Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   2   3   4   5   6   7   8   9   ...   52

 

Çin haqqında, onun tarixi, iqtisadiyyat və digər fəaliyyət sferalarındakı 
nailiyyətləri, mədəni irsi və təbii gözəllikəri, təhsil səviyyəsi və dinləri 
haqqında çox cüzi məlumatları var.  
Çində yaşaya-yaşaya mən gözümün önündə baş verən maraqlı 
hadisələri təsvir edir, çinlilərin tarixini, adət və  ənənələrini, həyat 
səviyyəsini öyrənirdim. Kifayət qədər çox təəssürat yığıldı  və  mən 
qərara gəldim ki, onları sistemləşdirib nəşr etdirim.  
Bu kitaba Çində siyasi quruluş  və iqtisadi islahatlarla bağlı 
ümumi informasiya materialları, ölkənin inkişaf tarixinin başlıca 
mərhələləri; Çin xalqının tarixi irsi, mövcud adət-ənənələr haqqında 
məlumatlar; eləcə  də verilən mövzularla əlaqədar  şəxsi müşahidə  və 
tədqiqatların nəticələri daxil edilmişdir.  
Təqdim оlunan bu kitab ÇXR-ə səfər edənlər üçün arayış, yaxud 
soraq kitabçası kimi dеyil, оnlar üçün minimum informasiya mənbəyi, 
xalqın Səmaaltı adlandırdığı ölkəyə  qədəm qoyanlar üçün faydalı ola 
bilər.  


 

1.
 
COĞRAFI, SİYASİ VƏ İQTİSADİ VƏZİYYƏTİ 
 
COĞRAFIYA 
 
Belə bir fikir mövcuddur ki, ölkənin coğrafi mövqeyi və iqlimi 
orada yaşayan xalqların xarakteri, adət və ənənələrinin formalaşmasına 
ciddi təsir edir. Buna görə  də, Cinlə maraqlananları başlanğıc üçün 
onun coğrafiya və iqlimi ilə qısaca tanış etmək istəyirik. 
Ərazisi.  Sakit okeanın qərb suları ilə yuyulan Çin, Asiyanın 
şərqində yerləşir. Çinin quru ərazisi 9,6 mln.km
2
-dir. Çin ərazisi 
cənubdan şərqə 5,7 min km, şimaldan cənuba isə 3,7 min km uzanır. 
Çin həmçinin ucsuz-bucaqsız dəniz sərhədlərinə də malikdir. Çinin şərq 
və  cənub-şərq sahillərini Boxay, Sarı,  Şimali-Çin və  Cənubi Çin 
dənizləri yuyur. Çinin ərazi sularının ümumi sahəsi 4,73 mln. km
2
-dir. 
Çin sahillərində çoxlu adalar vardır ki, bunların ən böyüyü Tayvan və 
Xaynandır. Çin 10-dan çox dövlətlə: şimalda Monqolustan və Rusiya, 
qərbdə Qazaxıstan və  Əfqanıstan, cənub-qərbdə Hindistan, Nepal, 
Butan, Birma, Tayland, Laos, Vyetnam və şərqdə KXDR ilə sərhəddir. 
O, Filippin və Yaponiya ilə uzunluğu təxminən 11000 km olan 
(adaların sahil xətti daxil olmaqla isə 21000 km) dəniz sərhəddinə 
malikdir. Quru sərhədlərinin uzunluğu isə 22,8 min km təşkil edir.   
Çinin  ən iri limanı olan Şanxay respublikanı dünyanın bütün 
ölkələri ilə – Amerika, İngiltərə, Fransa, Braziliya, Kanada, Avstraliya 
və digərləri ilə birləşdirir. 1984-ci ildə isə, Çin höküməti birbaşa xarici 
iqtisadi əlaqələr hüququ qazanan 14 sahilyanı şəhər açmaq qərarı qəbul 
etmişdir. Həmçinin, 4 azad iqtisadi zona da yaradılmışdır. Onlardan ən 
irisi – Şençjen Honkonqun yaxınlığında yerləşir.  
Çin öz topoqrafiyasının müxtəlifliyi ilə  də  fərqlənir. Dağlar, 
yaylalar və təpələr ölkənin quru ərazisinin 65 faizini təşkil edir. Bütün 
dünyada məşhur olan dağ sistemləri Çin ərazisinin böyük hissəsini tutur 
– bu, Çinin coğrafi xüsusiyyətlərindən biridir. Dünyada 8 min m-dən 
hündür olan 19 zirvənin 7-si Çində yerləşir.  
Çində  həmçinin çoxlu çay və göllər də vardır. Çayların ümumi 
uzunluğu 220 min km-dən artıqdır. 5 mindən yuxarı çayın hövzəsi 100 
km
2
-i keçir. Çində sahəsi 1 km

olan 2800-dən çox, sahəsi 1000 km
2
-
dən çox olan isə 13 göl yerləşir. 
Əgər Çinin ərazisinə yuxarıdan baxsan, o, qərbdən  şərqə enən 
dördpilləli pilləkəni xatırladar. 


 

Tsinxay-Tibet yaylası bu relyef iyerarxiyasının birinci, ən yüksək 
pilləsini təşkil edir. İkinci pilləni Daxili Monqolustan yaylası, Less 
yaylası, Yunnan-Quyçjou yaylası, Tarim çökəkliyi, Cunqar və  Sıçuan 
çüxurları  təşkil edir. Əgər birinci pillənin orta hündürlüyü dəniz 
səviyyəsindən təqribən 4000 m təşkil edirsə, ikincinin hündürlüyü 1-2 
min m hüdudları arasındadır. Böyük Xinqan, Tayxanşan, Uşan və 
Syuefenşan dağlarının  şərq yamaclarından dəniz səviyyəsindən 500-
1000 m orta hündürlükdə olan üçüncü pillə başlayır. Çinin 200 m-dək 
dərinlikdə yerləşən şelfləri relyef dəyişkənliklərinin dördüncü pilləsini 
təşkil edir. 
Çin ərazisinin böyüklüyünə görə dünyada üçüncü yeri tutur. 
İqlim. Çinin quru ərazisinin təxminən 98%-i
 
20
0
 – 50
0
 şimal en 
dairəsində yerləşir, buna görə də mülayim və subtropik iqlim zonaları 
xüsusilə çoxluq təşkil edir. Bu coğrafi mövqe Çinin açıq-aşkar musson 
xarakter daşıyan iqlim şəraitinə səbəb olur. Qışda üstünlük təşkil edən 
küləklər  şimaldan  əsir, yayda isə  cənubdan. Mövsümlərin kəskin 
dəyişikliyi xarakterikdir. Yağışlar mövsümü adətən ilin ən isti dövrünə 
düşür. Güclü soyuq külək axınları, leysan yağışları və tayfunlar Çinin 
iqliminin ayrılmaz əlamətləridir. Çinin iqliminin daha bir fərqləndirici 
xüsusiyyəti temperaturun və yağıntının miqdarının  ən geniş limitdə 
dəyişməkdə özünü biruzə verən kontinental xarakterli olmasındadır. 
Məsələn, yanvar və iyul aylarında orta aylıq temperaturu götürək. Eyni 
en dairəsi rayonunda yerləşən digər ölkələrin analoji göstəricilərinə 
nisbətdə temperatur yanvarda daha aşağı, iyulda isə daha yuxarıdır. 
İllik yağıntının miqdarı  dənizdən uzaqlaşdıqca aşağı düşür:
 
sahilboyu 
cənub-şərqdə 1000-2000 mm-dən şimal-qərbdə 100-200 mm-dək.  
Regional və iqlim müxtəlifliyinə görə Çinin ərazisini üç təbii 
qurşağa bölmək olar: 
  
1)
 
Şərq musson qurşağı. Bu qurşaq Çinin quru 
ərazisinin 45%-ni,
 
əkin üçün yararlı torpağın 90%-ni
 
və 
əhalinin 95%-ni
 
əhatə edir. Burada nəzərə çarpacaq 
musson təsiri var, iqlim rütubətli və yarımrütubətlidir, 
qurşağın çox hissəsinin hündürlüyü 1000 m-dən aşağıdır. 
Bu ərazi həm də çoxlu düzənlik və çaylarla da zəngindir 
və əsas kənd təsərrüfatı rayonudur.  
2)
 
Şimal-qərb quraqlıq qurşağı. Bu qurşaq Çinin 
quru ərazisinin 30%-ni,
 
əkin üçün yararlı torpağın 10%-ni
 
və  əhalinin 4%-ni
 
əhatə edir. İqlimi quru və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə