Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

 
129 
fikrincə, xalqı tale yazısına buraxmaq olmaz. Cəmiyyətin həyatında 
təbiilik və qanunlar arasındakı harmoniya hökm sürməlidir. “Təbiət 
sünilikdən irəlidə olanda barbarlıq, sünilik təbiəti ötəndə isə ikiüzlülük 
alınır. Yalnız təbii və süninin tarazlığı xeyirxah insanı yaradır”.  
Konfutsiçilik yarandığı ilk gündən sosial-etik və dövlət aparatına 
qovuşma cəhdinə görə seçilib.  
Bu cəhdə ailə-qohumluq kateqoriyalarına dövlət və  səmavi 
hakimliyinin nəzəri izahları da uyğun gəlirdi: “dövlət – bir ailədir”, 
Səma oğlu həm də “xalqın atası  və anasıdır”. Dövlət cəmiyyət ilə, 
sosial münasibətlər isə ailə strukturunun əsasında olan ata və  oğul 
arasındakı şəxsiyyətlərarası əlaqələrlə eyniləşdirilirdi.  
Konfutsinin dövlət haqqında olan baxışlarında  əsas diqqət 
“adların bərpasına” ayrılır. Hər bir insan özünü tutduğu mövqeyə tam 
uyğun  şəkildə aparmalıdır.  Əgər hökmdar əməldə yox, yalnız sözdə 
hakimdirsə, bu çox pisdir. Konfutsi bir knyaza -“Dövlət, hakimin 
hakim, təbəənin təbəə, atanın ata, oğulun oğul olduğu halda çiçəkləyir”, 
- demişdi.  Əgər dövlət dövlət olmaq istəyirsə, “onun kifayət qədər 
ərzağı, qoşunu olmalı və xalq hökmdarına inanmalıdır”.  
İmperator ölkənin atasıdır və  təbəələr onun sadiq övladları 
olmalıdır. Ölkənin  əhalisi 4 kateqoriyaya bölünürdü (bir növ hind 
kastalarını xatırladır): 
1.
 
Anadangəlmə müdrik olanlar; 
2.
 
Müdriklik qazana biləcək insanlar; 
3.
 
Çətinliklə təlim görə biləcək insanlar; 
4.
 
Müdrilklik qazana və bilik əldə edə bilməyəcək camaat. 
Belə  sıralanmış  cəmiyyət, ali (düşünən və idarəedənlər) və  aşağı 
(işləyən və tabe olanlar) təbəqədən ibarət olmalı idi. Hansı  təbəqəyə 
mənsub olma kriteriyası kimi varislik və var-dövlət prinsipi deyil, 
insanın tzyun-tszı idealına yaxınlıq dairəsi götürülməliydi.  Əslində bu 
kriteriya istənilən şəxsin yuxarıya yolunu çətinləşdirirdi: sadə camaatın 
məmurlardan “heroqliflər divarı” olan bilik ayırırdı. Li-tszıda 
(mərasimlər haqqında qeydlər) mərasim və qaydaların sadə camaata aid 
olmaması  və  ağır fiziki cəzaların savadlılara verilməməsi haqqında 
xüsusi qeydlər vardı.  
Konfutsi idarəolunmada son və ali məqsəd olaraq xalqın 
maraqlarını ifadə etməyə çalışırdı. Bunula belə, o, əmin idi ki, xalqın 
özünə öz maraqları anlaşılmazdırr və  təlim görmüş konfutsiçilərin 
köməyi olmadan onun idarə olunması mümkün deyil. “Xalqı doğru 


 
130 
yolla getməyə məcbur etmək lazımdır, amma səbəbini izah etmək lazım 
deyil”.  
Konfutsi həyatın mənası, Allah və ölümsüzlük haqqında suallara 
cavab axtarmırdı. Onu təbiətin sirrləri və insan mövcudluğunun faciəsi 
narahat etmirdi. Konfutsi üçün əsas məsələ  cəmiyyətin sakit 
çiçəklənməsinin yolunu tapmaq idi. O, Dao haqqında danışarkən, bu 
sözün arxasında əlçatmaz və sirrli bir şey olduğunu düşünmürdü: “Dao 
insandan uzaqda deyil: ağıldan uzaq bir yol seçilməsi əsil Dao deyil”. 
Onun izah etdiyi Dao konkret sosial və etik ideal idi.  
Amma bu Konfutsinin Ali Başlanğıcı inkar etməsi anlamına 
gəlmir. Bu, sadəcə olaraq, Konfutsiyə uzaq və mücərrəd göründüyü 
üçün onu az maraqlandırırdı. Onun dini baxışları isə mərasimlərə riayət 
olunması, özünün və  təliminin taleyinin Səmadan asılı olmasını  dərk 
etməsində idi. Ölümsüzlüyün mövcudluğu haqqında suala Konfutsi 
belə cavab vermişdi: “Biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə 
olduğunu haradan bilərik?”.  
Mərasimlərə Konfutsi sehrli anlam vermirdi. O, bütün 
anlaşılmazlıqlardan kənar olmağa çalışırdı. “İnsanlara necə kömək 
edəcəyimizi bilmiriksə, ölənlərə necə xidmət edə bilərik?”. Bununla 
belə, kultun əhəmiyyəti də inkar edilmirdi. Konfutsi ümumi əxlaqi-
siyasi intizamın bir hissəsinin kultlaşdırma olduğunu görürdü. Ali 
Qurbanvermə  mərasiminin mənasını anlamadığını etiraf etməklə 
yanaşı, onun həyata keçirilməsini vacib sayırdı. “Əgər  əcdadlarımız 
qarşısında olan borcumuzun ödənilməsinə cəhd etməsək, xalqın əxlaqı 
yaxşılaşmayacaq”. 
Konfutsi  ətrafdakı  ədalətsizliyə qarşı olan və yüksək  əxlaq 
uğrunda mübarizə aparan cəngavər idealını yaratmağa çalışırdı. Amma 
onun təliminin rəsmiləşməsi ilə ön plana məna yox, qədimliyə 
sadiqliyin nümayiş etdirildiyi xarici forma keçdi. Çində orta əsrlərdə 
hər adamın sosial-məmur iyerarxiyasında tutduğu yerə uyğun müəyyən 
norma və stereotiplər formalaşmış və kanonlaşdırılmışdı. Təhsil almaq, 
iş tapmaq kimi doğumdan ölümədək həyatın istənilən anında istənilən 
hadisə üçün ciddi və məcburi davranış qaydaları müəyyən olunmuşdu. 
E.ə. III yüzilliyin ortalarında konfutsiçiliyin üstünü qatı  təhlükə 
aldı. Taxta imperator Tsin Şi-xuandi çıxdı, o, qanunçuların təlimini 
rəhbər tuturdu ki, bu da sosial islahatları  tələb edir və ciddi cinayət 
məcəlləsinə ümid bəsləyirdi. E.ə. 213-cü ildə imperatorun əmri ilə 
Çində ilk “mədəni inqilab” başladı. Dövlət ideologiyasına zidd olan 


 
131 
bütün konfutsiçi kitab və  ədəbiyyat yandırıldı. Yüzlərlə konfutsi 
təliminin bilicisi diri-diri torpağa basdırıldı, ya da Böyük səddin 
tikintisinə göndərildi. Lakin təqiblərin qızğın dövründə  əlyazmaları 
qoruya bilən və ya onları əzbər öyrənən cəsarətli adamlar tapıldı.  
206-cı ildə yeni Xan sülaləsinin hakimiyyətə gəlməyi ilə Konfutsi 
təlimi yenidən dirçəldi. 174-cü ildə imperator özü müəllimin qəbrinə 
qurban gətirdi və bundan sonra Konfutsi rəsmi olaraq millətin ən böyük 
müdriyi, Səma elçisi, “tacsız hökmdar” və ya “həqiqi hökmdar” (su 
van) elan edildi, onun təlimi isə  rəsmi ideologiya statusu aldı. Mao 
Tszedun dövrünədək onun təlimi Çin mədəniyyətinin ayrılmaz hissəsi 
olaraq qaldı.  
Konfutsiyə görə sosial nizamın mühüm əsaslarından biri yaşca 
böyük olanlara ciddi itaət idi. Onun iradəsinə, sözünə, istəyinə kor-
koranə itaət – həm bütövlükdə dövlət çərçivəsində, həm də qəbilə, ailə 
daxilində kiçik, tabe olan, rəiyyət üçün elementar norma idi. Konfutsi 
xatırladırdı ki, dövlət – böyük ailə, ailə isə – kiçik dövlətdir.  
Konfutsi  əcdadlara sitayişə  dərin məna verirdi və onu hər bir 
çinlinin ilkin vəzifəsinə çevirmişdi. Konfutsi oğulluq ehtiramı haqqında 
Syao təlimini işləyib hazırlamışdır. Syaonun mənası – valideynlərə Li 
qaydalarına uyğun xidmət, onları Li qaydalarına uyğun dəfn etmək və 
onlara Li qaydalarına uyğun qurban gətirməkdir.  
Konfutsiçi  əcdadlara sitayiş kultu və Syao normaları ailə  və 
qəbiləyə  pərəstişin inkişafına gətirib çıxardı. Ailə  cəmiyyətin özəyi 
hesab olunurdu, ailənin maraqları ayrı-ayrı  şəxslərin maraqlarını 
dəfələrlə üstələyirdi. Elə daimi ailə artımı tendensiyası da buradan 
çıxmışdır. Münasib iqtisadi imkanlarla yaxın qohumların birgə yaşayışa 
can atması parçalanma meyllərindən xeyli üstün idi. Bir-birinin 
ətəyindən tutan və bəzən bütöv bir kəndi əhatə edən şaxələnmiş güclü 
qohum qəbilələr yaranırdı.  
Syao Jen və digər məziyyətlərin və ölkəni idarə etməyin  ən 
effektiv metodu hesab edilirdi.  
Ailədə və cəmiyyətdə hər bir kəs, ailənin nüfuz sahibi olan üzvü, 
imperatorun hörmətli məmuru belə  hər  şeydən  əvvəl ciddi konfutsian 
ənənələr çərçivəsinə daxil edilmiş sosial vahid idi, bu çərçivələrdən 
kənara çıxmaq mümkün deyildi: bu “üzünü itirmək” demək idi, çinli 
üçün isə üzünü itirmək vətəndaşın ölümünə  bərabər idi. Normalardan 
kənara çıxmağa yol verilmirdi, Çin konfutsiçiliyi heç bir qeyri-adiliyi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə