Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə47/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

                                     

147 


 

 

 

 

 

 

ġƏFALI  ƏLLƏR 

 

Uşaqlar anadan bəzən niyə kor doğulurlar? 



Yüzlərlə  ananı  düşündürən  bu  sual,  Azərbaycan  Tibb  İnsti-

tutunun  göz xəstəlikləri kafedrasının müdiri, professor  Ümnisə 

Musabəyovanı 

da 


narahat 

edirdi. 


Axı 

Elmi-Tədqiqat 

Oftalmologiya  İnstitutunda  bu  problemlə  bilavasitə  o  məşğul 

olur,  bu  xəstəliyin  vaxtında  qarşısını  ala  biləcək  vasitələr  ax-

tarırdı.  Bir  neçə  ilin  axtarışları  xəstəliyin  yalnız  törəmə  səbəb-

lərini müəyyən etməyə imkan verdi: ilk hamiləlik dövründə ana 

bəzən lazımi yeməklərlə qidalanmır. Orqanizmdə vitamin azalır. 

Əlbəttə, bu hal ana bətnində olan uşağın inkişafına pis təsir edir. 

Uşağın  görmə  üzvlərində  lazımi  maddələr  çatışmır,  buynuz 

qişasının  bulanması  halları  baş  verir  və  nəticədə  o,  kor  olur. 

Hamilə qadının orqanizmində baş verən müxtəlif zəhərlənmələr 

və  maddələr  mübadiləsinin  pozulması  da  uşağın  kor 

doğulmasına  səbəb  olur.  İndicə  əməliyyat  olunacaq  bir  yaşlı 

Rəhilə də belə bir patoloji prosesin qurbanı olmuşdur. 

...Professor  cərrahiyyə  otağına  yollandı.  Burada  tam  sakitlik 

idi.  Yalnız  xəstənin  xırıltısı  eşidilirdi.  Professor  onu  diqqətlə 

nəzərdən keçirib nəbzini yoxladı, yod sürtülmüş göz qapaqlarını 

qaldırdı.  Gözün  bəbəyi  nazik  pərdə  ilə  örtülmüşdür.  Bu 

professorun diqqətini cəlb etdi. 36 illik təcrübəsində o, daha ağır 

xəstələrə  rast  gəlmişdi.  İnsan  gözü  üzərində  üç  mindən  çox 

mürəkkəb  cərrahiyyə  əməliyyatı  aparmışdı.  Yüzlərlə  körpəni 

qaranlıqlar aləmindən qopararaq işıqlı həyata qaytarmışdı. Lakin 

hər xəstənin öz yeri, hər əməliyyatın öz xüsusiyyəti vardır. Odur 

ki,  həmişə  ehtiyat  edirdi.  Zəif  uşağın  gözləri  tutulmuşdu. 




                                     

148 


Bulanmış  büllurdan  əlavə  gözdə  başqa  dəyişikliklər  də  vardı. 

Əməliyyat  qorxulu  idi.  Qana  bulaşan  parlaq  alətlər  tez-tez 

dəyişdikcə  təhlükə  də  sovuşub  gedirdi.  Cərrahiyyə  otağından 

çıxanda Musabəyova artıq özündə bir yüngüllük hiss edirdi.  

1956-cı  il  professorun  həyatında  ən  əlamətdar  il  oldu.  Çətin 

elmi 


axtarışlar 

hədər 


getmədi. 

Hamiləliyin 

düzgün 

getməməsinin gözdə  ilkin əlamətləri aşkar edildi.  O öyrəndi ki, 



gənc  qadınların  qan  təzyiqi  artdığı  zaman  gözdə  müəyyən 

dəyişikliklər aşkar edilə bilər. Bu növ patoloji hadisə hamiləliyin 

nəticəsini qabaqcadan müəyyənləşdirməyə imkan verirdi.  

Hamiləliyin düzgün  getməməsinin ilk əlamətləri göz dibində 

əmələ  gəldiyi  üçün  oftalmoloqların  müayinəsinin  əhəmiyyəti 

öyrənildi.  Aparılan  təcrübələr  ilk  dəyişiklikləri  aşkar  etməyə 

imkan  verdi  və  beləliklə,  müxtəlif  müalicə  üsulları  nəticəsində 

müəyyən  fazada  belə  halların  ləğvi  üçün  şərait  yarandı.  Çox 

çəkmədən  Musabəyova  “Hamiləliyin  patologiyasında  göz 

xəstəlikləri” 

adlı  əsərini  tamamladı.  Polşa  professoru 

Milanovski,  yapon  professoru  Akira  Hakadima,  belçikalı  göz 

həkimi  Paul  Lö  Krann,  SSRİ  Elmlər  Akademiyasının  həqiqi 

üzvü,  əməkdar  elm  xadimi  Merkulov  və  başqaları  bu  əsəri 

yüksək qiymətləndirdilər.  

Nədənsə  bu  böyük  iş  professora  çox  sadə  görünürdü.  Axı 

həyatda onun öz məqsədi vardı. Xəstələrə şəfa vermək hələ onun 

gənclik  illərinin  idealı  idi.  O,  bu  məqsədlə  Tibb  institituna 

girmişdi.    Bu  məqsədlə  namizədlik,  sonra  da  doktorluq 

dissertasiyası  müdafiə  etmişdi.  Gözün  fizioligiyası  və  pato-

logiyasına  aid  80  elmi  əsəri  də  bu  məqsədlə  yazmışdı.  Tibb 

institutunun    tələbələri  üçün  hazırladığı  “Göz  xəstəliklərinin 

istilahları”,  “Hipertoniya  xəstəliyində  göz  dibində  əmələ  gələn 

dəyişikliklər”,  “Büllurun  çıxıqları  və  onların  müalicəsi”,  ingilis 

və  ərəb  dillərində  “Traxomalı  xəstələrin  gözlərində  cərrahiyyə 

əməliyyatının xüsusiyyətləri” və sair əsərlər meydana gələrkən, 

tibb elmi sahəsində xidmətlərinə görə əməkdar elm xadimi fəxri 



                                     

149 


adına  layiq  görülərkən,  2  dəfə  SSRİ  Ali  Sovetinə  deputat 

seçilərkən bunu vətəndaşlıq borcu hesab etdi.  

Professor  Musabəyovanın  respublikamızda  gənc  həkimlərin 

yetişdirilməsi sahəsində də xidmətləri böyükdür.  Elmi fəaliyyəti 

müddətində  7  tibb  elmləri  namizədi  və  bir  tibb  elmləri  doktoru 

hazırlamışdır.  

Hazırda  kafedrada  oftalmologiyanın  bir  sıra  sahələrində 

böyük  tədqiqat  işləri  görülür.  Bunlardan  biri  də  “Qanqleron” 

preparatının  təkmilləşdirilməsiidr.  Bildiyimiz  kimi,  son  illər 

müalicə  məqsədi  ilə  çoxlu  dərmanlar  tətbiq  olunur.  Bunlardan 

bir çoxu sinirlərə müsbət təsir göstərməklə, orqanizmdəki ağrını 

da  rədd  edir,  ürəyin  fəaliyyətini  artırır,  beyin  damarlarını 

genişləndirir.  Beləliklə  də  insan  orqanizmində  gedən  ağır 

proseslərə fəal təsir göstərir. Yeni tapılan “Qanqleron” preparatı 

da  bu  qəbildəndir.  Lakin  klinikanın  əməkdaşları  bu  preparatın 

gözə  təsirini  öyrənərkən,  onun  mənfi  xüsusiyyətlərini  də  aşkar 

etmişlər. Bir çox illərin tədqiqatı təsdiq etmişdir ki, bu preparat 

gözün  təzyiqini  artırır  və  buynuz  qişasının  bulanmasına  səbəb 

olur.  Zaqafqaziya  fizioloq,  farmokoloq  və  biokimyaçılarının 

Üçüncü  qurultayında  bu  haqda  məruzə  edən  Ümnisə 

Musabəyova  və  onun  peşə  dostları  hazırda  “Qanqleron” 

preparatındakı  mənfilikləri  ləğv  etmək  üçün  geniş  dairədə 

eksperimentlər aparırlar.  

Klinikada  professor  Ümnisə  Musabəyovanın  rəhbərliyi 

altında  aparılan  elmi-tədqiqat  axtarışlarının  hansının  müsbət 

nəticə  verib-verməyəcəyini  qabaqcadan  demək  çətindir.  Lakin 

bu axtarışlar arxasında insanın sağlamlığı keşiyində duran nəcib 

insanların fədakar əməyi görünür.  

 

                                                                  Süleyman PaĢayev 

Elm və həyat jurnalı, 1963-cü il, Nömrə 1. 

 

 



 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə