Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə52/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   45   46   47   48   49   50   51   52   53

                                     

168 


hər  dəfə  əməliyyata  girəndə  ilk  öncə  Umnisə  xanımın  ruhunu 

köməyə çağırıram, onun xeyir-duasını alaraq, cərrahiyyə otağına 

girirəm.  Baxmayaraq  ki,  Ümnisə  xanımı  həyatda  görməmişəm, 

müəllimlərim  tələbəlik  illərində  onun  haqqında  o  qədər  müsbət 

fikirlər  səsləndirib  ki,  bütün  oftalmoloqlar  onu  özünə  məktəb 

bilir.  Umnisə  xanımın  100  ilik  yubileyində  iştirak  edəndən 

sonra, mən bu xanımı daha çox sevdim və  özümə munis bildim. 

Son  10 ildə də Ümnisə xanımın ruhunu öz yanımda, həyatımda 

daha yaxından hiss eləyirəm. O mənim səcdə elədiyim bir ocağa 

çevrildi….”  

Tədbiri  ATU-nun  rektoru,  akademik  Əhliman  Əmiraslanov 

açaraq  böyük  alimin  elmi  xidmətləri  barədə  nitq  söylədi. 

Ümnisə  Musabəylinin  elmi  fəaliyyətinə  geniş  toxunan  rektor 

belə  yubiley  tədbirlərinin  keçirilməsinin  zəruriliyini  qeyd 

edərək,  təbabət  tarixində  iz  qoyan  insanların  böyük  məktəb 

olduğunu xatırlatdı.  

Bu  məsələyə  AMEA-nın  birinci  vitse-prezidenti,  akademik 

Arif  Həşimov  da  geniş  münasibət  bildirdi.  İki  yüzdən  çox  elmi 

əsərin,  Azərbaycan  dilində  iki  dərsliyin,  latın  -  Azərbaycan 

dilində  terminalogiyanın  və  müəllifi  olduğu  bir  neçə    əsərin 

adını  çəkdi.  Xüsusən  tibb  terminləri  haqqında  lüğəti  yada 

salaraq  hələ  ötən  əsrdən  alimin  azərbaycan  dilinə  böyük  önəm 

verdiyini  söylədi.    Akademikin  sözlərinə  görə  alimin  illər  öncə 

arzuladığı,  dilimizi  yaşatmaq  üçün  çap  etdirdiyi  bu  kitab 

bugünümüzlə  uzlaşır.  O  alim  əsil  zəka  sahibidir  ki,  öz 

uzaqgörənliyi ilə əsrlərin arxasından aydınca görünür, səsi, sözü 

eşidilir.  

Ümummilli  liderimiz  Heydər  Əliyevin    sayəsində  müstəqil 

dövlətimizin  reallaşdırdığı  dil  siyasəti  Ümnisə  xanım  kimi 

ziyalıların  arzusunu  çin  etdi.  Ölkə  prezidenti  İlham  Əliyevin 

"Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata 

keçirilməsi  haqqında"  sərəncamı  isə    vacib  ədəbiyyatın,  lazımi 

kitabların yenidən nəşri ilə nəticələndi.  

Akademik  Arif  Həşimov  elm  xadimlərinin  hər  birinin 

özünəməxsus  məktəb  olduğunu    xatırlatdı  və  böyük  simaların 



                                     

169 


gənc  nəsilə  tanıdılması  üçün  dövlət  başçısı  tərəfindən  AMEA-nın 

qarşısına  xüsusi  öhdəliklər  qoyulduğunu  bildirdi.  Hər  zaman 

dühaların  məktəbindən  yararlanmağın  vacib  olduğunu  və 

keçirilən  yubiley  tədbirlərinin  də  məhz  bu  məqsədi  daşıdığını 

qeyd etdi… 

Yubiley  tədbirində  alimin  sonuncu  tələbəsi,  vaxtilə  Ümnisə 

xanımın  rəhbəri  olduğu  göz  kafedrasına  hazırda  başçılıq  edən 

professor  Paşa  Musayev  (Qəlbinur)  Ümnisə  Musabəylinin 

həyatı  və  elmi  fəaliyyəti  haqqında  geniş  məruzə  etdi.  Paşa 

müəllim  çıxışında  Ümnisə  xanımı  okeanda  üzən  aysberqə  bən-

zədərək, ruhuna ehtiramını bildirdi… 

Professor  İbadulla  Ağayev  poetik  və  kövrək  notlarla  zəngin 

nitqində  Ümnisə  xanımın  vətən  təbabətinə  adı  qızıl  hərflərlə 

yazılan alim olduğunu  söylədi.  

Zərifə  Əliyeva  adına  Göz  xəstəlikləri  institutunun  kollektivi 

adından    direktor  müavini,  tibb  elmləri  namizədi  Hicran 

Namazova  alimin  oftalmoloqlar  üçün  örnək  olduğunu,    onun 

hazırladığı elmi kadrların da böyük uğurlara imza atdığını qeyd 

etdi.  

Yubiley tədbirinin sonunda alimin ailəsi adından həkim Zakir 



İsmayılzadə Ümnisə xanım haqqında ictimaiyyətə bəlli olmayan 

bəzi  faktları  açıqladı.  Belə  ki,  Ümnisə  xanım    öz  doğma  qızı 

Dilarədən başqa  öz qaynı  övladını,  yəni  Zakirin  atası  Ziyanı  da 

himayəyə götürüb, həyat yoldaşı İbrahim İsmayılzadənin qardaşı 

uşaqlarından  dörd  nəfərə  ana  əvəzi  olub,  onların  bütün 

ehtiyaclarını  ödəyib,  qayğlarına  qalıb,  hamısının  ali  təhsilli 

olmasına çalışıb. Həmin uşaqlar da Ümnisə xanımın adına layiq 

vətəndaş kimi yetişib, içərisində professor olanı da var.  

Zakir İsmayılzadə yubileyin təşkilində xidməti olan insanlara

xüsusən ölkə başçısına minnətdarlığını bildirdi…  

Yubiley  tədbirində  Ümnisə  Musabəylinin  tələbələrindən  biri 

olmuş,  uzun  müddət  Gəncə  Göz  xəstəxanasının  baş  həkimi 

işləmiş  Tuğyan  Məlikovun  qızı  Sürəyya  xanımdan  da  maraqlı 

söhbətlər  eşitdim.  O  danışır  ki,  “Atam  Ümnisə  xanımın  yaxın 

qohumu  idi.  1945-50-ci  illərdə  Tibb  institunda  ondan  dərs  alıb. 



                                     

170 


Elə  həkimlik,    xüsusən  göz  həkimi    olmaq  istəyi  ona  Ümnisə 

xanımdan  keçib.  Atam  bu  xanımı  o  qədər  çox  sevirdi  ki,  ömrü 

boyu  onun  adını  ailəmizdə  yaşatdı.  Onun    bu  tibb  ocağına 

rəhbərliyi  illərində,    80-ci  illərin  sonlarında  Gəncə  Göz 

xəstəlikləri  xəstəxanasına  Ümnisə  Musabəylinin  adı    verildi. 

Atam həm də Gəncənin baş oftalmoloqu idi. 

Bizim  ailədə  Ümnisə  xanımın  xatirəsi  həmişə  ehtiramla 

anılır.  Çünki,  atamın  xahişi  və  arzusu  ilə,  ondan  sonra  bacım 

Nərmiyə  və  mən  də  oftalmoloq  ixtisasını  seçdik.  Mən  hazırda 

Gəncədə  Ümnisə  xanımın  adını  daşıdığı  və  atamın  bir  vaxtlar 

rəhbəri  olduğu  həmin  Göz  xəstəlikləri  xəstəxanasında    direktor 

müavini  vəzifəsində  çalışıram.  Uzun  illərdir  ki,  bu  müqəddəs 

peşəni  sevərək  yaşayıram  və  insan  gözünün  nurunu  qorumağa 

çalışıram. Bacım Nərmiyə xanım isə Respublika xəstəxanasının 

Göz xəstəlikləri şöbəsində işləyir…” 

Yubiley  tədbirinin  sonunda  Ümnisə  Musabəyli  haqqında 

çəkilmiş  film  nümayiş  olundu.  Ekranda  alimin  gülərüz  siması 

görsəndi.  1969-cu  ildə  “Azərbaycanfilm”  kinostudiyası  tərə-

findən  lentə  alınmış  Ümnisə  xanım  düz  43  ildən  sonra,  110 

yaşında  tələbələrinə  gülümsəyə-gülümsəyə  təqdim  olundu.  Nə 

yaxşı  ki,  bu  sənədli  film,  qiymətli  kadrlar  qorunur  və  gələcək 

nəsillərə ötürülür.  

Ümnisə  Musabəylinin  110  illik  yubileyi  münasibəti  ilə  ke-

çirilən  elmi-nəzəri  konfransın  ikinci  hissəsində  isə  gənc  oftal-

moloqların  elmi  məruzələri  dinlənildi.  Gənc  mütəxəssislər  göz 

cərrahiyyəsinin  müasir  yeniliklərinə  aid  olan  dörd  yeni  

cərrahiyyə  üsulu  haqqında  ətraflı  məlumat  verdilər.  Ölkə 

oftalmologiyasının uğurlarına işarə olan bu  çıxışlar Azərbaycan 

otalmologiyanın  banisi    Ümnisə  xanım  Musabəylinin  110  illik 

yubileyində,  böyük  müəllimin  ruhu  qarşısında  səslənən  hesabat 

idi. 

 

 



MÜƏLLĠFĠN SON SÖZÜ 

 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə