Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

 
66 
seçildi. Çjou Enlay ÇXR İnzibati  Şurasının sədri və xarici işlər naziri 
təyin olundu. Oktyabrın 1-i Pekində Tyananmen meydanına təntənli 
mitinqə  yığışan 300 min insanın iştirakı ilə  Sədr Mao Tszedun Çin 
Xalq Respulikasının yarandığını rəsmi olaraq elan etdi. 
Kommunistlər hakimiyyətə  gəldikdən sonra ilk növbədə 
kəndlərdə kollektivləşmə prosesinə başladılar. Çində kollektivləşmə 
qolçomağlığın bir sinif kimi ləğv edilməsi əsasında aparılmadı, əksinə 
onlar nümunəvi sahibkarlar kimi qəbul edildi və digərləri onlarla bəhsə 
başladı. Əvvəlcə onlar qolçomaqların ətrafında muzdlu işçi adlandırılan 
qarşılıqlı kömək üçün əmək briqadaları yaratdılar.  İstehsalın artım 
həddi ilə onlar yüksək tipli kooperativlərə çevrildi. Bu yolla onlar kənd 
təsərrüfatının kollektivləşməsinə 
tədricən gəldilər. Çində 
kollektivləşmə ona görə lazım idi ki, torpaqdan rasional istifadə edilsin 
və bu da öz müsbət izini buraxdı. Çində kollektivləşmənin inkişafı 
Rusiyada olduğu kimi istehsalın azalmasına gətirib çıxarmadı,  əksinə 
artım baş verdi. Şəxsi istehsalat və ticarətdə islahatlarla əlaqədar Mao 
Tszedun deyirdi: “Bizə  təkcə kapitalistlərin cibində deyil, həm də 
onların başındakı kapital lazımdır”. Hər  şeydən öncə çinlilər Cənub-
Şərqi Asiyada yaşayan diasporaya göz gəzdirdilər və onların hər zaman 
Çinə kömək edən Honq Konqu var idi. Xüsusilə  Şanxayda çox olan 
şəxsi müəssisələr dövlət xüsusi müəssisələrinə çevrilirdilər.  
1953-1956-cı illərdə irimiqyaslı sosial dəyişikliklər həyata 
keçirilmiş, beşillik plan (1953-1957) vaxtından  əvvəl yerinə 
yetirilmişdi.  İstehsalatın baza sahələrinin bütöv sırası yaradılmışdı. 
Çində ilk dəfə olaraq sənaye ölkəsi üçün zəruri olan təyyarəqayırma, 
avtomobil sənayesi, ağır və  dəqiq maşınqayırma, energetika, 
metallurgiya və  mədən avadanlıqları istehsalı, çoxaşqarlı polad və 
əlvan metal əridilməsi meydana gəlmişdi.  
“Elm və texnikanın inkişafının 12 illik proqramı (!956-1967)” 
vaxtından bir il əvvəl yerinə yetirildi, elm və texnikanın bir çox yeni 
sahələrinin inkişafı daha sürətli templərlə gedirdi. Bu onilliyin 
gedişində ÇKP və Çin höküməti tərəfindən işlənmiş idarəedici kursda 
bir sıra ciddi səhvlər də üzə  çıxmışdı ki, bu da xalq təsərrüfatında 
çətinliklər törədirdi.  
1966-cı ilin mayından 1976-cı ilin oktyabrınadək davam edən 
“Böyük mədəni inqilab” ÇKP MK Sədri Mao Tszedun tərəfindən 
başlanılmışdı və onun rəhbərliyi altında həyata keçirilirdi. Lin Byao və 
Tszyan Tsinin başçılıq etdiyi əksinqilabi qruplaşmalar Mao Tszedunun 


 
67 
ömrünün son illərində buraxdığı  səhvlərdən istifadə etdilər və onun 
arxasınca ölkəyə  və xalqa fəlakət gətirən geniş  fəaliyyətə başladılar. 
Dövlətə  və onun vətəndaşlarına ÇXR qurulduqdan sonrakı bütün 
müddət ərzində ən ağır itki və ən ciddi ziyan vuruldu. “Mədəni inqilab” 
zamanı Mao Tszedun ciddi səhvlər buraxmışdısa da, onun bütün həyat 
və  fəaliyyəti təsdiq edir ki, Çin inqilabı qarşısında onun xidmətləri 
buraxılan xətalardan qat-qat üstündür.  
1976-cı ilin oktyabrında Çin Kommunist partiyası geniş xalq 
kütlələrinin dəstəyi ilə Lin Byao və Tsyan Tsinin əksinqilabi 
qruplaşmasını darmadağın etdi. Çin yeni inkişaf dövrünə qədəm qoydu. 
1977-ci ilin iyulunda bütün ölkənin təkidli tələbi ilə Den Syaopin 
“mədəni inqilab” zamanı  kənarlaşdırıldığı bütün partiya və dövlət 
postlarına bərpa olundu. 1978-ci ilin dekabrında keçirilən 11-ci çağırış 
ÇXR MK-nın 3-cü plenumu Yeni Çinin yarandığı dövrdən ölkənin 
həyatında  ən böyük dönüş demək oldu, onun qərarları ölkə  və xalq 
üçün köklü əhəmiyyət daşıyır. 1978-ci ildən Çin islahatlar və xarici 
əlaqələrin genişləndirilməsi siyasətini tətbiq etməyə girişdi və bu 
zaman “mədəni inqilab” dövründə  və ondan əvvəlki illərdə üzə  çıxan 
solçu səhvləri tamamilə  və  işgüzarcasına aradan qaldırdı. Bu zaman 
ölkənin modernləşdirilməsinin həyata keçirilməsi, xalq təsərrüfatının 
hərtərəfli proporsional inkişafı, iqtisadi və siyasi sistemin islahatı əsas 
götürülərək tədricən sosialist modernləşməsinin Çin spesifikası ilə 
həyata keçirilməsinin istiqamətlərini müəyyənləşdirilirdi. 30 ildən artıq 
islahatlar və açıqlıq siyasəti ərzində Çinin siması mühüm dəyişikliklərə 
uğramışdır. Bu gün ölkədə şərait ÇXR-in bütün dövründən yaxşıdır, bu 
da xalqa daha çox maksimal səmərə və fayda gətirir.  
Bu fəsilin sonunda oxucuların diqqətini aşağıdakılara cəlb etmək 
istərdik. Bütün tarixi ərzində Çində bir çox parlaq şəxsiyyətlər 
olmuşdur. Onlar öz xalqına və bütövlükdə  bəşər cəmiyyətinə böyük 
töhfələr vermişlər. Bu insanların arasında filosoflar, həkimlər
sərkərdələr, siyasətçilər, imperatorlar və başqalrı olmuşdur. XX əsr Çin 
tarixində dörd parlaq şəxsiyyəti ayırmaq olar: Sun Yatsen, Çan Kayşi, 
Mao Tszedun və Den Syaopin. Onlar öz ölkələri və xalqları üçün bir 
çox faydalı  və  əhəmiyyətli işlər görmüşlər. Onlardan biri demokrat, 
digəri – amerikayönümlü xadim, başqa biri kommunist, digəri isə 
praqmatik olmuşdur. Lakin bütün bu şəxsiyyətlər hamısı öz təfəkkür 
formalarına və bunları kütlənin  şüuruna çatdırma metodlarına görə 
eynidirlər və xarakterlərindəki fərqlərə baxmayaraq onların bütün 


 
68 
səyləri məhsuldar olmuşdur. Çinlilər onları eyni cür sevir və yad edirlr. 
Çinlilər üçün onlar hamısı birdir, belə ki, hamısının arxasında xüsusi 
Çin yolu ideologiyası durur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə