Əl-maiDƏ (SÜFRƏ)


(8.6) “Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər”



Yüklə 2,81 Mb.
səhifə33/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   29   30   31   32   33   34   35   36   37

(8.6) “Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər”75.

(8.7) “O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (İslamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi”.

(8.8) “(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (İslamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi”.
Bədr yaxınlığında əzəmətli döyüşü təsvir etməzdən öncə Fövqəluca Allah möminlərə xas olan keyfiyyətlər haqqında xəbər verir, çünki Bədr yaxınlığındakı döyüşün iştirakçıları bu keyfiyyət­lərə malik idilər və xeyirxah işlər görürdülər ki, bunlardan ən əzəmətlisi Allah yolunda müqəddəs müharibə idi. Onların imanı həqiqi imandı və buna görə Allahın onlara vəd etdiyi mükafat da həqiqi mükafat oldu.

Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, şəhərdən çıxıb Bədr adlı yerə yola düşsünlər və Onun nəzərdə tutduğu haqq naminə müşriklərlə görüşsünlər. Sonradan baş verən hadisələrin hamısı qədərlə müəyyənləşdirilmiş və planlaşdırılmışdı.

Müsəlmanlar yola düşdükdə onların hətta ağıllarına belə gəlmirdi ki, düşmənlə döyüşə girməli olacaqlar. Döyüşün qaçılmaz zəruriyyəti onlara aydın olduqda, bəziləri Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) mübahisə etməyə başladılar. Onlar döyüşmək istəmirdilər və elə davranırdılar ki, sanki onları labüd ölümə aparırdılar və onlar bunu müşahidə etməyə məcburdurlar. Əlbəttə, onlar belə rəftar etməməliydilər, xüsusilə, onlar Allahın əmrinə itaət edərək, Onun istədiyi işi görmək və haqq xatirinə bu yola çıxmışdılar. Belə şəraitdə istənilən mübahi­sələr mənasızdır. İnsanlar öz qərarlarının doğruluğuna şübhə etdikdə mübahisə və çəkişmələr fayda verə bilər. Əgər həqiqət aydın və mübahisəsizdirsə, onda onlara ona riayət etməkdən başqa bir şey qalmır.

Qeyd etmək lazımdır ki, möminlərin əksəriyyəti Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) höccətləş­mirdilər və düşmənlə rastlaşmağa müqavimət göstərmirdilər. Allahın qınağına layiq görülən azsaylı insanlar da sonradan Onun iradəsinə tabe oldular və müqəddəs müharibədə fəal iştirak etdilər. Allah da onlara dözümlülük bəxş etdi və müxtəlif hadisələr vasitəsi ilə onların ürəyinə yəqinlik saldı ki, onların bəziləri haqqında bir qədər sonra bəhs edəcəyik.

Müsəlmanlar şəhərdən çıxdılar ki, Əbu Sufyanın Şama yola düşdüyü qureyşlilərin böyük ticarət karvanının yolunu kəssinlər. Onlar karvanın Şamdan qayıtdığı haqqında eşitdikdə, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) çağırışına üç yüz on nəfərdən bir qədər çox adam toplaşdı. Onların cəmisi yetmiş dəvəsi vardı ki, onlara növbə ilə minməyi və ərzaq yükləməyi qərara almışdılar. Qureyşlilər müsəlmanların niyyətindən xəbər tutduqda, yola çıxdılar ki, öz karvanlarını müdafiə etsinlər. Onlar böyük bir qoşun təchiz etdilər ki, tərkibində çoxlu at var idi. Döyüşçülərinin sayı min nəfərə çatırdı.

O zaman Allah müsəlmanlara vəd etmişdi ki, müşriklərin iki dəstəsindən biri onlara qalacaq: onlar ya karvanı tutacaqlar, ya da qureyşlilərin qoşunu üzərində qəlbə çalacaqlar. Müsəlmanlar istəyirdilər ki, karvanı ələ keçirsinlər, çünki onlar maddi çətinliklər içində idilər, karvan isə kifayət qədər (özünümüdafiə) qüvvəsinə malik deyildi. Lakin Fövqəluca Allah istəyirdi ki, onların özləri üçün arzuladıqlarından da daha yaxşı bir hadisə baş versin. Allah istəyirdi ki, onlar qureyşlilərin tərkibində müşriklərin ağsaqqal­ları və adlı-sanlı igidləri olan qoşununa qalib gəlsinlər. Allah istəyirdi ki, haqq zəfər çalsın, onun tərəfdarları qələbə qazansınlar, yalan tərəfdarları isə sarsıdıcı məğlubiyyətə uğradılsınlar. O istəyirdi ki, qulları heç ağıllarına belə gətirmədikləri Onun haqqı müdafiə etməsinin şahidi olsunlar. Allah müxtəlif dəlil və sübutların vasitəsilə, günahkarların nifrətinə səbəb olsa da, haqqı təsdiq və yalanı ifşa etdi. Həqiqətən, Rəbb onların istəklərinə heç bir diqqət yetirmədi.


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ
(8.9) “O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu”.

(8.10) “Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
Allahın sizə göstərdiyi lütfkarlığını xatırlayın! Siz o zaman öz düşməninizin yaxınlığında idiniz və Allaha sizə kömək göstərməsi üçün dua etdiniz. Siz Ona yalvarırdınız ki, sizə yardım və qələbə nəsib etsin və O, duanızı qəbul edərək, sizə hərtərəfli kömək göstərdi. O, sizə bir-birinin ardınca gələn min nəfər mələk göndərdi. Lakin onların gəlişi sadəcə sizə görə bir müjdə idi, çünki onsuz da qələbə qoşunların çoxsaylı və hazırlıqlı olmasından deyil, Allahın iradəsindən asılıdır. Heç kim Ona üstün gələ bilməz. Öz yenilməz Qüdrəti sayəsində O, hətta ən çoxsaylı, mükəmməl hazırlıq görmüş və yaxşı silahlanmış qoşunları yardımdan məhrum edə bilər. Öz müdrikliyi sayəsində isə O, öncədən müəyyən etdiyi hadisələrin nəticələrini təyin edir və hər şeyi öz yerinə qoyur.
ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(8.11) “O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyin­dən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir mürgüyə daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı”.
Allah müsəlmanları mürgülətdi və bu Onun yardımının yeni bir təzahürü və Onun müsəlmanların dualarını qəbul etməsinin dəlili idi. Mürgü onları ürəklərində baş qaldırmış xofdan xilas edərək, onlara özlərini əmin-amanlıqda hiss etməyə imkan verdi və Allahın onlara kömək göstərəcəyinə inam yaratdı. Sonra yağış yağaraq möminləri pisliklərdən, toz-torpaqdan və şeytanların vəsvəsəsindən təmizlədi. Allah onların qəlbini möhkəmlətdi, çünki məhz qəlbin gücü bütün bədənə qüvvət verir. Bununla yanaşı O, onların qədəmlərini sabitləşdirdi: yağışdan sonra qumsal torpaq bərkidi və yerimək üçün rahat oldu.
ﮉﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞﮟﮠ ﮡ
(8.12) “(Ey Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salaca­ğam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
Allah mələklərinə köməyini və yardımını onlardan əsirgə­məyə­cəyini bildirir və onlara əmr edir ki, möminlərin ürəyinə cəsurluq və Onun mərhəmətini qazanmaq üçün Onun yolunda düşmənlə vuruşmaq arzusu təlqin etsinlər. Allah Özü isə kafirlərin qəlbinə qorxu salacağını vəd etdi, çünki qorxu – müsəlmanlara düşmən üzərində qələbə çalmağın ən böyük amillərindən biridir. Allah möminləri müdafiə edərək kafirlərin ürəyinə qorxu salır ki, bundan sonra onlar müsəlmanlara müqavimət göstərə bilmirlər və məğlubiyyətə uğrayırlar.

Kafirlərin başlarını vurmaq və barmaqlarını kəsmək əmrinə gəldikdə isə, bu, Allahın möminlərə yardım göstərməyi təlqin etdiyi mələklərə aiddir. Belə olduğu halda, bu vəhy, Bədr yaxın­lığındakı döyüşdə mələklərin bilavasitə iştirak etmələrini təsdiq­ləyən dəlildir. Bu əmr, ola bilsin ki, Allahın döyüşə ruhlandırdığı və döyüşdə müşriklərə qarşı necə amansız olmağı öyrətdiyi möminlərə də şamil edilsin.


ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(8.13) “Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər”.
Müşriklər76 belə aqibətə layiqdirlər, çünki onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı döyü­şürdülər və onlarla açıq-aşkar düşmənçilik edirdilər. Kim Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə əlaqəsini kəsərsə, hökmən şiddətli cəzaya uğradılar ki, bunun təzahür­lə­rindən biri də Allahın dostlarının Onun düşmənləri üzərində qəlbə çalması və onları məhv etməsidir.
ﮱﯓﯔﯕ ﯖﯗﯘ
(8.14) “Bax beləcə, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri hələ bir Cəhənnəm əzabı da gozləyir”77.
Ey Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) ayrılmış mürtədlər! Bu həyatınızdakı cəzanı dadın və bilin ki, iman gətirməyənlərə Cəhənnəm əzabı da hazırlan­mışdır.

Bu Quran hekayətində Allahın çox böyük möcüzələri öz əksini tapmışdır ki, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin həqiqiliyini sübut edən dəlillərdir.

Birincisi, Allah möminlərə qələbə bağışlayacağını vəd etmişdi və Öz vədini yerinə yetirdi. Fövqəluca Allah buyurur: “(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir” (Ali-İmran, 3/13).

İkincisi, O, yardım üçün Ona dua edən möminlərə cavab verərək, kömək göstər­məkdən ötrü zəruri şərait yaratdı. Bu, təsdiq edir ki, Rəbb Öz mömin qullarının qayğısına qalaraq onların imanını möhkəmlədir və qədəmlərini sabitləşdirir, onları hər hansı xoşagəlməz hallardan və şeytan vəzvəsələrindən xilas edir. Bu həmçinin qullarının dini hökmləri yerinə yetirmələrini mənəvi və maddi səbəblərin vasitəsilə asanlaşdıran Allahın mərhəmətinin dəlilləridir.


ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ
(8.15) “Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!”

(8.16) “(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir”.
Fövqəluca Allah Öz mömin qullarına əmr edir ki, layiqincə cəsarət və inadkarlıq göstərsinlər və ruhu və bədəni möhkəmlədən əməllər etməyə səy göstərsinlər. O, tərəflər bir-biri ilə əlbəyaxa döyüşə başladıqdan sonra döyüş meydanından qaçmağı qadağan edir.

Ey möminlər! Əgər sizin döyüş cərgələriniz düşmənin döyüş cərgələri ilə üz-üzə gəlsələr, onlara arxa çevirməyin. Əksinə, mətanətli olun və müharibənin ağırlığına səbirlə dözün. Belə davrandıqda, siz Allahın dininə kömək edərsiniz, digər möminlə­rin qəlbinə inam və allahsızların ürəyinə dəhşət salarsınız. Düşmənə arxa çevirməyə ancaq hərbi manevr etmək və ya başqa bir dəstə ilə birləşmək məqsədilə icazə verilir. Kim ki, döyüş zamanı başqa bir səbəblə arxasını düşmənə çevirərsə, Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil edilər.

Beləliklə, üzrlü səbəb olmadan döyüş meydanından qaçma ən böyük günahlardan biridir. Bu barədə səhih hədislərdə xəbər verilmişdir və bu, belə günaha yol vermiş müsəlmanların ünvanına qorxunc xəbərdarlıq kimi təsdiq olunur.

Şərh etdiyimiz ayələrin mənasından aydın olur ki, döyüş zamanı ancaq bir cinahdan başqa cinaha keçməyə, əgər belə yerdəyişmə düşmənə daha güclü zərbə vurmağa imkan verirsə, icazə verilir. Bu yerdəyişməni həyata keçirərkən müsəlmanlar kafirlərə döyüş meydanından qaçmaq niyyəti ilə arxa çevirmirlər. Onlar belə edirlər ki, düşmən üzərində üstünlük əldə etsinlər, onun seçilmiş qoşunlarına zərbə endirsinlər, onu azdırsınlar və ya başqa bir hərbi niyyəti həyata keçirsinlər. Həmçinin başqa dəstəyə kömək və ona kafirləri darmadağın etməyə yardım məqsədilə də geri çəkilməyə icazə verilir. Belə etməyə, hətta düşmən dəstəsi müsəlmanların düşərgəsində olduqda da, icazə verilir və bu hökm tamamilə aydındır.

Əgər müsəlmanlar geri çəkilərək döyüşdə iştirak etməyən bir dəstəyə qoşulmaq istəyirlərsə, məsələn, əgər onlar kafirlərin zərbəsi altında məğlubiyyətə uğrayaraq bir müsəlman ölkəsinə və ya müsəlmanların hərbi düşərgələrinin birinə sığınmağa cəhd göstərirlərsə, onda səhabələrin müxtəlif rəylərindən aydın olur ki, belə etməyə icazə verilir. əgər müsəlmanlar kiçik bir məğlubiyyətə uğramağa dözməklə, ümumi qələbəyə nail olmağı və ya qüvvələrini qoruyub saxlamağı nəzərdə tuturlarsa, onda yəqin ki, belə hərəkət etmək məqsədəuyğundur. Lakin əgər müsəlmanlar döyüşün davam etdirilməsinin onların kafirlər üzərində qələbəsi ilə qurtaracağına əmindirlərsə, belə bir vəziyyətdə onlara geri çəkilməyə icazə verilməsini təsəvvür etmək çətindir. Əslində, belə bir halda kiminsə geri çəkilməsi ağlabatan iş deyil.

Şərh etdiyimiz ayə ümumi mənaya malikdir, lakin bu surənin sonunda biz bu hökmün qoşunların say tərkibi ilə əlaqədar olması barədə nazil edilmiş ayə haqqında ayrıca bəhs edəcəyik.


ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(8.17) “(Ey möminlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) Eşidəndir, Biləndir!”
Fövqəluca Allah müşriklərin Bədrdə məğlubiyyətə uğradılması və müsəlmanların onları necə öldürməsi haqqında xəbər verir. Onlar bu qələbəyə öz güc və qüdrətləri sayəsində nail olmamışdılar. Bütpərəstləri darmadağın edən Allah Özü idi və möminlərə kömək edirdi. Bu barədə öncə deyilmişdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müşriklərə bir ovuc qum atarkən də, bu məhz Allahın iradəsi ilə olmuşdu. Burada söhbət döyüş zamanı baş vermiş hadisədən gedir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz çadırına girərək Allaha dua etməyə, Ondan yardım dilədi. Sonra o (ona Allahın salavatı və salamı olsun!) çadırdan çıxıb bir ovuc qum götürüb müşriklərə tərəf atdı. Rəbbi isə elə etdi ki, qum zərrələri onlara gedib çataraq istisnasız olaraq bütün müşriklərin üzünə, ağızlarına və gözlərinə dəydi. Bu, kafirlərin döyüş ruhunu sındırdı və sıralarını pərən-pərən saldı. Onların gücsüzlüyü aşkar oldu və nəticədə onlar məğlubiyyətə uğradılar.

Ey Muhəmməd! Sən onlara qum atdın, lakin sən buna öz gücün sayəsində nail olmadın. Bizim Qüdrətimiz sayəsində atdığın qum onlara qədər gedib çatdı və onların gözlərinə doldu. Allah möminlərə kafirlər üzərində, hətta onların arasında bilavasitə toqquşma olmasa belə, qələbə bəxş etmək qüdrətinə malikdir. Lakin O, möminləri sınamaq, onları cihadda iştirak etmələri sayəsində böyük yüksəkliklərə ucaltmaq və yaxşıca və səxavətlə mükafatlandırmaq istəyirdi. Allah qullarının bir-biri ilə gizli və açıq danışıqlarınının hamısını eşidir. Ona onların ürəklərində saxladıqları bütün xeyirxah və bədxah niyyətləri agahdır. O, Özünün Kamil biliyinə və İlahi müdrikliyinə əsaslanaraq qulları­nın taleyini təyin edir ki, onlar bundan mümkün qədər çox fayda götürə bilsinlər. Sonra isə O, onların hər birinə niyyətlərinə və əməllərinə görə əvəzini verir.


ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(8.18) “Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!”
Qələbəni sizə Allah bəxş etmişdir, çünki O, İslama və onun tərəfdarlarına müqavimət göstərənlərin hiyləsini və zalım kələklərini zəiflədir. Bununla yanaşı O, onların fəndlərini özlərinə qarşı çevirir.
ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(8.19) “Əgər (siz kafirlər) qələbə di­ləyirdinizsə, artıq qələbə çalınmışdır. Əgər küfrə son qoysanız, bu, sizin üçün daha xeyirli olar. Yox əgər (əvvəlki əməlinizə) yenidən başlasa­nız, biz də başlayarıq. Dəstənizin sayı nə qədər çox olsa da, bu sizi heç nədən xilas etməz, çünki Allah həqiqətən, mö­min­lər­lədir”78.
Ey müşriklər! Siz Allaha dua edirdiniz ki, zalım cinayət­karlara qarşı cəza göndərsin və O da sizi məşəqqətli cəzaya düçar etdi. Cəza sizi iztiraba məruz qoydu və təqvalı möminlər üçün ibrətamiz dərs oldu. Əgər siz Allahı tezliklə hökm çıxarmağa çağırmaqdan əl çəksəniz, bu sizin üçün daha yaxşı olar, çünki O, sizə möhlət verə və sizi ləngitmədən cəzalandırmaqdan vaz keçə bilər. Lakin əgər siz sözə baxmasanız, onda nə sizin döyüşlərdə və vuruşmalarda güvəndiyiniz köməkçiləriniz, nə də müttəfiqlə­riniz, qoşunlarınız nə qədər çoxsaylı olsalar da, sizə fayda verə bilməzlər. Allah həmişə təqvalı möminlərə kömək göstərir. O, kimləri müda­fiə edirsə, onlar zəif və azsaylı olsalar da, qələbə onların tərəfində olur.

Ayədə deyildiyi kimi, Allahın Öz məxluqları ilə olması müddəası onu göstərir ki, O, əməlisaleh dindarları müdafiə edir ki, bu da müsəlmanların saleh əməllərindən asılıdır. Əgər Allah bəzi hallarda düşmənə möminləri üstələməyə imkan verirsə, bunun səbəbi hökmən onların yol verdikləri nöqsanlarla – imanın vacib tələblərini yerinə yetirməməklə bağlı olur. Əgər onlar Allahın tələblərini layiqincə icra etsələr, onda onlar heç vaxt tamamilə məğlub edilə bilməzlər.

Təqvalı dindarlara həmişə yardım göstərdiyini xatırlatdıq­dan sonra, Fövqəluca Allah onlara əmr edir ki, dinin tələblərinə müvafiq olaraq davransınlar ki, bunun sayəsində onlar Onun yardımına layiq görülə bilərlər.
ﮖﮗ ﮘﮙﮚ
(8.20) “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!”

(8.21) “Eşitmədikləri halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın!”
Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmrlərini yerinə yetirin və sizə haram edilən hər şeydən çəkinin. Onun Kitabında nazil edilmiş hökmləri və tələbləri eşitdiyiniz halda, Allaha və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən boyun qaçırmayın. Əgər siz Quran əhkamlarından, onları eşitdikdən sonra, üz döndərsəniz, onda ən pis hərəkət etmiş olarsınız.

Eşitmədikləri halda, haqqı eşitdiklərini bəyan edənlərə oxşa­mayın, çünki onlar heç bir şey eşitməmişdilər. Heç bir əsası olmadan dəlilsiz-sübutsuz iddialarla qane olmayın, çünki belə davranışı Allahı və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bəyənmirlər. İman özünütərifdən və fantaziyalardan ibarət deyildir. O, insanların ürəklərində kök salmış və saleh əməllərlə təsdiq olunmuş tələblərdən ibarətdir.


ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(8.22) “Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır”.
Canlı məxluqların ən pisi ayələrdən və və nəsihətlərdən fayda götürməyənlərdir. Onlar haqdan söhbət edildikdə kar və lal olanlardır. Onlar nəyin fayda verdiyini anlamağa o qədər qadir deyillər ki, onlara əhəmiyyətli dərəcədə zərər verəndənsə, fayda verəni üstün tuta bilmirlər. Belə məxluqlar Allah qarşısında ən zərərli heyvanlardan da pis vəziyyətdədirlər. Allah onlara eşitmə, görmə qabiliyyəti və ağıl vermişdir ki, onlar həmin orqanlarından istifadə edərək, Öz Rəbbinə itaət etsinlər, lakin onlar o vasitələrdən günah törətmək üçün istifadə edir ki, bunun nəticəsində də özlərini böyük nemətlərdən məhrum edirlər. Onlar ən yaxşı məxluqların əks tipləridir; onlar doğru yolla getməkdən boyun qaçırmış və məxluqlardan ən pisi olmağı üstün tutmuşlar.

Onların məhrum edildikləri eşitmə qabiliyyəti eşidiləni dərk etmək istedadından ibarətdir. Lakin onlar ümumiyyətlə, eşitmək bacarığından məhrum edilməmişlər və buna görə də Fövqəluca Allah həqiqəti onların nəzərinə çatdırmışdır. Onlar Onun ayələri və möcüzələri haqqında eşitmişlər, amma bu, onlara fayda gətirməmişdir, çünki Ona məlum idi ki, onlarda xeyirxahlıq yoxdur və onlar Onun möcüzələrini lazımınca anlamağa layiq deyillər.


ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(8.23) “Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər”.
Əgər Allah fasiqlərə eşitmə qabiliyyəti versəydi də, onlar Ona itaət etməyi rədd edəcəkdilər, çünki onlar qətiyyən haqqa can atmırdılar. Bu ona dəlalət edir ki, Fövqəluca Allah xeyirxahlıqdan məhrum olanları və müsəlman olmağa layiq olmayanları imandan və uğurdan məhrum edir. Belə qərarlar İlahi müdrikliyinə uyğundur. Buna görə həmd təkcə Ona məxsusdur.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ
(8.24) “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri diril­dəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bi­lir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzurunda cəm edilə­cəksiniz!”
Fövqəluca Allah mömin qullarına buyurur ki, haqq dinin tələblərini yerinə yetirsinlər, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab versinlər. O, izah edir ki, bu hökm özündə böyük bir hikməti əks etdirir və çox böyük fayda verir, çünki insanın qəlbi təkcə Fövqəluca Allaha ibadət etməsi, Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinin daima yerinə yetirilməsi sayəsində canlanır.

Sonra Fövqəluca Allah Öz qullarını itaətsizlik göstərməkdən çəkindirərək bildirir ki, O, insanın onun öz qəlbi ilə olan rabitəsini kəsməyə qadirdir. Qoy insanlar Onun hökmlərini ilk dəfə eşitdikdə, onları rədd etməkdən çəkinsinlər, yoxsa onlar Allahın hökmünü sonradan icra etmək istəsələr, bu imkanından məhrum edilərlər. Onların ürəkləri çaşıb karıxa bilər, çünki Allah insanın öz qəlbi ilə olan əlaqəsini pozmağa qadirdir. Allah qullarının qəlblərinin istədiyi kimi çək-çevir edir və onları istədiyi istiqamətə yönəldir. Qoy insanlar bu duanı tez-tez təkrarlasınlar: “Ey qəlbləri çək-çevir edən Allah, Öz dininin yolunda qəlbimi sabitləşdir! Ey ürəkləri yönəldən Allah, qəlbimi Sənə itaət yoluna yönəlt!” Gerçəkliyinə şübhə etmək mümkün olmayan Məhşər günü onların hamısı Allahın qarşısında toplanacaqlar və onda mömin xeyirxah əməllərinə görə mükafat, günahkar isə öz günahlarına görə əvəzini alacaqdır79.


ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(8.25) “Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!”80
Sınaqdan keçirilmə təkcə günahkar zalımlara deyil, həm­çinin açıq-aşkar itaətsizlik edən günah­karları islah etməyə cəhd göstərməyən günahsız insanlara da zərbə endirir. Allahın cəzası cinayət törədilməsində təkcə günahkarlara düçar olmaqla kifayət­lənmir və buna görə insanlar belə sınaqlardan ehtiyatlanmalı və ətraflarındakıları qınanılan əməllərdən çəkindirməli, əxlaqsızlıq və şərəfsizlik yayan bədniyyətli cinayətkarlara müqavimət göstərməli, başqalarına günah işlətməyə və zalımlıq etməyə yol verməmə­lidirlər. İnsanlar bilməlidirlər ki, Allah Onu qəzəbləndirməyə cəsa­rət edənləri və Onun lütfkarlığını qazanmağa cəhd göstərməyən­ləri sərt cəzalandırır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢﭣﭤ
(8.26) “(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimət­lərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!”
Fövqəluca Allah qullarına, onlar alçaldıldıqdan sonra qələbə bəxş etməklə, azsaylı olduqları halda sıralarını artırmaqla, kasıb olduqları halda onları varlandırmaqla göstərdiyi mərhəmətini xatırladır. Onlar zəif camaat sayılırdılar və başqa insanların hakimiyyəti altında olsalar da, Allah onlara yardım göstərdi və çoxsaylı nemətlər nazil etdi. Onlar başqa bir şəhərdə sığınacaq tapdılar, öz düşmənlərinə qalib gəldilər və bol qənimət ələ keçirdilər və bunların sayəsində varlı və təmin edilmiş insanlar oldular. Ola bilsin ki, bu böyük mərhəmətə və yerinə yetirilmiş xeyirxahlığa görə onlar Allaha şükür edərlər. Ola bilsin ki, onlar heç kimi şərik qoşmadan təkcə Ona ibadət edərlər.
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə