Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   2   3   4   5   6   7   8   9   ...   52

 
12 
əmsalı (hal-hazırda bu rəqəm 30%-i keçmir, hansı ki, inkişaf etmiş 
ölkələrdə bu kəmiyyət 75% təşkil edir) səbəb olur. 
Sudan istifadənin strukturu hal-hazırda aşağıdakı  şəkildədir: 
bütün suyun 66%-i süni suvarma ehtiyaclarına xərclənir (20 il bundan 
əvvəl bu məqsədlə suyun 82%-i istifadə olunurdu), 23% sənaye 
ehtiyaclarına gedir (islahatların başlanğıcında 10,3% idi), 7%-i kənd 
əhalisi işlədir və bütün su ehtiyatlarının təxminən 4%-dən  şəhərlilər 
istifadə edir.  
Su təminatı probleminin əhəmiyyətini Çində yaxşı başa düşürlər 
və onun həlli üşün ciddi səy göstərirlər. Yaxın zamanlarda ölkənin 
bütün su resurslarının  əsaslı  təftişinin keçirilməsi nəzərdə tutulur. 
Əvvəllər bu cür tədqiqatlar 1940-cı, 1950-ci və 1997-1998-ci illərdə 
həyata keçirilmişdir. Növbəti təftiş üç illik nəzərdə tutulur və daha 
əhatəli və səhih olmağı vəd edir.  
    
 
 
Cədvəl 1 
Bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması 
(ümumi ehtiyatlara görə kub.km və faizlə) 
Orta illik yerüstü 
axın 
Yeraltı sular 
Çay 
sistemi 
Region 
km
3
 %  km
3
 % 

Şimal-şərq 165.3 6.1  62.5  7.5 
II Xayxe-Luanxe 28.8  1.1  26.5  3.2 
III Xuayxe 74.1 
2.7 
39.3 4.7 
 II+III+IV 
169.0 
6.2 
106.4 
12.8 
V Yantszı 951.3 
35.1 246.4 29.7 
VI Cənub 468.5 
17.3 
111.6 13.5 
VII Cənub-şərq 255.7  9.4  61.3 
7.4 
VIII Cənub-qərb 585.3 21.6  154.4  18.6 
 V+VI+VII+VI
II 
2260.8 83.4  591.7  69.3 
IX Axarı olmayan 
vilayətlər 
116.4 4.3  86.2  10.4 
 Ümumi 
ehtiyatlar 
2711.5 100  828.8  100 


 
13 
 
Bioloji resurslar. Çinin eyni zamanda üç qurşaqda: mülayim, 
subtropik və tropik qurşaqlarda yerləşməsinə səbəb olan xüsusi coğrafi 
mövqeyi təkcə iqlim şəraitinin, relyefin və torpaq resurslarının 
formalaşmasına yox, hər  şeydən  əvvəl ölkənin bitki və heyvanat 
aləminin müxtəlifliyinə  və  zənginliyinə  təsir edir. Təsadüfi deyil ki, 
Çinin flora və faunası 30 mindən artıq müxtəlif bitki növləri qədərdir. 
O da səciyyəvi haldır ki, 5 min ağac və kol növündən təxminən 50-nə 
yalnız Çinin ərazisində rast gəlinir. Çoxsaylı növlərin miqdarına görə 
Çin dünyada birinci yer tutur. Burada xaşxaş və piy ağacları, tunq, yağ 
verən kameliya və sumaq kimi qiymətli texniki növlər bitir.  
Bitki örtüyünün xarakterinə görə ölkəni iki əsas hissəyə bölürlər: 
şərqi və qərbi hissələr. Şərq hissəsində bitkilərin meşə növləri daha çox 
yayılmışdır, Tsinlin sıra dağlarından  şimala müxtəlif növ həmişəyaşıl 
enliyarpaq meşələr uzanır.  Şərqi Çinin mərkəzi hissəsində böyük 
düzəngahlar yerləşir, meşələr burada demək olar ki, yox edilmiş, torpaq 
isə şumlanmışdır.  
Çinin bitki aləminin özünəməxsusluqlarından biri qərb hissəsinin 
meşə  və  səhra,  əsasən  şoran və bitkidən tamamilə  məhrum rayonları 
arasındakı kontrastdır. Çinin heyvanlar aləmi öz zənginliyi və 
müxtəlifliyi ilə seçilməsinə baxmayaraq burada heyvan növlərinin sayı 
da çox deyil. Ümumiyyətlə isə Çində 1,8 min yalnız quru heyvan 
növünün yaşadığı hesab olunur. Maral, sığın, leopard, boz ayı, qaban, 
meymun, oxlu kirpi, gibbon, armadil və hətta Hindistan fili daha geniş 
yayılmış və çoxsaylıdırlar. Ölkə ərazisinin Cənub-Şərqi heyvan növləri 
ilə daha zəngindir. Burada yenot (balaca panda) və bambuk ayısı 
(böyük panda), köstəbək və digərləri kimi çox qədim və endemik 
formalar üstünlük təşkil edir.  
Çinin heyvanlar aləmi çox heyrətamizdir, burada şimalda Sibir 
xoruzu və tetra quşu kimi bizim üçün çox adi olan heyvanları görmək, 
cənubda isə tovuzquşu və fillərin gözəlliyindən heyrətlənmək olar. 
 
             DÖVLƏT QURULUŞU 
 
 
1982-ci il Konstitusiyasına görə Çin fəhlə sinfinin idarə etdiyi 
(Çin kommunist partiyası vasitəsilə) və  fəhlə  və  kəndli ittifaqına 
əsaslanan sosialist dövlətidir. Ölkədə  mərkəz səviyyəsində altı 
səlahiyyətli struktur var: Ümumçin Xalq Nümayəndələri Məclisi 


 
14 
(ÜXNM), ÇXR-in sədri, Dövlət Şurası, Mərkəzi Hərbi Şura, Ali Xalq 
Məhkəməsi və Ali Xalq Prokurorluğu.  
ÇXR-in sədri, Dövlət  Şurası, Mərkəzi Hərbi  Şura, Ali Xalq 
Məhkəməsi və Ali Xalq Prokurorluğu ÜXNM tərəfindən formalaşdırılır 
və ona və onun Daimi Komitəsinə tabedir. 
ÜXNM – ali dövlət hakimiyyəti orqanıdır. Onun səlahiyyətləri 3 
aspekti əhatə edir: qanunvericilik, kadrların vəzifəyə təyin edilməsi və 
kənarlaşdırılması, qərarların qəbul edilməsi və nəzarət. 
Yerlərdə idarəetməni xalq qarşısında cavabdehlik daşıyan və onu 
nəzarətində olan müxtəlif dərəcəli Yerli Xalq Nümayəndələri 
Məclisləri (XNM) hayata keçirir. Onlar əyalətlərdə, muxtar rayonlarda, 
qəzalarda, şəhərlərdə və nahiyələrdə yaradılır.  
ÜXNM daimi komitəsi ilə birlikdə dövlət rəhbəri 
səlahiyyətlərinin bir hissəsini ÇXR-in sədri (45 yaşına çatmış və seçib 
seçilmək hüququ olan Çin vətəndaşı; o, bu vəzifəni iki müddətdən artıq 
tuta bilməz) həyata keçirir. 
Hakimiyyətin ali icraedici orqanı – ÜXNM tərəfindən yaradılan 
və ona tabe olan ÇXR Dövlət  Şurası  sədr, müavinlər və 
komissiyalardan ibarətdir. Dövlət Şurası üzvləri də iki müddətdən artıq 
bu vəzifəni tuta bilməzlər. Sədr, müavinlər və  şura üzvlərindən təşkil 
olunan Mərkəzi Hərbi  Şuranın (MHŞ) rəhbərliyi altında olan bütün 
silahlı qüvvələr Xalq-azadlıq ordusundan (ÇXAO), silahlı xalq milisi 
qoşunlarından və xalq könüllü qoşunlarından ibarətdir. 
Ölkənin aparıcı siyasi partiyası Çin Kommunist partiyasıdır, 
ÇKP-nin nizamnaməsinə görə o, Çin fəhlələrinin avanqardı  və 
çoxmillətli xalqın maraqlarının ifadəçisi, sosializm prinsiplərinə 
rəhbərlik edən nüvədirr.  
ÇXR Konstitusiyası  və ÇKP-nin Nizamnaməsi ölkənin siyasi 
sistemində demokratik partiyaların mövcudluğunu təsbit edir, ÇKP 
onlarla  əməkdaşlığını “uzunmüddətli yanaşı yaşama və qarşılıqlı 
nəzarət” prinsipləri üzərində qurur. Demokratik partiyaların fəaliyyəti 
“dörd təkmilləşdirilmənin” həyata keçirilməsinə  və Tayvanın Çinə 
birləşdirilməsinə yönəlmişdir. 
ÇXR-in daha iri partiyaları aşağıdakılardır: 
-
 
1948-ci ildə yaradılmış Çinin Homindan İnqilabi Komitəsi (ÇHİK), 
onun üzvləri Homindanla tarixi əlaqələrə malik şəxslərdir. Fəaliyyətin 
əsas istiqaməti – vətənin birləşdirilməsinin sürətləndirilməsinə kömək 
etmək, Tayvanın ÇXR-ə qaytarılması, Tayvanda, Syanqanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə