Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

 
123 
5. ÇİNDƏ DİN 
 
ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına 
zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. 
Hökümət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. 
Çində kilsə  və  məbədlərin hüquqları qorunur və ateistlərin ictimai 
yerlərdə  təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə 
ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq 
toplantılarında təmsil olunmaq və siyasi məsləhət  şuralarında dövlət 
işlərinin bütün səviyyələrinin müzakirəsində  iştirak etmək hüquqları 
vardır. 
Çin və  Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam 
və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar 
fəaliyyət göstərir. Bundan başqa,  İslam teoloji institutu, Nankin 
birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur.  
Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini 
mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə 
həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib. Ölkədə 
bu təşkilatlar tərəfindən yaradılmış 74 ruhani-dini təhsil müəssisəsi 
fəaliyyət göstərir. 
Çində dinin tarixi çox qədimlərə gedib çıxır.  Əgər Hindistanda 
din hökmranlığı  və hindlinin dini düşüncəsi metafizik təxəyyüllə 
dolmuş hesab edilirsə, Çində başqa tip dini görüşlər yaranıb.  
Çində dinin əss elementlərinə animizm və politeizm daxil olub. 
Çinlilər hesab edirdilər ki, dünya ruhlarla doludur. Şər ruhlar (quy) – 
xəstəlik və  bədbəxtlik gətirir. Bu ruhlardan qorunmaq və ya qovmaq 
üçün isə müxtəlif tilsim və rituallardan istifadə edilirdi.  
Çinlilər dünyanın iki elementin – “in” və “yan”ın birləşməsindən 
yaranmasına inanırdılar. “İn”qaranlıq, qadın,  şər hesab oliunurdu. Bu 
ketfiyyətləri özündə  cəmləşdirən  şər ruh “quy” idi. “Yan” isə istilik, 
işıq, xeyir, kişi demək idi və özündə bu keyfiyyətləri təcəssüm etdirən 
şeylər “quy”dan müdafiə olunmaq üçün bu keyfiyyətlərdən istifadə edə 
bilərdi. Çinlinin təsəvvüründəki ruhlar və allahlar aləmi oxşar 
hakimiyyət və nüfuza malik dövlət və insanlar aləminin surəti idi. Hər 
şəhərin öz allahı vardı. Kainat üzərində yerdəki imperatora uyğun gələn 
“tyan” – “səma” yüksəlirdi.  
Çində ruhları və allahları olan bu dindən başqa daha beş əsas dini 
təlim: konfutsizm, daosizm, buddizm, islam və xristianlıq yayılmışdır. 


 
124 
Dindən çox etik-siyasi təlim olan konfutsizm e.ə. III əsrdən 1912-ci ildə 
respublika elan olunanadək dövlətin dəstəyindən istifadə edib. Konfutsi 
fəlsəfəsi özlüyündə ailə  və  əxlaq kodeksini birləşdirir. Daosizm din 
olaraq Çinə daha çox bağlı olsa da, buddizmin təsirini  əks etdirir. 
Daosizmin məbədləri, allahlar panteonu və keçmiş mükafatları  və 
cəzaları kimi gələcək haqqında təlimi vardır. Buddizm Hindistanda 
yaransa da, Çində geniş yayılıb və burada yüzlərlə buddist məbəd və 
monastrları tikilib. Müsəlmanlar Çinin hər yerində, xüsusilə, ölkənin 
şimal-qərb və cənub-qərb rayonlarında yaşayır. 
Xristianlıq Çində Avropa və Amerika missionerləri vasitəsilə 
yayılmağa başlayıb. Bu proses XIX-XX əsrlərdə daha geniş yayılsa da, 
bu dinə etiqad edənlərin sayı əhalinin 1 faizini təşkil edir.  
Çinli mövcudluq sirrləri, yaşam və ölüm problemləri barədə 
həddindən artıq az fikirləşsə  də, hər zaman öz qarşısında xeyirxahlıq 
etalonu görməyi və ona oxşamağa çalışmağı müqəddəs borc hesab edir. 
Çinlilər üçün müqəddəs insan o biri dünyada zövq almağa və əzabdan 
qurtulmağa çalışanlar yox, qəbul edilmiş normalara uyğun və ləyaqətlə 
yaşamağa öyrəşənlər hesab olunur.  
Konfutsiçilik Çində e.ə. V-VI əsrlərdə yaranıb. O, ən qədim 
fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik 
təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi 
məqamlarında isə konfutsiçilik əsas din, rəsmi dövlət ideologiyası 
funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə  tətbiq 
etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə 
yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş 
normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də  əsasında 
duran mistikaya, bəzən isə  hətta ekstaza bürünmüş kortəbii etiqadın 
ekvivalenti idi. 
Din olmasa da, konfutsiçilik sözün əsl mənasında az qala dindən 
də güclüdür. Konfutsiçilik həm siyasi, həm inzibati sistem, həm də 
iqtisadi və sosial proseslərin  əsas tənzimləyicisi, bir sözlə, Çin həyat 
tərzinin özülü idi.  
2000 ildən çox bir müddətdə konfutsiçilik çinlilərin ağıl və 
duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, 
düşüncələrinə, davranışlarına və  məişətlərinə ciddi təsir etdi. Bu 
mənada konfutsiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən 
geri qalmır. Bu təlim Çin milli mədəniyyətinin bütün çalarlarına, 
əhalinin milli xarakterinə  nəzərə çarpacaq dərəcədə  rəng qatdı. 


 
125 
Konfutsiçiliyin əsl adında (ju – ([tzya tzyao]) –  “intellektual şagirdlər 
məktəbi”) onun yaradıcısının adının olmaması da təsadüfi deyildi. 
Çünki Konfutsinin məqsədi yeni təlim yaratmaq yox, çox uzaq keçmişi 
sevmək və ona inanmaq idi. 
Konfutsiçilərin sələfləri əsasən məmur ailələrindən olan və rəsmi 
mövqelərini itirdikdən sonra müəllimlik edənlər idi. Onlar sonralar 
Onüçkitabçılığın bir hissəsini təşkil etmiş qədim kitabları təlim etməklə 
dolanırdılar. 
Onüçkitabçılıq təlimləri (Şi-san tzin) – konfutsiçiliyin qanun-
qaydalarını təşkil edən 13 qədim Çin klassik əsərləridir.  
Onüçkitabçılığın tarixi isə Xan dövrünə gedib çıxır. O zaman (e.ə. 
140-87-ci illər) aşağıda adı çəkilən əsərlərin daxil olduğu Beşkitabçılıq 
mövcud idi. 
1. Şitzin (mahnı və himnlər kitabı); 
2. Şutzin (tarix kitabı); 
3. İtzin (dəyişikliklər kitabı); 
4. Li tzı (mərasimlər haqqında qeydlər); 
5. Çuntzyu (payız və yaz salnaməsi). 
Tan sülaləsi dövründə (e.ə. 907-618-ci illər) Beşkitabçılığa 
aşağıdakılar əlavə eildi: 
6. Çjou li (Çjou sülaləsinin ritualları); 
7. İli (etiket və mərasimlər haqqında kitab); 
8. Tzou-Çjuan (cənab Tsyuminin xronikası); 
9. Qunyan-Çjuan (cənab Qunyan Qaonun xronikası); 
10. Qulyan-Çjuan (cənab Qulyan Çinin xronikası). 
İmperator Ven-tszuenin dövründə (e.ə. 840-827-ci illər) bu 
mətnlər daş plitələrə yazıldı. Bu zaman onlara daha üç kitab əlavə 
edildi: 
11. Syao Yzsin (ehtiramlı oğullar kitabı); 
12. Lun yuy (mülahizə və söhbətlər); 
13. Er ya (nəfis sinonimlər lüğəti və kanon kitablarına şərhlər). 
Onüçkitabçılığın formalaşması Şimali Sun dönəmində (e.ə. 1127-
960-cı illər) Men-tzsı traktatı əlavə edilməklə sona çatdı.  
Bu kitablar Çinin tarixində mühüm rol oynayaraq iki min il 
ərzində ölkənin və  təlim-tərbiyənin idarə olunmasının  əsasını  təşkil 
edirdilər.  
Konfutsi (Kun-tszı, e.ə. 551-479-cu illər) Çjou sülaləsi 
dönəmində Lu səltənətində (indiki Şandun  əyalətinin Tsyuyfu şəhəri) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə