Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

 
90 
yazır, musiqi alətlərində çalır, xəttatlıq və  rəsmlə  məşğul olurlar
çoxsahəli özfəaliyyətləri – xalq mahnı  və  rəqsləri, teatr səhnələri ilə 
məşhurdular. Qədim nasi musiqisi çox sevilir və hamıya məlumdur. 
Yerli orkestr bu musiqi ilə Avropanın bir çox ölkələrində uğurla çıxış 
etmişdir. Bu orkestr yaşlı  nəsil musiqiçilərindən təşkil olunmuşdur, 
buna görə  də onu “nasi uzunömürlük allahı orkestri” adlandırırlar. 
Litszyanın divar naxışları bütün dünyada məşhurdur, qədim şəhərdə və 
onun 15 monastrında belələrinə bolluca rast gəlmək olar. Min və Tsin 
dövrünün həmin divar naxışları bu diyarda bir çox din və dini 
təriqətlərin qarşılıqlı  əlaqəsini və mövcudluğunu  əks etdirir, onların 
fərqliliyi də elə bundadır. Litszyanda qorunub saxlanılan “Əbədi 
uzunömürlük Buddası ilə görüş” nəhəng divar naxışı Buddaların 100 
heykəlini seçmiş  və nasi xalqının dini mədəniyyətinin xarakterik 
xüsusiyyətlərini  əks etdirir. O da qəribədir ki, Litsyan rayonunda 
Dunba mədəniyyətinin piktoqrafik yazı abidələri saxlanmışdır. Qədim 
Dunba qanunları piktoqraflarla yazılmışdır, Dunba dili isə dünyada 
yeganə qalan heroqlif yazılı dili kimi tanınır. Hazırda Çinin, Avropa və 
Amerika ölkələrinin kitabxana və muzeylərində nasi xalqının minillik 
zəngin tarixi və  mədəniyyətini təsvir edən 20 mindən çox Dunba 
klassik kitabı qorunur. Onların arasında Dunba notları “Tsomo” da 
vardır, o, on minlərlə  rəqs melodiyalarından ibarətdir və Çin və  hətta 
bütün dünya rəqs sənətinin  ən nadir və  ən qiymətli abidəsidir. Nasi 
xalqının qədim dövrünün “ensklopediyası” adlandırılan Dunba 
kanonları nasi xalqının tarix və  mədəniyyətinin öyrənilməsi üçün 
mühüm əhəmiyyətə malikdir.  
Loyan  şənərinin Lunmen mağaraları  Xenan  əyalətindədir – 
qədim Çinin daş mağaralar sənətinin xəzinəsidir. V əsrin sonunda 
Şimali Vey sülaləsinin imperator hökuməti paytaxtı Loyan şəhərinə 
köçürdü. O dövrdə artıq Hindistandan buddizm götürülmüş  və 
imperator  əyanları arasında yayılmağa başlamışdı. Buddizmin təsiri 
altında dağlarda mağaralar yaratmaq dəbə düşmüşdü.  Şimali Vey 
imperatoru Syaovenin dövründə (493-cü ildə) Loyandan cənubda 
Lunmen dağlarında buddizm ayinlərinin yerinə yetirilməsi üçün 
mağaraların yaradılması işlərinə başlanıldı. Sonrakı 400 il ərzində Tan, 
Sun və ardıcıl gələn digər 4 sülalənin dövründə irimiqyaslı tikinti işləri 
davam etdirilmişdi. Beləliklə, Lunmen mağaralarının tarixi 1400 ildən 
artıq hesablanır. Loyandan cənubdakı Lunmenşan (qərb dağları) və 
Syanşan (şərq dağları) dağlarının  İ çayı sahillərində yerləşən qaya və 


 
91 
ətəklərində bizim günlərə  qədər 1352 mağara, 785 kiot, 97000 budda 
heykəli və 3680-dan çox xəttatlıq yazılı abidə və heykəl saxlanılır. Süni 
mağaralar olan qayaların ümumi uzunluğu 1 km təşkil edir. Şimali Vey 
sülaləsi dövründə döşənmiş buddaların  əksi olan divar oyuqları 
kiotların ümumi sayının üçdə birini, Tan sülaləsi dövründəkilər isə üçdə 
ikisini təşkil edir. Sifət cizgiləri, heykəllərin libası  və  sənətkarların 
bədii üslubları iqtibas edilmiş buddizm kanonlarının Çin mağara 
sənətinə  təsirinin getdikcə azalmasından xəbər verir. Çin 
sənətkarlarının  əsərlərində  aşkar milli kolorit xarakterikdir, heykəllər 
özü isə  əl ilə qayrılmış mağaralarda daş heykəllərin yaradılması 
sənətinin zirvəsinin ifadəsidir. Bin Yan Çjun mağarasında 11 nəhəng 
budda var, onları  həqiqətən də bu sənət növünün nümunəvi  əsərləri 
adlandırmaq olar. Heykəllərin azad və təbii şəkli, pozaların sərbəstliyi 
Şimali Vey dövrü üçün tam xarakterikdir. Bu əsərlər Yunqan daş 
mağaralarının (Şanqun  əyaləti) nəzərəçarpacaq təsiri ilə yaradılmış  və 
öz növbəsində  təravətli, həyat dolu fiqurları ilə Tan sülaləsi realist 
stilinin formalaşması üçün fundament rolunu oynamışdır. Tan 
sülaləsindən sonra o dövrdə hökm sürən estetik kanonun tələblərinə 
cavab verərək mağara heykəlləri dolğun və möhkəm olmuş, lakin 
bununla belə zəriflik və parlaqlıqdan xali olmamışdır. O dövrə xas olan 
stilə ən parlaq nümunə - Fentyan məbədi (“Əcdadların xatirəsinin yad 
edilməsi məbədi”) ərazisindəki heykəl kompleksidir, o, U Tszetyanın – 
Çinin bütün tarixi boyu yeganə imperatriçasının əmri ilə yaradılmışdır. 
Kompleks başlıca heykəl- hündürlüyü 17,14 m olan “Budda 
Luşen”dən, Luşenin tələbələri – Pusa (Budda zümrəsi), Tyanvanın 
(Səma Allahı) heykəllərindən, cəngavərlərin və  məbədə qurban 
verənlərin qoşa heykəllərindən ibarətdir. “Budda Luşen”in sifəti ciddi 
və gözəldir, bu da ümumilikdə feodal dövrü Çinində ideal 
imperatorların təsvirlərinə xasdır. Heykəl mükəmməl sənət  əsəri, Çin 
buddist sənətinin zirvəsi hesab olunur.  
“Datszu” mağaraları. Sıçuan əyalətində və Çuntsin şəhərindəki 
heykəlli mağaralar yerli və dünya incəsənəti tarixində xüsusi yer tutur. 
Qədimdə burada iqtisadi və  mədəni cəhətdən inkişaf etmiş rayon 
yerləşirdi, digər yerlərdən qabaq burada daosizm və buddizm meydana 
gəlmişdir. Buna görə  də daşda oyma sənəti bu rayonda qədim tarixə 
malikdir, mağaralarda daş təsvirlərə burada hər yerdə rast gəlmək olar, 
50 qəzada 200-dən artıq mağara qorunub saxlanmışdır. Onların tikintisi 
Cənub və  Şimal sülalələri dövründə başlanmış (420-589-cu illərdə), 


 
92 
Min və Tsin sülalələrinə  qədər davam etmişdir (1368-1911-ci illər), 
Tan sülaləsi dövründə isə (618-1279-cu illər) mağaraların yaradılması 
daha sürətli aparılmışdır. Bu gün onlar Qansudakı “Moqao”, Xenandakı 
“Lunmen” və  Şansidəki “Yunqan” mağaraları ilə eyni dərəcədə 
məşhurdurlar. Sıçuan və Çuntsindəki mağara heykəl kompozisiyaları 
arasında “Datszu” yeraltı zalları  ən böyük ölçüsü, dolğunluğu və 
yüksək bədiiliyi ilə seçilir. Onları “incəsənət xəzinəsi”, “daşda oyma 
diyarı” adlandırırlar. “Datszu” mağaraları Datszu qəzasında yerləşir, bu 
Çuntsindən cəmi 165 km uzaqdadır. Burada Tan sülaləsinin son 
dövründən (IX əsr) Sun sülaləsinin sonuna qədər (XIII əsr) yaradılmış 
50 min təsvir vardır. 40-dan çox zal müəyyən edilmişdir ki, onların 
arasında Beyşan  ən tipik və yüksək bədii sənət abidəsi hesab edilir. 
Qədimdə “Lunqanşan” adlanan Beyşan dağı  qəza  şəhərinin iki 
kilometrliyində yerləşir. Tan sülaləsinin sonunda (IX-X əsrlər) 
Sıçuanda Vey Tszyuntsin hökmranlıq edirdi, burada isə onun 
qoşunlarını yerləşdirmək və taxıl saxlamaq üçün Yunçançjay kəndi 
yerləşirdi. 892-ci ildə Ven Tszyuntsin Beyşan dağında Budda fiqurları 
tökdürməyə başladı. Onun ardınca yerli məmurlar,  əyanlar, monarxlar 
da həkkaklara öz hesablarına Budda heykəlləri sifariş verməyə 
başladılar. Bu təcrübə düz Cənubi Sun dövrünə qədər davam etmişdir. 
Hazırda bu əsərlərin artıq min yaşı var. 250 il ərzində dağın ətrafında 
Buddanın on min təsviri  əmələ  gəlmişdir. Dövrlərindən asılı olaraq 
onların stili də müxtəlifdir. Beyşan dağında daha bütöv saxlanılan 136 
№-li mağaradır. O – Sun sülaləsinin tipik nümunəsidir. Mağarada 
bodisatvaların heykəlləri vardır: Quanin çox mərhəmətli görünür, o, 
“Yunqan”dakı heykələ oxşamır, orada o, daha ciddi və sirrlidir. 
Bodaistva Mancuşrinin  şirin belində  və Samantabxadranın ağ filin 
üstündə heykəlləri mütəxəssislərin və turistlərin daha çox diqqətini cəlb 
edir. Buddist müqəddəslərinin xeyirxah surətləri ilə  vəhşi heyvanlar 
arasında böyük kontrast diqqəti çəkir, lakin incəsənət nöqteyi-
nəzərindən bu kompozisiyalar olduqca harmonikdir. Onlar obrazlı 
surətdə çatdırırlar ki, xeyir mütləq şər üzərində qələbə çalır. Burada ən 
qiymətli abidələr Quaninin heykəlləri sayılır. Əvvəlki dövrlərdə Çində 
Quaninin obrazını  məğrur və ciddi kişi təcəssüm etdirirdi. Tan 
sülaləsinin axır dövrlərindən isə o, gözəl qadın fiquruna çevrilmişdir. 
Beyşan dağında ən məşhur heykəl “Bodisatva Quanin təsbeh ilə” hesab 
edilir, başqa adı – “nazlı Quanin”dir. Heykəlin hündürlüyü təqribən 100 
santimetrdir. O, lotosda ayaqyalın dayanıb, sağ çiyni ilə daş divara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə