Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

 
24 
Respublikası hökumətinin Aomen problemi üzrə birgə  bəyanatı”nın 
rəsmi imzalanması keçirilmişdir. “Birgə bəyanatda” deyilir: 20 dekabr 
1999-cu ildə ÇXR höküməti Aomen üzərində suverenliyinin bərpasını 
həyata keçirir, bu vaxta qədər Aomen Xüsusi İnzibatı Rayonu təsis 
edilir.  
Çin xalqınını arzusu yerinə yetdi. Bu gün Aomen böyük Çin 
islahatçısı Den Syaopinin əsasını qoyduğu “bir dövlət – iki quruluş” 
prinsipi üzərində ÇXR daxilində yaşayır və çiçəklənir.  
Tayvan.  Tayvan adası Çinin materik hissəsinin cənub-şərq 
sahillərində yerləşir. Onun şərq sahillərini sakit okeanın suları yuyur. 
Qərbdən adanı Futszyan əyalətindən Tayvan körfəzi ayırır. Tayvan 
əyaləti Tayvan adasından, ona yaxın olan Penxu adası və digər 80 kiçik 
adadan ibarətdir. Ümumi sahəsi – 36 min km
2
, əhalisi 20 mln. nəfərdən 
çoxdur, inzibati mərkəzi – Taybey şəhərinin  əhalisi 2,7 mln. nəfərdən 
yuxarıdır.  İnzibati bölgü – 2 şəhər – Taybey və Qaosyun mərkəz 
tabeliyində, 5 şəhər və 16 qəza  əyalət tabeliyindədir. Rəsmi dili –çin 
dili, pul vahidi – tayvan dollarıdır. 
Qədim zamanlarda Tayvanı  həm  İçjou, həm də Lyitsyu 
adlandırırdılar. Çoxsaylı tarixi yazılar və sənədlər Tayvanın ilkin olaraq 
Çin xalqı  tərəfindən məskunlaşdığının təsvirini verir. Çinin müxtəlif 
dövr və sülalərinin mərkəzi hakimiyyətləri Tayvanda inzibati 
orqanlarını  təsis etmiş  və orada öz yurisdiksiyalarını  həyata 
keçirmişdilər. Tayvanın bütün ictimai inkişaf prosesi Çin mədəniyyəti 
ənənələrindən çıxır. Bu başlıca fakt hətta Tayvanın təxminən yarım 
əsrlik yapon işğalı  ərzində  də  dəyişməmişdir. 1945-ci ildə yapon 
istilaçılarına qarşı müharibədə Çin xalqının qələbəsindən sonra Çinin 
Mərkəzi hökuməti Tayvan əyalətində inzibati hakimiyyəti bərpa 
etmişdir. 1949-cu ildə ÇXR-in elan edilməsindən bir qədər  əvvəl 
Homindan hökuməti materikdən Tayvana qaçmışdır. 1950-ci ildə 
Koreya müharibəsinin başlanması ilə bir vaxtda ABŞ Tayvana və 
Tayvan körfəzinə  öz 7-ci donanmasını göndərir, 1954-cü ildə isə ABŞ 
hökuməti Tayvan hakimiyyəti ilə “Birgə müdafiə müqaviləsi” 
imzalayır. Tayvanın Çinin materik hissəsindən ayrılması bu cür baş 
verir.  
Çin hökuməti uzun müddət Tayvan məsələsinin həlli və  Vətənin 
birləşdirilməsi uğrunda yorulmadan səy göstərmişdir. 1972-ci ilin 
fevralında ABŞ prezidenti Nikson ÇXR-ə  səfər edir və Çin-Amerika 
“Şanxay kommyunikesi” elan edilir. ÇXR və ABŞ arasında 1 yanvar 


 
25 
1979-cu ildə rəsmi olaraq diplomatik münasibətlər qurulur, ABŞ ÇXR 
hökümətini Çinin yeganə qanuni hakimiyyəti, Tayvanı isə Çinin 
ayrılmaz hissəsi kimi qəbul edir, bunula da Tayvan hakimiyyəti ilə 
“diplomatik  əlaqələri” dayandırır. ABŞ hökuməti həmçinin “Birgə 
müdafiə müqaviləsi”nin fəaliyyətinin ləğv edildiyini və öz qoşunlarını 
Tayvandan çıxarmağı  bəyan edir. Bu tarixi zəmində Çin höküməti 
ümummilli maraqlardan və ölkənin perspektiv inkişafından çıxış 
edərək, tarixə hörmət, gerçəkliklərin nəzərə alınması, işgüzar yanaşma 
və  hər bir tərəfin maraqlarının hesaba alınması prinsiplərini rəhbər 
tutaraq “dinc birləşmə və bir dövlət – iki quruluş”  kursunu irəli sürür. 
Onun əsas cəhətləri aşağıdakılardan ibarətdir: 
1.
 
Vahid Çin. Dünyada yalnız bir Çin mövcuddur. Tayvan Çinin 
ayrılmaz hissəsidir. Mərkəzi hökumət Pekində yerləşir.  
2.
 
İki quruluşun birlikdə mövcudluğu.  İlkin  şərt kimi vahid Çin 
çərçivəsində qitə hissəsində sosializm və Tayvanda kapitalizm eyni 
vaxtda mövcud olacaq və uzun müddət  ərzində birlikdə inkişaf 
edəcəkdir.  
3.
 
Özünüidarəetmənin yüksək dərəcəsi. Ölkənin birləşməsi həyata 
keçirildikdən sonra Tayvan xüsusi inzibati rayon olacaq və yüksək 
özünüidarəetmə dərəcəsi hüququndan istifadə edəcək.  
4.
 
“Dinc birləşmə, bir dövlət – iki quruluş”, lakin Çin hökuməti öz 
boynuna güc tətbiq etməkdən imtina öhdəçiliyi götürmür.  
Tibet. 2005-ci ildə Tibetdə demokratik islahatların keçirilməsinə 
başlanmasının və feodal-təhkimçilik quruluşunun dağıdılmasının 46 ili 
tamam oldu, bu müddət  ərzində sosial inkişaf və insan hüquqlarının 
müdafiəsi sahəsində böyük dəyişikliklər baş vermişdir.  
1959-cu ilə qədər Tibetdə feodal-təhkimçilik quruluşu hakim idi, 
siyasi yanaşmada teokratiya – Bütün Tibet əhalisinin 5%-dən azını 
təşkil edən dini rəhbərliyin və feodalların diktaturası hökm sürürdü. 
Uzun  əsrlər  ərzində “13 maddə  Məcəlləsi” və “16 maddə  Məcəlləsi” 
fəaliyyət göstərmişdi ki, bunlara əsasən Tibetin bütün əhalisi 3 
kateqoriya və 9 dərəcəyə bölünürdü, həm də onların hər birinin 
hüquqları dəqiq müəyyən edilirdi.  
17 iyul 1959-cu ildə Tibet muxtar Rayonunun təşkili üzrə hazırlıq 
komitəsi Tibetdə demokratik islahatların keçirilməsi haqqında qərar 
qəbul etdi, bu zamandan etibarən Tibetin bütün ərazisində demokratik 
dəyişikliklərin həyata keçirilməsi uğrunda kütləvi hərəkatlar başladı.  


 
26 
21 sentyabr 1959-cu ildə adı  çəkilən komitə torpaq üzərində 
feodal-təhkimçilik mülkiyyətinin ləğv edilməsi və yeni mülkiyyət 
formasının tətbiqi haqqında qərar qəbul etdi. Bununla yanaşı Tibetdə 
ruhani rəhbərliyin və feodal əyanlarının siyasi diktaturası ləğv edildi və 
milli rayon muxtariyyəti sisteminin həyata keçirilməsinə başlanıldı.  
1965-ci ilin sentyabrında Tibet xalq nümayəndələri Məclisinin 
birinci çağırışının ilk iclası başladı, o, Tibet Muxtar Rayonunu 
yaranmasını  rəsmi olaraq elan etdi. Sessiyada iştirak edən 301 
nümayəndə arasında tibetlilərin və digər milli azlıqların nümayəndələri 
80%-dən çox idi.  
Tibet Muxtar Rayonu (TMR) sakinləri bütün Çin vətəndaşlarının 
istifadə etdikləri ÇXR Konstitusiyasında nəzərdə tutulan vətəndaş  və 
siyasi hüquqlarla yanaşı, milli rayon muxtariyyəti çərçivəsində  də bir 
sıra digər hüquqlara malikdirlər. 
TMR yerli siyasi, iqtisadi və  mədəni xüsusiyyətlərdən çıxış 
edərək muxtariyyət haqqında qanunvericilik müddəaları  işləmək 
hüququna malikdir.  
Hal-hazırda Tibetdə elektroenergetika, mədənçıxarma, sement, 
dəri, toxuculuq və digər sahələr üzrə 300-dən çox müasir sənaye 
müəssisələri fəaliyyət göstərir. Eyni zamanda avtomobil yolları 
şəbəkəsi formalaşdırılmış, Lxasunu ölkənin digər rayonları və eləcə də 
xarici  şəhərlərlə birləşdirən aeroport fəaliyyət göstərir. Sanitar-tibbi 
şəraitin yaxşılaşdırılması tibetlilərin həyat və sağlamlıq hüququnu 
effektiv təmin edir. Tibetdə  əhalinin sayı 1,5 mln. nəfərə  qədər 
artmışdır. 2004-cü ildə  təxminən 4400 təhsil müəssisəsi qeydə 
alınmışdır. 
Tibetdə son 40 ildə baş verən tarixi əhəmiyyətli nəhəng 
dəyişikliklər, demokratik islahatlar sübut edir ki, sosial inkişafın və 
tərəqqinin, insan hüquqları ilə  vəziyyətin  əhəmiyyətli dərəcədə 
yaxşılaşmasının əsas səbəbləri feodal-təhkimçilik quruluşunun ləğvi və 
milli rayon muxtariyyəti sisteminin tətbiqidir.  
Bütün bunlara baxmayaraq, Çinin mərkəzi hakimiyyətinin Dalay-
lamaya münasibəti siyasətində problemlərin mövcud olduğunu qeyd 
etmək lazımdır. Çin hakimiyyəti Dalay-lamanı “Tibetin müstəqilliyinə” 
can atmaqdan çəkinməyə, Çinin parçalanmasına yönəlmiş  fəaliyyətini 
dayandırmağa, Tibetin Çinin ayrılmaz hissəsi olduğunu açıq elan 
etməyə, ÇXR hökümətinin Çinin maraqlarını  təmsil edən yeganə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə