Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

 
75 
dəstələri düzülürdü. İmperator daxili iqamətgahdan çıxanda baraban 
çalınması və zəng vurulması başlanır, orkestr çalır, ətirli tüstü qalxırdı, 
adətən səndəl ağacı və şam ağacı budaqları yandırılırdı. İmperator taxta 
qalxır, mülki və hərbi əyanlar isə subardinasiya qaydasında dizləri üstə 
öz hökmdarlarına baş  əyirdilər. Qədim çinlilər Çin mədəniyyətinin 
məğzi olan “usin” nəzəriyyəsinə (beş predmet: metal, ağac, su, od və 
torpaq) hörmət bəsləyirdilər. Təsadüfi deyil ki, Ququn sarayının cənub 
hissəsində inzibati bina, şimalda isə iqamətgah yerləşir. “Usin” 
nəzəriyyəsinə görə cənub oda aiddir, od isə həyat, yəni “yan” (Günəş) 
doğurur, və ölkəni məhz buradan idarə etmək lazımdır. Şimal isə suya 
aiddir, su isə “in” (Ay) doğurduğundan  şimal hissədə yaşamaq yaxşı 
olardı. “Usin” nəzəriyyəsinin ardıcılları hesab edirlər ki, torpaq sarı 
predmetdir və dövlətçilik rəmzidir, məhz buna görə Ququnun bütün 
dam örtükləri sarı  rəngdədir. Ququnda dirəklər qırmızı  rəngdədir, axı 
od torpaq doğurur, ona görə də sarı və qırmızının təması ümumi rifah 
bildirir. Ququnun bütün tikililərində “usin” nəzəriyyəsinin qədim Çin 
memarlığında mühüm əhəmiyyət kəsb edən təsiri müşayət olunur. 
Ququn – çox diqqətlə oxunmalı maraqlı bir kitabdır. Gələn qonaqlar 
üçün bu asan iş deyil, onlar saatlarla qalereyaları  və saray zallarını 
dolaşır, onun memarlıq ahəngindən həzz alırlar. Ququn – orta əsrlər 
Çininin çox böyük incəsənət və sənətkarlıq əsərləri toplumudur. Mahir 
memarlar öz istedad və əməklərini sərf edib bütün bu nəhəng tikililəri 
planlaşdırmış və yaratmışlar. Divar qapıları və həyətlər çox gözəl ahəng 
təşkil edir. Ququnun pavilyonları möhtəşəmdir. Sarayın divar və 
damlarındakı bütün bəzək və dekorasiyalar öz zərifliyi və fikir 
dəqiqiliyi ilə valeh edir, Ququnun memarlıq ahəngləri – sanki üvertüra, 
variasiya və çox gözəl finalı özündə birləşdirən vahid simfonik əsərdir. 
Ququn öz dəyəri ilə unikaldır. Bu zəngin xəzinədə  Şan (e.ə. XVI-XI 
əsrlər) və Çjou (e.ə. XI əsr-771-ci ilr) sülalələri dövründən Tsin (1644-
1911-ci illə) dinastiyasınadək milyona yaxın mədəniyyət abidəsi 
qorunur. Ququnun kolleksiyasına  əlvan keramikanın  ən qədim 
nümunələri, nefrit məmulatları, gümüş  məmulatlar, imperator Tsin 
Şixuan dövrü əsgər və atlarının qəbirüstü heykəlləri, xəttatlıq, əlyazma 
əsərləri, bambuk, ağac, fil sümüyü üzərində oymalar, həmçinin çini 
qablar, naxış tikmə, dəftərxana ləvazimatları  və digər tətbiqi sənət 
məmulatları daxildir. Onlardan 10 minə  qədəri dövlət  əhəmiyyətlidir. 
Antiyapon müharibəsi zamanı təcavüzkarlar tərəfindən ələ keçməsinin 
qarşısını almaq üçün Ququn abidələrinin böyük qismi cənuba 


 
76 
köçürüldü. 600 min eksponat Tayvan adasına aparıldı, hazırda onlar 
hamısı Taybey muzeyində  sərgiyə qoyulub. Bu zərif kolleksiyalar 
qədim Çin incəsənətinə  dərin heyranlıq doğurur. Ququnun nəhəng 
memarlıq abidələri və nadir sərvətləri Çinin parlaq mədəniyyətinin 
simvoluna çevrilmişdir.  İllərdir ki, Ququn hər gün saysız-hesabsız 
qonaq qəbul edir. Keçmiş imperatorlar bəlkə də heç düşünmürdülər ki, 
onların sarayı belə cəlbedici gücə malik olacaq.  
Koquryo hökmdarlığı abidələri. Koquryo hökmdarlığı e.ə. 37-
ci ildə meydana gəlmiş və eramızın 668-ci ilinədək mövcud olmuşdur. 
Bir vaxtlar Koquryo çarlığı Dunbeyede – yəni  Şimal-Şərqi Çində  ən 
nüfuzlu qeyri-xan dövləti olmuşdur və  Şimal-Şərqi Asiyanın tarixi 
inkişafı prosesində mühüm rol oynamışdır. Koquryonun mərkəzi 
Lyaonin əyalətinin indiki Xuanjen-mancur muxtar mahalının ərazisində 
yerləşirdi, eramızın 3-cü ilində saray Qoneyçenə (indiki – Tszilin 
əyalətinin Tszian şəhəri), 427-ci ildə isə Çanana (indiki – Koreya Xalq 
Demokratik Respublikasının Pxenyan şəhəri) köçmüşdür. Beləliklə, 
Xuanjen və Tszian 465 il ərzində Koquryonun siyasi mərkəzi olmuşlar. 
Bu rayonlar Koquryo mədəni irsi abidələrinin cəmləşdiyi yerdir.  
XX  əsrin 90-cı illərində arxeoloqlar burada bir sıra Koquryo 
əyanlarının qəbirlərini və tikinti qalıqları  aşkar etmişlər. Qəbir 
konstruksiyalarının bərpasının həyata keçirilməsi nəticəsində bu gün 
Koquryoda qədim sivilizasiyanın konturları daha aydın üzə 
çıxmaqdadır.  
2002-ci ildən Tszian şəhərində Koquryo nekropolu və saray 
tiklilərinin mühafizəsi Proqramı həyata keçirilir. Proqram iki paytaxt – 
Qoneyçen və Vanduşanya dövrünə aid olan 43 abidəni əhatə edir, bu 12 
hökmdar məqbərəsi, 27 əyan qəbri və daha bir neçə obyektdir. Koquryo 
irsinin mühafizəsi – Tszilin əyalətinin Tszian şəhərində mühüm 
işlərdən biridir.  
 Ümumdünya  irsləri Siyahısına Unyuyşan dağ  şəhəri, 
Qonçeyçen şəhəri, Vandouşan şəhəri, 12 hökmdar məqbərəsi, 26 əyan 
qəbri, Xaotayvan daş plitəsi və sərkərdənin qəbrindən bəzi predmetlər 
daxildir. Bütün obyektlər Tszilin əyalətinin Tszian şəhərində  və 
Lyaonin əyalətinin Xuanjen-mancur mahalında yerləşir.  
  Yunqan mağara-məbəd kompleksi. Yunqan mağaralar 
kompleksi  Şansi  əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou 
dağlarının  ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında 
yerləşir. Yunqan mağaralarının yaradılması  fəaliyyətinin başlanğıcı 


 
77 
453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə 
buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və 
heykəllərin  əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən 
kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının 
yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində  işləmişdir. 
Tikintidə  iştirak etmək üçün hətta  Şitszıqo ölkəsindən (indiki Şri-
Lanka) budda monaxları da cəlb olunmuşdur.  
 Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə 
yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə 
dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də 
görmək mümkündür. Ümumiyyətlə götürdükdə, Yunqan mağaraları – 
bəşəriyyətin və Çin sivilizasiyasının mədəni irsinin həqiqi cövhəridir. 
Qaya sahəsində 1 km məsafədə böyük, orta və kiçik ölçülü mağaralar 
yerləşir, divar oyuqları bir-birinə  sıx bitişib arı  şanını xatırladır. Hər 
yerdə Buddaların, bodisatvların, insanların və heyvanların xəttatlıq 
yazıları ilə doldurulmuş heykəlləri durur. Hazırkı dövrə  qədər 53 
mağara, 1000-dən çox oyuq, 51 min daş abidə qalmışdır.  Ən böyük 
Budda heykəlinin hündürlüyü 17 m, ən kiçiyininki isə 2 sm-dir. Hər bir 
heykəl müxtəlif və canlı üz mimikasına malikdir. Yunqan mağaralar 
komleksi 3 hissəyə bölünür: şərqi, mərkəzi və qərbi. Buddist monastrı 
Yunqana girdikdə artıq minalı kirəmit damla örtülümş dördmərtəbəli 
taxta binanı görməmək mümkün deyil. Tikili öz-özlüyündə çox 
əzəmətli və möhtəşəmdir. Mağaralardan biri Dafo (“Nəhəng Budda”) 
adlanır, mağaranın mərkəzində Buddanın oturmuş halda 17 metrlik 
heykəli var. Bu Yunqan mağaralar kompleksində  ən böyük heykəldir. 
Nəhəng Buddanın  ətrafında qonaqları heyran edən kiçik ölçülü 
heykəllər düzülmüşdür. Mağaraların çox hissəsi kompleksin qərb 
tərəfindədir və  hər bir mağara özünəməxsus və  təkrarolunmazdır. 
Ümumi rəyə görə bu mağara komleksi unikal və heç nə ilə müqayisə 
olunmazdır. Burada Buddanın heykəli xüsusi qeyd olunmalıdır, o, beş 
ən qədim mağaranın çöl tərəfində yerləşir və onun yaradılmasına 
monax Tanyao özü rəhbərlik etmişdir.  Şakyamuninin (buddizmin 
banisi) heykəil oturan halda 13,7 m hündürlüyə çatır. Heykəlin iri və 
real sifət cizgiləri, zərif dodaqları, dik burnu, çiyinlərinə qədər uzanan 
qulaqları, canlı  və xeyirxah baxışları, girdə çiyinləri diqqəti cəlb edir. 
Heykəl dəbdəbə ilə  bəzədilmişdir. Bütövlükdə, heykəl çox 
möhtəşəmdir və buddizm tətbiqi sənətinin parlaq nümunəsidir. 
Kompleksin tikinitisi başa çatdıqdan sonrakı 1500 il ərzində  dəfələrlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə