Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

 
33 
mövcudluğuna baxmayaraq, hasilat sahələrinin inkişafı ümumilikdə 
emaledicidən geri qalır. Çinin energetika sahəsində xarici mənbələrdən 
asılılığı daim artır. Hazırda Çində istifadə olunan bütün neftin 
həcmində idxal neftinin payı  təxminən 32% təşkil edir və bu artım 
tempini saxlamaqla 2010-cu ilə  qədər ikiqat arta bilər. Yaxın  Şərq 
bazarında öz yerini tutmağa cəhd edən Çin bir də baxıb gördü ki, bu 
bazar artıq Birləşmiş  Ştatlar, Yaponiya və Avropa ölkələri tərəfindən 
demək olar ki, tam tutulmuşdur. Bu cür şərtlər daxilində Çin hələ 
tutulmamış, yaxud heç kimi maraqlandırmayan çox az sayda azad 
“riskli” bazarları  mənimsəməyə  və bazara heç kimin təklif etmədiyi 
məhsulları  təklif etməyə  məcbur oldu. 1990-cı ildə Çinin yaxın  Şərq 
ölkələrinə ixracı 1,5 mlrd. ABŞ dolları təşkil edirdi. Eyni zamanda 50 
min çinli fəhlə  və qulluqçu bu region ölkələrində  əsasən tikintidə 
çalışırdı. 1994-cü ildə Çinlə  İran körfəzindəki  ərəb ölkələri arasında 
yalnız ticarət dövriyyəsi 2,26 mlrd. ABŞ dolları təşkil edirdi.  
Xarici energetika bazarında Çinin üç əsas dövlət kompaniyaları – 
CNPC, CNOOC və Petrochina fəaliyyət göstərir, bunlar da son illər 
Yaxın  Şərqdə,  Şimali Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi 
Asiyada, Avstraliya, İndoneziya, Rusiya və Azərbaycanda neft axtarışı 
və hasilatında öz fəaliyyətlərini xeyli artırmışdılar. Onların 
fəaliyyətlərini genişlənməsi ilk növbədə Çinin özündə enerji daşıyıcısı 
hasilatı həcminin azalmasından doğur.  
Metallurgiya. Əlində böyük xammal ehtiyatları olduğundan Çin 
metallurgiya sənayesinin inkişafı üçün möhkəm bazaya malikdir. Son 
illərdə keçirilən genişmiqyaslı geoloji işlərin nəticəsində isə  dəmir və 
maqnezium filizləri, kömür, neft və digər xammal növlərinin yeni 
yataqları müəyyənləşdirilmiş 
və köhnələrin hüdudları 
dəqiqləşdirilmişdir. Dəmir filizi ehtiyatlarına görə Çin dünyada üçüncü 
(Rusiya və Belçikadan sonra), tədqiq olunmuş maqnezium filizi 
ehtiyatlarına görə isə ikinci yeri tutur.  
Ümumilikdə qara metallurgiya müəssisələri 1,5 mindən çoxdur 
və onlar demək olar ki , bütün əyalət və muxtar rayonlar boyu 
yayılmışlar. Bununla yanaşı metallurgiya sənayesinin ümumi texniki 
səviyyəsi yüksək deyil, aparıcı müəssisələrin müasir avadanlıq növləri 
ilə təchizatı isə qismən və idxalın hesabına həyata keçirilir. Bu sahənin 
müəssisələrinin 70%-dən çoxu isə ümumiyyətlə  təmizləyici qurğulara 
malik deyillər. Çində aviasiya sənayesi üçün hərarətə davamlı ərintilər, 
nüvə hissəcikləri sürətləndiriciləri üçün çox aşqarlanmış  ərintilər və 


 
34 
əvvəlcədən xüsusiyyətləri verilmiş  ərintilər də daxil olmaqla mindən 
artıq polad növü əridirlər. Bundan başqa ölkədə antimon, qalay, 
volfram, civə və molibden konsentratlar da istehsal olunur ki, bunlar da 
xarici bazarlarda yüksək tələbata malikdir. Bununla belə ölkənin 
alüminium, qurğuşun və sink tələbatları tam təmin olunmur və Çin bu 
metalları idxal etməli olur.  
Maşınqayırma. 70-ci illərin ikinci yarısında Çinin təsərrüfatın 
modernizasiyasına və  nəhəng iqtisadi dəyişiliklərə keçidi dünyada 
ikinci Elmi Texniki Tərəqqinin (ETT) inkişafı ilə üst-üstə düşürdü. 
Onun başlıca istiqamətləri mikroelektronika, informatika, 
biotexnologiya idi.  
ETT-nin yeniliklərinə uyğunlaşmaq Çin üçün asan başa gəlmədi. 
Məhdud maliyyə imkanları, nisbətən aşağı elmi potensial (əsasən 
mədəni inqilab dövründə  zəifləmiş),  əhalinin nisbətən aşağı  təhsil və 
mədəni səviyyəsi – bütün bunlar genişmiqyaslı elmi-texniki inqilabın 
inkişafına mane olurdu. Bununla belə, 70-ci illərin sonunda Çində 
1978-1985-ci illər üçün elmin inkişafı üçün səkkizillik plan işlənib 
hazırlanmış  və  qəbul edilmişdir, bu da mikroelektronika, yeni EHM 
nəslinin, habelə informatika, gen mühəndisliyi sahəsində geniş həcmli 
tədqiqatların və araşdırmaların aparılmasını, eləcə  də  kənd 
təsərrüfatında böyük texniki dəyişiklikləri nəzərdə tuturdu. Tezliklə 
aydın oldu ki, bu plan həddən artıq genişdir və bir sıra səbəblərdən 
hazırkı şəraitdə yerinə yetiriləsi deyil.  
Çoxsaylı müşavirələr və  məsləhətləşmələr, xaricdə, o cümlədən 
ABŞ, Yaponiya, Rusiya və  Qərbi Avropa ölklələrində elm və 
texnikanın inkişafı  təcrübəsinin  əsaslı öyrənilməsi 1986-2000-ci illər 
üçün Dövlət planının əsasını təşkil edən elm və texnikanın inkişafının 
12 başlıca istiqamətini ayırmağa imkan verdi. Bu gün Çində elmi 
texnologiyanın inkişafının  əsas vəzifələri aşağıdakı kimi müəyyən 
edilmişdir: 
-
 
xalq təsərrüfatının yüksəlişi; 
-
 
istehsal qüvvələri səviyyəsinin artımı; 
-
 
elmi-texniki tərəqqinin sənaye inkişafının mühüm faktoruna 
çevrilməsi; 
-
 
ənənəvi sənaye sahələrinin texniki səviyyəsinin hər vasitə ilə 
artımı; 
-
 
ictimai istehsalın effektivliyinin artımı; 


 
35 
-
 
dünya bazarı üçün keyfiyyətli, rəqabətə davamlı malların 
buraxılışı. 
Elmi texnika və texnologiyaların yeddi prioritet sahədə inkişafına 
səyləri yönlətmək qərarı  qəbul olunmuşdur. Onların arasında: 
biotexnologiya, informatika, avtomatlaşdırma, energetika, kosmik və 
lazer texnikası, yəni ki, ETT-nin əsas istiqamətlərinin adları sadalanır. 
Biotexnologiya sahəsində  tədqiqat və araşdırmalar  ərzaq 
ehtiyatlarının kəskin artımına, ağır xəstəliklərin qarşısının alınması  və 
müalicəsinə, köhnə enerji mənbələrinin bərpası  və yenilərin 
mənimsənilməsinə, tullantısız istehsalın inkişafına və  ətraf mühitə 
zərərli təsirin azaldılmasına yönəlmişdir. 
İnformasiya texnologiyası sahəsində  əsas diqqət EHM 
“intellektual” sistemlərinin  əhəmiyyətli dərəcədə  təkmilləşdirilməsini 
və geniş istifadəsini təmin edən texnologiyaların yaradılmasına ayrılır. 
Müasir ölçmə, hesablama və  əlaqə texnikalarının; faydalı qazıntı 
axtarışları  və axtarış  məlumatlarının, hava proqnozu, keyfiyyətə 
nəzarət, kənd təsərrüfatı, meşə  və  sənaye məhsullarının çirklənmə 
dərəcəsinin işlənməsi texnikalarının təkmilləşdirilməsi sahəsində 
tədqiqatlar aparılır.  
Qəbul edilmiş planın həyata keçirilməsində mühüm rol “Fakel” 
proqramına verilir, bu da bütün ölkə boyu yeni texniki və elmi 
texnologiyaların inkişafı rayonları  və  mərkəzlərinin yaradılmasını 
nəzərdə tutur. Bu, sahəsi bir neçə kvadrat kilometr olan iri elm və 
sənaye mərkəzlərinin xüsusi ayrılmış rayonlarıdır, onların  ərazisində 
Elmi Tədqiqat  İnstitutları, yeni texniki və elmi texnologiyaların 
mənimsənilməsi və  tətbiqi üzrə müvafiq sənaye müəssisələri
kompaniya və firmalar yerləşir. Proqramın qəbul edilməsindən sonra 
(1990-cı ilin avqustu) Pekin, Şanxay, Tyantszin, Şenyan, Uxan, 
Nankində (30-dan çox rayon) belə rayonlar yaradılmışdır.  
Kimya. Kimya sənayesi daxili xammal bazası ilə təmin olsa da, 
ölkənin tələbatını tam ödəmir. Polimerlərin istehsalı nisbətən yenidir, 
lakin sürətlə inkişaf edir. Kimyəvi lif istehsalı (ABŞ-dan sonra dünyada 
ikinci) nəhəng miqyaslı toxuculuq sənayesini təchiz edir və  əsasən 
dənizkənarı  əyalətlərdə  (Şanxay, Pekin, Nankin, Lançjou) təqdim 
olunur. ÇXR-də  həm sintetik, həm də  təbii kauçuk əldə olunur. 
Əczaçılıq sənayesi böyük miqyasa çatmışdır. Ölkədə istehsal olunan 
bütün əczaçılıq məhsullarının 50%-i Şanxayda cəmlənib.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə