərimizə məndən kam almağa əsas vermə, çünki onlar ümid edirlər ki, mən ya səhv buraxacaq, ya da nöqsanlı bir iş tutacağam. Məni zalımlara tay tutma və mənimlə onlarla davranılan kimi davranma”.
ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ
(7.151) “(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətinin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”
Musa (ə) tələsik nəticə çıxartmasına və qardaşı ilə pis dav­ranmasına görə peşmançılıq çəkdi. O (ə) onun günahsız olduğunu bilmirdi və belə hesab etmişdi ki, Harun (ə) öz vəzifəsini yerinə yetirməmişdir. Həqiqət ona (ə) məlum olduqdan sonra, o (ə) dedi: “Ey Rəbbim! Məni və qardaşım Harunu bağışla! Bizi Öz mərhəmə­tinin altına al və belə et ki, o bizi hər tərəfdən əhatə etsin. Həqiqətən, Mərhəmətin – alınmaz qala və hər hansı şərdən etibarlı müdafiə vasitəsidir. Əgər biz şərdən qorunmağa nail olsaq, bizə ancaq böyük nemətindən zövq almaq qalır. Ey Rəbbim! Sən bizə bütün məxluqlarından daha çox rəhm edirsən. Sən bizə ata və analarımızdan, övladlarımızdan və bizim özümüzdən daha çox qayğı bəsləyirsən”.
ﮉﮊﮋ ﮌﮍﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ
(7.152) “Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəb­bindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar ola­caqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!”
Fövqəluca Allah, buzova ibadət edən və onu bütə çevirən­lərin taleyi haqqında xəbər verir. Onlar öz Rəbbini qəzəbləndirdilər və Onun hökmlərinə etinasız yanaşdılar və onlar elə bu dünyada olduqları zaman alçaldılmaya məruz qaldılar. Allaha böhtan atanların, Onun dininin qanunlarını yalandan təhrif edənlərin və Onu yalanlamağa cəhd göstərən­lərin hər biri belə qisasa layiq görülür.

Belə insanlar Allahın onlara qəzəblənməsinə özləri səbəbkar olmuşlar. Onlar dünya həyatında nifrətə layiqdirlər və buna görə Fövqəluca Allah İsrail oğullarına bir-birini öldürməyi əmr edir və bildirir ki, ancaq bu yolla onlar Onun lütfkarlığını əldə edə bilərlər.
ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(7.153) “Pis əməllər etdikdən sonra tövbə edib iman gə­tirənlərə gəldikdə isə Rəbbin tövbədən sonra Bağışlayandır, Rəhmedəndir!”
İsraillilər bir-birilərini öldürməyə başladılar və onların çoxu qətlə yetirildikdən sonra, Qüdrətli Allah onları bağışladı.

Bu ayə İsrail oğulları barədə nazil edilmişdi, lakin onun mənası müşrikliyə düşən­lərin, böyük və kiçik günahlar işlədənlə­rin, sonra isə etdiklərinə peşman olaraq Allaha itaətsizlikdən əl çəkən və bu günahlara bir daha qayıtmayacağına qəti qərar verən­lərin hamısına aiddir. O, Allaha və iman gətirilməsinə Onun əmr etdiyi qeybə iman gətirənlə­rin; qəlbi və hərəkətləri ilə haqq dinin zəruri şərti olan və onlarsız kamil olmayan xeyirxah əməllər törədənlərin hamısına aiddir.

Həqiqətən də, əgər insan günahlarını tövbə edirsə və doğru yolu tutursa, onda Allah onun günahlarını, onlar yer kürəsi həcminə çatsalar da, bağışlayır və hətta onları silir. Bununla yanaşı O, onun tövbəsini qəbul edir, onu saleh əməllər işlətməyə ruhlan­dırır və onları ondan qəbul edir.
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(7.154) “Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı)”.
Musa (ə) sakitləşdikdən və şəraiti dəyərləndirdikdən sonra, etməli olduğu ən mühüm məsələlərdən başladı. O (ə), hiddətlən­diyi zaman yerə atdığı lövhələri götürdü. Bunlar haqq təlimatdan və mərhəmətdən ibarət olan böyük və dəyərli vəhylər idi. Onlar doğru yolla azğınlıq, haqla yalan, xeyirxah əməllə cinayət arasın­dakı fərqi izah edirdi. Onlar saleh əməllərə, yüksək əxlaqa və tərbiyəli davranışa düz yol göstərirdi. Onlar, bu lövhələrdə həkk olunmuş nəsihətləri yerinə yetirən, onlarda nazil edilmiş hökmləri öyrənən və onların dərin mənalarını dərk edən, sözü və əməli ilə Allaha itaət edən və Onun qarşısında qorxu hissi keçirən hər kimə mərhəmət və xoşbəxtlik gətirirdi. O ki qaldı Allahdan qorxmayan­lara və Onun hüzurunda cavab verməli olacağından çəkinməyən­lərə, nazil edilmiş vəhylər onları Haqqı daha təkəbbürlə inkar etməyə və ondan uzaq qaçmağa məcbur edirdi. Bununla belə, o vəhylər onları həm də Allah qarşısında öz cahilliklərinə görə bəraət əldə etmək imkanından məhrum edirdi.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ
(7.155) “Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşı­sısan!”68
İsrail oğulları tövbə edərək doğru yola qayıtdıqda, Musa (ə) onların arasından yetmiş nəfər kişi seçdi. Bunlar onun (ə) xalqının ən yaxşı nümayəndələri idi ki, Allaha, öz həmtayfalarının əməl­lərinə görə, üzrxahlıq etməliydilər. Allah onlar üçün yer və vaxt müəyyən etdi. Lakin müəyyən olunmuş vaxtda təyin olunmuş yerə gəldikdə, onlar peyğəmbərə (ə) dedilər: “Ey Musa! Bizə Allahı öz gözümüzlə görməyə imkan ver”. Onlar kobud bir hərəkətə cəsarət etdilər və Böyük Rəbbə hörmətsizlik göstərdilər. Elə bu zaman zəlzələ onları sarsıtdı və günahkarlar ölüb yerə sərildilər.

Musa (ə) isə Allaha dua etməyə və Onun qarşısında acizanə yalvarmağa başladı. O (ə) dedi: “Ey Rəbbim! Əgər Sən istəsəydin, onlar Sənin yanına öz xalqının cinayətlərinə görə üzrxahlıq etməyə gəlməmişdən və günahkar zalımlar olmamışdan öncə onları məhv edərdin. Doğrudanmı Sən bizi aramızdakı düşüncəsiz səfehlərin törətdiyi günahlara görə məhv edəcəksən?” Allaha dua etdikdən sonra o (ə), öz həmtayfalarının qaba hərəkətini onların belə işlərdən və sözlərdən çəkindirə biləcək kamil təfəkkürə malik olmamaları ilə doğrultmağa cəhd göstərdi.

Musa (ə) onların günahkar olmalarını doğruldaraq deyirdi ki, onlar azğınlığa düçar olmuşlar və bu azğınlıq insanı böyük təhlükəyə sala və hətta onu imandan məhrum edə bilər. O (ə) belə deyirdi: “Sən onları, istədiyini azğınlığa saldığın və istədiyini də doğru yola yönəltdiyin vasitənlə sınağa çəkdin. Bizi bağışla və rəhm et, axı Sən – bağışlayan­ların ən Yaxşısı, rəhmlilərin ən Rəhmlisi və bəxş edənlərin ən Səxavətlisisən!”

Bu sözlərin mənası belə idi: “Ey Rəbb! Əzəldən bizim hamımızın Sənin hökmlərini yerinə yetirməyə və Sənə iman gətirməyə qəti niyyətimiz vardı. Əgər insan sağlam təfəkkürə malik olur və düzgün biliklərə yiyələnirsə və maneəsiz olaraq Sənin doğru öyüd-nəsihətlərinə istinad edirsə, ona doğru yolla getmək müyəssər olur. Lakin əgər insan püxtələşməmiş ağıl sahibidirsə, onda o, yanlış qərarlar qəbul edir və azğınlığa düçar olur və bu iki amilin təsiri altında müxtəlif günahlar törədir. Sən isə rəhmlilərin Ən Rəhmlisi və bağışlamaqda – Ən Səxavətli Olansan!”

Allah Musanın (ə) duasını qəbul etdi və onun (ə) həmtay­falarını diriltdi və onların günahlarını bağışladı.
ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘﭙ ﭚ ﭛ ﭜﭝﭞﭟﭠﭡ ﭢ ﭣﭤﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ
(7.156) “Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanma­ğımızı diləyərək), Sənə tərəf (hüzuruna) döndük!” (Allah) bu­yurdu: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmə­tim hər şeyi əhatə edir. Onu Allahdan qorxub pis əməllərdən çəkinən­lərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam,”

(7.157) “o kəslərə ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri elçiyə – oxumağı-yazmağı bilməyən peyğəm­bərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yün­gülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökm­lərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
Musa (ə) dua edib qurtardıqdan sonra, dedi: “Bu dünyada bizə faydalı biliklər, bol ruzi və saleh əməllər, Axirət həyatında isə Öz mömin dostların və mömin qulların üçün hazırladığını qismət et! Biz yol verdiyimiz qüsurları etiraf edir və bütün niyyətlərimizi Sənə doğru qayıtmaqda görürük!”

Allah ona (ə) cavabında belə buyurdu: “Mən, özləri özlərini məşəqqətlərə məhkum edən bədbəxt günahkarlara Öz cəzamla zərbə endirirəm, Mənim Mərhəmətim isə göyləri və yeri, mömin­ləri və günahkarları, iman gətirənləri və kafirləri əhatə edir. Elə bir məxluq yoxdur ki, Mənim Mərhəmətim ona toxunmasın, Mənim Səxavətimə qərq olmasın. Lakin heç də hər kəsə xüsusi mərhəmətə layiq olmaq nəsib olmur. Xüsusi mərhəmətin nəticəsi – həm bu dünyada və həm də ölümdən sonra səadətə nail olmaqdır. Mən bunu, böyük və kiçik günahlardan çəkinənlərin, vacib zəkatlarını ödəyənlərin və ən kamil surətdə ayələrimizə inananların, onların həqiqi mənasını bilən, işlərində onları əsas tutanların, qəlbən və bədən əzaları ilə dinin əsas və fərdi hökmlərini yerinə yetirərək Peyğəmbərin yolu ilə gedənlərin qismətinə yazacağam”.

Bu ayələrdə söhbət oxumağı və yazmağı bilməyən peyğəmbər barəsin­dədir. Bu – Abdullahın oğlu və Əbdülmütəl­libin nəvəsi – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) idi. İsrail oğulları haqqında nazil edilmiş bu ayələrdən aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman israillilərin haqq dinə gəlməsinin vacib şərti idi. Onlardan həm də məlum olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirənlər və ardınca gedənlər Allahın mərhəmətinə ən geniş mənada layiqdirlər.

Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) savadsız peyğəmbər kimi səciyyələndirir, çünki o (ona Allahın salavatı və salamı olsun!) ərəb idi və nə yazmağı və nə də oxumağı bilməyən savadsız bir icmaya məxsusdu. Quran nazil edilənə qədər ərəblərin heç bir Müqəddəs Kitabı olmamışdı. Onların arasından peyğəmbər çıxacağı barədə öncəgörüm Tövratda və İncildə nazil edilmişdi. O Kitablarda onun (ona Allahın salavatı və salamı olsun!) adı və xüsusiyyətləri xatırlanırdı, həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi69.

O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı. O (ona Allahın salavatı və salamı olsun!), pisliyi ağıl və fəhm ilə müəyyən olunan əməllərin icrasını qadağan etdi. O (ona Allahın salavatı və salamı olsun!), namaz qılmağı və zəkat verməyi, oruc tutmağı və həccə getməyi, qohumluq əlaqələri saxlamağı və valideynlərə yaxşılıq etməyi, qonşular mərhəmət göstərməyi və qullara yardım etməyi, yerdə qalan bütün məxluqlara kömək etmək və həqiqəti deməyi, bakirəliyə və möminliyə riayət etməyi və ətrafdakılara səmimi qəlblə yaxşılıq etməyi və həmçinin digər xeyirxahlıqlar göstərməyi əmr etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), Allaha şərik qoşmağı və haqqı olmadan insanları öldürməyi, zinakarlıq etməyi və məstedici içkilər içməyi, məxluq­ları incitməyi və yalan danışmağı, əxlaqsızlıq etməyi və başqa cinayətlər törətməyi qadağan etdi.

Onun (ona Allahın salavatı və salamı olsun!) hökmləri və qadağaları onun (ona Allahın salavatı və salamı olsun!) həqiqətən də Allahın Elçisi olmasının əzəmətli dəlillərindəndir. Bunun sübu­tu həm də onun (ona Allahın salavatı və salamı olsun!) halal və haramı elan etməsidir. O (ona Allahın salavatı və salamı olsun!), yeyilməsi üçün ən yaxşı qida maddələrini, faydalı içkilərin içilmə­sini və qadınlarla evlənməyi halal etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), zərərli ərzaq yeməyi, zərərli içki içməyi, bəzi qadınlarla nikah bağlamağı, əxlaqsız sözlər işlətməyi və yaramaz hərəkətlərə yol verməyi qadağan etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), yüngül və asan bir din gətirmişdir ki, o ona etiqad edənləri çətinə salmır və onları gücləri çatmayan hökmləri yerinə yetirməyə məcbur etmir.

Möminlər ona (ona Allahın salavatı və salamı olsun!) inanır və ehtiramla yanaşırlar, ona kömək göstərir, cahil­lik və şübhələr zülmətində yolu nurlandıran və istənilən ziddiyyətləri həll edən Müqəddəs Quranın ardınca gedirlər. Onlar hökmən həm bu dünya həyatında və həm də ölümdən sonra uğur və böyük nemət qazanacaqlar və hər cür şərdən xilas olacaqlar, çünki onlar ən əzəmətli bir səbəbdən bərk-bərk yapışmışlar ki, bunun nəticəsi də – böyük müvəffəqiy­yətdir. O kəslər ki, oxumağı və yazmağı bilməyən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən, ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməkdən və ona (ona Allahın salavatı və salamı olsun!) yardım göstərməkdən boyun qaçırırlar, ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilən Nurun ardınca getmək istəmirlər, mütləq zərərə uğrayanlardan olacaqlar.
ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə