Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

 
51 
Tan dövründə  məktəblər yaxşı  təşkil olunmuşdu. Yerli və dövlət 
tabeliyində olan məktəblər mövcud idi. Hər bir əyalət, mahal və kənddə 
ictimai məktəblər fəaliyyət göstərirdi. Hüquq, riyaziyyat, tibb 
məktəbləri var idi. Yüzlərlə  tələbəyə mühazirə oxuyan məşhur 
müəllimlər tərəfindən şəxsi və yarımşəxsi məktəblər formalaşdırılırdı.  
İmperatorun müşavir qismində yanına çağıra biləcəyi imtiyazlı 
alimlər üçün sonralar “Xanlin Akademiyası” kimi məşhur olan 
Akademiya yaradılmışdı. Buraya üzvlük ən yüksək şərəf sayılırdı, buna 
da yalnız tszinşi dərəcəsinə malik olanlar layiq görülə bilərdi. Təsdiq 
olunmuş “akademik” olmaq üçün Xanlin alimi Çinin ən böyük 
mütəfəkkirlərindən biri kimi ad qazanmalı idi. Bu alimlər imtahanların 
gedişinə  nəzarət edirdilər.  İmtahanlar üç dərəcədən birini: syutsay 
(“yetişdirilmiş istedad”), mintszin (“klassikləri başa düşən”) və tszinşi 
(“irəli getmiş alim”) dərəcələrini almaq məqsədilə ildə bir dəfə 
keçirilirdi.  
Tan dövründə imperiya öz sərhədlərini  əhəmiyyətli dərəcədə 
genişləndirdi. Çin qoşunları 630 və 657-ci illərdə  Şərqi və  Qərbi türk 
xaqanlıqları üzərində  qələbə qazandılar. Çin Sintszyanı  və müasir 
Monqolustaının  ərazisini özünə birləşdirdi. Tibet və  Mərkəzi Asiya, 
Mancuriya, Koreya və Anyam Çinə tabe oldular.  
Erkən imperiyanın sonuncu mərhələsi 907-960-cı illərə  təsadüf 
edir və “Beş sülalə” adlandırılır. 907-ci ildə kəndli üsyanı zamanı Tan 
sülaləsi devrildi. Qiyamçıların başçısı paytaxt Kayfın olmaqla (Xenan 
vilayəti) Sonrakı Lyan adlandırılan yeni sülalənin əsasını qoydu, lakin 
bütün Çini öz hakimiyyətində birləşdirməyə qabil olmadı. Sonrakı 
Lyanın varlığına 923-cü ildə son qoyuldu. Birliyin olmadığı dövr 
təqribən daha yarım  əsr davam edir. Sonrakı Lyanın ardınca Çinin 
şimalında imperiyanı idarə etmək uğrunda daha dörd sülalə mübarizə 
aparırdı – Sonrakı Tan (923-936-cı illər), Sonrakı Tszin (936-946-cı 
illər),  Sonrakı Xan (947-950-ci illər) və  Sonrakı Çjou (951-960-cı 
illər).  
 
SONRAKI İMPERİYA DÖVRÜ 
 
Şimali Sun (960-1126-cı illər). Sonralar Tay-tszu kimi tanınan 
general Çjao Kuan İn 960-cı ildə Çini yenidən birləşdirən və Sun 
sülaləsinin əsasını qoyan imperator oldu. Sun sülaləsinin 300 ildən artıq 
hakimiyyəti iki dövrə bölünür – Şimali və Cənubi Sun, iknici dövründə 


 
52 
sülalə, Xuayxe çayının  şimalında barbarlar tərəfindən zəbt olunan 
ərazilərini itirdi.  
Sun sülaləsi özü ilə Çin imperiyasının sonrakı mövcudluğu 
ərzində təsirini saxlayan iki mühüm dəyişiklik gətirdi. Hər şeydən öncə, 
Sun hökmdarları dövlət qulluğuna qəbul üçün ekspertiza sistemini 
bərpa etdilər. Bununla onlar sosial və siyasi hakimiyyətin zadəgan 
ailələrindən öz qabiliyyətlərinə görə seçilmiş vəzifəli şəxslərə keçidini 
başa çatdırdılar. Dövlət imtahanları qapalı xarakterini itirdilər. Sun 
sülaləsi hakimiyyəti zamanında arzu edən imtahanlara buraxılırdı. Əyan 
ailəsindən çıxmayanlar belə  məmur olurdular. Lakin əsasən varlı 
ailədən çıxan uşaqlar imtahan edilirdilər, çünki konfutsiçi təlimi 
qavramaq üçün çox illik zəhmət, çoxlu pul vəsaiti tələb olunurdu.  
Ikinci mühüm dəyişiklik neokonfutsiçiliyin inkişafı idi, bu da 
ənənəvi konfutsiçiliyin əxlaqi standartlarını buddizm və daosizm 
elementləri ilə birləşdirirdi. Sun filosofları uzun əsrlərdən bəri bərqərar 
olmuş dünyagörüş formalarını  dəyişdirdilər, onların həyatını yeni və 
daha universal məna ilə doldura bildilər. Neokonfutsiçiliyin əsasını 
qoyanlardan biri Çjou Dunyidir (1017-1073-cü illər). Onun tələbələri 
Çen Xao (1032-1085-ci illər) və Çen İ (1033-1107-ci illər) qardaşları 
olmuşlar. Sun fəlsəfəsinin inkişafında Çjan Tszay (1020-1078-ci illər) 
və Şao Yun (1011-1077-ci illər) böyük töhfə vermişdilər. Sun dövrünün 
ən nüfuzlu mütəfəkkiri ensiklopediyaçı alim və dövlət xadimi Çju Si 
(1130-1200-cü illər) hesab olunur. Sun sülaləsi neokonfutsiçiliyi rəsmi 
dövlət ideologiyası kimi müəyyənləşdirmiş, onu bütün sonrakı Çin 
sülalələri davam etdirmişdi.  
Sun sülaləsi dövründə Çinin imtiyazlı  əhalisinin savadlılıq 
dərəcəsi kəskin artmışdı, bu da çap kitablarının geniş yayılması ilə 
bağlı idi (qurma şriftlər ixtira olunmuşdu). Bu dövrdə təhsil sisteminin 
genişlənməsi baş verdi. Mahal və qəza məktəblərinin sayı artdı. 1044-
cü ildə  rəsmi  əyalət məktəblərinin təsdiq edilməsi haqqında dekret 
çıxdı,  əyalət paytaxtlarında riyaziyyat, astronomiya, təbabət, hərb işi, 
hüquqşünaslıq, təsviri sənət və  bəlağətin tədris olunduğu təhsil 
mərkəzləri meydana gəldi.  
Dövlət məktəblərindən başqa çoxsaylı xüsusi məktəblər də 
yaranırdı. Onların sayı 120-dən çox idi. Orada rəsmi tədris planından 
asılı olmayan təhsil praktikası  həyata keçirilirdi. Şuyuan yarımşəxsi 
tədris müəssisələri də inkişaf etməyə başladı. Bu müəssisələr dövlət 
yardımından və  şəxsi ianələrdən istifadə edir və  əsasən daosizm və 


 
53 
buddizm ideyalarının təsiri altında olan dövrün ən görkəmli alimləri 
tətərfindən idarə olunurdu.  
Şimali Sun dövründə Çinin şimal-şərqini kidanlar idarə edirdilər
onlar Mancuriyadan Tan-Şana qədər uzanan qüdrətli dövlət təşkil 
etmişdilər, şimal-qərbdə isə Si Sya (Qərbi Sya) Tanqut hökmdarlığı var 
idi. Bu dövlətləri özünə tabe etmək gücü olmadığından Sun 
imperatorları 1004-cü ildə kidanlarla və 1044-cü ildə Si Sya ilə sülh 
bağlamağa məcbur oldular.  
Barbarlara verilən böyük xəraclar imperator xəzinəsini tükədirdi, 
bunu da kəndlilərdən yığılan vergilərlə doldurmaq olmurdu. Sarayda 
müharibə və sülh tərəfdarları arasında mübahisələr düşürdü. İmperator 
Şen-Tszun 1069-cu ildə Van Anşini hökumətin başçısı təyin etdi. Van 
Anşi “Çjou li” (Çjou Ayinləri) klassik yazısına əsaslanan bir çox geniş 
islahatlar təklif etmişdi. O, vergi yığımı sistemini təkmilləşdirməyə, 
bazar qiymətlərinin kontrolunu aparmağa, muzdlu ordunu rekrutlarla 
əvəz etməyə çalışırdı. Lakin onun təklifləri həyata keçmədi.  İslahat 
əleyhdarlarının təzyiqləri altında Van Anşi 1077-ci ildə istefaya 
getməyə  məcbur oldu. Hakimiyyət böhranı  Şimali Sunun 1127-ci ildə 
süqutuna qədər davam etdi.  
Kidanlara verilən  ərazilərin qaytarılması  məqsədilə Sun 
hökmdarları Mancuriyada yaşayan çjurçjenlərlə ittifaqa girdi. 1125-ci 
ildə kidanlar şimali Çindən qovuldular, lakin bir müddət sonra 
çjurçjenlər özləri Suna hücum etdilər və 1127-ci ildə paytaxt Kayfını 
tutdular. İmperator əsir götürüldü. Çjurçjenlər ölkənin şimalında 1115-
ci ildən 1234-cü ilədək mövcud olan Tszin sülaləsini qurdular.  
Cənubi Sun (1127-1279-cu illər). Çjurçjenlərin təzyiqi altında 
Sun hökuməti başda imperatorun oğullarından biri olmaqla Yantszının 
deltasında yerləşən Xançjou şəhərinə qaçmağa məcbur oldu və sülalə 
Cənubi Sun kimi tanındı.  
Cənubi Sun mədəni, iqtisadi və texnoloji baxımdan Çinin ən 
parlaq dövrlərindən biri oldu. Ənənvi quru ticarət yollarından  əli 
kəsilmiş tacirlər okean marşrutlarından istifadə etməyə başladılar. 
Okean və sahilboyu ticarəti Kantona, Xançjou və Tsyuançjou kimi iri 
limanlarda cəmlənmişdi, onlar qabaqcıl xarici ticarət təşkilatlarına 
malik idilər. Ticarət bumu ilə birlikdə intensiv urbanizasiya prosesi baş 
verirdi. Sunun cənub paytaxtı Xançjou 2 milyondan artıq əhaliyə malik 
idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə