Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

 
138 
İmperator Syuantszun zamanında (712-756-cı illər) daosizm 
dövlət dini formasını aldı. “Lao-tszı”, “Çjuan-tszı”, “Le-tszı” dao 
əsərləri “həqiqi qanunlar” adlandırılmağa başladı, hər bir vilayətdə 
mütləq dao məbədi tikilməli idi.  
Sun sülaləsindən olan imperator Çjentszun (998-1022-ci illər) 
“Dao tszan” – dao qanunlarını yığmağı və yenidən redaktə etməyi əmr 
etmişdi. 
Daosizmin dini sistem kimi formalaşmasına buddizmin böyük 
təsiri olmuşdur, o, Çinə bizim eranının əvəllərində Hindistandan daxil 
olmuş  və VI-X əsrlərdə orada özünün ən yüksək inkişafına çatmışdı. 
Məhz bu dövrdə dao rahibliyinin formalaşması baş vermişdir.  
Yuan monqol sülaləsi dövründə (1279-1367-ci illər) daosizm bəzi 
çətinliklər yaşadı. Bir sıra daoçuluq əsərləri məhv edildi.  
Çin taxtına Min milli sülaləsi (1368-1644-cü illər) yiyələndikdə 
daosizm yenidən canlandı, lakin sonrakı Tsin mancur sülaləsi dövründə 
isə (1644-1911-ci illər) daosizm Çinin dini həyatında getdikcə xüsusi 
rol oynamaqdan kənarda qaldı.  
1957-ci ildə Çində Çin daosizm tərəfdarları assosiasiyası 
yaradıldı. Əsas quan (daoçuluq monastırı) Pekindəki Bayyun quan (Ağ 
buludlar monastırı) sayılır.  
XX  əsrdə daosizmin təsiri getdikcə  zəifləyirdi. Daosizm 
ardıcıllarının dəqiq sayı  məlum deyil, XX əsrin sonunda təqribi 
qiymətləndirmələrə görə nisbətən aktiv daoçular təxminən 20 milyon 
nəfərdir.  
Buddizm. Budda Nepal Himalayının yamaclarındakı kiçik 
vilayətdə hökmranlıq edən  Şakya hökmdar nəslindəndir. Budda 
“Aydın”, “Aydınlanmış” deməkdir, bu onun ruhani adıdır. Budda təlimi 
iki müddəa ətrafında fırlanır: iztirab və nicat. “Rahiblər, – orada deyilir
– okean ancaq bir dada – su dadına malik olduğu kimi bu təlim də 
yalnız bir tama – nicat tamına malikdir”. Beləliklə, o, qarşısına tam 
praktik məqsəd – nicat qoyur.  
Bütün Budda təlimi “dörd nəcib həqiqətə” söykənir. Bu 
həqiqətlər aşağıdakılardır: iztirab, iztirab mənbəsi, iztirabı yox etmə və 
iztirabı yox etməyə aparan yol. Başqa sözlə: 
1)
 
Mövcud olan hər şey iztiraba mübtəladır. 
2)
 
İztirabın səbəbi – insan ehtiraslarıdır. 
3)
 
Ehtiraslardan azad olma iztirablardan azad edir.  


 
139 
4)
 
Azad olma yolu – “nəcib səkkizüzvlü yoldur”. Beləliklə, 
birinci həqiqət dünyada iztirabın mövcudluğunu sübut edir, ikinci onun 
səbəbini izah edir, üçüncü israr edir ki, o, yox edilə bilər, dördüncü isə 
onu necə yox etməyi aydınlaşdırır. Bu dörd nəcib həqiqət artıq 
Buddanın ilk nəsihətlərində başlıca rol oynayır.  
İki min il yarım  ərzində buddizmin dini praktikasını  təşkil edən 
dördüncü həqiqət mükəmməl tədqiq edilmişdir. Aydınlanmaya və 
nicata yetmək üçün Üç Vəziyyəti (trikşika) özündə birləşdirən yollarla 
getmək lazımdır: əxlaq vəziyyəti (şila), cəmlənmə vəziyyəti (samadhi), 
müdriklik vəziyyəti (pracnya).  
Əxlaq vəziyyəti çoxlu formalara malik olsa da, onların məğzində 
10 pislikdən nəfsi saxlama etikası durur. Bunlarda 3-ü bədən əməllərinə 
aiddir, 4-ü danışıq əməlinə, 3-ü isə əqli əmələ aiddir.  
Üç fiziki günah: 
1.
 
Canlı  məxluqu həyatdan məhrum etmək: həşərat 
öldürməkdən insan öldürməyədək. 
2.
 
Oğurluq: başqasının icazəsi olmadan onun əmlakını 
mənimsəmək, bu əmlakın dəyərindən, yaxud hərəkətin  şəxsən və ya 
başqasının vasitəsi ilə törədilməsindən asılı olmayaraq. 
3.
 
Seksual günah: əxlaqsızlıq.  
Dörd danışıq günahı: 
4.
 
Yalan: başqalarını söz və ya əməllərlə aldatmaq. 
5.
 
Qeybət: həmrəy olanları savaşdıraraq və ya küsənləri 
çıxılmaz vəziyyətə salaraq aralarına nifaq və ədavət səpmək. 
6.
 
Kobudluq: başqalarını təhqir etmək. 
7.
 
Boşboğazlıq: istək və digər rəzalətlərin təsiri altında sarsaq 
şeylər haqında söhbət aparmaq. 
   Üç əqli günah: 
8.
 
Paxıllıq: “bu mənim olaydı”, – deyə düşünmək, başqasına 
məxsus olanı arzulamaq. 
9.
 
Pisniyyətlik: başqalarına böyük yaxud kiçik zərər yetirmək. 
10.
 
Uydurma baxışlar: hər hansı mühüm olanı, məsələn, 
yenidən doğulma qanunu, dörd nəcib həqiqət və buddizmin buna 
bənzər digər nəzəri müddəlarını əhəmiyətsiz təsəvvür etmək.  
İlk beş qayda istənilən mömin dünya əhli üçün mütləqdir (bəzən 
5-ci qayda dünya əhli üçün sərxoşedici içkilərə qadağa ilə  əvəzlənir), 
qalan beşi isə (təbii ki, ilk beşliklə birlikdə) – rahiblər üçündür.  


 
140 
Cəmlənmə 
vəziyyətinə 
şüurun təfəkkür predmetində 
təkistiqamətli cəmlənməsi olan meditasiya daxildir. Mediativ 
cəmlənmənin bir çox növü vardır, bunların arasında dinclik vəziyyəti 
(samadhi) xüsusi seçilir. Samadhinin mahiyyəti – şüurun yayınmadan, 
iradənin ilahi tabeliyi ilə qovuşuq hər hansı bir obyektdə  cəmlənib 
saxlanmasıdır.  
Əbədi ruhu inkar etməklə  məhdudlaşmayaraq buddizm digər 
nəzəriyyələrdə “ruh” adlandırılan şeyi təyin etməli yeni anlayış gətirir. 
Bu anlayış “axın” (santana) idi. Buddizm təliminə görə,  şəxsiyyət – 
yalnız şüurun bir-birini əvəzləyən bir sıra vəziyyətləridir, lakin o, uzun 
müddət yenidən doğulmalar  ərzində  nəsə bir tam kimi qalır və onun 
bütün elementləri daim yeniləşərək öz aralarında  əlaqəni qoruyurlar. 
Buddist nəzəriyyəsində santana haqqında təsəvvür karma ideyasının 
özünəməxsus şərhinə zəmin rolunu oynayır. Ölüm santananın qaçılmaz 
nəhayəti, “axının dayandırılmasıdır”, özü də əvvəlki əlaqələr qırılır və 
elementlərə parçalanır. Lakin elementlərdə sona çatan həyatın təəssürat, 
təfəkkür və əməlinin izləri qalır, onlar elementlərdəki dəyişiklikləri elə 
irəlicədən müəyyən edir ki, fərdi müxtəlif dünya mövcudluqlarının 
təkrarlanan dairəsindən buraxmayaraq oxşar axın yenidən törəyir. Bu 
mənada, yeni doğum – əvvəlki həyatda baş verən hadisələrin 
nəticəsidir.  
“Şəxsiyyətin bölünməsi” nəzəriyəsi sonrakı buddizm 
nəzəriyyəsinin əsasında dururdu, bunun da mərkəzi Dharma nəzəriyyəsi 
idi. Söhbət bədən və digər zahiri predmetlər qavrayışına yaxud bizim 
ruh haqqında təsəvvürlərlə bağladığımız daxili hiss və fikirlər 
qavrayışına aid olmasından asılı olmayaraq şüurun bütün hallarının 
təşkil olunduğu psixi ilkin elementlər kompleksindən gedir.  
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, 
hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin 
şüurunu  əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq 
üçün əhali arasında maarifçilik işləri də aparır.  
Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının 
həyatında nə cür məna almasını nəzərdən keçirək.  
Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində 
bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin  ən 
nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət 
təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali 
buddizmi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə