Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

 
78 
müharibələr, müxtəlif təbii və antropogen xarakterli hadisələr baş 
vermişdir və Yunqan mağaraları get-gedə viran qalmışdır.  
  Qədim məbədin unikallığı, həmçinin onun mühafizəsi və 
bərpası  məqsədilə görülən tədbirlər bütün dünyada yüksək marağa 
səbəb olur.  
  Min və Tsin imperatorları sərdabələri. Minsyanlin sərdabəsi 
– Çju Yuy və onun arvadının məqbərəsidir. Çju Yuy Çju Tszyanşenin 
(Min sülaləsi imperatoru Syantszun) ikinci oğlu, Çju Xoytsunun 
(Tszyatszin adı ilə hakimiyyətdə olmuş Min sülaləsi imperatoru 
Şitszun) atası idi. Çju Yuy imperator olmamış  və Tszyatszinin taxta 
oturmasından əvvəl ölmüşdür, amma ölümündən sonra onu “imperator 
Sinsyan” adlandırırdılar. Onun varisi – imperator Tszyatszin – ona 
Sinsyandi (imperator-əcdad Sinsyan), onun arvadına isə - Qunjuyxuan 
(imperatriça Qunjuy) deyə müraciət edirdi. Çju Yuy öz həyat yoldaşı 
ilə birlikdə Xubey əyalətinin Çjunsyan qəzasındakı Sunlinşan dağında 
(“Şam meşəsi”) dəfn edilmişdir. Sərdabə Sunlin (“Şam”) adını daşıyır, 
xalq arasında isə ona Syanlin deyirlər. Sərdabənini hündür divarı ilə 
əhatə olunmuş sahəsi – 136,47 ha-dır. Onun başqa adı – Xuançendir 
(“İmperatorlar qalası”). Sərdabənin tikintisi Çjede erasının 14-cü ilində 
(1519-cu il) başlamış, Tszyatszin erasının 19-cu ilində (1541-ci il) 
qurtarmışdır. Tikinti işləri 22 il davam etmişdir. Syanlin sərdabəsinin 
memarlıq üslubu Pekin ətrafındakı  “Şisanlin” 13 məqbərə Kompleksi 
ilə oxşardı, bunula belə bir sıra xüsuiyyətlərə malikdir. Öz ölçülərinə 
görə o, 13 məqbərə kompleksindəki sərdabələrin hər birindən 
böyükdür. O, Mərkəzi Çinin cənub hissəsindəki yeganə Min 
sərdabəsidir. Onu 15 Min məqbərəsindən biri adlandırırlar. 1985-ci ildə 
Syanlin sərdabəsi respublika əhəmiyyətli tarixi abidələr siyahısına daxil 
edilmişdir. Tsindunlin sərdabələri  Şanxayquan hərbi zastavasının 
mancurlar tərəfindən (Tsin sülaləsinin  əsasını qoyanlar) zəbt 
edilməsindən sonra tikilən ilk sərdabədir. O, Pekindən 125 km şərqdə, 
Xebey  əyalətinin Tszunxua şəhərinin Malanyuy rayonunda yerləşir. 
Kompleks 2500 kv. km sahəni tutur və iki hissədən ibarətdir: Xoulun 
və Tsyanyuy. Fenşuy kanonlarına görə  məqbərənin  ətrafındakı  ərazi 
möcüzəli və müqəddəs hesab olunur. İnanca görə, oraya əjdaha (feodal 
dövründə, məlum olduğu kimi, imperator əjdahanın oğlu hesab edilirdi) 
uçub gəlir. Buradan Böyük Çin səddi  Şaotszu və Ulin dağları ilə 
şimalda Çende şəhərinə, qərbdə Miyunya rayonuna və şərqdə Tszunxua 
rayonuna qədər uzanır. Sərdabələr gözəlliyinə görə valehedici yerlərdə 


 
79 
yerləşir və meşə ilə örtülmüş dağlarla əhatə olunmuşdur. Məqbərələrin 
özü 48 kv.km sahəni tutur Tsyanyuyda – “Ətraf bağda” yerləşir. Bağın 
cənub tərəfindən Daxunmen (“Böyük qırmızı qapılar”) və 20 km divar 
uzanır. Tsindunlinin tikintisinin başlanğıcı  Şunçji dövrünün 18-ci ili 
göstərilir (1661-ci il). Kompleksdə imperatorların, imperatriçaların, 
imperator arvadlarının və  şahzadələrin 14 məqbərəsi mövcuddur,  
onların sırasında – Syaolin sərdabəsi – Şanxayquan zastavasının 
fəthindən sonra birinci Tsin imperatoru Şunçjinin məqbərəsi, Tszinlin – 
ikinci imperator Kansinin sərdabəsi, Yuylin – dördüncü imperator 
Tsyanlunun məqbərəsi, Dinlin – yeddinci imperator Syanfenin 
sərdabəsi, Xueylin – səkkizinci imperator Tunçjinin məqbərəsi vardır. 
Bunlardan başqa, imperatriçalar Syaoçjuan, Syaoxuey, Syaoçjen 
(Tsian) və Syaotsinin (Tsısi) qəbirləri, kənizlərdən Tszinfey, 
Tszinşuanfey, Yuyfey, Dinfey və Xueyfeyin qəbirləri burada yerləşir. 
1663-cü ildə imperator Şunçjinin sərdabəsinin tikintisi başa çatdığı 
dövrdən imperator Tunçjinin axırıncı arvadının dəfn olunduğu 1935-ci 
ilə qədərki 272 ildə burada 157 adam basdırılmışdır. Onların arasında 5 
imperator, 15 qadın-imperatriça, 136 kəniz və  şahzadə vardır. 
Gözoxşayan və möhtəşəm Yunnin dağları ilə  əhatə olunmuş Tsinsilin 
kompleksi Pekindən 100 km-dən bir az artıq Xebey əyalətinin  İ 
qəzasında yerləşmişdir. Məqbərələrin ümumi sahəsi və dəfn olunanların 
sayı burada Tsindunlindəkindən azdır. Tsinsilininin tikintisi Yunçjen 
erasının 8-ci ilində (1730-cu il) başlamışdır. Taylin sərdabəsi – Tsin 
sülaləsinin üçüncü imperatoru Yunçjenin məzarı, Çanlin – beşinci 
imperator Tszyatsinin məqbərəsi, Mulin – altıncı imperator Daoquanın 
qəbri, Çunlin – doqquzuncu imperator Quansyuyun məzarı, həmçinin 
imperatriçaların qəbirləri, Taydunlin – imperatriça Syaoşensyanın 
(imperator Tsyanlunun anası) məqbərəsi, imperatriça Syaoxejuyun 
(imperator Tszyatsinini həyat yoldaşı) yatdığı Çansilin, Mudunlin – 
Syotszinçenin (imperator Daoquanın kənizi) məzarı burada yerləşir. 
Kompleksdə digər 3 kəniz məqbərəsi, 4 imperiya əyanları 
nümayəndələrinin sərdabəsi vardır. Cəmi Tsinsilində 14 sərdabə vardır 
ki, burada 76 nəfər: 4 imperator, 9 imperatriça, 54 kəniz, eləcə  də 
şahzadələr, nüfuzlu zadəganlar dəfn olunmuşdur. Onuncu və sonuncu 
imperator Syuantun üçün nəzərdə tutulmuş  və tikintisi başa 
çatdırılmamış  sərdabə  də burada yerləşir. Çində monarxiya 
quruluşunun devrilməsi ilə  sərdabələrin tikintisi işləri də 


 
80 
dayandırılmışdır. 2000-ci ildə syanlin, Tsindunlin və Tsinsilin 
kompleksləri ümumdünya mədəni və təbii irsi Siyahısına salınmışdır.  
  Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan 
dağı  ətəyində yerləşən Anxay əyalətinin  İ  qəzasındakı  qədim məskən 
kompleksi  ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min 
və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və  qəbilə 
məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 
29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi 
memarlıq üslubu burada hər  şeydə gözə  dəyir: zərif qravyüralar və 
kirəmit üzərində naxışlarda, ev və  məbədlərin ağac sütunları  və daş 
divarlarında, orijinal və  təmtəraqlı interyerdə. Bu qəsəbə  və tikililər 
təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. 
Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi 
əhəmiyyətə malikdir. Ən görkəmli yeri “Min və Tsin sülalələri 
dövründə Çinin yaşayış tikililəri Muzeyi” adını daşıyan Siditsun 
qəsəbəsi tutur. Görünüşcə öküzü xatırladan Xuntsun qəsəbəsi də bu cür 
şöhrətə malikdir. Siditsun qəsəbəsi  İ  qəzasının cənub-şərq hissəsində 
yerləşir. Burada Min və Tsin sülalələri dövründə ucaldılmış 300-dən 
çox ev və məbəd vardır. Onlardan 124-ü yaxşı vəziyyətdədir. Tikililərin 
və küçələrin yerləşməsi və planlaşması ilkin şəklində qalmaqdadır. 
Qəsəbədəki ev və  məbədlər  əzəmətlidir,  əcnəbi memarlar bu məskəni 
“ən yaxşı qalan qədim məskən tikililəri kompleksi” və “dünyada ən 
gözəl qədim qəsəbə” adlandırırlar. Xuvenquantsışifan (məmur Xu 
Venquanın xatirəsinə tikilmiş  məbəd), Juyyuytin (Juyyu sarayı), 
Taoliyuan (ərik və gavalı bağı), Siyuan (qərb bağı), Dunyuan (şərq 
bağı), Dafudi (“Dafu” – orta sinif məmuru mülkü), Tsineytan 
(böyüklərə ehtiram zalı), Lyuyfutan (xoşbəxtlik bəhəri zalı), 
Tsinyunsyuan (karyera bəhəri zalı),  İnfutan (rifah himayəçisi zalı), 
Dutsintan (allahlara ehtiram zalı), və Linyuntan (yüksək bulud zalı) – 
qəsəbədə klassik memarlığın  ən gözəgəlimli nümunələridir. Qədim 
Xuntsun qəsəbəsi  İ  qəzasının 11 kilometrliyində yerləşir. Qəsəbə 
görünüşcə öküzü xatırladır. Qərbdə Ley dağı yüksəlir, bu öküzün 
başıdır, onun yamacında 2 hündür ağac bitib, bu öküzün buynuzlarıdır. 
Tszi İn çayının üstündə Xuntsunun hər iki tərəfinə 4 körpü salınıb, bu 
öküzün 4 ayağıdır. Qəsəbədəki yüzlərlə tikililər öz ümumi görünüşü ilə 
öküzün bədənini xatırladır. Yuetszao nohuru öz aypara forması ilə 
heyvanın mədəsinə  bənzəyir, qəsəbənin cənubundakı göl isə öküzün 
qarnıdır. Qəsəbənin əhalisi öz müdrikliyi ilə qəsəbəni öküz formasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə