Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   2   3   4   5   6   7   8   9   ...   52

 
15 
(Honqkonq) və Aomında (Makao) Homindan xadimləri ilə  əlaqələrin 
gücləndirilməsidir.  
-
 
Çin Demokratik Liqası (ÇDL) 1941-ci ildə yaradılmışdır. O, 
ölkənin  ən böyük demokratik partiyasıdır. Üzvlərinin  əksəriyyətini 
yaradıcı intellegensiyanın üzvləri təşkil edir, ÇDL-in əsas 
məqsədlərindən biri isə Çində sosial, maddi və  mənəvi mədəniyyətin 
təşəkkül tapmasıdır. 
-
 
Çində demokratik milli quruluş Assosiasiyası(1945-ci il). Buraya 
sənaye və ticarət nümayəndələri daxildir. Assosiasiya öz işində xalq 
təsərrüfatının iqtisadi təkmilləşdirilməsi məsələləri üzrə  məşvərətlərin 
təşkilinə, bu sahədə mütəxəssislərin hazırlanmasına xüsusi əhəmiyyət 
verir. 
-
 
Çin demokratiyanın inkişafına yardım Assosiasiyası (1945). Onun 
üzvləri – mədəniyyət və maarif xadimləri, nəşriyyat işçiləridir. 
Assosiasiya öz qarşısına ölkənin sərhədyanı rayonlarında informasiya 
xidmətinin təşkilinə aktiv kömək etmək tapşırığını qoyur.  
-
 
Çin  ədalət partiyası (1925-ci il). Bu ölkədən kənarda yaşayan 
çinlilərin partiyasıdır. Hazırda onun üzvlərinin  əksəriyyəti – 
repatriantlar və xaricdə yaşayan çinlilərin qohumlarıdır.  Əsas iş 
istiqamətləri – emiqrantlarla əlaqələrin təşkili, xaricdəki çinlilərlin işləri 
ilə  məşğul olan dövlət təşkilatlarına yardım, repatriantlarla iş  və 
başqalarıdır.  
-
 
Üç Sentyabr Cəmiyyəti (1944-cü il). Partiya öz müasir adını 1945-
ci ildə Yaponiya üzərində  qələbənin  şərəfinə almışdır. Cəmiyyətin 
üzvləri – dəqiq və texniki elmlər sahəsinin alim və mütəxəssisləridir. 
-
 
Tayvan demokratik öxünüidarəetmə Liqası. 1947-ci ildə  təşəkkül 
tapmışdır. Əsas iş istiqaməti – həmvətənlərlə əlaqələrin yaradılması və 
inkişafı, Tayvanın Çinlə birləşməsinə yardımdır. 
ÇKP-nın nizamnaməsinə  əsasən Çin kommunist cəmiyyəti 
quruculuğu siyasətini yeridir, başlıca vəzifə isə  sənayenin, kənd 
təsərrüfatının, milli müdafiənin, elm və texnikanın tədricən 
təkmilləşdirilməsi və Çinin yüksək inkişaf etmiş  mədəniyyət və 
demokratiya ölkəsinə çevrilməsidir. Bundan əlavə, Çin beynəlxalq 
təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə ciddi diqqət ayırır 
və ölkənin sosial quruculuğu üçün sülh əhatəsinə  tələbatını xüsusi 
qeyd edir. Qeyri-stabillik yaradan amillər sırasında isə, dünya 
arenasında fəaliyyət göstərən müxtəlif qüvvələr arasında “rəqabət”, 


 
16 
bəzi dövlətlərin digər ölkələrin daxili işlərinə qarışması, müxtəlif 
ictimai sistemlər və ideologiyaların mübarizəsi sadalanır.
 
 
 
İNZİBATİ BÖLGÜ SİSTEMİ VƏ ƏSAS ŞƏHƏRLƏR 
 
 
Hazırda Çində üçpilləli inzibati bölgü qəbul edilmişdir:  əyalət, 
qəza, nahiyə. Ölkə əyalətlərə, muxtar rayonlara və mərkəz tabeliyində 
olan  şəhərlərə bölünmüşdür.  Əyalət və muxtar rayonlar muxtar 
mahallara, qəzalara, muxtar qəzalara və  şəhərlərə bölünürlər. Qəzalar 
və muxtar qəzalar nahiyələrə, milli nahiyələrə  və  qəsəbələrə bölünür. 
Muxtar rayonlar (əyalət səviyyəsində), muxtar mahallar (muxtar rayon 
və qəzalar arasındakı səviyyədə) və muxtar qəzalar milli muxtariyyətin 
əraziləri hesab olunur.  
Konstitusiyadakı müddəalara  əsasən, zəruri halda dövlət xüsusi 
inzibati rayonlar təsis edə bilər ki, bunlar da birbaşa Mərkəzi hökümətə 
tabe olan yerli inzibati rayonlardır. 
Ölkə 23 əyalət, 5 muxtar rayon və 4 mərkəz tabeliyində  şəhərə 
bölünmüşdür. 1 iyul 1997-ci ildə Xüsusi inzibati rayon – Syanqan 
(Honq Konq), 20 dekabr 1999-cu ildə isə Xüsusi inzibati rayon – 
Aomen (Makkao) rəsmi olaraq yaradılmışdır.  
Cədvəl 2-də bu əyalət, muxtar rayon, mərkəz tabeliyində şəhərlər 
və xüsusi inzibati rayonlar mərkəzləri göstərilməklə verilmişdir.  
Hal-hazırda Çində 650-dən çox şəhər vardır, onların da 12-nin 
əhalisi 2 mln. ötmüşdür, 22 şəhərin əhalisi 1-2 mln., 47-nin əhalisi 500 
min-1mln., 205-nin əhalisi 200-500 min, 382-nin əhalisi 200 mindən az 
təşkil edir.  
Pekin – ÇXR-in paytaxtıdır. Pekin mərkəz tabeliyində şəhərdir, 
şəhər  əhalisinin sayı artıq bu gün 10 mln. səviyyəsindədir. Pekin 
ölkənin siyasi, mədəniyyət, elm və maarif və  ən mühüm nəqliyyat 
mərkəzidir. Pekin Şimali Çin düzənliyinin şimal sərhədində yerləşir, üç 
tərəfdən dağ silsilələri ilə  əhatə olunmuşdur, cənub-şərqə doğru 
düzənlik uzanır. Pekində iqlim mülayim-kontinentaldır, ilin fəsillərinin 
dəyişməsi aydın nəzərə çarpır. Yazı qısadır, yayda çoxlu yağıntı düşür, 
hava rütubətlidir. Qışı – uzun və soyuqdur, ilin “qızıl” fəsli – payızdır. 


 
17 
Pekin hələ  Qərbi Çjou dövrünün hakimiyyəti zamanından  şəhər 
idi və o vaxtlar Tszi adlanırdı. Döyüşən səltənətlər dövründə o, Yan 
dövlətinin paytaxtı olmuşdu. Sonrakı, min ildən çox davam edən dövr 
ərzində, Tszi həmişə Şimali Çinin strateji əhəmiyyətli şəhəri və ticarət 
mərkəzi sayılıb. X əsrin əvvəllərində o, Lyao sülaləsinin ikinci paytaxtı 
olmuş  və Yantszin adlandırılmışdır. 1115-ci ildən 1911-ci ilə kimi – 
bir-birini  əvəz edən Tszin, Yuan, Min və Tsin feodal sülalələrinin 
paytaxtı olmuşdur ki, bu da burada Çin mədəniyyətinin qorunmasına 
imkan vermişdir.  
Pekin “dünyanın  ən böyükləri” sırasına aid olan çoxsaylı tarixi 
abidələrlə zəngindir, o cümlədən, Pekin və Çinin simvolu – Tyananmen 
Qapıları; dünyada ən iri şəhər meydanı olan Tyananmen meydanı; 
dünyada daha iri və digərlərndən yaxşı saxlanmış arxitektur ansamblı 
olan imperator Qapalı  şəhəri (Ququn muzeyi); Badalin sahəsində 
Böyük Çin səddi – dünyanın möcüzələrindən biri; dünyada ən böyük 
Səma məbədi – Min və Tsin sülaləsi imperatorlarının Səmaya sitayiş 
ayinləri keçirdiyi yer; ən geniş imperator şəhərkənarı rezidensiyası – 
İxeyuan parkı; Şisanlin – Min sülaləsinin 13 imperatorunun məqbərəsi; 
knyaz Qunvanın dörd tərəfdən birmərtəbəli tikililərlə  əhatələnmiş 
dünyada ən böyük “Sıxeyuan” sarayı.  
Müasir Pekinin planlaşdırılması  əsasən  şəhərin Min sülaləsi 
dövründəki planlaşdırılması ilə oxşardır.  Şəhərin mərkəzi hissəsi 
uzunsov rayondur, burada nəhəng arxitektur ansambl – 10 m-dən artıq 
hündürlükdə böyük divarlarala əhatə olunmuş keçmiş imperator Qapalı 
şəhəri ucalır. 
Qapalı  şəhərin dörd küncündə, saray divarlarınını üstündə 
qüllələr tikilmişdir. Bütün çəhər müdafiə  xəndəkləri ilə  əhatə olunur. 
Perimetri 9 km olan Qapalı  şəhərin  ərazisi imperator şəhəri 
adlandırılırdı. Dörd tərəfdən simmetrik tikilmiş alaqapılar vardır. Planı 
perimetri 20 km olan kvadratı xatırladan imperator şəhərinin ətrafındakı 
ərazi şəhərin daxili hissəsi adlanırdı. Şəhərin cənubunda, daxili şəhərlə 
bilavasitə qonşuluqda  şəhərin xarici hissəsi yerləşirdi.  Şəhərin bu 
hissəsinin qədim planlaşdırılması bu günə qədər qorunmuşdur. 
 Qapalı şəhərin ətrafında tarla ləkini xatırladan səliqəli məhəllələr 
yerləşir, küçələrin hər iki tərəfində dükanlar və yaşayış evləri vardır. 
  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə