Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə46/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

                                     

143 


buna tam haqqı olardı. Ümnisə xanım Süleyman qızı Musabəyli 

Azərbaycanın  parlaq  bir  ziyalısı,  qüdrətli  alimi  və  nəcib 

vətəndaşı kimi sıralarımızda bu gün də fəxri yer tutur. Arzumuz 

onun  əslində  yaşayan    və  daim  yaşayacaq  xatirəsinin 

əbədiləşdirilməsi,  nəsillərin  mənəvi  tərbiyəsində  əbədi  örnəyə 

çevrilməsidir.  

2002-ci  ildə  Ümnisə  Musabəylinin  100  illik  yubileyinə  həsr 

edilmiş  elmi  konfrans  keçirilib.  Konfransın  məcmuəsi  ayrıca 

kitab  kimi  buraxılıb.  Mətbuatda  müxtəlif  xatirə  yazıları  dərc 

edilib.  



                          jurnalist   Ramin Məmmədov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


                                     

144 


 

 

 

 

 

YAD ET MƏNĠ! 

 

Əziz müəlliməm oftalmoloq, akademik 

Ümnisə xanım Musabəyliyə 

 

Çoxdandır ki, görməyirəm insanların üzlərini, 



Eşitmirəm, ürəkaçan, ruh oxşayan sözlərini! 

Unutmuşam lalələrin, nərgizlərin xoş rəngini

Unutmuşam dərə boyu axan çayın ahəngini! 

 

Unutmuşam dostlarımı, dostlarımın adını da, 



Unutmuşam, unutmuşam təamların dadını da! 

Bir qaranlıq, işıq düşməz, dar bir yerdə tutdum qərar, 

Üzümü yuyur yağışlar, başımı darayır rüzgar. 

 

Duymayıram ətrini bənövşənin, qızılgülün, 



Eşitmirəm cəh-cəh vuran naləsini bir bülbülün! 

Ah! Bu yuxu nə ağırdır, eşitmirəm bir səs-səmir, 

“Qalx, bu ağır yuxudan sən” heç kəs mənə demir, demir! 

 

Bu diyarda mənim kimi, yuxu alıb yatan çoxdur, 



Əbədilik ümmanına qərq oluban, batan çoxdur! 

Bir çoxları ərimişlər, bədənləri külə dönmüş, 

Dodaqları lalələrə, yanaqları gülə dönmüş! 

 

Qəbristanlıq kainatın ən pərişan guşəsidir, 



Hönkürtülər, hıçqırıqlar bu yerlərin nəğməsidir! 

Ziyarətə gələn çoxdur, amma bir an gülməz üzlər, 

Ağlayarlar, yaş yerinə al-qan ilə dolar gözlər! 



                                     

145 


 

Biz hamımız bu yerlərdə, bir yastığa baş qoyarıq, 

Nə işimiz, nə gücümüz, nə daş üstə daş qoyarıq, 

Bizim üçün fərqi yoxdur, günəş sönüb coşsa tufan, 

Yəqin ki, çaylar tərs axıb, sökülsə dağlar binadan! 

Gözlərimiz görməz olmuş, qulağımız eşitməzdir, 

Əllərimiz tutmaz olmuş, ayağımız yeriməzdir! 

Varlığımız dönmüş heçə, mümkün deyil görünməsi, 

Okeanın damlasıyıq, kainatın bir hissəsi! 

 

Bir zamanlar od alardım, günəşin al yanağından, 



Min həvəslə ilhamlanıb ulduzların növrağından! 

Öz əlimlə parça-parça nur payladım nursuzlara, 

Əfsus indi günəş hara, işıq hara və mən hara! 

 

Açıb bükülsə burda gül, bil ki, mənim nəfəsimdir, 



Yarpaqların pıçıltısı söhbətimdir, həm səsimdir! 

Aydın səma gülüşümdür, tufan mənim qəzəbimdir, 

Böylə təsəvvür et məni! Xəyal kimi bu bəsimdir! 

 

Biz bilmərik payızmıdır, qışdır, yoxsa bahar gəlir, 



Bir işıqlı nöqtə belə görmək bizə naçar gəlir! 

Aman allah! Yoxmu çarə, əbədidir bu yer mənə

Yalvarıram məni bilən hər bir kəsə dönə-dönə! 

 

Eşidəndə insanlardan ürək açan şirin sözlər, 



Xumarlanıb məclislərdə, süzüləndə qara gözlər! 

Məst etdikcə çahargahın, muğamatın səsi məni, 

Mərhəmətlə, ehtiramla bir anlığa yad et məni! 

 

Sədaqətdən, etibardan, məhəbbətdən söz düşəndə



Bahar çağı min həvəslə bülbül güllə görüşəndə! 

Dost busəsi oxşadıqca nəvazişlə gül çöhrəni, 

Mərhəmətlə, ehtiramla bir anlığa yad et məni! 



                                     

146 


 

Keçmə qəbrim önündən Sən saymazyana, dayan, dur, 

Əgər ayaq saxlamasan qızıl qan axar yaramdan! 

Vüqarımı yadına sal, cəlb eləyim diqqətini  

Mərhəmətlə, ehtiramla bir anlığa yad et məni! 

 

Yad et bahar axşamında, qışın soyuq çiləsində, 



Qızıl payız günlərində, yazın sərin gecəsində! 

Dərdlərimdən kədərlənib, yaş tutmasın gözlərini, 

Yalnız bir anlığa, bir anlığa yad et məni! 

 

Yad et məni albalılar, şaftalılar gül açanda, 



Yad et məni, yad et məni qaranquşlar dil açanda! 

Hiss edərəm bunu bilin, nə qədər də ağır yatsam, 

Çünki ruhum hey dolanır kainatı aram-aram! 

 

Əziz vətən-əziz vətən torpağında canım qalsın! 



Çaylarında, göllərində damla-damla qanım qalsın! 

Əfv et məni! Rəva bil ki, o müqəddəs daşlarında, 

Varlığımdam bir xatirə adım qalsın, sanım qalsın! 

 

 

Rəfiqə Axundova 

1974-cü il 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə