Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

 
36 
Yüngül və qida sənayesi. Çində indiyə qədər yüngül sənayenin 
aparıcı sahələri toxuculuq və qidadır ki, bunların da hesabına bütün 
istehsal olunan sənaye məhsullarının 21%-i düşür. Bu sahənin 
müəssisələri  əsasən Qərb,  Şimal, Mərkəzi-Cənubi rayonlarda 
yerləşmişlər. Ölkənin  şimal-şərqində  əsasən kağız, qənd və yağ-süd 
sənayesi müəssisələri,  şimal-qərbdə pambıq emalı  və maldarlıq 
məhsulları müəssisələri cəmlənmiş, Cənub-qərbdə qida sənayesi daha 
çox inkişaf etmişdir. Ümumilikdə qida sənayesi 65,5 mindən artıq 
müəssisəyə malikdir, bundan başqa ölkədə 23,3 mindən çox toxuculuq 
sənayesi müəssisəsi vardır, amma xammalın istehsalı və emalı isə dəqiq 
olaraq bunlara istiqamətlənmişdir:  şimalda – yun, çətənə, çənubda – 
ipək, cut, kənaf. Yüngül sənaye Çində qədim ənənələrə malikdir. Hələ 
inqilaba qədər o, Çin iqtisadiyyatında aparıcı rol oynamışdır.  
Kənd təsərrüfatı. 1949-cu ildə Çinin ictimai istehsal və milli 
gəlir strukturunda kənd təsərrüfatının payına təxminən 70% düşürdü. 
İnqilabdan sonrakı inkişaf illərində  kənd təsərrüfatının  əhəmiyyəti 
nisbətən azalsa da, iqtisadiyyatın başlıca sahəsi kimi qalmışdır. O, 
yüngül sənaye üçün xammalın  əsas tədarükçüsüdür (70%). Kənd 
yerlərində məşğul əhalinin sayı 313 mln. nəfər, ailə üzvləri ilə birlikdə 
isə 850 mln. nəfər təşkil edir, bu da birlikdə götürülmüş Rusiya, 
Yaponiya,  İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksikadan 6 dəfə 
artıqdır.  
Kənd təsərrüfatı  məhsulu istehsalının ölçülərinə görə Çin 
dünyada nəhənglərdən hesab edilir. Əkin yerlərinin daimi 
çatışmamazlığı kənd təsərrüfatının başlıca xüsusiyyətlərinə çevrilir. 320 
mln. ha şumlanmış sahədən 224 mln. istifadə oluna bilir, eyni zamanda 
şumluq torpağın sahəsi təxminən 110 mln. ha təşkil edir ki, bu da dünya 
şumluq torpağının 7%-dir. Çin təsnifatına görə torpağın yalnız 21%-i 
yüksək məhsuldardır. Bu Çinin Şimal-şərq düzənlikləri, Yantszı 
çayının orta və  aşağı hövzəsi, Çjutszyan çayınnı deltası  və  Sıçuan 
çökəkliyidir. Onlar bitkiçilik üçün münbit şəraitləri ilə  fərqlənirlər ki, 
bu da ildə iki dəfə, Çinin uzaq cənubunda isə üç dəfə  məhsul 
götürməyə imkan verir.  
Ölkənin kənd təsərrüfatına  ənənəvi olaraq bitkiçilik, hər  şeydən 
öncə taxılçılıq istiqaməti xasdır, taxıl ölkənin qida rasionunun 3%-ni 
təşkil edir, əsas qida bitkiləri isə düyü, buğda, qarğıdalı, qaolyan, darı, 
kök yumrusu və soyadır.  


 
37 
Texniki bitkilər. Şumluq sahənin təxminən 20%-də düyü əkilir, 
onun payına ölkədə taxıl yığımının təqribən yarısı düşür.  Əsas 
düyüçülük rayonları Xuanxe çayından aşağıda yerləşir. Çoxəsrlik düyü 
əkini tarixində Çində 10 min növdən çox düyü becərilmişdir. Buğda - 
əhəmiyyətinə görə ölkədə ikinci taxıl bitkisidir, VI-VII əsrlərdən 
yayılmağa başlamışdır. Hal-hazırda heç bir başqa ölkədə Çindəki qədər 
belə yüksək buğda məhsulu yığılmır, bundan əlavə böyük miqdarda 
şirin kartof (batat) becərilir.  
Çindəki şəraitlə texniki bitkilərin becərilməsi mühüm əhəmiyyət 
kəsb edir. Müəyyənləşmiş qiymətlər strukturu nəticəsində onların 
istehsalı buğda, pambıq, meyvə  və  tərəvəzdən daha gəlirlidir
baxmayaraq ki, məsələn pambıq becərilməsinə görə Çin dünyada 
üçüncü yeri tutur. Bundan başqa, yağ verən bitkilərin becərilməsi geniş 
yayılmışdır, bu da qida yağlarının  əsas mənbəyidir. Onlardan əsasları 
Şandun əyalətində becərilən yerfındığı, raps və küncütdür.  
Çin bizim eranın IV əsrindən dərman kimi istifadə olunmağa 
başlayan, VI əsrdən isə hamı tərəfindən qəbul edilən içkiyə çevrilən çay 
istehsalına görə  də geridə qalmır.  İndiyə  qədər yaşıl və  qırmızı çay 
növlərinin (Çində “qara çay” anlayışı yoxdur) əksəriyyəti demək olar 
ki, yalnız ixraca gedir. Çay Çjetszyan, Xunan, Anxoy əyalətlərində 
becərilir.  
Maldarlıq. Əhalinin yüksək sıxlığı və torpaq fondundan intensiv 
istifadə  hər  şeydən  əvvəl çox az rola malik maldarlığın inkişafında 
özünü göstərir. Çində tarixən iki tip maldarlıq formalaşmışdır. Bunun 
biri  əkinçiliklə  sıx bağlıdır və yardımçı xarakter daşıyır;  əkinçilik 
yayılmış düzənlik rayonlarda əsasən donuz, ağır yük heyvanları və quş 
saxlanılır. Qərbi rayonlara isə ekstensiv, köçəri və yarımköçəri 
maldarlıq xasdır. Xüsusən  əhalinin adambaşına hesabı ilə maldarlıq 
məhsullarının istehsalı  və istehlakı  aşağıdır. Hələ eramızdan  əvvəl 
Çində  məlum olan donuzçuluq nisbətən inkişaf etmişdir; istehsal 
olunan  ətin 90%-i onun payına düşür. Çində maldarlığın xarakterik 
xüsusiyyəti işlək heyvanların yüksək payı və südverən maldarlığın zəif 
inkişafıdır.  
Nəqliyyat. 1949-cu ilə qədər nəqliyyat əlaqəsi Çində çox zəif idi. 
Yük daşınmaların təxminən 60%-i yük heyvanları, rikşaların köməyi ilə 
konkalar vasitəsilə  həyata keçirilirdi. 10 km uzunluğunda ilk dəmir 
yolu 1881-ci ildə Xebey əyalətində çəkilmişdir.  


 
38 
Hal-hazırda Çində inkişaf etmiş nəqliyyat sistemi mövcuddur ki
buraya da dəmir yolu və avtomobil yolları, boru xəttləri, dəniz və çay 
nəqliyyatı  və mülki aviaxəttlər daxildir.  1949-cu ildə Çin dəmir 
yollarının ümumi uzunluğu 22 min km-ə çatırdı və, istifadədə cəmi 11 
min km yol var idi. Hazırda Çinin istifadədə olan dəmir yollarının 
uzunluğu 70 min km ötmüşdür. Bu gün Çin dəmir yolu daşımalarına 
görə dünyada beşinci yeri tutur.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə