Еlcan həbibzadə


MƏDƏNİ İRS VƏ TƏBİİ GÖZƏLLİKLƏR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

 
69 
3. MƏDƏNİ İRS VƏ TƏBİİ GÖZƏLLİKLƏR 
 
  Çin – zəngin təbii irsə malikdir. Onun qədim tarixi çinlilərə və 
həm də bütün dünyaya məxsus olan çox qiymətli mədəni və  təbii 
gözəlliklər qoymuşdur. 1985-ci ildən Çin YUNESKO-nun dünya 
mədəni irsinin qorunması üzrə konvensiyasına qoşulmuşdur. Ölkənin 
24 obyekti “Dünya mədəni və təbii irsi siyahısı”na daxil edilmişdir. Bu 
göstəriciyə görə Çin dünyada dördüncü yeri tutur. Onlardan 16-sı 
incəsənət və memarlıq abidələridir. Bu – Böyük Çin səddi, “Ququn” 
imperator sarayı, Moqao daş mağaraları, Tsin Şixuanın məqbərəsi və 
onun döyüşçü və atların qəbirüstü heykəlləri, “Çjoukoudyan” qədim 
insan düşərgəsi, Potal sarayı, “Bişuşanjduan” yay iqamətgahı, 
Konfutsinin vətəni Tsyuyfu, Udanşan dağlarında qədim memarlıq 
tikililəri, Luşan dağları, Litszyan qədim  şəhəri, Pinyao qədim  şəhəri, 
Suçjou bağları, “İxeyuan” yay imperator sarayı, Pekində Səma Məbədi 
və Çuntsində Datszu daş abidələridir.  
 Çinin “Dünya mədəni və təbii irsi siyahısı”na daxil edilmiş təbii 
sərvətləri bütün dünyada məşhur U Lin Yuan (Xunan əyaləti), Tszyu 
Çjayqou (Sıçuan əyaləti) və Xuanlun (Sıçuan əyaləti) qoruqlarıdır.  
  Mədəni-tarixi və  təbii irs siyahısına: Tayşan dağı  (Şandun 
əyaləti), Xuanşan dağı (Anxuy əyaləti), Emeyşan və Leşan dağı, U dağı 
(Futszyan əyaləti) və “Tszyançji” – kağızda naxış açma sənəti aiddir.  
  Böyük Çin Səddi. Böyük Çin səddi Çinin ən möhtəşəm qədim 
hərbi-müdafiə tikilisi və dünya memarlıq tarixinin əsl möcüzələrindən 
biridir. Böyük Çin səddinin tikintisi “Baharlar və Payızlar” və 
“Döyüşən hökmdarlıqlar” dövrlərindən hesablanır. O, 200 ildən artıq, 
düz Min sülaləsinin sonuna qədər davam etmişdir. Böyük Çin səddi 
ölkənin  şimalında  şərqdən qərbə doğru uzanır və  sıldırım dağlardan, 
düzənliklərdən və səhralardan keçir. Böyük Çin səddi öz möhtəşəmliyi, 
inanılmaz ölçüləri və tikintisinin müddəti ilə bütün dünyada məşhurdur 
və haqlı olaraq dünyanın yeddinci möcüzəsi sayılır. “Baharlar və 
Payızlar” və “Döyüşən hökmdarlıqlar” dövründə Xuanxe çayının 
hövzəsində eyni vaxtda yeddi knyazlıq yaranmışdı. Çu knyazlığı öz 
müdafiəsini gücləndirmək üçün şəhər divarları tikir, onun ardınca digər 
knyazlıqlar da bu nümunəni davam etdirir. Hunlarla qonşu olan və tez-
tez  şimaldan onların hücumlarına məruz qalan Yan, Çjao və Tsin 
knyazlıqları öz sahələrində  sədd tikir və qoşunlarını orada yerbəyer 
edir. Bizim eradan əvvəl 221-ci ildə birinci Tsin imperatoru Şixuan 6 


 
70 
knyazlığı birləşdirir və Çin ərazisində  mərkəzləşdirilmiş hakimiyyəti 
olan ilk vahid imperiyanı yaradır. Öz ərazilərini hunlardan müdafiə 
etmək üçün Tsin imperiyası dövründə keçmiş parçalanmış dövlətlərin 
sərhədyanı  səddləri birləşdirilmiş  və beləliklə,  şərqdə Lyaodundan, 
qərbdə Lintaoya qədər 5000 kilometrlik sədd yaranmışdı. Bu ölkənin 
şimalında ilk Çin səddi olmuşdu. Bundan əvvəl və sonra 20-dən artıq 
hökmdarlıq öz sahələrində  sədd qurmuşdu, özü də Xan və Min 
dövründə  sədd 5000 km-i keçirdi. Xan dövrü Tsin səddini Xesi 
dəhlizindən Sintszyana qədər uzatmışdı. Bu sədd təkcə  İpək yolu ilə 
malların müntəzəm daşınmasını  təmin etmirdi, o, Avropa və Asiya 
ölkələri arasında iqtisadi əlaqələrin və mədəni mübadilənin inkişafında 
da böyük rol oynamışdır. Təəsüf ki, Xan dövrü səddinin böyük hissəsi 
külək və qumun təbii gücünə  və feodal münaqişlərinə  və daxili 
çəkişmələrə müqavimət göstərə bilməmişdir. Min sülaləsinin mövcud 
olduğu 200 ildən artıq dövr ərzində  səddin tikilişi dayandırılmamışdı, 
əksinə tikilmə texnikası yüksək həddə çatmışdı, hələ nəzərə alınmalıdır 
ki, tikinti sıldırım dağ qayalarında, dərin dərələrdə və vəhşi səhralarda 
aparılırdı. Hazırda bizim gördüyümüz sədd,  əsasən, Min dövründə 
tikilmişdir. 5000 km-dən çox uzanan Böyük Çin səddi qalaları, 
zastavaları, dağ keçidlərini və  səddin içində  və ya ondan kənarda 
müəyyən məsafələrdə yerləşdirilən xəbərdarlıq qüllələrini bir yerdə 
cəmləşdirirdi. Düşmən izlərinin müşahidə edildiyi zaman tüstü 
şaşkalarının yandırılması ilə  xəbərdarlıq siqnalı ötürülürdü. Gecələr 
ocaq yandırılırdı, beləliklə, ötürmə sistemi vahid əlaqə  zənciri 
yaradırdı. Sədd üzərindəki qüllələr 2-3 mərtəbəli olurdu, hərbçilər elə 
burada yaşayır və silah-sursat da burada saxlanılırdı. Bu qüllələr hərbi 
müdafiədə mühüm rol oynayırdı, onların ixtiraçısı məşhur Min generalı 
Tsi Tsziquan olmuşdur. Böyük sədd feodal cəmiyyətinin inkişaf və 
tənəzzülünü görmüşdür, onun tikintisi 2700 ildən çox davam etmişdir. 
Hal-hazırda ölkənin  Şimal-Şərqində,  Şimal-Qərbində, Xuanxenin 
hövzəsində və Şimali Çində 16 əyalət, şəhər və muxtar rayonda səddin 
qalıqlarına rast gəlinir. Səddin bütün dövrlərdə tikilmiş sahələrinin 
ümumi uzunluğu 50 min km-i ötürdü. Bir metr eni və 5 metr 
hündürlüyü olan kərpic və kirəmitdən tikilmiş dünyanın bu nadir 
tikintisi Yeri 10 dəfə dolaşa bilərdi. Böyük sədd – siyasət, iqtisadiyyat, 
hərbi iş  və bütün sülalələrin mədəniyyəti, generalların və  hərbçilərin, 
istedadlı  və bacarıqlı ustaların  şücaətləri yazılan tarixi abidədir. 
Əfsanəyə görə, yenicə  ərə getmiş Men Tszyannyuyun əri səddin 


 
71 
tikintisinə göndərilir. 3 il keçməsinə baxmayaraq o, geri dönmür. Ərinə 
isti paltar gətirmək üçün Men Tszyannyuy uzun yol qət edərək 
Şanxayquan zastavasına gəlib çatır.  Ərinin ağır  əməkdən ölüb səddin 
altında basdırıldığını eşidəndə o, acı-acı hönkürür və bu zaman səddin 
400 kilometrlik sahəsi qəfil çökür və onun ərinin meyitini üzə çıxarır. 
Bax beləcə xalq rəvayətləri sadə insanların ağır məcburi əməyini ifadə 
edirdi.  
Bu gün Böyük Çin səddi bütün ölkədə  və bütün dünyada 
məşhurdur. Çinin hər bir qonağı mütləq oranı ziyarət edir. Böyük 
səddin tarix, mədəniyyət, incəsənət və memarlıqda böyük dəyəri 
turistlərə Çini daha dərindən tanımağa imkan verir. 1961-ci ildə Çin 
hökuməti Böyük səddi tarixi abidə kimi dövlət mühafizəsinə götürdü, 
sonralar Badalin, Şanxayquan və Tszyayuyquanda Böyük səddin 
hissələri bərpa edilmişdir. 1987-ci ildə dünya memarlığında bənzəri 
olmayan Böyük Çin səddi bəşəriyyətin ümumi sərvəti olaraq 
UNESKO-nun ümumdünya mədəni və  təbii irsləri siyahısına daxil 
edildi.  
Səma Məbədi. Çinin ən böyük tarixi abidələrindən biri olan 
Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən 
cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi 
minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə
1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin 
adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə 
dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi 
salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya 
ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar 
oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və 
əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil 
edir. Məbədin  ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün 
ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir. Məbəd binasını 
əhatə edən daxili divarın uzunluğu – 5287 metrdir. Səma məbədinin 
cənub hissəsi kvadrat formasına malikdir, onun şimal hissəsi isə 
yumrudur. Rəvayətə görə, dairə  səma qüvvələrini, kvadrat isə Yer 
qüvvələrini təmsil edir. Səma məbədinin ən cənub tikilisi 1530-cu ildə 
inşa edilmişdir. 1749-cu ildə yenidən qurulmuş  Səma mərmər 
səcdəgahı – Xuantsyudur. Burada hər il qış gün dönümü vaxtı 
imperatorlar Səmaya qurban gətirirdilər, quraqlqıq dövründə isə yağış 
göndərilməsi haqqında dualar edirdilər. Xuantsyu səcdəgahının maraqlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə