Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə50/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
1   ...   45   46   47   48   49   50   51   52   53

                                     

158 


Dünyanı doyunca gəzə bilmədim,  

Vurulmaq nə imiş gözə, bilmədim.  

Verdiyi dərdlərə dözə bilmədim,  

Ehtiyac içində qalanda gözlər.  

 

Bir işıq kəşf edib, könlümdə gördüm.  



Ölməzlik yaşayır ölümdə, gördüm.  

Möcüzə var imiş əlimdə, gördüm.  

Bir zaman əllərim olanda gözlər.  

 

Gözlərim göz deyib, haray qopardı,  



Təkcə gözlərimi alsa nə vardı,  

Ömürlük nəşəmi yuyub apardı  

Bulud tək boşalıb, dolanda gözlər”...  

 

Zaman çətin, dövran çətin...  



O özünə ümüd verib:  

Dözməlisən, dedi, Mətin!  

 

Dizlərini yerə qoyub dua etdi.  



Əllərini göyə açdı.  

Mələklərin qanadında  

Uçdu Mətin, göyə uçdu.  

 

Yaradana səcdə qılıb, dua etdi:  



“Mən gəlmişəm qonaq, yerdən  

Günah dolu nahaq yerdən.  

Ey İlahi, sən yox yerdən  

Mənə işıq əta elə.  

 

Doğulmuşdum gözü qara,  



İstəyənin üzü qara  

Mən bu halda gedim hara?  

Mənə işıq əta elə.  



                                     

159 


Alçalmayım şər yanında  

Durmuşam müstər, yanında.  

Görmürsən məgər yanımda?  

Mənə işıq əta elə.  

 

Zülüm yetsin nəhayətə,  



Bir gün çıxıb səyahətə,  

Gedim çatım səadətə,  

Mənə işıq əta elə.  

 

Görüm quşlar necə uçur?  



Gül-çiçəklər necə açır?  

Nur zülmətdən necə qaçır?  

Mənə işıq əta elə.  

Qışa bənzər bahar kimi,  

Baxmasınlar naçar kimi,  

Qoy çıxmasın israr kimi, 

Mənə işıq əta elə.  

 

Yaşamağa ay qalıbsa,  



Günlərimi say, qalıbsa  

Yox yerdən bir pay qalıbsa,  

Mənə işıq əta elə...  

 

Tanrı ona unutdurdu  



Az da olsa nisgilini.  

Dözüm verdi  

Çəkmək üçün müşkülünü.  

“Son qoy dedi:  

Ey İlahi əzablı gündüzlərimə”  

Xəyallara dala-dala  

Yuxu getdi gözlərinə...  

Maraqlı bir yuxu gördü: 

Ağ papaqda, ağ xalatda,  



                                     

160 


Gülə-gülə şən ovqatda, 

Kimsə ona çıraq verdi.  

Qadın idi, ya kişi idi  

Mələy idi, yoxsa nə idi?  

 

“Eşidirsən məni oğlum,  



Ümnisədir mənim adım.  

Səsə tərəf gedincə o,  

Yoxa çıxdı həmin qadın .  

 

“Aman allah, o kim idi?  



Bəlkə elə bu həyatda  

Gözlərimi açmaq üçün  

Axtardığım həkim idi?!  

Ümnisə?!,  

Çıraq?!”  

Diksinərək qalxdı Mətin  

Yuxu ilə əlaqəsi var  

Düşündü ki, həqiqətin.  

 

Yaxın dostu Ümüd idi.  



Həyəcanla zəng eləyib  

Yuxusunu nəql elədi:  

“Yəqin gözüm açılacaq,  

Görəcəyəm mən!”-söylədi.  

 

Qəribədir, çox qəribə  



Çin olaydı kaş bu yuxu.  

Adı nə idi o qadının?  

Ümnisə?  

- Hə-hə Ümnisə.  

Ümid bir az fikrə daldı:  

- “Ümnisə, Ümnisə”...  

Qəzetdənmi oxumuşdu,  

Tanış gəldi, bu ad nəsə.  




                                     

161 


Dünən qəzet almışdım mən,  

Həkimlərdən yazmışdılar.  

Alimlərdən,  

loğmanlardan yazmışdılar.  

Bu dünyanın işığından  

Məhrum olan  

İnsanlardan yazmışdılar.  

 

- Qəribədir, çox qəribə,  



Çin olaydı kaş bu yuxu  

Gör hardadır, həmin qəzet,  

O yazını mənə oxu.  

 

Tilsimlənib qaldı Mətin  



Yuxu ilə əlaqəsi var,  

Düşündü ki, həqiqətin.  

Ümid dedi, 

- Tapmalıyıq o həkimi,  

Mütləq Mətin!  

Gözlərini qoymaq olmaz  

Caynaqlarında zülmətin.  

Gəl Allaha üz tutub,  

Demə dərdin böyükdür,  

Get üz tutub dərdinə,  

De ki, Allah böyükdür.  

Dur əyilmə zülmətə,  

Bundan sonra qismətə,  

Qoy yaxşı şey yazılsın.  

Yol vermə ki, həyatda,  

Dərd yaxandan asılsın.  

Sən dərdlərin önündə,  

Səbr edib dözsən bir az.  

İşıq olar hər tərəf,  

Dünya qaranlıq olmaz. 

  



                                     

162 


Kimin ki, iç dünyası, 

İşıqlıdır həmişə,  

Özümüzlə yanaşı,  

Bax onlardan yazaq biz,  

Qəlbi görən kəslərin,  

Adlarının yanından, 

Gəl pozanı götürüb  

Kor sözünü pozaq biz...  

Unutmadı bir an belə 

 Mətin Ümnisə adını  

Ordan-burdan soraqlayıb,  

Bir gün tapdı o qadını.  

 

- Gəzib gəldim yüz həkimi,  



İndiyədək gördüklərim  

Olubdular söz həkimi.  

Aç gözümü, göz həkimi!  

İlahiyə mən baş əyib, 

Gəlmişəm  

Qurban olum, ay həkim, 

Səni deyib gəlmişəm!  

 

“Gör nə vaxtdır,  



Sınaqdayam, sınaqda  

Şəfa verən  

Bir dərman yaz, ey təbib.  

Arzu dolu illərim var qabaqda  

Həsrət qalıb, 

İşığa göz, ey təbib.  

 

Tez-tez tutur gözlərimin sancısı,  



Çağır gəlsin yenə şəfqət bacısı.  

Üzür məni bir həsrətin acısı,  

Dərmanımdır, de şirin söz ey təbib .  

 



                                     

163 


Dözmək olmur, 

Bəxt düşəndə tərsliyə,  

Alışıram,  

Od qarışıb tüstüyə.  

Səndən başqa  

Kimdi yanan xəstəyə?,  

Qoy sağalım,  

Nazıma döz ey təbib.  

 

Qurban olum o qayğılı gözlərə,  



Layiqsiniz ən dəyərli sözlərə,  

Ömür boyu dua edib, sizlərə,  

Çox borcluyuq  

Həyatda biz, ey təbib.  

 

Birdən yenə Mətinin qulağına səs gəldi:  



-“Eşidirsən məni oğlum,  

Ümnisədir mənim adım”,  

Səsə tərəfə gedincə o,  

Yoxa çıxdı həmin qadın....  

 

Aman Allah, 



O yuxu necə müqəddəs idi!  

Ümnisəni tanıdı, 

Bu səs həmin səs idi.  

Dayanmışdı,   

Həkimlə Mətin indi üz-üzə,  

Ürəyində Ümnisə,  

Allahdan nur istədi,  

İşıq uman bu gözə.  

O nə qədər sadə idi.  

Sözlərindən nəvaziş, 

Ədasından xanımlıq,  

Səmimiyyət yağırdı.  

Üz-gözündən qadının 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə