Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

 
81 
yaratmışdır. Onun planlaşdırılması və xarici görkəmi isə o qədər zərif 
və gözəldir ki, qəsəbəni memarlıq tarixinin nadir əsəri adlandırırlar.  
  İmperator Tsin Şixuanın yeraltı  məqbərəsi və  əsgər və at 
heykəlləri.  Qədim qəbilə  əyanları ümid edirdilər ki, həyat ölümdən 
sonra da davam edir, buna görə  də Misirdə bütün dünyaya məşhur 
piramidalar, Çində isə - qazıntıları  hələ  də başa çatmamış imperator 
Tsin Şixuanın məqbərəsi meydana gəlmişdir. Bu qədim yer kürəsi hələ 
nə  qədər heyranedici sirrlər açacaq. Qədim Sian şəhərindən on 
kilomtrlərlə  şərqə getdikdə  hələ uzaqdan üstündə otlar bitən hündür 
kurqanın dağ kimi yüksəldiyini görürsən. Görünüşcə o, piramidaya 
bənzəyir, lakin daşdan hazırlanmamış, meşə süxurundan səliqə ilə 
döyəclənib bərkidilmişdir. Artıq iki min ildən çoxdur ki, imperator Tsin 
Şixuan orada dəfn edilib. Çin tarixində Tsin Şixuan qeyri-adi insan 
hesab edilir. Çinin bölündüyü yeddi dövlətdən  ən qüdrətlisi olan Tsin 
dövlətinin taxt-tacına sahib olanda onun cəmi 13 yaşı vardı. 22 yaşında 
Tsin  Şixuan artıq hakimiyyətin hüdudlarını öz əlində möhkəm 
cəmləşdirmişdi. Müharibə başlandı. 10 il ərzində o, bir-birinin ardınca 
digər altı dövləti yıxdı. E.ə. 221-ci ildə Çində ilk dəfə olaraq mütləq 
monarxiya quruldu. Öz qələbələrindən qürurlanan gənc hökmdar hesab 
edirdi ki, onun əməlləri Çin tarixində yazılmış  hər hansı digər 
hadisələrdən üstündür və özünü “şixuandi”, yəni “bani-imperator” 
adlandırmağı buyurmuşdu. Öz sərdabəsinin yaradılması ilə Tsin Şixuan 
az qala elə taxta çıxdıqdan sonra məşğul olmağa başlamışdı. Cənubdan 
dağlara söykənən,  şimaldan isə çayın yuduğu kurqan çox qiymətli 
mədəniyyət abidəsidir. Ümumilikdə 700 min insanın iştirak etdiyi bu iş 
e.ə. 206-cı ilə, Tsin sülaləsinin süqutuna qədər davam etmiş, lakin yenə 
də sona çatdırılmamışdır. Naməlum səbəblərdən, e.ə. 210-cu ildə 
imperator Tsin Şixuanın basdırılmasından sonrakı bir neçə min ildə 
məqbərə heç zaman qazılıb açılmamışdır. “Tarixi qeydlərdə” 
yazılmışdır ki, iqamətgah susaxlayan təbəqədən xeyli aşağıda 
salınmışdır. Torpağın altındakı qübbələri inşaatçılar mis tirlərlə 
bərkitmişdilər. Daş tabut təmiz qızıldan hazırlanmışdı, o, elə bil ki, 
“çayda” civədən hazırlanmış “sal” kimi parıldayırdı. Tavandan ulduzlu 
səma baxırdı, döşəmə isə Çinin qabarıq maketini ifadə edirdi. 
Sərdabənin mərkəzində “həmişəyanar” məşəl yanırdı. Bitməz-
tükənməz sərvətin saxlandığı yeraltı saray çağırılmamış qonaqlar üçün 
çoxlu sayda tələlərlə dolu idi. Oğrunu arbaletlərdən atəş yağışı 
gözləyərdi. Bir çox arxeoloqlar bu qədim müəmmanı açmağa tələsirlər, 


 
82 
lakin Tsin Şixuan sərdabəsinin möhtəşəmliyi onları son dərəcə ehtiyatla 
hərəkət etməyə  və bu tarixi momenti daha sonraya təxirə salmağa 
məcbur edir. Əldə olan məlumatlara görə, dəfn planı Syanyanın – Tin 
imperiyası paytaxtının planına uyğundur. Kurqanın altındakı yeraltı zal 
möhtəşəm imperator iqamətgahının simvoludur. Syanyanda olduğu 
kimi burada da daxili və xarici şəhər vardır. Tsin Şixuanın təşkil etdiyi 
tikilinin ölçüləri heyrətə  gətirir: imperatorun məqbərəsi və digər 
basdırılanların yerləşdiyi zonanın ümumi sahəsi 60 kv. km-dən çoxdur. 
Bu indiki əyalət mərkəzi Sianın şəhər ərazisindən artıqdır. Döyüşçü və 
atların möhtəşəm fiqurları  məhz dəfn zonasında aşkar olunmuşdur. 
1974-cü ilin martında torpağı becərən,  şumlayan yerli kəndlilər daş 
əsgər heykəlinə rast gəlirlər. Bu yolla “dünyanın səkkizinci möcüzəsi” - 
döyüşçü və at fiqurları – imperator Tsin Şixuandan qabaq işıq üzü 
görmüşdür. Daş “qoşunların” xəndəkləri qəbir kurqanından bir kilometr 
yarım  şərqdədir. Nəhəng ölçülər hamını heyrətə  gətirir, üç xəndəyin 
sahəsi 20 min kv. m təşkil edir. Torpağın altında yüzdən çox döyüş 
arabası və 40 min ədəddən artıq bürünc silah, keramikadan hazırlanmış 
təqribən 8000 döyüşçü və at yerləşdirilmişdir. Birinci xəndək  ən 
böyüyüdür, onun sahəsi – 12 min kv. metrdir, orada altı mindən çox 
döyüşçü və at vardır; ikinci xəndək nisbətən balacadır, onun sahəsi 
birincinin yarısı  qədərdir, orada mindən artıq döyüşçü və at aşkar 
edilmişdir; üçüncü xəndək hamısından balacadır, onun sahəsi 500 kv. 
metrdir və orada cəmi 68 döyüşçü vardır. Arxeoloqların fikrincə, iki 
xəndək imperator Tsin Şixuanın həyatdakı mühafizəsini simvolizə edir, 
üçüncü xəndək – baş komandanın qərargahıdır. Bu dünyada yeganə 
yeraltı qoşun sıralarıdır. Daşlamış armada zəhmlə donmuşdur. Irəlidə 
döyüş libasında üç cərgə oxçular düzülmüşlər. Hər birinin əlində yay, 
çiynində isə oxla dolu ox qabı vardır. Onların arxasından yaraq-əsləhəli 
piyadalar, atlılar, döyüş arabaları durmuşlar. Sanki, qüdrətli Tsin 
dövlətinin ordusundan olan bu zabitəli döyüşçülərin dərinlərə gedən 
cərgəsinin ucu-bucağı yoxdur və onlar bütün Çini öz hökmdarlarının 
ayaqları altına atmışlar. Onlar həmişə döyüşə hazırdılar. Döyüşçü və at 
fiqurları valehedici qədər koloritlidirlər. Onlara diqqətlə baxdıqda 
görürsən ki, bu zəngin və dəyişkən dünyadır. Müxtəlf simalar, müxtəlif 
saç düzümü, müxtəlif fiqurlar insanalrı onların  əhvalını, təəssüratını 
duymağa imkan verir. Bəzi atlar qulaqlarını şəkliyib, digərləri sakit və 
rahat durub, bütün bunlar həqiqi incəsənət ustalığının həssas 
füsunkarlığından xəbər verir. Müəyyən edilmişdir ki, qədim 


 
83 
heykəltəraşlar heykəlləri bişirdikdən sonra rəngləyirmişlər. 
Yanğınlardan və ikiminillik rütubətin təsirindən rəng demək olar ki, 
qalmamışdır. Döyüşçü və at fiqurları qazıntıları  bəşəriyyəti Çin 
heykəltəraşlıq sənətinə yeni nəzərlə baxmağa sövq etmişdir. Bu ritual 
kompleksini yaratmış naməlum Çin ustaları heykəltəraşlıqda realizm 
ənənələrinin banisi olmuşlar. Bədii yapma sənəti öz başlanğıcını Tan 
dövründən deyil, Tsin dövründən götürür. Döyüşçü və at fiqurları Tsin 
Şixuan sərdabəsinn yalnız bir gözəl guşəsidir, burada nadir mis arabalar 
və Çin memarlığının qədim tarixini sübut edən bir çox digər 
mədəniyyət abidələri aşkar edilmişdir. 
  Potal sarayı. Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə 
uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin 
ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü 
Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı 
Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen 
üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən 
zirvəyə  qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə 
birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar 
nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-
ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin 
etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının 
genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə  gəlib 
çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və 
Poçjanmabo.  Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu 
oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını  və matəm paqoda-
həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və 
qulluqçular yaşayır. Poçjanmabonun qarşısında bayram günlərində 
Buddanın təsvirini nümayiş etdirmək üçün yer salınmışdır. Potal 
sarayının  əsas binası 13 mərtəbədən ibarətdir. Potal sarayı – Tibet 
buddizminin müqəddəs yeridir, hər il buranı çoxlu sayda zəvvarlar və 
turistlər ziyarət edir. Potala qalxma adətən dağın ətəyindəki ağardılmış 
daş plitədən başlayır. Dolambac daş yollarla dörd aloxanın təsviri olan 
şərq qapılarına çatmaq və 4 metrlik saray divarından  əzəmətli 
pavilyona düşmək mümkündür. Dağın ortası 1600 kv. m sahəsi olan 
nəhəng terras nəzərə açılır, burada dalay-lama möminlərə xitab edirdi. 
Buradan dəhlizlə Poçjanmaboda ən böyk pavilyon olan Tsotsinsyaya 
qalxırsan. Tarixi yazılara görə, 1653-cü ildən başlayaraq Tsin 
imperatoru  Şunçjinin qızıl etimadnamə  və möhürlə Beşinci dalay-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə