Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə51/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   45   46   47   48   49   50   51   52   53

                                     

164 


Bir mərhəmət yağırdı.  

-Həkim, sizi ilk dəfə  

Mən röyamda görmüşəm,  

Mələk kimi o gecə  

Siz yuxuma girdiniz,  

Adınızı söyləyib,  

Mənə çıraq verdiniz.  

 

- Çıraq?!  



Çıraq işıq deməkdir

Çıraq ki, nur deməkdir.  

Aç gözünü can bala,  

Möcüzədir, möcüzə,  

Yuxuların hikməti.  

Açar sənin gözünü  

Yaradanın qüdrəti.  

Hər sınağın sonunda  

Mükafat var deyirlər,  

Səbir eləyib dözənə  

Xoş həyat var deyirlər.  

 

- Aç gözünü, geniş aç.  



İşıq varmı gözündə?!  

- Əvvəl bir az görürdüm,  

Dərman kara gəlmədi,  

Bu gözümdən sonra da  

O birisi tutuldu.  

- Gözün çoxmu ağrıyır?  

-Bəli həkim, ağrıyır,  

Bəzən yata bilmirəm, 

Gecələr çox ağrıyır.  

- Əllərini Tanrının  

Ətəyindən üzmə sən,  

Oğlum, Allah böyükdür,  

Ümüdini kəsmə sən.  



                                     

165 


Bir az burada qalıb,  

Sən müalicə alarsan.  

Düşünürəm inşallah  

Bir gün gözü açılıb,  

Gedənlərdən olarsan...  

 

Zaman güldü, 



Dövran güldü, vaxt güldü.  

Tale güldü,  

Qismət güldü, baxt güldü.  

Mətin öpdü həkimin 

Şəfa verən əlindən,  

Qurtulmuşdu gözləri  

Qaranlığın selindən...  

 

Aylar ötdü, gün keçdi.  



Yavaş-yavaş Ümnisə  

Yaşa dolub qocaldı,  

Şəfa verən bir insan  

Ayağını itirib  

Bu həyatda özü də  

Həkimə möhtac qaldı.  

Tapılmadı çarəsi…  

Nur paylayıb gözlərə  

İşıq verən bir adam,  

Qəsd eləyib canına  

Bir gün köçdü dünyadan.  

 

Qəlbi külə dönənə,  



Göz vermişdi Ümnisə,  

Neçə-neçə gözsüzə  

Göz vermişdi Ümnisə.  

Bəhrələnib elmindən  

Tələbələr boy atdı,  

Sənətini alimin 




                                     

166 


Davamçılar yaşatdı.  

Bir vaxt onun əlindən  

Su içənlər yaşatdı;  

Gülərüzlü mehriban,  

Saf ürəkli Zərifə,  

Zəhra, Qəmər, Fəridə,  

Çingiz, Solmaz,  

Paşa, Tamella  

Ümnisənin ömründə,  

Onun sənət yolunda  

Hərəsi bir səhifə...  

Sadalasaq çox olar,  

Adlarını çəkməsəm 

Hansısa incik qalar.  

 

Onun adı düşmədi  



Xəstələrin dilindən,  

Danışırlar hələ də 

Şəfa verən əlindən.  

 

Neçə-neçə ölkəyə  



Yayılmışdı sorağı,  

Hər kəsə bir ibrətdir  

Musabəyov ocağı.  

                                              

 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 

“Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədr müavini, “Əlillər 

Dünyası” qəzetinin redaktoru, “Qızıl Qələm” media 

mükafatçısı, Ģairə-jurnalist 

 Ülkər AtəĢ. 

 

 



 


                                     

167 


Ümnisə Musabəyli 110” 

(elmi-nəzəri konfrans) 

AMEA-nın  və  Tibb  universitetinin  birgə  təşkilatçılığı  ilə 

Ümnisə  Musabəylinin  anadan  olmasının  110  illik  yubileyinə 

həsr  olunan  elmi-nəzəri  konfransa  toplaşan  görkəmli  ziyalılar, 

alimin  oftalmoloq  tələbələri  sevimli  müəllimlərini  xoş  xa-

tirələrlə  yada  saldılar.  Ümnisə  xanımın  fəaliyyətini  əks  etdirən 

fotostendə  tamaşa  edən  həkimlər  ötən  illəri  kövrək  pıçıltılarla 

xatırladılar.  

Tibb  universitetində,  konfransın  keçirildiyi  salonda  Ümnisə 

Musabəylinin  xalça  üzərində  toxunan  ağ  xalatlı,  nur  çöhrəli 

portreti  tər  çiçəklərlə  bəzənmişdir.  İlmələrin  naxışında 

əbədiləşən  böyük  alim  sanki  tələbələri  qarşısında  özü  dayanıb, 

hər  biri  ilə  ayrıca  görüşürdü.  Elə  bil  salon    onun  nuru  ilə 

işıqlaşmışdı.  “Ümnisə  xanım  ölməyib,  onun  ruhu  burada,  indi 

aramızdadır”  deyən  oftalmoloqlar  onun  ürəklərdə  daima 

yaşadığını söyləyirdilər.  

Böyük ehtiramla xatırlanan alimin vəfatından illər keçməsinə 

baxmayaraq,  yubiley  iştirakçıları  onun  haqqında    dünənki  kimi 

danışır, bu fədakar xanımın həyatından söz açırdılar.  

Əslində  bura  yığışan  ziyalıların  əksəriyyəti  ilə  tanış  idim. 

Onların  hər  birinin  ayrı-ayrılıqda  Ümnisə  xanımla  bağı  xatirə-

lərini dinləmişdim. Yubiley tədbirində Ümnisə xanımı yaxından 

tanıyan həkimlərlə  yanaşı, onu heç  bir dəfə də  olsun görməyib, 

ancaq  onu  öz  munisi  bilən  oftalmoloqlara  da  rast  gəldim. 

Ümnisə  Musabəyli  adına  Sumqayıt  rayonlararası  Göz 

xəstəxanasının  cərrahı  Validə  Novruzova  danışır  ki,  “bizim 

xəstəxanada  Ümnisə  Musabəylinin  böyük  portreti  qoyulub.  O 

portret  ilin  bütün  fəsillərində,  yay-qış  hər  gün  çiçəklərlə 

bəzənmiş  olur.  Daima  güllərin  əhatəsində  olan  Ümnisə  xanım 

təbəssümlə  üzümüzə  boylanır,  göz  həkimlərinə  baxışları  ilə 

nəisə pıçıldayır. Mən hər gün xəstəxanaya gələndə birinci onun 

mülayim  baxışları  ilə  salamlaşıram,  ruhuna  salavat  çevirib,  işə 

başlayıram. Oturduğum stol da o portretlə üz-üzədir. 20 ildir ki, 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə