Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə49/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   45   46   47   48   49   50   51   52   53

                                     

153 


MUSABƏYOV OCAĞI 

(Poema) 

 

Göz cərrahı, professor Ümnisə Musabəyovanın əziz 

xatirəsinə 

 

Budur həyat yollarında 



Gedir mənim qəhrəmanım,  

Addımlayır yavaş-yavaş.  

Sirri çoxdur bu həyatın,  

Kim çıxarıb ki, ondan baş?!  

Gedir, gedir…  

Yola düşüb bir kor gedir,  

Peşimandır, dilxor gedir.  

 

Qulağında ürəyində gizlətdiyi  



Bir nəğmənin zümzüməsi,  

Tək günahı gözlərinin görməməsi.  

Gedir, gedir...  

Yollar ona zülm eləyir,  

O  da, yola zülm eləyir.  

 

Toxunduqca keçənlərə  



Biri sağa itəliyir, biri sola itəliyir.  

Gedir, gedir, əlində də əl ağacı  

Çiynindəsə bu dünyanın 

Dağdan ağır ehtiyacı.  

Yola düşüb bir kor gedir,  

 

Gözlərində nur yoxsa da, 



Nurdur bəsirət dünyası.  

Gedir, gedir, görən nədir  

Yaradandan təmənnası?!  

Bir qədər də kövrəkləşib,  




                                     

154 


Bir qədər də həssaslaşıb  

İncədən incə duyğusu,  

Gedir, gedir,  

Onun da var öz əzabı,  

Onun da var öz qayğısı.  

 

Niskili çox, kədəri çox  



Yoldan keçən baxır ona,  

Ah, biganə baxışlardan xəbəri yox.  

Biri görür, qulaq çəkir,  

Biri görür, lağa qoyur.  

Kor düşünür: “Aman allah  

Qazmışdılar bax bu yeri,  

Sol tərəfdə bir quyu var”...  

 

Addımını bir-bir sayır.  



Yolda qalıb tapdandıqca  

Ona baxıb gülüşürlər, 

Korluğunu qaxınc edib,  

Arsız-arsız irişirlər.  

 

İnsan taleyin quludur, 



Qismətindən qaça bilməz  

Fələk bağlayan qapını  

Kimsə vurub aça bilməz.  

 

Neyləsin ki, gözü görmür  



Gözlülər var gözsüzlərə,  

Göz versə də işıq vermir.  

 

Mənasız söz nəyə gərək  



İşıqsız göz nəyə gərək  

Zülüm zillət keçiribdir  

Bu dünyanı caynağına,  



                                     

155 


Gör kimləri kötəkləyir  

Fələk qatıb qabağına...  

 

Asta-asta bir kör gedir  



Ağacını döyə-döyə,  

Gah dolaşır, gah ilişir  

Səkilərə dəyə-dəyə.  

 

Gedir, gedir,  



Ürəyində öz ağrısı  

Kimsə onu söyüb qaçır,  

Bir yandan da söz ağrısı.  

Ehtiyacı qalaq-qalaq,  

Eh onlara baş vuraraq  

Gedir yazıq, yazıq...  

 

Ürəyində gizlətdiyi 



Nəğmə susur,  

Baş qaldırır bir hıçqırıq,  

Sıxıntılar süzür onu.  

Gedir, gedir,  

Yol yoldaşı qorxu, təlaş.  

Yolda yıxılmasın deyə  

O yeriyir yavaş-yavaş.  

 

Aman Allah,  



Bu anlarda nələr gəlir  

Gözlərinin qabağına?!  

Xəyalında gedir yenə,  

Özünün qəm otağına.  

Gedir, gedir tək başına,  

Birdən başı zərblə dəyir  

Yolda duran bir maşına.  

 



                                     

156 


Pəncərəni açıb hirslə,  

Boynu yoğun bir bəxtəvər  

Qışqıraraq onu söyür,  

Söyüşündən ləzzət alıb, özün öyür.  

“Yoldan çıx ə, balqabaq!  

Maşın səndən bahadır.  

Bilmirəm o əlində ağacdır, nə soxadır?  

Andırını dala çək, danaboyun boz eşşək”!  

Xa-xa, xa-xa, xa-xa  

Qəhqəhə ilə qaqqıldayır  

Çəpik vurub şaqqıldayır”.  

“Amma yaman yağladım ha,  

Sinəsini dağladım ha”.  

 

Dağladığı həmin sinə  



Hardan bilsin, necə duysun  

Başdan-başa özü dağdır,  

Yazıq korun faciəsi  

Bu mühitdə yaşamaqdır.  

 

Yola düşüb bir kor gedir,  



Axşamacan işlərini görməlidir.  

Onun da var alacağı,  

Onun da var verəcəyi,  

Almalısın almalıdır,  

Verməlisin verməlidir.  

 

Gedir, gedir, 



“Şükür allah”,  deyə-deyə.  

Əl üzübdür insanlardan,  

Öz qəlbini açıb göyə.  

 

Göz görmürsə nə eybi var,  



Bu sadəcə əlillikdir.  


                                     

157 


Vay o gündən qəlb kor ola,  

Bax bu korluq, zəlillikdir.  

Gördüyünə göz yumanlar  

Korluq deyil, bəs bu nədir?!  

Kor deyirəm o kəsə ki,  

Ətrafına biganədir.  

 

Korlar var ki,  



Görənlərdən yaxşı görür,  

Yaradanın xilqətinə  

Bəzi, bəzi “sağlamlar”dan  

Daha gözəl dəyər verir.  

 

Budur, həyat yollarında  



Gedir mənim qəhrəmanım.  

Bütün günü iş dalınca  

Ora bura gedə-gedə  

Üzüldü o, yoruldu o.  

Axşam evə qayıdanda  

Gəlib yenə qələminə sarıldı o.  

 

Dərddən yazdı, qəmdən yazdı,  



İlahidən nur istəyib,  

Gözdən yazdı, şəmdən yazdı:  

“Şimşəklər oynadı, ildırım çaxdı,  

Susub xəyallara dalanda gözlər.  

Zülmətə qərq edib, könlümü sıxdı,  

Bəxtimi daşlara çalanda gözlər.  

 

Minnətlər görəndə, kömək dalında,  



Ağladım bəxtimin göynək dalında.  

Utanıb, gizlətdim, eynək dalında,  

Gözümü gözlərdən salanda gözlər.  

 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə