Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   2   3   4   5   6   7   8   9   10   ...   52

 
21 
genişləndirilməsində Çuntsinin rolu əhəmiyyətli dərəcədə artmışdır. 
Bundan  əlavə, Sansya su qovşağının tikintisi ilə  əlaqədar miqrasiya 
prosesi və bunun ardınca yeni məskunlaşmış rayonlarda iqtisadiyyatın 
artımı burada daha böyük istehlak bazarının yaranmasını vəd edir. 
Quançjou Quandun əyalətinin inzibati mərkəzidir. O, Çjutszyan 
çayının sahillərində yerləşmiş iri şəhərdir və Çinin cənubunda mühüm 
qapıdır. Şəhərin əhalisi təxminən 5 mln. nəfərdir.  
Quançjou Çinin başqa şəhərlərlə müqayisədə xariclə ilk əlaqələr 
yaradan  şəhəridir. 200 il bundan əvvəl o, artıq Çinin xarici ölkələrlə 
ticarət mərkəzi idi. Xuanpu limanına okean laynerləri daxil olur və 
buradan dünyanın bütün qitələrinə marşrutlar aparır. 1957-ci ildən 
başlayaraq burada hər il Çin ixrac mallarının yaz və payız sərgisi 
keçirilir. Quançjou xaricdən turistlərin qəbuluna görə  əsas 
mərkəzlərdən biridir. Şəhərdə istirahət və  əyləncə üçün çoxlu sayda 
müasir yerlər və mehmanxanalar salınmışdır.  
Sian Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən 
iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı - 
Çanandır) Çinin məşhur qədim paytaxtı  və  “İpək yolunun” başlanğıc 
məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə 
paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr 
qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 
il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın 
səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – 
bunların da yaşı 2200 ildir, Tan sülaləsinin “Vəhşi qazlar” Böyük və 
kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian 
Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas 
sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir.  
Syanqan Xüsusi İnzibati Rayonu. Syanqan rayonu Çjutszyan 
çayının mənsəbindən  şərqə, Cənub-Şərqi Çinin dəniz sahillərində 
yerləşir, və Quandun əyaləti ilə bilavasitə  həmsərhəddir. Buraya 
Syanqan adası, Tszyulun və Yeni ərazilər daxildir. Bu rayon – Çinin ən 
qədim ərazisi sayılır. 
1840-cı ildə  İngiltərə tiryək müharibəsinə başladı  və Çinə soxuldu, 
1842-ci ildə isə Tsin hökumətini “Nankin müqaviləsini” imzalamağa və 
Syanqanı güzəştə getməyə  məcbur etdi. 1856-cı ildə  İngiltərə ikinci 
tiryək müharibəsinə başladı  və 1860-cı ildə Tsin hökümətini “Pekin 
müqaviləsini” imzalamağa məcbur etdi. Bu müqaviləyə  əsasən ona 
Tszesyantsze küçəsi ilə  məhdudlaşdırılan Tszyulun yarımadasının 


 
22 
cənub qurtaracağı güzəşt edilirdi. 1894-cü il Çin-yapon müharibəsindən 
sonra ingilis hökuməti, imperialist dövlətlərin Çinin bölüşdürülməsi 
uğrunda mübarizə apardığı zaman, vəziyyətdən istifadə edərək, Tsin 
hökümətini 1898-ci ildə “Syanqan rayonunun genişləndirilməsi 
haqqında Konvensiya”nı imzalamağa məcbur etdi, buna uyğun olaraq 
Böyük Britaniya Tszesyantsze küçəsindən başlamış Şençjenyee çayının 
cənub sahilinədək Tszyulun yarımadasının şimal hissəsini yaxınlıqdakı 
200-dən çox ada ilə birlikdə (“Yeni ərazi” adlandırılan  ərazilər) 99 
illiyinə (30 iyun 1997-ci ilədək) icarəyə götürdü. Adı  çəkilən hər üç 
müqavilə  İngiltərənin silahlı müdaxiləsinin nəticəsi idi. Çin xalqı heç 
zaman onları qəbul etmədi. 1949-cu ildə ÇXR-in yaranmasından sonra 
Çin höküməti dəfələrlə bu məsələ ilə  əlaqədar öz mövqeyini 
bildirmişdir: Syanqan – Çin ərazisinin ayrılmaz hissəsidir, Tsin 
hökuməti ilə İngiltərə arasında bağlanmış üç qeyri-bərabər müqaviləni 
Çin tanımayıb və tanımayacaq. Çin höküməti tarixin mirası olan bu 
problemin sülh yolu ilə həllinə, yəni hər iki tərəf üçün münasib vaxtda 
danışıqların aparılmasına, və mövcud vəziyyətin tam razılaşma  əldə 
olunana qədər saxlanmasına həmişə çalışmışdır.  
1982-ci ildə Den Syaopin “bir dövlət – iki quruluş” 
konsepsiyasını irəli sürdü. Den Syaopin bəyan edirdi ki, Syanqan 
məsələsi bu konsepsiya çərçivəsində  həll olunacaq. 1983-cü ilin 
iyulundan 1984-cü ilin sentyabrınadək danışıqların 22 raundu həyata 
keçirilmişdir ki, bunlar da ÇXR və  İngiltərə nümayəndələri arasında 
razılaşmalar əldə etməyə imkan verirdi. 19 dekabr 1984-cü ildə Pekində 
“Syanqan məsələsi üzrə Çin Xalq Respublikası və Böyük Britaniya və 
Şimali  İrlandiya Birləşmiş Krallığı hökümətlərinin birgə  bəyanatı”nın 
rəsmi imzalanması həyata keçirildi. “Birgə bəyanatda” dəqiq göstərilir 
ki, 1 iyul 1997-ci ildə ÇXR hökuməti Syanqan üzərində öz 
suverenliyini bərpa edir, Birləşmiş Krallığın hökuməti 1 iyul 1997-ci ilə 
Syanqanı Çin Xalq Respublikasına qaytarır. 
26 yanvar 1996-cı ildə Syanqan Xüsusi inzibati rayonunun Hazırlıq 
komitəsi yaradılır. Bu o demək idi ki, Çin hökumətinin Syanqan 
üzərində suveren hüquqlarının bərpası üzrə hazırlıq işləri son 
mərhələyə daxil olmuşdur. Hazırlıq komitəsi işçi orqan idi və eyni 
zamanda hakimiyyət səlahiyyətlərinə malik idi. 16 dekabr 1996-cı ildə 
Syanqan administrasiyasının ilk rəhbəri Tunq Çixva seçilir ki, sonradan 
o, Mərkəzi hökumət tərəfindən də təsdiq olunur.  


 
23 
 
1 iyul 1997-ci ildə əsası qoyulan Syanqan Xüsusi inzibati rayonu 
yüksək dərəcəli özünüidarəetmə hüquqlarından istifadə edərək müstəqil 
inzibati idarəetmə, qanunvericilik və məhkəmə fəaliyyəti həyata keçirir, 
eləcə də son məhkəmə qərarının çıxardılması hüququna malik olur.  
 Aomen 
Xüsusi 
İnzibati Rayonu. Aomen rayonu Çjustzyan 
çayının deltasının qərb sahilində yerləşir, Quandan əyaləti ilə 
həmsərhəddir, Syanqandan 40 dəniz mili məsafədə yerləşir. Buraya 
Aomen yarımadası, Dantszı  və Luxuan adaları daxildir. Sahəsi 17,5 
km
2
-dir. 
Aomen – iri ticarət  əməliyyatlarının aparıldığı mühüm liman və 
maliyyə  mərkəzidir. Xarici turizm - əsas gəlir mənbələrindən biridir. 
Əhali toxuculuq və yüngül sənaye müəssisələrində çalışır, həmçinin 
balıqçılıq, sənətkarlıq peşəsi, xidmət sferası ilə  məşğuldur. Aomen 
parça, geyim, barıt, kibrit, çini qab, kamfora, kustar sənaye məhsulları 
idxal edir. 
1553-cü ildə portuqallar Quandan yerli hakimiyyətini  ələ alaraq 
Aomen rayonunda lövbər dayanacağı və ticarət hüququna yiyələndilər. 
1557-ci ildə onlar Aomenə daxil oldular və orada məskunlaşmağa 
başladılar. 1840-cı il tiryək müharibəsində Tsin hökümətinin 
məğlubiyyətindən sonra portuqallar Aomendən cənubda yerləşən 
Dantszı  və Luxuan adalarını bir-birinin ardınca işğal etmək imkanı 
qazandılar. 1887-ci ildə Portuqaliya Tsin hökümətini “Çin-portuqal 
müşavirəsi layihəsi” və “Çin-portuqal Pekin müqaviləsi”ni imzalamağa 
məcbur edir və “Portuqaliya Aomeni həmişəlik tutur, onu və oraya 
daxil olan əraziləri Portuqaliyanın digər müstəmləkələrindən heç bir 
fərq olmadan idarə edir” müddəası ilə çıxış edir, o vaxtdan Portuqaliya 
Aomen üzərində öz ağalığını  həyata keçirmişdir. Çin xalqı bu qeyri-
bərabər müqavilələri heç vaxt tanımamışdır, ÇXR höküməti dəfələrlə 
bəyan etmişdir ki, Aomen Çinin ərazisidir və tarixdən miras qalmış 
Aomen məsələsi  əlverişli zamanda sülh danışıqları yolu ilə  həll 
olunmalıdır. 1979-cu ildə ÇXR və Portuqaliya arasında diplomatik 
münasibətlər yarandığı zaman, Portuqaliya höküməti Aomenin Çin 
ərazisi olduğunu qəbul etmiş  və  tərəflər Aomen məsələsini münasib 
vaxtda iki hökümət arasında danışıqlar yolu ilə  həll etməyə 
razılaşmışdılar. 1986-cı ilin iyunundan 1987-ci ilni martınadək ÇXR və 
Portuqaliya hökumət nümayəndələrinin danışıqlarınının dörd raundu 
keçirilmiş  və  əsas məsələlər razılaşdırılmışdır. 13 aprel 1987-cü ildə 
Pekində “Çin Xalq Respublikası hökumətinin və Portuqaliya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə