Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   2   3   4   5   6   7   8   9   ...   52

 

yarımqurudur,  ərazisi çöllüklərlə örtülmüşdür və Çinin 
əsas otlaqlarını təşkl edir.  
3)
 
Tsinxay-Tibet soyuq qurşağı. Bu qurşaq Çinin 
quru ərazisinin 25%-ni,
 
əkin üçün yarayan torpağın 0,8%-
ni
 
və ölkə  əhalisinin 0,8%-ni
 
təşkil edir. Bu qurşağın 
dəniz səviyyəsindən orta hündürlüyü 4 min metrdən 
artıqdır.  Ərazinin böyük hissəsi daxili çayların 
hövzələrinə aiddir. Burada soyuğun və buzlaqların güclü 
təsiri müşahidə olunur.  
 
TƏBİİ SƏRVƏTLƏR 
 
Çin torpaq, su, bioloji ehtiyatları və müxtəlif faydalı qazıntıları ilə 
zəngindir. Onların sırasında üzvi sistemin demək olar ki, bütün 
tanınmış elementləri təmsil olunur. Müasir geoloji tədqiqatlar 151 adda 
faydalı qazıntı ehtiyatının olduğunu sübut etmişdir. Ümumi faydalı 
qazıntı ehtiyatlarına görə Çin dünyada üçüncü yeri tutur.  
Torpaq ehtiyatları.  Çinin torpaq ehtiyatları barədə  məlumatlar 
olduqca ziddiyətlidir.  Şübhəsiz olan yalnız  ərazinin ümumi sahəsidir 
(9,6 mln. km
2
). Torpaq fondunun ayrı-ayrı kateqoriyaları üzrə rəqəmlər 
informasiya mənbəyindən asılı olaraq əhəmiyyətli dərəcədə  fərqlənir, 
hətta fərq bəzən 30-40%-ə çatır.  
ÇXR-in torpaq resurslarının təqribi strukturunu aşağıdakı kimi 
təsəvvür etmək olar:  əkin yerləri – 13%, meşələr – 14%, çöllüklər – 
33%, açıq su məkanları – 2%, tikilmiş  ərazi – 3%, səhralar və 
biyabanlar 17%. Qalan 18%
 
buzlaqların, hündür dağ  ərazilərinin və 
digər yararsız torpaqların payına düşür.  
Çinin  əkin  ərazisinin sahəsi (125,9 mln. ha)
 
dünya üzrə 7 faiz 
təşkil edir və o, planetin əhalisinin 23%-ni
 
qida ilə  təmin edir. Əsas 
əkinçilik rayonları Şimal-Qərbi və Şimali Çin düzənlikləri, Yantszının 
orta və aşağı axınındakı düzənlik, Çjutszyan çayının deltası və Sıçuan 
çökəkliyidir. Son illər əkin torpağı sahəsinin azalma meyli açıq nəzərə 
çarpır.  Əkin yerlərinin azalmasının başlıca səbəbləri – onların 
meşəsalmaya yönəldilməsi, bina və yolların tikintisinə ayrılması, eləcə 
də təbii fəlakətlər nəticəsində dağıdılmasıdır.  
Çinin  ərazisi 7 iri təbii rayona bölünür. Şimaldan Cənuba – 
Şimali-Qərb,  Şimal, Mərkəzi, Monqol-Sintszyan, Tsinxay-Tibet və 
Sanoi-Yunnan rayonlarını ayırırlar.  


 
10 
Meşələr. Çinin təxminən 129,0 mln. ha ərazisinin təşkil edir. 
Daha iri meşə massivləri Böyük və Kiçik Xinqan rayonları,  şimal-
qərbin Çaybayşan dağlarında yerləşir. Burada əsas ağac növləri sidr
qara şam, tozağacı, palıd, mançjur göyrüşü, qarağac və qovaqdır. Meşə 
ehtiyatlarına görə ikinci yeri Cənub-Qərbi Çin tutur. O, küknar, ağ şam, 
yunnan şamı, pompelmus, səndəl ağacı, kamfora ağacı, febe nanmu və 
qırmızı  ağac kimi qiymətli ağac növləri ilə  zəngindir. Sişuanbanna – 
Yunnan  əyalətinin cənubunda nadir yerdir. 5 mindən artıq növ tropik 
enliyarpaq bitkilərdən ibarət keçilməz cəngəlliyi haqlı olaraq “bitkilər 
səltənəti” adlandırırlar.  
Səhralar və biyabanlar müxtəlif hesablamalara görə 165-260 
mln. ha tutur. Birinci rəqəm daha inandırıcı görünür. Belə torpaqların 
ümumi sahəsinin 43%-i
 
məhz  səhraların payına düşür, qalanı isə 
müxtəlif səbəblər nəticəsində yararsız hala düşən torpaqlar təşkil edir. 
Ölkə  ərazisinin qalan 18%-i
 
becərmə, tikinti və digər istifadə növləri 
üçün demək olar ki, əlverişsiz olan torpaqların payına düşür. Bu, əsasən 
yüksək dağ rayonlarıdır.  
Çin  dağlıq ölkədir  və onun ərazisinin dörddə birindən çoxu 
(25,86%) dəniz səviyyəsindən 3000 m hündürlükdə yerləşir. Uzaq 
şimal-qərbdə Monqol Altayından başlayıb, cənub-qərbdə Himalayda 
qurtararaq Çinin əsasən qərb hissəsindəki dağlıq rayonlarda yayılan və 
57 min km
2
  təşkil edən  buzlaqlar torpaqdan istifadəni çətinləşdirir. 
Çöllüklərə  gəldikdə, onlar haqqında məlumat daha ziddiyyətlidir. 
Müxtəlif göstəricilərə görə onların sahəsi 280-dən 400 mln. ha qədər 
təşkil edir. Çöllüklərin hazırkı sahəsi üçün daha inandırıcı rəqəm 315-
320 mln. ha-dır. Çöllüklər şimal-şərqdən tutmuş cənub-qərbədək bütün 
Çin boyu 3000 km  uzunluğunda zolaq təşkil edir. Ümumilikdə onların 
sahəsinin azalması tendensiyası xarakterikdir. Burada əsas amil 
biyabanlaşmadır ki, bu barədə aşağıda söhbət açılacaq. Çinin bir hissəsi 
su anbarları ilə tutulmuşdur. ÇXR ərazisinin 3 faizini təşkil edən tikili 
sahə ümumilikdə artan meylə malikdir.  
Çin faydalı qazıntılarla zəngindir. Dəmir, manqan, vanadium və 
titan kimi qara metal ehtiyatları 
aşkara çıxarılmışdır. 
Qiymətləndirmələrə görə  dəmir filizi ehtiyatları 46,5 mlrd. ton təşkil 
edir, yataqlar əsasən ölkənin  şimal,  şimal-şərq və  cənub-qərbində 
yerləşir. Bundan əlavə mühüm dəmir mədən rayonları Anşan – Bensi 
(Lyaonin), Xebey əyalətinin  şərq hissəsi və Pançjixua (Sıçuan) hesab 
edilir.  


 
11 
Çin bir çox əlvan metal – volfram, qalay, antimon, sink, 
molibden, qurğuşun və civə ehtiyatlarına görə dünya liderləri 
sırasındadır. Nadir metal ehtiyatlarına gəldikdə, Çində bu, dünyanın 
bütün ölkələrinin cəmindən artıqdır. Ölkənin bir çox rayonlarında çoxlu 
xörək və daş duz, fosforit ehtiyatları mövcuddur.  
Enerji daşıyıcısı – neft, kömür, təbii qaz, yanar şist, həmçinin 
uran və torium ehtiyatları – dəqiq müəyyən edilmişdir. Belə ki, daş 
kömür ehtiyatları 1,25 trln. ton qiymətləndirilir. Onun böyük yataqları 
Şansi  əyalətində  və Daxili Monqolustan muxtar rayonunda yerləşir. 
Daş kömür yataqları Çinin bütün əyalətləri üzrə paylanmışdır, lakin 
sənayesi nisbətən inkişaf etmiş  Şimal və  Şimal-Şərq kömürlə daha  
zəngindir.  Əsas hövzələr 

  Şanxay,  Şensin, Kayluan, Fuşun və 
Fusindir. Ümumi kömür ehtiyatlarına görə Çin ABŞ-dan sonra ikinci 
yeri, tədqiq olunmuş yataqlara görə isə (780 mlrd. ton) dünyada birinci 
yeri tutur.  
Əsas neft yataqları  Şimali Çində (Boxay körfəzi sahili), Şimal-Şərqi 
Çində, həmçinin daxili Çinin Cunqar və Tsaydam hövzəsində yerləşir. 
Qaz hasilatı  Sıçuan hövzəsində aparılır. ÇXR-də  həmçinin yanar şist 
hasil edilir (ölkənin şimal-şərq və cənubunda).  
Su ehtiyatları.  Çinin çay axarlarının ümumi ehtiyatları 2800 
km
3
/il təşkil edir və bu ölçüyə görə, ölkə Braziliya, Rusiya, Kanada və 
ABŞ-dan sonra dünyada beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 
2200 m
3
 düşür ki, bu da orta dünyəvi göstəricinin cəmi dörddə birini 
təşkil edir və 149 ölkə arasında 109-cu yerə müvafiqdir. Güman edilir 
ki, 2030-cu ilə Çinin əhalisi 1,6 mlrd.-a çatanda adambaşına su təminatı 
1760 km
3
/ilə  qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı 
axınların paylanması arasında böyük qeyri-bərabərlik, vəziyyəti daha 
da mürəkkəbləşdirir, cədvəl 1-dən də bu barədə mühakimə yürütmək 
olar.  
Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə  də 
becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin 
əhalisinin 36%-inin yaşadığı ölkə  ərazisinin yarısını tutan axarı 
olmayan  şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12% 
düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı  əks 
etdirir.  
Yaranmış  uğursuz situasiyaya bu və ya başqa dərəcədə bol 
suvarılma tələb edən bitkilərin (düyü, qarğıdalı, buğda)  əkilməsinin 
genişləndirilməsi, Çin sənayesində suyun yenidən istifadəsinin aşağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə