Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

 
30 
regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, 
sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa 
və xalqın rifah halını qaldırmağa kömək edəcəkdir.  
2050-ci ilə qədər Çində aşağıdakı strateji əqsədlərə nail 
olunmalıdır: 
 - 
sosial-iqtisadi 
inkişafın kamilliyə çatması üçün hərtərəfli 
sosialist modernizasiyanı təmin etmək; 
 - 
beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə 
artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə 
çıxarmaq; 
 - 
ölkənin,  əhalinin adambaşına düşən ÜDM-un həcminə görə 
orta səviyyəli dövlətlərlə bir sıraya çıxmasını təmin etmək; 
 
- xalq üçün varlı, xoşbəxt həyat yaratmaq; 
 - 
ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi 
olan qüdrətli dövlətə çevirmək. 
Ölkənin inkişaf proqramına müvafiq olaraq ÇXR –də ÜDM-un 
orta illik artım tempi 2010-cu ilə qədər 7,5%, 2020-ci ilə qədər 6,5%, 
2030-cu ilə  qədər 5,5%, 2040-cı ilə  qədər 4,5% və 2050-ci ilə  qədər 
3,5% təşkil etməlidir. Bu halda ÜDM həcminin 2010-cu ilə 2,226 trln. 
ABŞ dolları, 2020-ci ilə  4,178 trln. ABŞ dolları təçkil edəcəyini, 2050-
ci ilə isə bu göstəricinin 15,634 trln. ABŞ dollarına çatacağını 
hesablamaq çətin deyil.  
Son illər ÇXR-də iqtisadi siyasətin işlənib  hazırlanmasında 
ümumi tələbin dəyişməsinə daha çox diqqət ayrılır, bu da ölkənin 
sosial-iqtisadi inkişaf tendensiyalarının formalaşmasının  əsas faktoru 
olmuşdur. Bu cür yanaşma nəticəsində ÜDM-in orta illik inkişaf tempi 
1979-cu ildən 2005-ci ilə kimi müqayisəli qiymətlərdə ildə 9,5%, 2000-
2005-ci illərdəki son beş ildə isə - 8,0%  təşkil etmişdir, bu da dünya 
iqtisadiyyatınln orta illik inkişaf templərindən xeyli yüksəkdir – 3,8%.  
Beləliklə, Birləşmiş Ştatların ÜDM-in indiki artım tempi – 3,24% 
saxlanarsa və Çində 2050-ci ilə  qədər nəzərdə tutulan ÜDM-in artım 
templəri yerinə yetirilərsə, XXI əsrin ortalarına Çin ÜDM-in həcminə 
görə ABŞ ötmək iqtidarında olacaq.  
İqtisadi rayonların xarakteristikası. 1978-ci ildən Çin 
höküməti iqtisadi sistemi dəyişdirməkdə, və eyni zamanda ölkənin 
açıqlığı siyasətini planlı və ardıcıl həyata keçiməkdədir. 
1980-ci ildən başlayaraq Çində 5 xüsusi iqtisadi rayon: Şençjen, 
Çjuxay,  Şantou (Quandun əyaləti), Syamen (Futszyan əyaləti) və 


 
31 
Xaynan (bütün Xaynan əyalətini əhatə edir) yaradılmışdır. 1984-cü ildə 
Çin höküməti ölkənin xarici aləmə açılışı üçün daha yeni bir addım 
atdı: 14 şəhər – Dalyan, Tsinxuandao, Tyantszin, Yantay, Tsindao, 
Lyanyunqan, Nantun, Şanxay, Ninbo, Vençjou, Quançjou, Fuçjou, 
Çjantszyan və Beyxay açıq dənizkənarı şəhər statusu aldı.  
1985-ci ildən Yantszı  və Çjutszyanın deltalarında, Futszyan 
əyalətini cənubundakı iqtisadi üçbucaqda, Şandun və Lyaodun 
yarımadalarında, Xebey əyalətində və Quansi-Çjuan muxtar rayonunda 
açıq iqtisadi zonalar yaradılmağa başlandı. Nəticədə ölkənin dənizboyu 
ərazilərində açıq iqtisadi zolaq formalaşdı. 1992-ci ildən başlayaraq 
Dövlət  Şurasının sanksiyası ilə bir sıra sahilboyu şəhərlər, həmçinin 
daxili əyalətlərin və muxtar vilayətlərin inzibati mərkəzləri xarici dünya 
üçün açıq zona statusu aldılar.  
Ölkənin iri və orta şəhərlərində 15 rüsumsuz sona, 32 texniki-
iqtisadi istismar zonası  və 52 dövlət  əhəmiyyətli yeni və yüksək 
texnologiyaların mənimsənilməsi zonası yaradılmışdır. Beləliklə, 
dənizkənarı bazada, Yantszının hövzəsində, ölkənin sərhədyanı  və 
daxili rayonlarında Çinin xarici aləmə çoxpilləli və  hərtərəfli 
açıqlığının strukturu əmələ  gəlmişdir. Xarici dünya üçün açıq olan 
bütün bu rayonlar xarici bazara meyllənən iqtisadiyyatın inkişafı 
gedişində, valyuta gəlirlərinin artmasında, müasir xarici texnika və 
texnologiyaların idxalında “pəncərə” və vasitəçi rolunu oynayır. 5 
xüsusi iqtisadi rayon xarici aləmə istiqamətlənən zonadır. Bu rayonlar
əsasən, ixrac məhsulları istehsal edən emal sənayesini inkişaf etdirir, 
həmçinin elmi tədqiqatları, istehsalatı  və ticarəti bütöv kompleksdə 
birləşdirir. Onun ərazisində spesifik iqtisadi siyasət həyata keçirilir və 
iqtisadi idarəetmənin xüsusi sistemi tətbiq edilir.  
Xüsusi  İqtisadi Rayonlar (XİR) Çinin xarici ticarətinin inkişafı 
üçün xarici sərmayənin cəlb edilməsində  və beynəlxalq bazarların 
mənimsənilməsində böyük təcrübə  yığmışdılar. Son illər XİR yenilik 
axtarışında, sənaye potensialının artırılmasında, xarici əlaqələrin 
genişləndirilməsində  və digər sahələrdə öndə gedir, bununla da bütün 
ölkə üçün nümunə rolunu oynayır. 1998-ci iləd Şençjen bankların xarici 
kapitalın iştirakı ilə  əməli qaydada jenminbi (Çinin pul vahidi) ilə 
əməliyyatlar apara biləcəyi ikinci eksperimental şəhər elan olundu. 
Avropa və Amerikanın transmilli korporasiyaları bir-birinin ardınca 
burada kapital qoyuluşu barədə danışıqlar aparır, bu da Şençjen XİR-ə 
yeni impuls verir.  


 
32 
Çin höküməti yeni Pudun rayonuna XİR-lə müqayisədə daha 
geniş güzəştlər vermişdir. Belə ki, Pudunda nəinki XİR və texniki-
iqtisadi istismar zonaları üçün hökumət tərəfindən işlənib hazırlanmış 
bütün qanun və müddəalar işləyir (məsələn, gömrük rüsumlarından və 
əlavə  dəyər vergisindən qismən və tam azadolma), həmçinin yalnız 
Pudun  ərazisində  fəaliyyət göstərən güzəştlər müəyyənləşdirilmişdir. 
Məsələn, dövlət xarici investorların Pudunda üçüncü sənaye maliyyə 
idarələri və müəssisələr yaratmasıyla, Şanxayda fond birjası açmasıyla 
və  səhmlər buraxmasıyla, hətta kapital qoyuluşunun təsdiqinə gorə 
onun səlahiyyətlərini artırmiş  və banklara xarici kapitalın iştirakı ilə 
jenminbi ilə əməliyyatlar aparmağa icazə vermişdir.  
Hal-hazırda Pudunda xarici investisiyanın iştirakı ilə 70 maliyyə 
təsisatı qeydiyyatdan keçmişdir. Xarici kapitalı olan 18 banka jenminbi 
ilə əməliyyatlar aparmağa icazə verilmiş, 28 əyalət, mərkəz tabeliyində 
olan  şəhər və muxtar rayon isə Pudunda öz ticarət kampaniyalarını 
yaratmışlar. Ölkənin 14 əyalət və şəhərindən olan 38 tanınmış iri birlik 
və müəssisələri bu rayonda qeydiyyatdan keçmişdir; dünyanın 60-dan 
çox ölkəsinin və regionunun iştirak etdiyi obyektlər artıq Pudunda kök 
salmış  və bunun əhəmiyyətli iqtisadi effektini qazanmışlar. Pudunun 
“əjdaha başı” kimi bütün ölkə iqtisadiyyatının inkişafına təsiri gündən-
günə daha da böyüyür.  
 
 
  SƏNAYE VƏ İSTEHSALAT 
 
İnqilabaqədərki Çin milliləşdirilməmiş iqtisadi sistemi və 
inkişafdan qalmış  sənayesi olan yarımfeodal ölkə idi. 1949-cu ildən 
sonrakı  qısa müddət  ərzində isə respublikada sənayeləşmə  həyata 
keçirilmiş, istehsal sənayesi məhsulları  dəfələrlə artırılmış, onun sahə 
strukturları genişləndirilmişdir.  
Hasilat. Son illər ərzində Çində kömür hasilatı sənayesinin gücü 
çox mənada artmışdır. Potensial kömür ehtiyatları 3200 mlrd. ton, 
tədqiq olunanlar isə cəmi 850 mlrd. ton təşkil etmişdir. Ehtiyatlar qeyri-
bərabər paylanmışdır, təxminən 80% Şimali və  Şimal-Qərbi Çinin 
payına düşür, ölkədə  ən iri yataq isə Datun şəhərinin yaxınlığında 
yerləşir (Şansi  əyaləti). Ümumilikdə ölkədə 100-dən artıq iri kömür 
hasilatı mərkəzi var. 
Energetika.  İstehsalatın yanacaq-energetika sahəsi Çin sənaye 
kompleksinin zəif bəndlərindən sayılır. Zəngin təbii ehtiyatların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə