Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

 
48 
nəticəsində Çində buddist mətnlərin tərcüməsi həyata keçirilməyə 
başlanır.  
Şərqi Xanın sonrakı dövrlərində saray xadimlərinin güclənməsi 
ucbatından imperiyanın siyasi həyatı çox əziyyət çəkirdi. Nüfuzlu 
regional vəzifəli  şəxslər mərkəzi hakimiyyəti saymamağa başladılar. 
Əyanlar və sərkərdələr arasında mübarizə başladı.  
Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb oldu. Yəni 60 
illik tsiklin başlanğıcı olaraq 184-cü ildə “sarı sarıqlılar” üsyanı baş 
qaldırdı, onun nümayəndələri fərqlənmək üçün başlarında sarı sarıq 
gəzdirirdilər. Üsyana dao müəllimi Çjan Tszyue başçlıq edirdi, o, 
“böyük səadət yoluna” (taypin dao) əsaslanmalı olan yeni qanun-qayda 
yaratmağa çağırırdı.  Qiyamçılar iki mindən çox əyanın qırğınını 
törədən və bir-birinin ardınca diktatora çevrilən generalların tərəfinə 
keçdilər. 207-ci ildə ölkənin  şimalında diktator sərkərdə Tsao Tsao 
hakimiyyətə gəldi. Tsao Tsaonun ölümündən sonra onun oğlu Tsao Pey 
gücsüz Xan imperatorunu hakimiyyətdən uzaqlaşdırıb Vey 
hökmdarlığını yarada bildi. Bu Xan sülaləsinə son qoydu.  
Xan sülaləsinin süqutundan sonra Çin imperiyası üç əsr yarım 
ərzində parçalanmış halda qaldı. “Üçhökmranlıq” (Sanqo) adlanan ilk 
yarım  əsr üç hökmdarlıq, Çinin şimalında yerləşən – Tsao ailəsinin 
idarə etdiyi Vey hökmdarlığı (220-264-cü illər); Lyu Beyin əsasını 
qoyduğu cənub-qərbdə yerləşən Şu hökmdarlığı (221-263-cü illər); Sun 
Tsyuan tərəfindən yaradılan, cənub-şərqdə yerləşən U hökmdarlığı 
(220-280-cı illər), aralarında gedən arasıkəsilməz müharibələrlə yadda 
qalmışdır.  
263-cü ildə Vey hökmdarlığı  Şu hökmdarlığını  fəth etdi. 265-ci 
ildə Veydə hakimiyyəti Vey qoşunlarının baş komandanı Sıma Yan ələ 
keçirdi. Elə həmin il o, Qərbi Tszin sülaləsinin əsasını qoydu və 280-ci 
ildə U hökmdarlığını  zəbt edib qısa müddət  ərzində imperiyanı 
birləşdirdi.  
İmperiyanın vəziyyətini sabitləşdirmək üçün Sıma Yan bir sıra 
mühüm iqtisadi islahatlar həyata keçirdi. O, torpağın dövlət 
mülkiyyətin olmasını möhkəmləndirdi və pay torpaqlardan istifadə 
sistemini tətbiq etdi.  
“Altı sülalə” dövrü 265-ci ildən başlayaraq 589-cu ildə bitən 
uzun zaman kəsiyini  əhatə edir. Bu müddət altı hakimiyyət dövrünə 
bölünür: Qərbi Tszin (265-316-cı illər), Şərqi Tsin(317-420-ci illər), Ön 


 
49 
Sun (420-479-cu illər), Cənubi Tsi (479-502-ci illər), Cənubi Lyan 
(502-559-cu illər) və Cənubi Çen (557-589-cu illər). 
Qısamüddətli  Suy sülaləsi (589-618-ci illər) Çini yenidən 
birləşdirdi. O, 581-ci ildə  Şimali Veydə hakimiyyəti  ələ alıb özünü 
imperator elan edən sərkərdə Yan Tszyan tərəfindən yaradılmışdır. 
589-cu ildə o, Çinin cənubunu fəth edib Ven-di titulunu qəbul edir.  
İlk Suy imperatoru bir sıra iqtisadi islahatlar həyata keçirir. O, 
vergiləri azaltmış, əhalinin siyahıyaalınmasını həyata keçirmiş, ümumi 
pul vahidi tətbiq etmişdi. Kəndlilər vergiləri ödəmədiyi halda geri 
qaytarılacaq dotasiya torpaqları aldılar. Bərpa edilmiş imperiyaya daha 
çox sayda savadlı  məmur tələb olunurdu. Buna görə  də dövlət təhsil 
sistemi və vəzifəyə qəbulda imtahan sınaqları praktikası bərpa olundu.  
605-ci ildə ilk Suy imperatorunun oğlu Yan Quan (Yan-di) atasını 
öldürüb hakimiyyətə gəldi. Onun hakimiyyəti zamanı Yantszı vadisini 
şimali Çinlə bağlayan Böyük kanalın tikinti işlərinə başlanıldı. Kanalla 
şimalın siyasi və hərbi tələbatlarını ödəmək üçün cənubdan zəruri olan 
buğda və digər məhsullar nəql olunurdu. Böyük Çin səddinin bərpası və 
keçmiş paytaxt şəhərləri Loyanda və Çananda yenidən tikinti işləri 
aparıldı.  
Yan-di fəal xarici siyasət yürüdürdü. O, Yaponiya ilə dostluq 
münasibətləri yaratdı  və Koreya ilə beş il döyüşdü. Yan-di tərəfindən 
həyata keçirilən nəhəng tikinti layihələri və  hərbi kompaniyalar Suy 
sülaləsinin süqutuna gətirib çıxardı. Koreyaya bir neçə  uğursuz hərbi 
ekspedisiyadan sonra Suy ordusu məğlub edildi. Çinin şimal-şərqində 
kəndli üsyanı alovlandı. Yan-di 616-cı ildə  hərbi çevriliş  nəticəsində 
öldürüldü, bundan sonra bir ildən çox ölkədə  sərkərdələrin daxili 
çəkişmələri davam etdi. Bu çevrilişin liderlərindən biri olan Li Şimin 
618-ci ildə taxta atası Li Yuanı  gətirdi. Li Yuan Çini təqribən 300 il 
idarə edən  Tan sülaləsinin (618-907-ci illər)  əsasının qoyulduğunu 
bəyan etdi. Tan dövrü böyük mədəni nailiyyətlərin də çiçəkləndiyi 
dövrdür. Tan hökmdarlarının tədbirli hakimiyyəti tezliklə  kənd 
təsərrüfatının artımına, ticarətin inkişafına və  şəhərlərin artmasına 
gətirib çıxardı. Fəaliyyətinə müfəttişlər palatası  tərəfindən nəzarət 
edilən güclü iyerarxik məmur aparatı formalaşdı. Ölkə öz növbəsində 
mahal və qəzalara ayrılmış 10 böyük vilayətə bölündü. Hər üç ildən bir 
əhalinin siyahıyaalınması aparıldı.  
Tanın Çananidəki paytaxtı bir milyondan artıq  əhali ilə o dövr 
üçün dünyanın  ən böyük şəhəri idi. Bir çox Çin paytaxtı kimi Tanın 


 
50 
paytaxtı da saraya, imperiya şəhərinə və daxili şəhərə malik idi, bunları 
da bir-birindən əzəmətli divarlar ayırırdı.  
Tandakı  əmin-amanlıq bütün Asiya və Aralıq dənizindən 
diplomatları, tacirləri, şair və alimləri buraya cəlb edirdi. Li Bo və Du 
Fu da daxil olmaqla bir sıra böyük Çin şairləri Tan dövründə yaşayıb 
yaratmışdılar. Bu əlyazma və  tətbiqi incəsənətin də çiçəklənmə dövrü 
idi.  
VII əsrdə Çində oyma lövhələrdə çap etməyə başlanılmışdı. VIII 
əsrdə Çananidə artıq dünyada ilk qəzet nəşr olunmuşdur. Elə bu dövrdə 
böyük dövlət kitabxanaları yaradılmışdı. Müxtəlif kitabların nəşri 
nəzərə çarpacaq dərəcədə artmışdı.  
653-cü ildə “Tan sülaləsi qanunlar külliyatı” tərtib edilmişdi. 737-
ci ildə nəşr edilən –öz son formasında Tan kodeksi ənənəvi Çinin əksər 
hüquqi problemlərini  əhatə edir və  təkcə Çində deyil, eləcə  də 
Yaponiya, Koreya və Vyetnamda qanunun inkişafı üçün əsas olan 
başlıca elmi əsərə çevrilmişdi.  
Çində konfutsiançiliyin dövlət dini olmasına baxmayaraq Tan 
dövründə xristianlıq, islam və buddizm də inkişaf edirdi. Bu dövrdə Çin 
mədəniyyətinə uyğunlaşdırılmış buddizmin siyasi nüfuzunun 
çiçəklənməsi baş verir. Buddizmin incəsənətdə, xüsusən 
heykəltəraşlıqda təsiri güclənir. Buddist monastrları mülkədarlara 
çevrilirdilər və  zəngin kənd təsərrüfatı icmalarına malik idilər. 
Buddizmin təsiri altında dao monastrları yaranır.  
VII  əsrdə buddist müəllim Syuan-tszan (600-664-cü illər) 
Hindistana səyahət edir və çox saylı müqəddəs buddist yazıları ilə 
qayıdır. Onun rəhbərliyi altında Çin dilinə 75 buddist əsəri tərcümə 
olunmuşdur. VII- VIII əsrlər kəsiyində Çin-buddist təlimi olan Çanın, 
bu məktəbin altıncı patriarxı Xueynen (638-713-cü illər) tərəfindən əsas 
müddəalarının tərtibatı baş verir.  
IX  əsrin  əvvəlində konfutsiçiliyin dirçəlişi başlanır. Bu dövrdə 
mütəfəkkir Xan Yuy (768-824-cü illər) və  tələbəsi Li Ao (772-841-ci 
illər) konfutsiçi təlimin modifikasiyasını  həyata keçirirlər, onun bəzi 
müddəalarını daosizm və buddizmlə müqayisədə yenidən 
mənalandırırlar.  
Tan dövründə dövlət imtahanları sistemi köklü dəyişmişdir. 
Mühüm yeniliklərdən biri ondan ibarət idi ki, indi imtahana namizədlər 
təkcə zadəganların uşaqlarının oxuduğu paytaxt Taysyuenin məzunları 
yox, həm də ölkənin digər məktəblərindən olan məzunlar ola bilərdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə