Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

 
27 
qanuni hökümət kimi tanımağa çağırır. Yalnız bu halda mərkəzi 
hakimiyyət Dalay-lama ilə onun taleyi ilə bağlı danışıqlar apara bilər. 
 
  
 
 
İQTİSADİ VƏZİYYƏTİN ƏSAS CƏHƏTLƏRİ 
 
80-ci illərin sonunda Çin kollektiv cəmiyyət tipli bir çox digər 
dövlətlərin üzləşdiyi eyni problemlə üz-üzə qaldı. Qərb təkidlə bu 
dövlətlərə individual cəmiyyətə  məxsus “demokratik” inkişaf yolu 
təklif edirdi. Bəzi postsovet dövlətləri bu təklifi qəbul etdilər və tarixən 
formalaşmış cəmiyyət tipini dəyişdilər. Çin isə Tyananmen meydanında 
bu yolun tərəfdarlarının qarşısını  qətiyyətlə aldı  və bu qüdrətli ölkədə 
xalq hakimiyyətini qoruyub saxladı. Bu tarixi əsasa söykənərək Çin 
dünya iqtisadi təcrübəsini fəal surətdə öyrənməyə  və öz spesifikliyini 
nəzərə almaqla mütərəqqi texnologiyaları  tətbiq etməyə başladı. 
Bununla belə, Çin, əksər keçmiş Sovet İttifaqı ölkələrində olduğu kimi 
ideologiyanın, iqtisadi və siyasi strukturun əsaslarını  məhv etmədi. 
Nəticədə islahatlar dövründə Çində adambaşına düşən ÜDM 180-dən 
1100 ABŞ dollarına qədər, yəni 6 dəfədən çox artdı. Yoxsulluq 
həddində olan insanların sayı 250 mln.-dan 25 mln.-dək (1,3 mlrd. 
əhaliyə nisbətdə) 10 dəfə azaldı, yəni 25%-dən 2%ə düşdü. Çin öz 
müəssisələrini özəlləşmə  və azad bazarla dağıtmadı. Dövlət bazarı 
düzgün tənzimləmə yolunu tutdu və  əmtəə istehsalını  fəal surətdə 
artırdı.  İstehsal olunan əmtəə  və xidmətin həcminə görə Çin artıq 
dünyada 6-cı yerə, ÜDM inkişaf tempinə görə isə (ildə 10 %) birinci 
yerə  çıxıb. Bu gün Çini “dünya emalatxanası” adlandırırlar. Onun 
məhsulları ilə ABŞ, Kanada, Avropanın olduğu kimi Azərbaycanın da 
mağazaları doludur. Kommunist Çin sərmayə qoyuluşunun cəlb 
edilməsinə görə dünyada birinci yerə  çıxıb. Təkcə 2004-cü ildə oraya 
60 mlrd. ABŞ dollarından çox pul qoyulub. Qızıl valyuta ehtiyatlarına 
görə Çin dünyada ikinci yerə çıxıb.  
Ölkənin sosial-iqtisadi inkişaf perspektivlərini, eləcə  də Çinin 
dünyada iqtisadi nüfuzunun güclənməsini təmin edən mühüm xarici 
faktorlardan biri də 2001-ci ilin noyabrında ÇXR-in ÜTT-yə daxil 
olmasıdır, bu da öz növbəsində xarici partnyorların Çinə  məhsul 
idxalındakı gömrük maneələri və  məhdudiyyətlərinin tədricən aradan 
qaldırılmasına gətirib çıxarır. Bununla belə, ÇXR-in ÜTT-na üzv 


 
28 
olandan sonrakı dövrü göstərdi ki, ölkənin ÜTT-yə daxil olmasının əsas 
nəticəsi xarici ticarət həcminin – 2001-ci il üçün 510 mlrd. ABŞ 
dollarından, 2003-cü il üçün 851 mlrd. ABŞ dollarına qədər güclü 
artımıdır. Bu göstəriciyə görə Çin yalnız ABŞ, AB və Yaponiyadan 
sonra dünyada 4-cü yeri tutmuşdur. Burada əlavə etmək lazımdır ki, 
birbaşa xarici investisiyaların həcmi 2001-ci ildə 46,9 mlrd. ABŞ 
dollarından 2005-ci ildə 60 mlrd. ABŞ dollarınadək, ölkənin valyuta 
ehtiyatlarının həcmi 2001-ci ildə 212,2 mlrd. dollardan 2005-ci ildə 710 
mlrd. dollaradək ardıcıl artmışdır. Hazırda Çin təkcə dünya 
iqtisadiyyatına daha sıx inteqrasiyanı həyata keçirmir, o, eyni zamanda, 
ÜTT-yə üzvlüyün ilk illərindən başlayaraq açıq dünya ticarət sisteminə 
daxil olması  nəticəsində, ölkə iqtisadiyyatının inkişafı üçün mühüm 
irəliləyişlər əldə etməyə nail olur.  
ÜTT-yə üzvlükdən iki il sonra – 2002-2003-cü illərin ÇXR 
iqtisadi inkişaf nəticələri göstərir ki, əvvəllər rəqabətə qabiliyyətsiz 
hesab edilən, məsələn, avtomobil sənayesi kimi bəzi sahələr daha 
yüksək artım templəri ilə inkişaf etməyə başladı. Misal üçün, ÇXR 
daxili bazarında avtomaşın satışının artım tempi 2002-2004-cü illərədə 
əvvəlki illərə müqayisədə 50%-ə çatmışdır.  
Çin hökuməti xaricdə satış bazarının genişləndirilməsi üçün 
bütün addımları atır. Axır onillikdə  və xüsusən ÜTT-yə qoşulduqdan 
sonra o, bunu daha fəal surətdə etməkdədir. ÇXR xalq təsərrüfatının 
ÜDM-in illik 7,5% artımını  nəzərdə tutan inkişaf planlarının yerinə 
yetiriləcəyi halda istehsal edilən məhsulun realizasiyası üçün həddən 
artıq tutumlu Çin bazarından  əlavə, xüsusən sahilboyu rayonlarda
eksportun artırılması imkanları genişlənir. Çin bu yolda qətiyyətlə 
gedir.  
Çin bazar elemntlərinə malik bir ölkədir. Çinin bütün bank 
sistemi dövlətə aiddir, bütün iri korporasiyalara dövlət nəzarət edir. 
Qiymətlər yalnız  əyalətlərin 1/3-də azaddır, qalan hallarda o, dövlət 
nəzarətindədir. Çin bütün sərhədlərində gömrük rüsumlarını 
azaltmışdır, lakin ölkə daxilində  məhdudiyyətlər tətbiq etmişdir. Yəni 
kağız üzərində Çində liberalizmdir, əslində isə dövlət tərəfindən 
iqtisadiyyata məharətli və sərt nəzarət mövcuddur. ÜTT-nin köməyi ilə 
xarici dünyanı üzünə açan Çin ÜTT-nin tələblərini yerinə yetirməyə 
tələsmir və iqtisadiyyatının aqrar sektorunu maliyyələşdirməkdə davam 
edir.  


 
29 
Çin rəhbərliyi vətəndaşlarının daha varlı yaşaması probleminin 
qayğısına qalır, o, sahibkarlıq fəaliyyətinin inkişafı üçün şərait yaradır 
və sahibkarlara aşağı faizlə kreditlər verir. Əksər keçmiş Sovet İttifaqı 
ölkələrindən fərqli olaraq ÇXR-in qızıl ehtiyatları Çində saxlanılır.  
İnvestisiyanın ölkəyə cəlb olunması üçün Çində bütün şərait 
yaradılmışdır.   
Çin iqtisadiyyatı – bütün dünyadan sərmayə qoyuluşu cəlb edən 
özünəməxsus bir möcüzədir. Xarici kompaniyaların Çin iqtisadiyyatına 
sərmayəsi rekord sürətli templərlə artmaqdadır. Dünyanın Çin 
iqtisadiyyatına nəzərə çarpan və ardıcıl artan marağı son iyirmi beş ildə 
davam etməkdədir. XX əsrin 70-ci illərinin ortalarında bunu təsəvvür 
etmək belə mümkün deyildi. Hal-hazırda isə bir çox əlamətlərə görə, bu 
ölkənin yaxın perspektivdə artan xətt üzrə inkişaf edəcəyi aydın 
görünür. Çin Yaponiya və  Cənubi Koreya təcrübəsini təkrarlamaq 
imkanına malikdir.  
Den Syaopin tərəfindən 1978-ci ildə iqtisadi sistemdə başlanılan 
və eyni zamanda dövlətin siyasi açıqlığını da həyata keçirən islahatlar 
artıq 2000-ci ilə  qədər çox böyük müsbət nəticələrə  gətirib çıxarıtdı. 
Qısa zaman ərzində ümumdaxili məhsul (ÜDM) 4 dəfə artmış, bu da 
yüz milyonlarla insanın yoxsulluqdan çıxmasına imkan vermişdir. 
2005-ci ildə isə alıcılıq qabiliyyəti paritetinə görə Çin dünyanın ikinci 
ölkəsi olmuşdur, hərçənd ki, əhalinin adambaşına düşən gəlirlərinə görə 
o, çox kasıb qalmaqdadır.  Çində iqtisadi islahatlar bu gün də davam 
etməkdədir. ÇKP-nın XVI qurultayının sənədlərində qeyd olunduğu 
kimi Çin “üç addım” proqramının birinci və ikinci mərhələsinin 
tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə  gəlmişdir, bu da xalqı 
“isitmək və doydurmaq” vəzifəsini həll etməyə  və  əhalinin yaşayış 
səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir. Proqramın 
iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi 
daşıyan üçüncü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Bu 
mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır. Məsələn, 
2020-ci ilə  qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq 
nəzərdə tutulur. Başqa sözlə, rəsmi valyuta kursuna görə ÜDM 4 trln. 
ABŞ dollarından artıq təşkil etməlidir. Bu öz növbəsində ölkənin 
ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli 
gücləndirəcək və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad 
bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin 
artmasına, sənaye və  kənd təsərrüfatı,  şəhər və  kəndlər, ayrı-ayrı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə