Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

 
54 
Sun dövründə tez yetişən düyünün meydana çıxması  cənubda il 
ərzində iki yaxud üç toxum məhsulu becərməyə imkan verdi. Düyünün 
artan istehsalı ilk dəfə olaraq 100 milyonu keçmiş  əhalini saxlamağa 
kömək etirdi. Əhalinin böyük hissəsi savadlı idi. Bu dövrdə ədəbiyyat, 
fəlsəfə və tarix inkişaf edirdi. İncəsənət sahəsində Sun şirəli çini qablar 
və gözəl peyzaj rəsmləri ilə böyük nailiyyətlər əldə etmişdi.  
Yuan Monqol sülaləsi (1280-1367-ci illər).  Monqollar bütün 
Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə  qədər uzanan 
imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini 
fəth etdilər. 1215-ci ildə Çingizxan Pekini ələ keçirdi. 1227-ci ildə 
monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən 
qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı 
Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı 
Qaraqorum olur.  
Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin  əlində olan şimal 
vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi 
monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə 
çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək. Lakin bu 
ümidlər doğrulmadı. Monqollar 1235-ci ildə çjurçjenləri darmadağın 
edib Çinin cənubuna istilaçı yürüşlərə başladılar və bu da 1280-ci ildə 
müvəffəqiyyətlə nəticələndi.  
Bu dövrdə hakimiyyətdə olan Çingizxanın nəvəsi Xubilay xan 
monqolların paytaxtını Qaraqorumdan Daduya (indiki Pekin) köçürdü. 
O, özünü Çin imperatoru elan etdi və və bununla da “Əzəli” mənasını 
verən Yuan sülaləsinin  əsasını qoydu. Bu ad monqolların dünyəvi 
hakimiyyətinin uzun bir erasının başlanğıcını göstərmək məqsədilə 
seçilmişdir.  
Monqolların Çində hakimiyyəti yüz ildən az çəkdi. Monqolların 
ilkin planı Çin ərazisini böyük bir otlağa çevirmək idi. Lakin Xubilayın 
monqol olmayan müşavirləri onu ölkəni idarə etməkdə Çin 
metodlarından istifadənin səmərəlliliyinə inandırdılar. Monqollar 
inzibati idarəetmə aparatını öz əllərinə götürərək aşağı  vəzifələri 
əcnəbilərə etibar edir, Çin aristokratiyasını isə hakimiyyətə 
buraxmırdılar. Ölkənin yerli əhalisi üçün hər cür qadağalar 
qoyulmuşdu. Onlara gecələr çölə  çıxmaq və  hər hansı bir yığıncaq 
keçirmək qadağan idi. Kəndli və sənətkarlara ağır vergilər qoyulmuşdu. 
Çin tacirləri böyük rüsumlar verməyə  məcbur idilər. Hakimiyyətlərini 
möhkəmləndirdikdən sonra monqollar bəzi güzəştlərə yol verirlər. 


 
55 
1315-ci ildə dövlət qulluğuna qəbul üçün imtahan sistemi tətbiq 
olunmağa başladı, burada da Çinli olmayanlar üçün çoxlu güzəştlər 
nəzərdə tutulmuşdu.  Ənənəvi Çin elmləri arasında təbabətə üstünlük 
verilirdi ki, bundan da monqollar öz döyüşçülərinin sağlamlığını 
qorumaq üşün istifadə etmək istəyirdilər.  
Yuan dövründə avropalılar səyyah və tacirlərdən Çin haqqında 
məlumatlar almağa başladılar. Çin haqqında  ən maraq doğuran 
məlumatlar Venesiyalı tacir Marko Poloya aiddir. Çinə 1275-1292-ci 
illərdə  səyahətindən sonra Marko Polo evinə qayıdır və Çin 
adlandırdığı yüksək sivilizasiyalı ölkə haqqında kitab yazır.  
1294-cü ildə Xubilayın ölümündən sonra gələn zəif və səriştəsiz 
hökmdarlar sırası monqolların mənfur hakimiyyətini daha da dözülməz 
etmişdi. XV əsrin ortalarında Çində bir çox gizli cəmiyyətlər meydana 
gəlir. Onlardan ən fəalı ölkənin  şimalında yaranan və özünü budda 
Maytreyinin təcəssümü elan edən Xan Linerin rəhəbərlik etdiyi 
“Qırmızı sarıqlılar” təşkilatı idi.  
1356-cı ildə Xan Linberin davamçısı, Budda monaxı Çju 
Yuançanın başçılıq etdiyi kəndli ordusu Nankini tutur. On il ərzində 
Çju Yuançan Çinin mərkəzi vilayətlərini özünə tabe edir və Yantszı 
çayına gəlib çatır. 1368-ci ildə o, özünü yeni Min sülaləsinin 
(“Aydınlıq”) imperatoru elan edərək tay-tszu titulunu götürür və 
Yantszı çayının aşağı axarı Nankini özünün paytaxtı  təyin edir. Az 
sonra elə  həmin il o, Yuanın paytaxtı Pekini tutur. Çinin qalan 
ərazilərini monqollardan təmizləmək üçün ona daha 20 il lazım olur.  
Min (1368-1644-cü illər). Min sülaləsi 1368-1644-cü illərdə 
Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi 
Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu 
dövrdə yenidən inkişaf etməyə başlamışdı.  
İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 
15  əyalətə bölünmüşdü.  İmperator Tay-tszu, hökuməti Tan sülaləsi 
prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan 
edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini 
təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna 
görə  də o, ətarfına vicdanlı  məmurları  yığıb Böyük katiblik yaratmalı 
oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.  
Tay-tszunun  əmri ilə bütün ölkədə  qəza, mahal və vilayət 
məktəbləri yaradıldı. Bu məktəblərin daha qabiliyyətli  şagirdləri 
paytaxt məktəbinə - Qotszıtszyana üz tuturdular. Bu məktəbin 


 
56 
məzunları dövlət imtahanı verməyə buraxılırdılar. Bundan əlavə 
əyalətlərdə ilkin imtahan vermiş  şəxslər də imtahanlardan keçə 
bilərdilər.  
1385-ci ildə “məmur istehsalı” sistemində köklü dəyişikliklər 
edildi.  Əgər sınaqdan keçən  şəxs imtahanlarda birinci və ya ikinci 
dərəcəli tszinşi kateqoriyası alırdısa, onu Xanlin Akademiyasında 
xidmətə göndərirdilər ki, buradan da o, yüksək dövlət vəzifəsinə təyin 
oluna bilərdi.  İmperator Çju Yuançjanın bu və digər islahatları ona 
gətirib çıxardı ki, onun hakimiyyəti dövründə dövlət imtahanlrı düz XX 
əsrin sonuna qədər demək olar ki, dəyişiklikliyə  uğramadan fəaliyyət 
göstərən sistem şəklini aldı.  
Nankindəki ilk paytaxt Çinin iqtisadi cəhətdən uzaq rayonunda 
idi. Buna görə də vətəndaş müharibəsindən sonra taxt-tacı ələ keçirmiş 
imperator Çen-tszu (Yun Le) 1421-ci ildə paytaxtı Nankindən Pekinə 
köçürdü. Onun rəhbərliyi altında Qapalı  şəhər kimi də  məşhur olan 
imperiya sarayı tikilmişdi.  
Min dövrünün ikinci yarısında avropalılarla  əlaqələr qurulmağa 
başladı. Monqolların hakimiyyəti zamanı çinlilərin alçaldılması ilə 
bağlı xatirələrə üstün gəlmək üçün Min imperatorları  əcnəbi olan hər 
şeyə yuxarıdan baxırdılar. XVI-XVII əsrlərdə avropalı tacirlər Çinə 
səfər etdikdə Min hökmdarları onlarla tabeliyində olan şəxslər kimi 
davranırdılar. Bundan başqa, çinlilər belə hesab edirdilər ki
avropalıların ticarət fəaliyyəti qaçaqmalçılıq və  dəniz quldurluğu ilə 
bağlıdır. Çinlə ilk əlaqələri portuqallar qurmuşdular. 1517-ci ildən 
başlayaraq portuqal tacirlər bir sıra sahilboyu şəhərlərdə öz 
məskənlərini salmağa başladılar. Lakin Çin hakimiyyəti 50 ildən sonra 
bu məskənlərdən Quançjou yaxınlığında olan yalnız bir portuqal 
koloniyası Makaonu saxlamışdılar. 1624-cü ildə hollandlar Tayvanı 
tutur. 1582-ci ildə italiyalı yezuit-missioner Matteo Riççi (1552-1610-
cu illər) Makaoya gəlir. Sonralar o, çinlilər tərəfindən qəbul edilir və 
Pekində daimi yaşamağa icazə verilmiş ilk əcnəbi olur.  
1628-ci ildə şimal-qərbdə mülkədar ailəsindən olan Li Tszıçenin 
başçılığı altında qiyam qalxır. 1642-ci ildə Li Tszıçen Çinin şimalının 
hakimi olur, 1644-cü ildə isə o, Pekini tutur. Sonuncu Min imperatoru 
özünü asır. Qiyamı yatırmaq məqsədilə Min generalı U Sanquy kömək 
üçün Mancurlara müraciət edir, onlar XVII əsrin birinci yüzilliyində 
Tsin (“Saf”) dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq 
edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə