Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   44   45   46   47   48   49   50   51   52

 
156 
Çini inkişaf etmiş ölkələr və ya Asiya qonşuları ilə müqayisə etsək 
humanitar fənnlər (güman ki, sosioloqları  çıxmaqla) azlıq təşkil edir. 
Müxtəlif səviyyə  və profilli təhsil müəssisələri arasında yaradılan 
proporsiyanın qorunması kimi tədris proqramlarının məzmunu da 
ÇXR-də dövlətin ciddi nəzarəti altındadır. Bəziləri bunun səbəbini 
sosial-siyasi sabitliyə  təhlükə ola biləcək humanitar təhsilli cavan 
şəhərlilər təbəqəsinin güclü artımının rəhbərlik tərəfindən 
arzulanmamasında görür. Məsələ ondadır ki, Çinin bir çox qonşuları 
haçansa dəbdə olan ixtisasların: iqtisadçı, hüquqşunas, jurnalist və bu 
kimi digər ixtisasların həddən artıq buraxılışı ucbatından artıq çoxdan 
belə problemlə qarşılaşıblar. “Nüfuzlu” peşələrin əksər məzunları işsiz 
qalmış, fəal  şəhər kütlələri sıralarını dolduraraq gənc və  tələbə 
iğtişaşları törətmişdilər. Bununla belə, Çində ali təhsil müəssisələri 
kurslarının mövcud strukturunun saxlanması adi iqtisadi 
mülahizələrdən də irəli gələ bilər.  
Bütün ölkədə  məktəb yaşlı  uşaqların 97,7%-i ibtidai məktəblərə 
daxil olur ki, onlardan da 98,1%-i oranı bitirir. Yeniyetmələrin 
təxminən 73%-i ilkin pillə orta məktəblərinə  qəbul olur, onların 
məzunlarının 44%-i isə sonrakı  təhsillərini davam etdirirlər.  İnkişafda 
çətinlikləri olan uşaqların yarıdan çoxu, lal-karlar, əqli zəif olanlar və 
digər inkişafdan qalma halları olan uşaqlar üçün təşkil edilmiş  uşaq 
bağçalarında və məktəblərdə təhsil ala bilərlər.  
Bütün bunların  əsasında təhsil sistemindəki ciddi hüquqi baza 
dayanır ki, buna da qanunvericilik, qanunların yerinə yetirilməsi və 
qanunların yerinə yetirilməsinə nəzarət kimi sferalar daxildir.  
Çində təhsilə aid dövlət qanunları ölkənin ali hakimiyyət orqanı – 
Ümumçin xalq nümayəndələri məclisi və onun daimi komissiyası 
tərəfindən qəbul edilir. Bu gün Çində  təhsilin hüquqi tərəflərini təşkil 
edən 6 qanun mütəşəkkil işləyir: “Çin Xalq Respublikasının təhsil 
haqqında Qanunu”, “Çin Xalq Respublikasının məcburi təhsil haqqında 
Qanunu”, “Çin Xalq Respublikasının ali təhsil haqqında Qanunu”, “Çin 
Xalq Respublikasının peşə  təhsili haqqında Qanunu”, “Çin Xalq 
Respublikasının müəllimlər haqqında Qanunu”, “Çin Xalq 
Respublikasının elmi dərəcələr haqqında  Əsasnaməsi”. Eyni zamanda 
ÇXR Dövlət Şurası təhsilə aid olan qanunlar işləyib hazırlamış və elan 
etmişdir: “Əlillərin təhsili haqqında  Əsasnamə”, “Tədrisdə  uğurlara 
görə mükafatlandırma haqqında  Əsasnamə”, “Müəllim mandatı 
haqqında  Əsasnamə”, “Uşaq bağçalrının idarə olunması haqqında 


 
157 
Əsasnamə”, “İctimai  əsaslarla təhsil haqqında  Əsasnamə” və s. (cəmi 
10-a yaxındır). Təhsilə aid olan bütün bu qanun və əsasnamələr, eləcə 
də Təhsil Nazirliyinin 600-dən artıq inzibati aktı dövlət qanunvericiliyi 
çərçivəsində dövlət təhsilinə aid kifayət qədər mükəmməl qanun və 
qaydalar sistemi yaratmışdır. Dövlət təhsilinə aid qanunvericiliyə 
müvafiq olaraq, əyalətlərin, muxtar rayonların, mərkəz tabelikli 
şəhərlərin, eləcə  də qanunverici fəaliyyət hüququ olan şəhərlərin 
qanunverici orqanları dövlət təhsili haqqında qanunlarda təsdiq edilmiş 
əsas prinsiplər bazasında və yerli reallıqlarla uyğun təhsil haqqında 
lokal xarakterli qanunlar işləyib hazırlayır və  nəşr edir, bununla da 
“Dövlət təhsili haqqında Qanun”un prinsip və müddəalarının həyata 
keçirilməsinə xüsusi əhəmiyyət verirlər. Hal-hazırda 140-a yaxın yerli 
akt çıxmışdır ki, bunlar da təhsil haqqında dövlət qanunvericiliyinə 
faydalı əlavələrdir.  
Təhsil haqqında qanunvericiliyin işlənməsi ilə yanaşı Çində 
qanunların yayılması, qanunlara inzibati riayət və qanunlara və hüquqi 
fəaliyyətin digər hissələrinə riayət olunmasına nəzarət üzrə paralel 
işlərin aparılmasına böyük diqqət ayrılır.  İlk yanaşmada təhsil 
sahəsində hüquq sistemini işləməsi mexanizmi yaradılmışdır. Nəticədə 
hüquqi idarəetmənın strategiyasını  həyata keçirmək üçün, təhsil və 
onun yenidən qurulmasını  təminat altına alınması sferasında, təhsil 
almanın inkişafına və onun təmin edilməsinə uyğun olaraq, sistemə və 
hüquqa istinad edən zəruri şərtlər yaradılmışdır.  
Bu sistemin hüquqi təminatı Çin təhsil siteminin müxtəlif pillə və 
kateqoriyaları sistemini, təhsil sferasında imtahan sistemini, təhsil 
haqqında  şəhadətnamə almaq sistemini və elmi dərəcələr sistemini, 
müfəttişlik və  rəhbərlik sistemini, təhsil müəssisələrində  tədrisin 
qiymətləndirilməsi sistemini, həmçinin digər başlıca sistemləri 
müəyyənləşdirməyə tam imkan verir. Bundan başqa, mövcud hüquqi 
əsasın vasitəsilə fundamental, peşə  və ali təhsilin idarə olunması 
sistemində, maliyyələşmə sistemində, təhsil sistemini idarəetmə 
Mərkəzi və yerlərinin vəzifə  və  səlahiyyətlərində aydınlıq həyata 
keçirilir.  
Müxtəlif pillədən və kateqoriyadan olan dövlət təhsil 
müəssisələrində  təhsil xərclərinin  əsas mənbəyi hökumətin maliyyə 
təxsisatıdır. Mərkəzi maliyyəçilər yalnız Mərkəzin sərəncamında olan 
ali təhsilin maliyyələşməsinə  və eləcə  də ümumçin xarakterli təhsilin 
xüsusi təxsisatına cavabdehdirlər. Yerli maliyyə idarələri yerli 


 
158 
sərəncamda olan ali, orta və  aşağı  təhsilin maliyyələşdirilməsinə 
cavabdehdir. Təhsilə vəsait tapılmasının digər yolları – müxtəlif pilləli 
hökümət idarələri tərəfindən təhsilə görə qanunla tutulan vergilər 
(xərclər), könüllü təhsil mərhələsində tələbələrdən təhsil haqqı, məcburi 
təhsil mərhələsində  tələbələrdən müxtəlif pul yığımları, təhsil 
müəssisələri daxilində istehsalın inkişafı, təhsilə  dəstək məqsədilə 
edilən kollektiv vəsaitlər və ianələr, təhsil fondlarının yaranmasıdır.  
ÇXR höküməti maarifçılık işinə xalq təsərrüfatının və cəmiyyətin 
inkişafının fundamental, prioritet və ölkədəki ümumi vəziyyətlə bağlı 
sahə kimi nəzərdə saxlayır. Təhsilin maliyyələşdirilməsində Çin 
hökümətinin məqsədi nisbətən qısa müddət  ərzində  təhsilə dövlət 
maliyyə  xərcləri payını ümumdaxili məhsulun 4% həcminə 
çatdırmaqdır.  
Çində təhsil xərcləri iki hissədən ibarətdir: təhsil xərcləri və əsaslı 
tikinti xərcləri. Təhsil büdcəsinə  təhsil işinə büdcə  xərcləri və  əsaslı 
tikintiyə büdcə investisiyaları daxildir. Hökumətin müxtəlif pilləli 
maliyyə  və planlaşdırma orqanlarının üzərinə  təhsilə büdcə  xərcləri 
layihəsinin işlənib hazırlanması vəzifəsi düşür ki, bu da həmin pillədən 
olan xalq nümayəndələri məclisi tərəfindən nəzərdən keçirilir və qəbul 
olunur. Təhsilə büdcə  xərclərinin tərtib edilməsindən sonra ona xalq 
nümayəndələri məclisində  dəyişikliklər edilənəcən heç bir idarə  və 
ayrı-ayrı  şəxslər onu dəyişmək hüququna malik deyil. Təhsil 
büdcəsinin həyata keçirilməsi prosesində hökumətin maliyyə orqanları 
təhsil işinə  xərclərə  nəzarət edilməsinə, hökumətin planlaşdırma 
orqanları isə  əsaslı tikinti xərclərinə  nəzarətin həyata keçirilməsinə 
cavab verir.  
Çində sosialist bazar iqtisadiyyatı sisteminin yaranması  və 
təkmilləşdirilməsi ilə paralel olaraq könüllü təhsil mərhələsində təhsilin 
dəyərinin bölüşdürülməsi mexanizmi fəaliyyət göstərir, belə ki, bu 
dəyərin müəyyən hissəsi tələbələrdən təhsil haqqı kimi toplanır. Müasir 
dövrdə təhsilə vəsaitlərin cəlb edilməsinin müxtəlif mənbələri arasında 
tələbələrdən könüllü təhsil mərhələsində  yığılan təhsil haqqından, 
həmçinin məcburi təhsil mərhələsində tələbələrin müxtəlif xərclərindən 
gələn gəlirlər durmadan artır və getdikcə yalnız hökumətin maliyyə 
assiqnasiyalarından geridə qalaraq təhsilə  vəsaitlərin daxil olmasının 
kəmiyyətcə ikinci mənbəsinə çevrilrir. 2000-ci ildə  təhsil haqqının 
müxtəlif növlərindən daxilolmalar 40 mlrd. yuan təşkil etmişdir – bu da 
bütün Çin üzrə ayrı-ayrı vasitələrlə təhsilə vəsaitin 13,84%-dir. Ailələri 


 
159 
çətin iqtisadi vəziyyətdə olan tələbələrin təhsilini davam etdirmələrini 
təmin etmək üçün Çin hökuməti bir sıra tədbirlər qəbul etmişdir, 
onlardan  əsasları  aşağıdakılardır: həvəsləndirici təqaüdlər sistemi, 
təhsillə eyni zamanda qazanc əldə etmək imkanının verilməsi sistemi, 
xüsusi çətin situasiyalarda maddi yardım sistemi, təhsil haqqında 
güzəştlər və azadetmələr sistemi, tələbələrə kömək üçün dövlət maddi 
yardımı sistemi. Bu sistemlərin realizasiyası ailələri çətin maddi 
vəziyyətdə olan tələbələrə  təhsilini uğurla davam etdirməyə effektiv 
təminat verir.  
Beləliklə, bu cür nəticəyə  gəlmək olar ki, dünyanın bu iri 
dövlətində  təhsil sistemində islahatlar ölkədəki iqtisadi dəyişikliklərlə 
paralel baş vermişdir. O, strateji əhəmiyyət daşıyır, öz çoxcəhətliyi və 
mürəkkəbliyi ilə seçilir və  təbii ki, hər hansı konkret məqalədə ÇXR 
təhsil islahatlarının bütün aspektlərini işıqlandırmaq mümkün deyil. 
Lakin islahatın məqsədi dəqiq müəyyən edilmişdir. O, millətin və 
dayaq mərkəzlərinin keyfiyyət xarakteristikalarının artmasına bağlıdır, 
bu da tələbələrə novatorluq və  əməli qabiliyyətlər ruhunun 
aşılanmasına, hərtərəfli inkişaf etmiş sosialist qurucularının və 
“idealların, mənəviyyatın, mədəniyyətin və intizamın mövcudluğu” ilə 
fərqlənən nəslin yetişdirlməsinə xidmət edir.  
 
 
 
 
 
 
 


 
160 
 
NƏTİCƏ 
 
 XX əsrin sonu XXI əvvələrində dünyada elə bir tarixi şərait 
yaranmışdı ki, bu və ya başqa dövlətin dünya birliyi işlərində mövqeyi 
onun qüdrəti ilə müəyyən edilir. Güc dövlətin  əhəmiyyətinin 
qiymətləndirilməsinin əsas kriteriyasına çevrilmişdir.  
Çin dövləti bu prinsipi aydın dərk edib ötən yüzilliyin 80-ci 
illərində islahatlar yolunu seçdi. Çünki güclü dövlət zəngin olmalıdır. 
Özü də bu onun bütün həyat fəaliyyəti sferalarında qanunauyğundur. 
Xüsusən də, məlum olduğu kimi iri miqdarda enerji xərcləri tələb edən 
yeni texnologiyalar əsrində.  Əksər analitikləri o fikirlə razıdırlar ki, 
XXI əsrin əsas mübarizələri təbii sərvətlərə sahiblik, xüsusən də neft və 
qazdan müstəqil istifadə uğrunda gedəcək.  
Bir zaman öz əvvəlki qüdrətini itirmiş Çin qısa müddət  ərzində 
nəinki itirilmişləri bərpa etdi, eləcə də dünyanı güclü dövlətləri ilə bir 
sırada durmaq hüququnu bəyan etdi.  
Təəccüblü deyil ki, ÇXR liderliyə can atır və bu da getdikcə daha 
bəlli olur. Lakin Çin diplomatları bu məsələ ilə bağlı mülahizələrində 
çox ehtiyatlıdırlar.  
Çin Xalq Respublikası Azərbaycan Respublikasının 
müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu iki dövlət arasında 
diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur.  
Çin Azərbaycanın neft və qaz layihlərində  iştirakını öz enerji 
problemlərinin həlli yollarından biri kimi görür. Bundan əlavə Çin 
biznesi respublikamızın iqtisadiyyatının digər sahələrinə də daxil olur. 
Azərbaycan iş aləminin nümayəndələri də Çinin iqtisadi həyatında 
iştirak edir. Nəticə etibarı ilə Azərbaycandan Çinə  və  əksinə  səfər 
edənlərin sayı artmaqda davam edəcəkdir.  
Hazırkı kitab bu unikal və  qəribə ölkənin coğrafiyası, təbii 
ehtiyatları, tarixi və görməli yerləri, zəngin mədəniyyəti və 
xüsusiyyətləri ilə tanış olmaqda insanlara kömək göstərə bilər.  
Bu kitabı “Salam Çin” adlandırmaqla biz ona Çinə səfər etməyə 
hazırlaşan insanların biliklərini zənginləşdirəcək informasiya tipli və 
həm də , bizim fikrimizcə, maraqlı materiallar daxil etmək istəmişik.  
 
 
 


 
161 
M Ü N D Ə R Ə C A T  
Giriş 
 

Coğrafi, siyasi və iqtisadi vəziyyəti 
 

Cоğrafiya 7 
Təbii sərvətləri 9 
Dövlət qurluşu 14 
Inzibati bölgü sistеmi və əsas şəhərlər 17 
Iqtisadi vəziyyətin əsas cəhətləri 29 
Sənayе və istеhsalat 35 
Çinin tarixi inkişafinin  xarakterik  xüsusiyyətləri 
 
41 
Çin tarixinin əfsanəvi dövrü 
41 
Еrkən impеriya dövrü 
46 
Sоnrakı impеriya dörrüə 54 
Yеni dövr 
61 
Ən yеni dövr 
66 
Mədəni irs və təbii gözəlliklər 
 
73 
Çinin bayramlari, adət və ənənələri 
 
104 
 Bayramlar 
104 
Çinin adət və ənənələri 116 
Çində din 
 
132 
Çin təhsil sisteminin xüsusiyyətləri haqqinda 
 
159 
Nəticə 
173 
 
 
 
 
 
 
 
 
 
 


 
162 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həbibzadə Еlcan Ibrahim оğlu 
 
Salam, Çin 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
163 
 
 
 
 
 
Həbibzadə  Еlcan Ibrahim оğlu – 29.09.1975-ci ildə Bakı 
şəhərində anadan оlmuşdur.  
1992-ci ildə 164 saylı  оrta məktəbi fərqlənmə ilə bitirərək 
Azərbaycan Dövlət Nеft Akadеmiyasına daхil  оlmuşdur. 1993-cü ildə 
Azərbaycandan Çin Хalq Rеspublikasına  охumağa göndərilən ilk 
tələbələr sırasında Pеkin  Хarici Dillər və  Mədəniyyət Univеrsitеtinə 
qəbul  оlaraq, 1997-ci ildə  həmin ali məktəbin bakalavr pilləsini 
bitirmişdir. 1997-2000-ci illərdə  Pеkin  Pеdоğожi Univеrsitеtində 
təhsilini davam еdərək maqistr dərəcəsi almışdır.  
1999-cu ildən Azərbaycan Rеspublikası  Хarici Işlər nazirliyində 
çalışır. 
Azərbaycan-Çin münasibətlərinin tədqiqi mövzusunda bir sıra 
еlmi məqaləni və «Zdravstvuy, Kitay» kitabının (2006) müəllifidir.  

Document Outline

  • ЕLCAN  HƏBIBZADƏ 
    • S A L A M , Ç I N 
      • B A KI -2007 
        •  
        •  
        • QRIF 
        •   
        • Azərbaycan Rеspublikası ilə Çin Хalq Rеspublikası arasında diplоmatik münasibətlərinin yaranmasının 15 illiyinə həsr еdilir
        •  
        •  
        • ÖN  SÖZ 
          • Hörmətli Охucu, diqqətinizə çatdırılan bu kitab 2006-cı ildə nəşr оlunmuş «Zdravstvuy, Kitay» başlığı altında işıq üzü görmiş mоnоqrafiyanın azərbaycan dilinə tərcüməsidir. Kitabın rus dilində nəşrindən bir ildən də az vaхt  kеçməsinə baхmayaraq о, gеniş охucu kütləsinin diqqətini cəlb еtmişdir. Aldığın məktublarda və еdilən zənglərdə, еləcə də şəхsi söhbətlərdə  qеyd оlunan tövsiyyə və iradların əsasını dünyanın qədim ölkəsi оlan, bəşəriyyətə çохlu sayda iхtira və kəşflər bəхş еdən, kеçmiş və indiki dövrdə möcüzələrlə dоlu оlan bu dövlət haqqında azərbaycan dilində məlumatların az оlması göstərilir və оnun tərcümə оlunması arzu оlunur. 
            • Giriş 
    • Şanхay
    • Çuntsin
      • Tyantszin
        • Şitszyaçjuan
          • Qunçжоu
    • Çеndu
      • Quyçjou əyaləti
        • Lançжоu
    • Sinin
      • Tayvan
        • İnçuan
          • Syanqan xüsusi inzibati rayonu
            • Aomen xüsusi inzibati rayonu
    • Cədvəl 3 
    • Çin hökmdarlarının hakimiyyət xronologiyası 
      • Şan dövrü
      • Qərbi Çjou dövrü
        • Cənub və Şimal sülalələri dövrü
        • Beş sülalələr dövrü
    • 5. ÇİNDƏ DİN 
    • NƏTİCƏ 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə