Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   2   3   4   5   6   7   8   9   ...   52

 
18 
Cədvəl 2 
Mərkəzi şəhərlər, əyalətlər, muxtar rayonlar və onların mərkəzləri 
ADI MƏRKƏZ 
Pekin ş. Pekin 
Şanxay ş. 
Şanхay 
Çuntsin ş. Çuntsin 
Tyantszin ş Tyantszin 
Xebey əyaləti 
Şitszyaçjuan 
Şansi əyaləti Tayyuan 
Lyaonin əyaləti 
Şenyan 
Tszilin əyaləti Çançun 
Xeyluntszyan əyaləti Xarbin 
Tszyansu əyaləti Nankin 
Çjetszyan əyaləti Xançjou 
Anxoy əyaləti Xefey 
Futszyan əyaləti Fuçjou 
Tszyansi əyaləti Nançan 
Şandun əyaləti Tszinan 
Xenan əyaləti Çjençjou 
Xubey əyaləti Uxan 
Xunan əyaləti Çanşa 
Quandun əyaləti Qunçжоu 
Xaynan əyaləti 
Хaykоu 
Sıçuan əyaləti Çеndu 
Quyçjou əyaləti Quyyan 
Yunnan əyaləti Kunmin 
Şensi əyaləti Sian 
Qansu əyaləti Lançжоu 
Tsinxay əyaləti Sinin 
Tayvan əyaləti Tayvan 
Daxili Monqolustan muxtar rayonu 
Xux-Xoto 
Quansi-Çjuan muxtar rayonu 
Nannin 
Tibet muxtar rayonu 
Lxasa 
Ninsya-Xuey muxtar rayonu 
İnçuan 
Sintszyan-Uyğur muxtar rayonu 
Urumçi 
Syanqan xüsusi inzibati rayonu 
Syanqan 
Aomen xüsusi inzibati rayonu 
Makkao 
 
Pekin dolambac çaylar, gözəl parklar, əzəmətli qədim səcdəgahlar 
vəQapalı  şəhərin dörd küncündə, saray divarlarınını üstündə qüllələr 
tikilmişdir. Bütün çəhər müdafiə xəndəkləri ilə əhatə olunur. Perimetri 


 
19 
9 km olan Qapalı şəhərin ərazisi imperator şəhəri adlandırılırdı. Qapalı 
şəhərin Dörd tərəfdən simmetrik tikilmiş alaqapılar vardır.  
Şəhərin cənubunda, daxili şəhərlə bilavasitə qonşuluqda  şəhərin 
xarici hissəsi yerləşirdi.  Şəhərin bu hissəsinin qədim planlaşdırılması 
bu günə  qədər qorunmuşdur. Qapalı  şəhərin  ətrafında tarla ləkini 
xatırladan səliqəli məhəllələr yerləşir, küçələrin hər iki tərəfində 
dükanlar və yaşayış evləri vardır. Pekin dolambac çaylar, gözəl parklar, 
əzəmətli qədim səcdəgahlar və məbədlərlə doludur. Pekin – həqiqətən 
də Şərq koloritli möhtəşəm şəhərdir.  
Pekinin füsunkarlığı  qədim  şəhərin yeni simasındadır. 1949-cu 
ildə Pekin ÇXR-in paytaxtı olduqdan sonra şəhərin görünüşündə çox 
böyük dəyişikliklər olmuşdur. Keçmişdə Tyananmen qapılarının 
qarşısında saray meydanı var idi, buraya da rəiyyətin daxil olması 
qadağan idi. Meydan şərqdən və  qərbdən qırmızı  kərpiclə 
dövrələnmişdir. Ötən  əsrin 50-ci illərində divar uçurulmuş, nəticədə 
meydanın sahəsi 11-dən 40 ha-ya qədər böyümüş  və o, paytaxt 
sakinlərinin və qonaqların kütləvi gəzinti və istirahət yerinə 
çevrilmişdir. Tyananmen meydanında Xalq Nümayəndələri Məclisi 
Evi, Çinin tarixi Muzeyi, Çin inqilabı Muzeyi, həlak olmuş xalq 
qəhrəmanları Abidəsi, Sədr Mao Tszdunun xatirə Evi və digər 
möhtəşəm tikililər vardır. Tyananmen meydanından  şimalda yerləşən 
Çanantsze prospekti genişləndirlidikdən və uzadıldıqdan sonra şərqdən 
qərbə gedən yeni bir ox kimi qədim şəhərin cənubdan qərbə gedən oxu 
ilə kəsişir. Bu prospektin hər iki tərəfində bir çox yeni müasir tikililər 
yerləşir. Ötən  əsrin 80-ci illərindən Pekində  şəhərsalma son dərəcə 
sürətlə aparılır, hal-hazırda Pekində 200-dən artıq ulduzlu mehmanxana 
və çoxlu sayda supermarketlər fəaliyyət göstəririr. Bir sıra müasir 
tikililər – Dövlət kitabxanası, Mərkəzi televiziya Evi, Beynəlxalq 
ticarət mərkəzi, Çin teatrı, Pekin Qərb vağzalı və s. salınmışdır. Şəhər 
dairəvi yolları  və aeroporta və Badlinə – Böyük Çin səddi sahəsinə 
aparan sürətli avtostradalar fəaliyyət göstərir. 200-dən artıq iri 
nəqliyyat tikintisinin başlanması  və yeni idman şəhərciyinin – Asiya 
oyunları  kəndinin meydana çıxması  qədim Pekinə yeni gözəllik 
vermişdir. Bu gün, şəhərin düz mərkəzindəki Tszinşan parkında dağın 
başına qalxıb qədimi Vançuntin pavilyonunun yanında duraraq ətrafı 
seyr etdikdə, istər-istəməz Pekinin qədim hissəsinin çoxsaylı hündür 
binalarla  əhatələndiyini, keçmiş arxitektura ansamblının yeni 
mikrorayonlarla qonşu olduğunu görürsən. Bu yeni möhtəşəm Pekindir. 


 
20 
Şanxay. Bu mərkəz tabeliyində şəhər Çinin ən iri meqapolisidir, 
şəhər  əhalisinin sayı 12 mln. nəfərdən çoxdur. Şanxay Çinin dəniz 
sahilboyu xəttinin mərkəzində, Yantszı çayının mənsəbində yerləşir və 
bununla da əla coğrafi mövqe tutur. Şanxayda mühüm kompleks sənaye 
bazasının və dəniz limanının birləşməsi ölkənin xalq təsərrüfatında son 
dərəcə  əhəmiyytli rol oynayır. Onun əsas sənaye sahələrinə 
metallurgiya, maşınqayırma, gəmiqayırma, kimya, elektron, 
cihazqayırma, yüngül və toxuculuq sənayesi daxildir. Ticarət, maliyyə 
və  dəniz gəmiçiliyi sürətlə inkişaf etmişdir. Hal-hazırda burada 
Şanxayın qədim hissəsindən Xuanputszyan çayı ilə ayrılan yeni Pudun 
rayonunun irimiqyaslı tikintisi aparılır. Bu rayonun siması günbəgün 
dəyişir. Bir neçə on illiyə  nəzərdə tutulmuş Pudun rayonunun 
tikintisinin başlıca məqsədi – inkişaf etmiş funksional infrastruktura 
malik, xarici iqtisadi əlaqələrə istiqamətlənmiş yeni müasir rayonun 
yaradılmasıdır. Bu da öz növbəsində  Şanxayın dünyanın iqtisadi və 
ticarət mərkəzlərindən birinə, müasir beynəlxalq meqapolisə çevrilməsi 
üçün baza olacaqdır.  
Tyantszin mərkəz tabeliyində olub Çinin şimalında əsas sənaye-
ticarət  şəhəridir.  Şəhər  əhalisinin sayı 5 mln. nəfərdən çoxdur. 
Tyantszin Pekinin 120 km-liyində yerləşir. Okean və sahil boyu 
gəmiçiliyi üçün mühüm limandır. Tyantszinin ənənəvi sənaye 
sahələrinə metallurgiya, maşınqayırma, kimya, elektroenergetika
toxuculuq, kağız, qida sənayesi və tikinti materialları sənayesi daxildir. 
Gəmiqayırma, avtomobilqayırma, neftçıxarma, neft emalı, 
traktorqayırma, kimyəvi gübrələr, saat, televizor, fotoaparat istehsalı və 
s. sənayenin yeni sahələrindəndir. 
Çuntsin mərkəz tabeliyində şəhərdir, Çinin cənub-qərbində ən iri 
sənaye-ticarət mərkəzi, eləcə  də Yantszı çayının yuxarı axarında quru 
və su nəqliyyatı  mərkəzidir.  Şəhərin  əhalisinin sayı 6,5 mln. nəfərdən 
artıqdır. Çuntsin Yantszı  və Tszyalintszyan çaylarının qovuşduğu 
yerdədir.  Şəhər  ərazisinin mərkəzi hissəsi su ilə  əhatələnmişdir və 
yarımadanı xatırladır. Şəhərin müxtərlif tikililəri təpələrdə salınmışdır, 
buna görə ona “dağlarda dolu” da deyirlər. Çuntsin kompleks sənaye 
şəhəridir. Burada metallurgiya, kimya, elektroenergetika, avtomobil, 
toxuculuq, qida, tibb sənayesi, tikinti materialları  sənayesi, 
maşınqayırma və  gəmiqayırma inkişaf edir. Hazırda Çuntsin inkişaf 
üçün yeni imkanlar qazanmışdır. Ölkənin mərkəzi və qərbi rayonlarının 
inkişafında, Yantszı hövzəsi  ərazilərinin mənimsənilməsində  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə