Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

 
126 
anadan olub. Onun ailəsinin mənbəyi əsilzadə-məmur və hərbçilər idi. 
O, 22 yaşında Çinin ən məşhur pedaqoqu kimi ad aldı. Kun-tszı 
məktəbində 4 kitab: əxlaq (Şitszin), dil (Şutszin), siyasət (Litszi) və 
ədəbiyyat (Yuetszin) öyrədilirdi.  
50 yaşında Konfutsi siyasi karyeraya başlayaraq Luda yüksək 
vəzifəyə təyin edildi. Amma tezliklə intriqalara dözməyərək istefa verdi 
və 13 il boyunca Çinin ərazisini səyahətə  çıxdı. E.ə. 484-cü ilə Luya 
qayıtdı  və  Şutszin,  Şitszin, Litszi, Yuetszin, Çuntsyu kitablarının 
redaktəsi, yayılması və müəllimliklə məşğul oldu. Konfutsi Çinin daxili 
krizislərlə müşayət olunan sosial və siyasi dəyişikliklər dönəmində 
yaşamışdır. Patriarxal-qohumluq normaları dağılmışdı, daxili ədavət 
soylu nəsilləri parçalayırdı. Tarixi ənənələrin dağılması, məmurların 
acgözlüyü və satqınlığı, sadə xalqın kasıblığı  və iztirabları ölkənin 
taleyini düşünənlərin ciddi narazılığına səbəb olurdu.  
Geniş yayılmış fikirlərin əksinə olaraq, Konfutsini sözün mütləq 
mənasında dinin banisi hesab etmək olmaz. Doğrudur, onun adı çox 
vaxt Budda və  Zərdüştlə yanaşı  çəkilir, amma əslində Konfutsinin 
dünyagörüşündə etiqad məsələlərinə çox az yer verilib.  
Etik-siyasi təlim olan konfutsiçiliyin mərkəzində insan əxlaqı, 
ailə  və dövlətin idarə olunması  məsələləri durur. Konfutsi üçün çıxış 
nöqtəsi kimi “səma” və “səmavi təsir” konsepsiyası əsas götürülür. Öz 
əsrinə  tənqidi yanaşaraq ötən  əsrləri üstün tutan Konfutsi bu 
müqayisənin  əsasında özünün tzyun-tszı insanının mükəmməl idealını 
yaratdı. Müəyyən keyfiyyətlərə malik insan bu keyfiyyətləri Dao 
mənəvi qanunları ilə uzlaşdırmalıdır. Bu mükəmməlləşmənin məqsədi 
xeyirxah xadim (tzyun-tszı) səviyyəsinə çatmaq idi. Tzyun-tszı 2 vacib 
üstünlüyə –humanizm və borcluluq duyğusuna maik olmalı idi. 
Konfutsi təlimində əsas yerijen (insanilik, humanizm) – ailə, cəmiyyət 
və dövlətdə insanlar arasında münasibətlər tutur. Bu konsepsiyanın 
“nəyi ki, özünə arzulamırsan, onu başqasına etmə” prinsipi idi. 
Konfutsi ailəni əsas nümunə götürən cəmiyyətin bütün üzvləri arasında 
vəzifələrin dəqiq bölünməsi ilə  çıxış edən siyasi konsepsiya da 
hazırlamışdı.  
Humanizm (jen) özündə  təvazökarlıq, təmənnasızlıq, ləyaqət, 
insanlara sevgi və s. keyfiyyətləri birləşdirir. Jen – yalnız qədim 
insanların malik olduğu, demək olar ki, əlçatmaz bir idealdır. Konfutsi 
müasirlərindən humanist olaraq yalnız özünü və sevimli şagirdi Yan 
Xueyi hesab edirdi. Lakin əsl tzyun-tszı üçün təkcə humanizm kifayət 


 
127 
etmirdi. O, həmçinin daha vacib bir keyfiyyət – borcluluq duyğusuna 
malik olmalı idi. Borc – humanist insanın öz məziyyətləri çərçivəsində 
üzərinə götürdüyü mənəvi öhdəlikdir.  
Borcluluq duyğusu, bir qayda olaraq, öz xeyrini bilməklə yox, 
bilik və yüksək prinsiplərlə  şərtlənir. “Xeyirxah adam borc haqqında 
düşünür, rəzil adam isə  mənfəət haqqında düşünür” deyə Konfutsi 
öyrədirdi. O, həmçinin düzlük və  səmimilik (çjen), ədəb,  əxlaq, 
mərasim və ənənələrə sadiqlik (li) kimi anlayışları da təhlil edir.  
Konfutsi ilə təmasda olan şagirdlərin yazılarında filosof ədalətli, 
soyuqqanlı, təmkinli, işgüzar təsvir edilir. Həyatda praktik olan 
Konfutsi öz təlimində  də bu cürdür. Onun bütün söhbətləri və 
təlimatları, həyatı müdriklik xarakteri daşıyır və adi, təbii tələbatları 
aşmır. Onun bütün təlimi üç əsas: dövlətin təbəələri ilə, ataların uşaqları 
ilə və ərlərin arvadları ilə düzgün davranmalarında tamamlanır. Bundan 
başqa, 5 ali məziyyət və ya öhdəliklərin tam yerinə yetirilməsi tələb 
olunur: 
insansevərlik, yəni özün kimi hamıya şəfqətlə yanaşmaq; 
-  ədalət  və ya üzgörənlik etmədən hər bir kəsin layiq olduğu 
mükafat və cəzanın verilməsi; 
qanunlara tabeolma və hakim dinin təyin etdiyi adət-ənənələrə 
riayət olunması; 
-  həqiqətə uyğunluq,  daha doğrusu hər cür yalana daim ikrah 
bəslənilməsi; 
- hər zaman və hər yerdə düzlük və təmizlik. 
Konfutsi bu qaydalara əməl olunmasının xoşbəxtlik gətirəcəyinə 
inanırdı  və onlara əsaslanaraq öz təlimini yaratmışdı. Bu təlimin  əsas 
prinsipi fəaliyyətdə tarazlığın qorunması  və bütün anlarda sakitliyin 
saxlanması, heç bir vəchlə ehtirasa qapılmamadır. Konfutsiyə görə, hər 
bir müdrikin can atmalı olduğu mənəvi kamillik elə budur. İnsan hər 
zaman ortanı gözləməlidir: nə qatı nifrət, nə  məhəbbət; çox 
kədərlənməməli, çox sevinməməli – bir sözlə, heç zaman ifrata 
qapılmamalıdır. Bundan başqa, digərlərinə olan münasibətlərdə  də 
əxlaq qaydalarına əməl etməlidir, yəni özünə arzulamadığını başqlarına 
da arzulamamalıdır.  Ədalət və düzgünlük, özünə  və sözünə inam, 
səmimilik anlaşılmazlıqların aradan qaldırılmasına və ictimai 
münasibətlərə xeyirxah yanaşmanın  əsasıdır. Özündən böyüklərə 
hörmət və ehtiram, həlimlik, dözüm və  nəhayət istisnasız hər kəsə 
nəzakətlə yanaşmaqla ortanı və harmoniyanı gözləmək olar.  


 
128 
Bu prinsiplərə riayət edilməsi alicınab tzyun-tszının borcudur. 
Beləliklə, Konfutsinin “alicənab insanı” ibrətamiz məziyyətlərə malik 
mücərrəd sosial idealdır. Bu ideal bənzətmə üçün mütləq sayılırdı, ona 
yaxın olmaq isə sosial nüfuz və şərəf hesab olunurdu. Bu, xüsusilə, Xan 
dövründə (e.ə. III əsr) Çin imperiyasını idarə edən məmurlara aid idi. 
Bu təlim dövlət quruluşunu, xalqın mənəvi və  əxlaqi durumunu, 
məişətini  əhatə edən bütün səviyyələr üçün stimul sayılırdı. Xalqa bu 
təlimi daha yaxşı aşılamaq üçün Konfutsi mərasimlər adlanan bütöv bir 
kodeks yaratmışdır. Mərasimlər insanlara müəyyən vəziyyət və 
zamanda özlərini necə aparmalarını, mübahisə  və toqquşmalardan 
qaçaraq ədəb-ərkan qaydalarına riayət etməyi öyrədir. Konfutsi deyirdi 
ki, mərasimlər səma ilə yerin əlaqəsini, insanlar arasında qayda-qanunu 
təsdiq edir və süni deyildir. O, öyrədirdi ki, mərasimlər  əşyaların 
müxtəlifliyinə, onların aşağı və ya yüksək məziyyətlərinə, təbiətin hər 
yerində mövcud olan müxtəlifliyə əsaslanır. Buna görə də, nigah, dəfn, 
qurbankəsmə zamanı  həyata keçiriləcək müxtəlif təlimatlar nəzərdə 
tutulmuş, eləcə də hakim və məmur, ata və övlad, ər və arvad, böyüklər 
və kiçiklər arasında  əlaqələrin forması müəyyən edilmişdi. Beləcə, bu 
təlim Çinin siyasi və ailə quruluşuna tətbiq edilirdi. Hakimin 
demokratik təməli və qeyri-məhdud hakimiyyətinin tərəfdarı olan bu 
təlim eyni zamanda “qızıl orta” prinsipini də unutmurdu: – “hökmdarın 
yalnız həddini keçən tələblərinə riayət etməmək olar”. 
“Qızıl orta” cəmiyyət və onun üzvlərinin ideal vəziyyəti sayılırdı. 
Ona nail olmaq üçün isə bütün hərəkətləri düşünərək etmək, 
tələsməmək və qaydalara pedantcasına əməl etmək zəruri idi.  
Bunlardan başqa nifrət və sevgiyə  də ölçülü yanaşılmalı idi. 
Konfutsi pisliyə, bədxahlığa qarşı yaxşılıqla, xeyirxahlıqla cavab 
verilməsinin cəfəng və  mənasız olması  qənaətindəydi: “Bəs onda 
xeyirxahlığı  nə ilə cavablandıraq?”, - deyə soruşurdu. O, həmçinin
mənasız qəhrəmanlığı da qəbul etmirdi. Əgər görürsən ki, insanı xilas 
etmək mümkün deyil, onda niyə  hədər yerə risk edəsən ki? 
Münasibətlərin  əsasında hörmət, dostluq, qayğıkeşlik dayanmalıdır. 
Heç vaxt Li çərçivəsindən kənara çıxmaq olmaz.  
Konfutsi hər zaman etiketin yalnız davranış üçün praktik orientir 
olduğunu xatırladırdı: “Əgər Li nə olduğu bilinmirsə, heş  nəyə ümid 
etmək mümkün deyil”.  
Lao-tszı hərəkətsizlik və ibtidai sadəliyi öyrətdiyi halda, Konfutsi 
hadisələrin gedişinə aktiv müdaxilə olunmasını  təkid edirdi. Onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə