Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

 
72 
planlaşdırılması var – ağappaq mərmər lövhələrlə döşənmiş dairəvi 
üçpilləli terras həndəsi ornamentlərin memarlıqda tətbiqinin 
nümunəsidir. Səcdəgahın yuxarı yarusunun mərkəzi dairəvi daş 
lövhədir, onun ətrafında birinci halqanı yaradan doqquz lövhə var, 
ikinci halqada onların sayı artıq 18, üçüncüdə - 27, doqquzuncuda isə - 
8 lövhə var, yəni lövhələr doqquz-doqquz artır, bu rəqəm isə  qədim 
Çində müqəddəs sayılırdı. Xuantsyunun yuxarı yarusunun mərkəzində 
yerləşən dairəvi daş lövhə “Tyansinşi” qeyri-adi xüsusiyyətə malikdir: 
əgər onun üstünə çıxıb yavaşdan duanın sözlərini oxusan səs dəfələrlə 
güclənir. Bu əks-səda effekti dua məclislərində xüsusi təəssürat 
yaradırdı. Möhtəşəm Tsinyandyan zalı (Qurban duaları zalı) Səma 
məbədinin şimalında yerləşir. O, 1420-ci ildə tikilmişdir, lakin 1889-cu 
ildə güclü ildırım vurmasından sonra yanmışdır. Sonralar onu əvvəlki 
şəklində yenidən bərpa etmişlər. Tsinyandyan zalı – qızılı qüllə ilə 
tamamlanan kirəmitlə örtülmüş üçyaruslu damdan ibarət dairəvi 
binadır. O, memarlıq nöqteyi-nəzərindən çox qəribədir. Hündür və ağır 
üçyaruslu dam örtüyü yalnız nəhəng ağac sütunlar və bir-birinə birləşən 
çoxsaylı köndələn tirlərin və dirəklərin üzərindədir. Buna görə  də 
böyük ölçülərinə  və  təxminən 40 metrlik hündürlüyünə baxmayaraq 
məbədin zalı son dərəcə  xəfif görünür. Onu saxlayan 28 nəhəng ağac 
sütunların dərin simvolik mənası var. Dörd orta sütunlar ilin dörd 
fəslini, orta sıradakı  on iki sütun – 12 ayı, qıraq sıradakı 12 sütun isə - 
sutkanın 12 saatını bildirir. Bundan əlavə 28 ağac sütun – 28 səma 
bürcünün də simvoludur. Tsinyandyan zalı ilə üzbəüz durduqda sağ və 
sol tərəfdən iki birmərtəbəli bina görərsiniz. Keçmişdə onların birində 
qab-qacaq saxlanılırdı ki, bunlar da ibadət zamanı Allah üçün nəzərdə 
tutulmuş müxtəlif qidalarla doldurulurdu. Digər bina – “Səmavi musiqi 
qanunu” – məbəd musiqisini tədris etmək üçün nəzərdə tutulmuşdur. 
Hazırda bu binada Min və Tsin sülalələri dövrünün Çin musiqi 
alətlərinin sərgisi yerləşir. Tsinyandyan binasının cənub tərəfindən isə 
digər məbəd tikililəri kompleksinə doğru geniş yol gedir. Öncə siz 
imperator  əcdadlarının adları yazılan lövhəciklərin qorunması üçün 
nəzərdə tutulmuş Xuantsyunyuy məbədinə düşürsünüz. Bu məbəd 
1530-cu ildə tikilib. Bu bina da mavi kirəmitlə örtülmüş yumru damı 
olan dairəvi formaya malikdir. Məbəd hündürlüyü 6 metr olan divarla 
əhatələnib. Onun çox maraqlı xüsusiyyəti var. Divar onunla 
əlamətdardır ki, səsi çox yaxşı ötürür, buna görə  də onu “Danışan 
divar” adlandırırlar. Orucluq üçün saray – Çjayqun da Səma məbədində 


 
73 
mühüm yer tutur. Hər  şeydən öncə, buraya imperatorlar günahlardan 
təmizlənmək üçün gəlirdilər və yalnız bundan sonra qurban vermək 
üçün səcdəgaha yollanırdılar. Möhtəşəm Səma məbədi – öz 
mükəmməlliyinə görə unikaldır,  əsas tikililərdən savayı burada çoxlu 
xüsusi binalar da vardır. Bu Səmavi musiqi idarəsi, Paltar və alətlər 
üçün meydan, Qurbanlıq heyvanı basdırmaq üçün çardaq, Zəng qülləsi, 
Mələklər üçün mətbəx və digərləridir. Səma məbədi Çin memarlığının 
bir neçə yüzillik bundan əvvəl çatdığı qeyri-adi yüksək sənətkarlıq 
səviyyəsindən xəbər verir. Səma məbədi həmçinin Min və Tsin 
sülalələri rəssam və memarlarının fərqli istedadlarının sübutudur.  
Ququn imperator sarayı  ən gözəl orta əsr saray 
ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir 
tərəfdən o, hündür şəhər divarları ilə  əhatə olunmuşdur, dördkünc 
qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər 
xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin 
imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində 
burada Min və Tsin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq 
etmişlər. Bu qədim divarlar çox hadisələrin  şahidi olmuşlar. Qədimdə 
“Qapalı şəhər” adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz 
hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il 
davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və  ən bitkin 
memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu 
pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların 
sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin  əcdadları hesab 
edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü 
səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz. 
Ququn – ağac memarlıq abidəsidir. Onun bir çox pavilyon və məbədləri 
yanğın nəticəsində dağılmış və onları yenidən tikmişdilər, ümumilikdə 
isə saray öz ilkin şəklini saxlamışdır. Hazırda burada 9000-dən artıq 
tikili vardır və Ququn, haqlı olaraq, təkcə  ən gözəl qədim memarlıq 
abidələrindən biri yox, həm də dünyada ən iri yaxşı saxlanılmış saray 
ansamblı hesab edilir. Onun tikintisinin qiyməti dəqiq 
hesablanmamışdır, lakin tarixi yazılardan bəllidir ki, bu tikintiyə yüz 
min usta və milyonlarla fəhlə  cəlb edilmişdir. Tikinti materialları 
ölkənin hər yerindən, hətta paytaxtdan bir neçə min kilometrlərlə 
uzaqda yerləşən Yunnan və Quandun əyalətlərindən də gətirilirdi. Ağır 
daşların daşınması üçün belə bir üsuldan istifadə olunurdu: bütün yol 
boyu quyu qazılırdı, qışda oradakı su ilə yolu sulayırdılar. Yol buz 


 
74 
bağlayaıb sürüşkən olduqda onun üzərində paytaxta daş plitələr gətirən 
minlərlə xizəklər peyda olurdu. Iş çox üzücü idi, hər yerdən  əldən 
düşmüş insanların qışqırıq və inltiləri, at kişnəməsi eşidilirdi, lakin 28 
günə daşlar Pekinə çatdırılırdı. Yalnız hüdudsuz ərazisi və həddən çox 
əhalisi olan qüdrətli imperiyada belə bir saray tikilə bilərdi. İri Qapalı 
şəhər iki əsas hissədən ibarətdir: xarici pavilyonlar və daxili 
iqamətgahlar. Saray qapılarından sonra bir-birinin ardınca Tayxedyan 
(Ali Harmoniya), Çjunxedyan (Mükəmməl Harmoniya) və Baoxedyan 
(Harmoniyanın Qorunması) pavilyonları yerləşir. Bu üç bina mühüm 
dövlət və saray mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. 
İmperator sarayının  şimal hissəsində Tsyantsinqun (Yerin və Göyün 
Təması) pavilyonu və ailə  şənlikləri üçün nəzərdə tutulan 
Tszyaotaydyan və Kunninqun pavilyonları yerləşir, Min sülaləsi 
dövründə imperatriçaların yataq otaqları da burada idi. Sarayın hər iki 
tərəfində yerləşən altı bina imperatorun kənizləri üçün idi. İmperiya 
sarayının planlaşdırılması dini tədbirlərin, siyasi və feodal rejimi 
əxlaqının tələblərinə bütünlüklə  cavab verirdi. Bu nə vaxtsa həyatdan 
ayrılmış  və bir neçə yüzillik mövcud olan bütöv bir dünya idi, varlı, 
təmtəraqlı  və ciddi nizama salınmış bir dünya. Ququnun memarlıq 
konstruksiyası, ölçüləri, onun planlaşdırılmasının  əzəməti və 
mükəmməlliyi - ən yüksək imperator hüququnun təzahürü və Çin 
memarlığının  ənənəvi formalarının saxlanmasının  əlamətləridir. 
Qədimdə Pekin şəhər divarları ilə dövrələnmişdi. Cənubi Yundinmen 
qapılarından Qapalı şəhərin qapılarına qədər daha 9 qapı var və bunlar 
da “doqquzqapılı rejim”i yaradırlar. İmperator sarayına aparan uzun və 
dərin yollar elə  təəəssürat yaradırdı ki, Çin imperiyasının sahibinə 
gedən yol uzaq və  çətindir. Qapalı  şəhərin mehvərinin Mərkəz xətti 
Pekinin də  Mərkəz xətti idi, eyni zamanda bütün ölkənin meridianı 
sayılırdı.  İmperator sarayı mütləq səmaaltı  mərkəz idi. Tayxedyan 
pavilyonu və digər  əsas binalar məhz bu xəttin üzərində tikilmişdi, 
başqa memarlıq tikililəri isə onun hər iki tərəfindən ciddi intizamla 
yerləşir. Tayxedyan – Ququnun ən böyük tikilisidir, onun hündürlüyü 
35,5 metrdir. Bütün mühüm rəsmi saray mərasimləri: imperatorların 
toyları, imperatriçaların tacqoyma mərasimləri, dövlət imtahanları, yeni 
il, qışın başlanması günü burada keçirilir, imperatorun ad günü burada 
bayram edilirdi. Tarixi yazılarda bütün tarixlər dəqiq əksini tapmışdır. 
Sübh açılanda Tyaxedyan pavilyonundan 30 min m
2
 olan bütün saray 
boyu Umen qapılarınadək ciddi mərasim qaydasında hərbi gözətçi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə