Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

 
132 
zehni orijinallığı və ya yüksək mənəvi simanı dəstəkləmirdi: əcdadlara 
ciddi sitayiş normaları eqoist meylləri hələ uşaqlıqdan üstələyirdi.  
İnsana uşaqlıqdan adət etdirilirdi ki, şəxsi, emosional, yüksək öz 
dəyərlər ümumi, qəbul olunmuş, rasional şərtləndirlimiş və hamı üçün 
vacib olanlarla müqayisəyə gəlməzdir.  
İlk baxışdan ənənələrə belə sadiqlik qəribə görünə bilər. Konfutsi 
dünyagörüşündə isə o, dərin mənaya malik idi, zira o, Nizamın rəhni 
idi. Tipik utopist olaraq o, elə bir cəmiyyət arzulayırdı ki, burada hər 
şey cüzi xırdalıqlara qədər nəzərdə tutulsun.  
Konfutsi hesab edirdi ki, insan humanizm və etiket normalarına 
cəzasız riayət etməyi öyrənməlidir. Humanizm və etiket ailəni 
möhkəmləndirir: eyni zamanda o, dövlətdə  əmin-amanlıq yaradır, hər 
şey firavan olan dövlət isə insana xoşbəxt həyat gətirir. Konfutsi 
mülahizələrinin əsas axını bu cür idi.  
Humanizm və etiket, Jen və Li Konfutsi üçün universal həyat 
qanunları idi. Ancaq ona görə uzaq keçmişi öyrənmək zəruri idi, belə 
ki, keçmişdə onları kamil bilir və yerinə yetirirdilər. Jen və Li ilə 
müqayisədə idrak heç nədir.  
Konfutsiyə görə, humanizm şərtilik demək deyil, insanın  əsl 
təbiətini açır, heç bir insan sinfi ilə  məhdudlaşmır. Arzulayan hər kəs 
qəlbində onun oyanışına müvəffəq ola bilər. Özünütəkmilləşdirmək 
bacarığı “başqalarına özün kimi baxmaq vəziyyətində olmaqdır”. 
Humanizmin mahiyyəti sadədir. Bu o deməkdir ki, özünə 
arzulamadığını başqalarına etməyəsən.  Hələ buddizmdən və  Əhdi-
əqiqdən məlum olan və  İncilin müqəddəs tutduğu bu ümumi əxlaq 
qanununu Konfutsi heç bir fövqəlbəşəri başlanğıcla bağlamırdı. 
Konfutsiyə görə, o, ilahi ehkamdan daha çox insanın təbii 
xüsusiyyətlərinin inikasıdır. “Bizim Müəllimin doktrinası, – 
konfutsiçilər deyirdilər, – öz  mahiyyətimizin  əsaslarına sadiq 
qalmaqdan ibarətdir”.  
Konfutsiçilık Çin cəmiyyətində aparıcı mövqe tutmağa, struktur 
möhkəmliyi  əldə etməyə  və öz qatı konservatizmini əsaslandırmağa 
müvəffəq oldu, bu da özünün ən yüksək təcəssümünü dəyişməz qayda 
kultunda tapırdı. Qaydaları gözləmək, nəyin bahasına olursa-olsun 
sifətini qorumaq, üzünü itirməmək – bütün bunlar artıq xüsusilə 
mühüm rol oynayırdı, çünki sabitliyin qarantı kimi baxılırdı. Nəhayət, 
konfutsiçilık ölkənin səma ilə, səmanın adından – dünyada 
məskunlaşan müxtəlif tayfa və xalqlarla qarşılıqlı  əlaqəsinin 


 
133 
nizamlayıcısı kimi də  çıxış edirdi. Konfutsiçilık in-çjou dövründə 
yaranan hökmdara sitayişi, səmanın altını ulu səma tərəfindən idarə 
edən – “səma oğlu” imperator kultunu dəstəklədi və ucaltdı. Buradan 
da bütün dünyanın sivilizasiyalı Çin ilə  işrətdə  və  cəhalətdə  mənasız 
həyat sürən və bilik və mədəniyyəti bir mənbədən – dünyanın mərkəzi 
Çindən götürən mədəniyyətcə geridə qalmış barbarlara bölünməsinə 
cəmi bir addım qalmışdır.  
Konfutsi onun üçün, onun nəsli, yaxın tələbələri və davamçıları 
üçün xüsusi ayrılmış  qəbirstanlıqda dəfn edilmişdir. Konfutsinin evi 
konfutsiçilık məbədinə çevrilmiş və ziyarət yeri olmuşdur.  
Konfutsinin ölümündən sonra onun çoxsaylı tələbə və ardıcılları 
müxtəlif cərəyanlar yaratmışlar ki, bunların da sayı e.ə. 3-cü əsrdə, Xan 
Feyin məlumatına görə, artıq səkkizdən az deyildi.  
Daosimdən fərqli olaraq, konfutsiçilık Çin dövlətinin iyerarxik 
sistemini dəstəkləyirdi. Konfutsiançılığın  əsas müddəalarından biri – 
çjen min (adların düzəldilməsi) təlimi idi, o, hər bir kəsdən cəmiyyətdə 
öz yerini yaxşı xatırlamağı tələb edirdi.  
Konfutsiçilık təlimində öz-özlüyündə Allah anlayışı ümumiyyətlə 
yoxdur və mahiyyət etibarı ilə, onu din yox, fəlsəfə adlandırmaq daha 
düzgün olardı. Bununla belə, digər  şərq təlimləri kimi o da ruhların, 
iblislərin və allahların varlığına inanırdı. Bu təlimdə əcdadlara pərəstiş 
böyük rol oynayır. Bu kulta görə ölmüş əcdadlar ruh və insan aləmləri 
arasında fəal əlaqəni həyata keçirir.  
Sözün tam mənasında din olmasa da, konfutsiçilık dindən daha 
artıq idi. Konfutsiçilık – həm siyasət, həm inzibati sistem, həm iqtisadi 
və sosial proseslərin ali nizamlayıcısı – bir sözlə, tam çinli həyat 
tərzinin  əsası, Çin sivilizasiyasının mahiyyəti idi. İki min ildən artıq 
zaman ərzində konfutsiçilık çinlilərin şüur və hisslərini formalaşdırmış, 
onların etiqadlarına, psixologiyasına, davranışına, təfəkkürünə, 
qavrayışına, məişətinə və həyat tərzinə təsir etmişdir.  
Konfutsiçilıyin başlıca triumfu onda idi ki, o, çinlinin ana 
südündən canına hopan ideala daha uyğun oldu. İnsanları onun 
mistizimdən xali rasional etikası cəlb edir, o, öz humanizm, mötədillik 
və ortalıq ruhu ilə ürəkləri fəth edirdi. Onun əhdi konkret, dünyəvi və 
hamı  tərəfindən başa düşülən idi. Nizam və rifah çinlilərin gözlərində 
həmişə xüsusi cazibəyə malik olmuşlar. Konfutsi bütünlüklə dünyaya 
yönəlmişdir, o, insan həyatı  nədir deyə maraqlanmırdı, sadəcə  əmin-
amanlıq və bolluqda yetişmək üçün yaşamağı  təlim edirdi. O, nə 


 
134 
müqəddəs, nə  də peyğəmbər deyildi, lakin məhz belə praktik, 
mühakiməli, adi olaraq çinlilər üçün dəyərli idi; o, hamının 
simpatiyasını qazanmışdı: sadə xalq ona öz maraqlarının müdafiəçisi, 
imkanlı  təbəqə – hüquqlarının təminatçısı, bütün millət – ona tərəqqi 
bəxş etməyə qabil dahi rəhbər kimi baxırdı. 
Lakin konfutsiçilık ruhunu ancaq Çin çərçivəsi ilə 
məhdudlaşdırmaq olmazdı. Bunu rasionalizm və maarifçiliyin 
hökmranlığı dövründə onun Qərbdəki  şöhrəti də sübut edir. Çində 
konfutsiançılıq 1912-ci ilə  qədər rəsmi ideologiya olmuş, 1949-cu 
ilədək isə ruhani hakim mövqe tutmuşdur, hazırda uyğun vəziyyət 
Tayvan və Sinqapurda qorunmaqdadır. 1960-cı illərdəki ideoloji 
darmadağından sonra (“Lin Byao və Konfutsi tənqidçiləri” 
kampaniyası) hazırda o, ÇXR-də öz vaxtını gözləyən milli ideyaların 
daşıyıcısı kimi yenidən uğurla dirçəlir.  
Beləliklə, konfutsiçilık idealı – sadəcə ekzotik fəlsəfə deyil. O, 
elə bir təlim yaratmağa müvəffəq oldu ki, burada insanın son məramı – 
tamamilə dünyəvidir, əxlaq dindən asılı olmayaraq möhkəmlənə bilər, 
ruhun bütün ali ehtiyacları  şüurdan uzaqlaşdırıla bilər, həyatın 
faciəviliyi isə harmonik cəmiyyət yaratmaqla aradan qaldırıla bilər. 
Tamamilə aydındır ki, bu nəzəriyyə sadəcə Çin ixtirası deyil, o, 
ümumbəşəri cazibəyə malikdir.  
Daosizm  Çində Konfutsi təlimi ilə, demək olar ki, bir vaxtda 
müstəqil fəlsəfi nəzəriyyə kimi meydana gəlmişdir.  
Daosizmin əsas anlayışı – Dao anlayışıdır. Dao qeyri-cismanidir 
və hissi qavrayışa qapılmır, o, hər yerdə və heç haradadır, formasız və 
məzmunsuzdur, sonsuz və əbədidir, boş, lakin bitməz-tükənməzdir. O – 
allahlar da daxil olmaqla, hər  şeyin ilk əcdadıdır. O, yaranışın qapısı, 
dünyanın köküdür, hər bir şey onda gizlənib. Hər şey Daodan yaranır 
və hər şey Daoya dönür. Dao sonsuz dövri hərəkətdədir: o, son hüduda 
çatmadan yenidən mənbəyə can atır. Dao – varlığın ali qanunudur, 
lakin öz-özlüyündə varlıq deyil; o, varlıqdan, onun hüdudlarından 
kənardır, lakin o, Allah deyil, fövqəltəbii güc deyil, zira Dao təbiidir
hərçənd ki, əlçatmazdır. O – ali həqiqi gerçəklikdir, hansı ki, ondan 
yaranan fenomenal dünya dəyişməz deyil və  əbədi mövcud deyil. 
Şeylər dünyası Dao tərəfindən yaradılır və  həyat qanunlarına tabedir. 
Bütün şeylər böyük dövranda yerləşirlər və onlara qoyulan həddə çatıb 
ilkin mənbəyə, ilkin başlanğıca, Daoya qayıdırlar, o, da onlara yeni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə