Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

 
45 
gedişində Tsin dövründə mövcud olan müfəttişlik təsisatları  bərpa 
edilir.  
Xan dövrünün əvvəlində hökumət daosizm təliminin tərəfindəydi. 
Bu axında Lyu An (e.ə. 179-122-ci illər) özünün kifayət qədər eklektik 
təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə 
konfutsiçiliyə maraq yaranır, bu da filosof  Dun Çjunşu (e.ə. 179-104-
cü illər) tərəfindən həyata keçirilir. Qanuni inzibati metodların və 
konfutsiçiliyin  əxlaqi dəyərlərinin kombinasiyası Çin imperiyasına 
sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək 
göstərmişdir. Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa 
etdilər, əlyazmaların axtarışı, onların sistemləşdirilməsi və bərpası üzrə 
böyük işlər gördülər. Xan dövründə “Dəyişikliklər kitabı”nda, “in-yan” 
və “beş ünsür” nəzəriyyəsində  əsası qoyulmuş baxışlar “simvollar və 
rəqəmlər haqqında təlimdə” formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-
filosof Van Çun (e. 27-97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib 
hazırlayır. Van Çun konfutsiçilərin və daoçuların bəzi baxışlarını sintez 
edərək ümumiləşdirir.  
Zadəganlar  əsas dövlət vəzifələrinin  əksəriyyətini tuturdular. 
Bununla belə Xan hökmdarları xidmətə, mövqeyindən asılı olmayaraq 
istedadlı insanları  cəlb etməyə çalışırdılar. E.ə. 124-cü ildə imperator 
Udiy “Ali məktəbin” (“Taysyue”) əsasını qoydu və ölkənin bütün 
əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini 
əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa 
şəkildə dövlət təhsilinə kömək etmişdilər. Dövlət xidmətinə qəbul üçün 
ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı ilə 
bağlıdır. Məktəbin planına konfutsian “Beşkitabçılığın” – Utszin 
(Şitszin – “Nəğmələr kitabı”, Litszin – “Ayinlər kitabı”,  Şitszin – 
“Tarix kitabı”, Çjoun – “Dövrü dəyişikliklər”, Çuntsyu – “Bahar və 
payızlar”) öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və 
“Altı  sənət”dən digərləri öyrənilirdi. Təlimlər “Boşi” (doktor) adına 
malik və Udiy sarayında xidmət edən konfutsian-alimlər tərəfindən 
aparılırdı. Bir ildən sonra tələbələrdən imtahan götürülür və onlar öz 
biliklərinə müvafiq vəzifələrə  təyin olunurdular. Udiy özü imtahan 
verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə 
seçim sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan 
sülaləsinin axırına qədər möhkəmləndirilmiş və tətbiq edilmişdir.  


 
46 
İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci 
ildə tələbələrin sayı üç minə qədər artmışdı, sonrakı Xan dövründə isə 
onların sayı təqribən otuz minə çatmışdı.  
Bu sülalənin  ən parlaq nümayəndəsi tamamilə konfutsiçiliyə 
qayıdan beşinci imperator Udiy (e.ə. 140-87-ci illər) olmuşdur. Öz 
hakimiyyət dövrünün quldarlıq cəmiyyətindən feodalizmə keçidlə üst-
üstə düşməyi faktını  nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik 
feodal cəmiyyətinin və ümumiyyətlə istənilən hökmran cəmiyyətin 
ideya istinadgahıdır. İmperator Udiy deyirdi ki, dövlət vəzifəsi tutmaq 
üçün Konfutsinin müqəddəs kitablarındakı  mətnləri bilmək lazımdır. 
Onun hakimiyyəti dövründə Çin çox gücləndi. İmperator Udiy hunlarla 
uğurlu döyüşlər apardı; ilk dəfə olaraq Cunqariyadan və Qaşqardan 
Avropaya ipək yolu saldı, baxmayaraq ki, o, həmin vaxt belə 
adlanmırdı, Vyetnamdan Quandum və Quansini zəbt etdi, Koreyanı 
istila etdi, yəni Çin imperiyası az qala bugünki miqyaslara gəlib çatdı. 
Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı 
Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır.  
Bu sülalənin bir xarakterik cəhəti vardır: iki min illik hazırkı Çin 
milli memarlığı da o dövrdə yaranmışdır. 
İmperator Udiyin zamanında Sı Ma Tsyan adlı çox böyük bir şəxs 
yaşayırdı, o, Çin tarixşünaslığının  əsasını qoymuş  və ilk dəfə olaraq 
tarixi monoqrafiyanın kompleks prinsipini tətbiq etmişdir. O, “Şi Tszi” 
adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə traktlatlarla bir-birini 
əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni 
zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou 
sülaləsinin  ətraflı tarixini yazmaları ilə  əlaqədar olaraq bir sülalənin 
ondan  əvvəlki sülalənin tarixini yazmaq ənənəsi yaranmışdır, həm də 
bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan tarixini 
Çin mənbələrindən öyrənirlər.  
Erkən və Sonrakı Xan hökmranlıqları dövrü arasında, daha dəqiq 
e. 9-25-ci illərində  Sin – “Yeni” imperiyası mövcud olmuşdur. Öz 
hakimiyyətinin lap əvvəllərindən imperator Man Van islahatlara başladı 
ki, bunların da əsas məqsədi dövlət hakimiyyətinin 
möhkəmləndirilməsi və ilkin Çjou qanun-qaydalarının bərpası idi. 
Lakin Van Manın şöhrətpərəst niyyətləri onu özlərinə əngəl törədəcək 
heç bir dəyişikliyi arzulamayan mülkədarlardan uzaq saldı. Digər 
tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından məyus 
olmuşdular.  


 
47 
11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv 
edib tarlaları basaraq məcrasını  dəyişdi. Ölkədə hökm sürən xaos 
çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı.  
Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü 
üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə 
boyayırdılar, bu səbəbdən də onları  qırmızıqaşlılar adlandırırdılar. 23-
cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ 
keçirdi. Van Man özünə qəsd etdi.  
Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti  əllərində saxladılar. 
Bundan sonra xanlı Lyu Syu zadəganların və məmurların bir hissəsini 
ətrafında birləşdirib qiyamçıları sarsıdıcı məğlubiyyətə uğratmağa nail 
oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur oldu. 25-ci 
ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı  (Şərqi) Xan 
(25-220-ci illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.  
Şərqi Xan hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları 
ilə mübarizə davam edirdi, bundan sonra nisbətən sakitlik və 
çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə qulu azadlığa buraxdı. 
Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət 
vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı.  
Sonrakı Xan dövründə  əvvəllər itirlmiş  ərazilərin bərpası üçün 
çox cəhdlər edildi. Köçəri hunlarla mübarizədə  qələbə çalındı. 73-cü 
ildə kiçik dəstə ilə şimal qərb sərhəddindəki müttəfiq tayfalara kömək 
göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son 
nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə  qədər gedib 
çıxmışdır. 91-ci ildə o, hunlara sarsıdıcı  zərbə vurdu, 97-ci ildə isə 
Baktriyaya daxil oldu. 101-ci ildə Çinə qayıdan general, Roma 
imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində 
Böyük ipək yolunu bərpa etmək mümkün oldu ki, bunun da vasitəsilə 
Çin Aralıq dənizinə ipək, zərxara, bəzək məmulatları və çini qab idxal 
edirdi.  
Şərqi Xan sülaləsi zamanında incəsənət, təhsil və elm çiçəkləndi. 
Tarix və lüğətlər yazıldı. Daha qədim zamanların klassik əsərləri 
yığıldı. Imperator Çjan-linin hakimiyyəti dövründə (75-88-ci illər) 
Bayxuquan zalında dövlət ideologiyası prinsiplərinin işlənib 
hazırlanması məqsədilə klassik kitabların müzakirəsi keçirilmişdi.  
Eramızın I əsrində Hindistandan Çinə buddizm daxil olur. 
Buddist missioner An Şiqao 148-ci ildə Loyana gəlib çıxır, bunun da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə