Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə48/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   45   46   47   48   49   50   51   52   53

                                     

150 


 

 

“GÖRKƏMLĠ  ALĠM, SEVĠLƏN ĠNSAN” 

 

Tarixin  müxtəlif  dövrlərində  xalq  üzünü  daim  vaxtın  yad-



daşında  iz  qoymuş  parlaq  şəxsiyyətlərə  tutur  və  özünün  sabaha 

uzanan  yolunu  onların  işıqlı,  saf,  parlaq  əməllərində  aydın-

laşdırır.  Məşhur  alim,  böyük  ziyalı,  əsl  müəllim,  respublikanın 

əməkdar  elm  xadimi  tibb  elmləri  doktoru,  professor  Ümnisə 

Musabəyova  xatırlanarkən    həm  də  onu  zirvəyə  ucalan  insan 

adlandırırlar. 

Çünki  o,  insanda  müxtəlif  əxlaqi  keyfiyyətləri,  istedadı,  qa-

biliyyəti,  mərdliyi,  təmizliyi,  bütövlüyü  həmişə  yüksək  qiy-

mətləndirirdi.  Ümnisə  Musabəyova  yaradıcı  münasibəti,  dav-

ranışı,  saf  mənəviyyatı  ilə  yaşadığı  zəmanədə  də,  müasir  döv-

rümüzdə də hər kəsə nümunədir.  

Böyük  alim  1902-ci  ildə  Azərbaycanda  qulluqçu  ailəsində 

anadan  olmuşdur.  1926-cı  ildə  Azərbaycan  Dövlət  Universi-

tetinin  Tibb  fakültəsini  bitirdikdən  sonra  elə  orada  göz  xəs-

təlikləri  kafedrasında  ordinator  saxlanılmışdır.  1930-cu  ildə 

kafedranın  assistenti,  1932-ci  ildə  dosenti  seçilmişdir.  1935-ci 

ildə  namizədlik,  1936-cı  ildə  isə  “Büllurun  qazanılma  çıxıq-

larının  patologiyasına  dair”  mövzusunda  doktorluq  disser-

tasiyasını müdafiə etmişdir. 1943-cü ildə professor seçilmişdir.  

Ümnisə  xanım  1945-ci  ildən  ömrünün  sonuna  qədər  Azər-

baycan  Dövlət  Tibb  İnstitutunun  göz  xəstəlikləri  kafedrasına 

rəhbərlik etmişdir.  

O,  Böyük  Vətən  müharibəsi    illərində  kafedrada  işləməklə 

yanaşı,  Bakı  şəhərində  neyrocərrahiyyə  hospitalında  məsləhətçi 

kimi  fəaliyyət  göstərmişdi.  Alimin  elmi  fəaliyyəti  nəzəri    və 

kliniki oftalmologiyanın  mühüm  məsələlərinə həsr olunmuşdur. 

Onun  tədqiqatlarına  Azərbaycan  üçün  vacib  olan  problem  - 

traxoma  xəstəliyi  ilə  mübarizə  də  daxil  idi.  Bu  müayinələr 

traxomanın diaqnostikası, klinikası və müalicəsi ilə əlaqədar idi.  

Ümnisə  Musabəyova  orqanizmdə  müxtəlif  xəstəliklərin  ya-

ranması  nəticəsində  gözdə  baş  verən  dəyişikliklərlə  maraq-



                                     

151 


lanaraq,  malyariya,  hipertoniya  və  hamiləliyin  patologiyası 

zamanı  görmə  qabiliyyətindəki  dəyişiklikləri,  zədələnmələri 

tədqiq edib öyrənmişdi. Onun bir sıra müayinələri qlaukomanın 

klinikası    və  müalicəsi  görmə  sinirinin  xəstəliklərinə  həsr 

olunmuşdur. 

Professor  görmənin  fiziologiyasına  aid  olan  məsələlərlə, 

xüsusilə  akkomodasiyanın  öyrənilməsi  ilə  də  məşğul  olmuşdur. 

Qeyd  etmək  lazımdır  ki,  bu  müayinələr  akkomodasiyanın 

öyrənilməsində yeni istiqamət yaratmışdır.  

Ümnisə  Musabəyova  respublika  oftalmoloq  elmi  kadrlarının 

hazırlanmasında  böyük  rol  oynamışdır.  Onun  rəhbərliyi  altında 

iki  namizədlik,  iki  doktorluq  dissertasiyası  müdafiə  edilmişdir. 

Sovet  oftalmoloji  nəşrində  hamiləlik  patalogiyasına  dair  ilk 

monoqrafiya  -  “Hamiləlik  patologiyasında  göz  xəstəlikləri” 

onun qələminə məxsusdur.  

Ümnisə Musəbəyova iki  yüzdən  çox elmi  əsərin müəllifidir, 

bunlardan  on  dördü  xaricdə  çıxan  oftalmoloji  ədəbiyyatlarda 

nəşr  olunmuşdur.  Azərbaycan  dilində  iki  dərsliyin,  latın- 

Azərbaycan 

dilində 


terminalogiyanın 

və 


Azərbaycanda 

traxomanın  diaqnostikası,  müalicəsi  və  profilaktikasına    dair 

metodik  tövsiyyənin  müəllifidir.  Bundan  başqa  o  “Göz  alma-

sının  quruluşu,  refraksiyası  və  akkomodasiya”  mövzusunda 

filmin ssenarisini yazmış və elmi məsləhətçisi olmuşdur. 

Məhşur sovet oftalmoloqu kimi 1975-ci ildən “Vestnik oftal-

moloqi”  jurnalının  redaksiya  şurasının,  1955-ci  ildən  Azər-

baycan  Tibb  jurnalının,  Azərbaycan  Sovet  Ensiklopediyasının 

redaksiya  heyətinin  və  keçmiş  SSRİ  Səhiyyə  nazirliyi  Elmi 

Şurasının  üzvü,  1957-ci  ildən  isə  Azərbaycan  Oftalmoloqlar 

cəmiyyəti  idarə  heyətinin  sədri  və  Ümumittifaq  Oftalmoloqlar 

cəmiyyətinin idarə heyətinin üzvü olmuşdur. 

Professor  Ümnisə  Musabəyova  dəfələrlə  xarici  ölkələrdə 

müxtəlif  oftalmoloji  konqreslərdə  nümayəndə  kimi  iştirak 

etmişdir. O, 1956, 1960, 1964, 1968, 1972- ci illərdə Avroasiya 

konqreslərində  sovet  nümayəndə  heyətinin  rəhbəri  olmuş, 

traxoma,  qlaukoma,  görmə  siniri  patologiyasına  dair  məruzələr 

etmişdir.  




                                     

152 


Ümnisə  Musəbəyova  1960-cı  ildən  Avroasiya  oftalmoloji 

konqreslərinin  daimi  təşkilat  komitəsinin  üzvü  idi.  O,  bu 

təşkilata 1964-cü ildə  İstanbulda, 1968-ci ildə Beyrutda, 1972 - 

ci ildə Tokioda seçilmişdir. 

Ümnisə Musəbəyova ictimai xadim kimi də zəngin bioqrafi-

yaya malik idi. O, 1955-ci ildə Sovet Sülhü Müdafiə komitəsinin 

üzvü  kimi  bir  çox  xarici  ölkələrə  səfər  etmişdir.  1961-ci  ildə 

Yaponiyada  nüvə  silahının  qadağan  olunması  ilə  bağlı 

Beynəlxalq  konfransın  iştirakçısı  olmuşdur.  Dostluq  cəmiy-

yətinin  xətti  ilə  Böyük  Britaniyada,  Norveçdə,  Fransada, 

Kanadada  mədəniyyət  və  incəsənət  xadimlərinin  dekadasında 

iştirak etmişdir. 

Ü.Musabəyova V və VI çağırış SSRİ Ali Sovetinin və Azər-

baycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Onun iştirakı və 

elmi fəaliyyəti dəfələrlə dövlət mükafatlarına layiq görülmüşdür. 

“  Lenin  ordeni”,  “Qafqazın  müdafiəsinə  görə”,  “Almaniya 

üzərində qələbəyə  görə”, “Böyük Vətən müharibəsində fədakar 

əməyə görə”, “Əməkdə fərqləndiyinə görə” və s. təltiflər sahibi 

idi. 

1957-ci ildə ona əməkdar elm xadimi adı verilmişdir.  



1967-ci  ildə  isə  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir 

üzvü seçilmişdir. 

Tibb elminin korifeylərindən biri    Ü. Musabəyova  öz amalı-

na,  əqidəsinə  fanatik  dərəcədə  sadiq  qalan,  qarşıya  qoyduğu 

məqsədinə  nail  olmaq  üçün  inadla,  axıradək  mübarizə  aparan, 

rəhbərlik  etdiyi  kollektivi  lazımi  məqamda  istiqamətləndirməyi 

bacaran təşkilatçı idi.  

Bu il Ü.Musabəyovanın anadan olmasının 100 illiyidir. Gör-

kəmli  oftalmoloq  alim,  ictimai  xadim,  öz  bilik  və  təcrübəsini 

xalqın rifahına sərf edən Ümnisə xanım Musabəyovanın xatirəsi 

onu  tanıyanların,  yetirmələrinin,  tibb  ictimaiyyətinin  qəlbində 

daimi yaşayacaqdır. 

 

  Professor Zəhra Quliyeva 



                            Professor PaĢa Qəlbinur    

                              Azərbaycan qəzeti, 30 oktyabr 2002


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə