Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

 
135 
yaranış verir: hər  şey varlıqdan yaranır, varlığın özü isə yoxluqdan. 
Əslində, böyük Daonun özü – Böyük Boşluğun alleqoriyasıdır.  
Da-de-tszin – daosizm fəlsəfəsinin başlıca traktatıdır. Müasir 
tədqiqatçıların  əksəriyyəti “Da-de-tszin”ı e.ə. IV-III əsrə aid edirlər. 
Müəllifliyi e.ə. VII əsrin sonu - VI əsrin  əvvəllərində yaşamış Lao-
Tszıya aid olunur. O, arxivə baxan knyazlıq məmuru idi. Ümumiyyətlə, 
Lao Tszının şəxsiyyəti qaranlıq məsələdir. Öz təlimini sərhəd zastavası 
rəisinə buraxıb, deyilənə görə, dövlətin qərb ucqarlarında yoxa 
çıxmışdır.  
Əsərin qanunauyğunluqlar mətni 5000 heroqlifdən təşkil 
olunmuşdur. 81 fəsildən ibarətdir. Digər daosizm mənbəyi – “Çjuan-
tszı” e.ə. IV-II əsrlərdə yazılmışdır. “Da-de-tszin” ciddi, metafizik 
xarakterli olsa da, “Çjuan-Tszı” ibrətamiz hekayələr xarakterinə 
malikdir. Mətnin qədimi təbəqəsinə “daxili hissə” adlandırılan ilk yeddi 
fəsil daxildir. Qalan fəsillər isə (cəmi 33) xan dövründən  əvvəlki 
zamana aid edilir.  
“Çjuan-tszı”da Dao yoxluğa – qeyri-varlığa daha da yaxınlaşır, və 
bunun nəticəsi kimi Daonun dərkedilməzliyi haqqında baxışlar bir az 
da möhkəmlənir. Bununla birlikdə, burada Daonun hər yerdə 
mövcudluğu da vurğulanır.  
Həyat – tsi yığınıdır, ölüm – onların dağılması. Karma ideyası 
mövcuddur, lakin əsas – həyatın nisbiliyidir. Həyat dövranın aliliyidir. 
Lakin həyata üstünlük verilir. Uzunömürlük idealı – səmərəsiz olmaq, 
bütün faniliklərdən uzaq olmaq – hərəkətsizlikdir.  
Bəzi müəlliflər hesab edirlər ki, boşluq –  “Çjuan-tszı” 
fəlsəfəsinin ilkin prinsiplərindən biridir. Ona nail olma – 
özünükamilləşdirmənin daxili mahiyyətidir.   
Daosizm insana kainatın sirrlərini, həyat və ölüm kimi əzəli 
problemi açmağı, onun niyə yarandığını  aşkar etmək məqsədini 
qarşısına qoyur. Axı mistik və irrasional olan konfutsiançılıq 
hüdudlarından kənarda qalmışdır,  şübhəsiz elə  qədim mifologiya və 
primitiv mövhumat da. Bunsuz isə insan mənəvi rahatsılıq, bir boşluq 
hiss edir ki, onu da doldurmaq tələb olunur. Buna görə də bütün etiqad 
və  ənənələr konfutsiçiliklə parallel meydana gələn daoçuluğun dini 
çərçivələrində birləşdirilmişdir.  
İlk daoçuluq mütəfəkkirlərinin  əsas prinsipləri – “təbiilik” (tszı 
jan) və “hərəkətsizlik” (u vey) idi, onlar bilərəkdən edilən, süni, tədiəti 
dəyişən fəaliyyətdən imtinanı  və  təbii mahiyyətə dünyada hökmran 


 
136 
olan çıxış nöqtəsiz və müəyyən məqsədə yönəldilməmiş yolla – Dao 
vasitəsilə eyniləşmə  şəklində qovuşana kimi tam daxili istəklə riayət 
etmə  cəhdlərini ifadə edir: “Səma və yer onun sayəsində sürəkli və 
davamlıdırlar ki, onlar özləri ilə yaşamır, buna görə  də çox yaşamağa 
qadirdilər. Bu əsasla tamamilə müdrik insan öz şəxsiyyətini arxada 
qoyub özü üstün olur; öz şəxsiyyətini bir kənara atıb özünü qoruyur”. 
İnsan Daonun törəməsi, təbiətin ayrılmaz hissəsidir, bunun üçün də 
onun başlıca vəzifəsi – təbiətə uyğun yaşamaq, fəzilət yolu – De ilə 
getməkdir. İnsanların bütün bədbəxtlikləri isə ondan irəli gəlir ki, onlar 
daim təbiətə zidd nəsə edirlər – şəhər salır, məbəd ucaldır, kitab 
yazırlar və s. Bütün bunların hamısından imtina edib qəbilə 
münasibətlərinə qayıtmaq lazımdır. Beləliklə, insanın mahiyyəti – 
təbiət qanunları ilə, tam hərəkətsizlik yolu ilə yaşamaq, qəbilə 
quruluşuna dönməkdir. “Mənim qorxduğum yeganə şey əməldir”, Lao-
tszı deyirdi.  
Eramızın II əsrində  Qərbi Xan sülaləsinin hakimiyyətindən 
başlayaraq daosizmin ilahilər panteonu təşəkkül tapır, həm də  əsas 
allahlardan biri Lao-tszı elan edilir. Bu dövrdə daosizm dini sistem 
kimi formalaşır. İmperator Şundi (Qərbi Xan sülaləsi) zamanında (125-
144-cü illər) mübəlliğ Çjan Lin xüsusi şöhrətə malik idi, o, “Udoumi 
dao” (“Beş ölçü düyü yolu”, belə ki, Çjan Linin tərəfdarları ona beş 
ölçü düyü ödəyirdilər) təriqətinin əsasını qoymuşdur. Təriqət ardıcılları 
Lao-tszını böyük müəllim hesab edirdilər.  
İmperator Lindi (Qərbi Xan sülaləsi) dövründə (167-189-cu illər) 
Çjan Tszyao “Taypin dao” (“Böyük rahatlıq yolu”) yeni daoçuluq 
təriqəti yaradır, onun müqəddəs kanonu “Taypin tsinlinşu” olmuşdur.  
Daosizmin təməl daşı ölməzlik haqqında təlimdir. Bu təlim 
mifoloji obrazlara əsaslanır və Lao-tszı və Çjuan-tszı konsepsiyaları ilə 
üst-üstə düşmür. Ölümü dəyişikliklər dövranının təbii təzahürü kimi 
nəzərdən keçirən daosizm banilərinin baxışlarından fərqli olaraq, artıq 
Tsin (e.ə. 221-207-ci illər) və Xan (eramızın 206-22-ci illəri) 
dövrlərində daosizmdə ölməzlik ideyalarının təbliği başlayır. 
Daonu qəbul edən insanlara uzunömürlük və ölməzlik nəsihətləri, 
dao təliminin  həm sadə xalq, həm də  əyanlar üçün ən cəzbedici 
müddəalarından biri idi.  
Ölməzlik ideyasına müvafiq olaraq dao kultu xidmətçilərinin  ən 
əsas fəaliyyətlərindən biri təbabət, əlkimya və magiya ilə məşğuliyyət 
idi. Bu ideya cəlbedici idi ki, imperatorlar hətta ölməzlik iksiri üçün 


 
137 
ekspedisiyalar təchiz edir, dao maqlarını onun hazırlaması üçün 
maliyyələşdirirdi. Dao traktatlarına ölməzlik iksirinin hazırlanması 
üsullarının  ətraflı  şərhi daxildir. Hesab olunur ki, ölməzliyə çatmağa 
talismanlar, amulatlər, maqik mətnlər kömək edir.  
Daosizm konfutsişiliyin hökmranlığı  şəraitində yaşamağa və 
möhkəmlənməyə müvəffəq oldu. Bununla belə, daosizm kifayət qədər 
güclü dəyişmişdir, Dao və De haqqında ideyalar arxa plana çəkilmiş, ön 
plana isə daosizmə qoşulan çoxsaylı maqlar, türkəçarələr,  şamanlar 
keçmişdir, onlar daosizmin bəzi ideyalarını  kəndli mövhumatları ilə 
məharətlə birləşdirmiş  və bununla da onlar üzərində (kəndlilər 
üzərində) böyük hakimiyyət qazanmışdılar. Xan sülaləsinin başa 
çatmasından sonra hakimiyyət böhranı zamanı dao maqı Çjan 
Tszyaonun başçılıq etdiyi dao kəndli qiyamı buna sübut idi. O, mövcud 
quruluşun devrilməsini və onun Böyük Bərabərlik (Taypin) 
hökmdarlığı ilə əvəz etməyi qarşısına məqsəd qoymuşdur. O, qiyamın 
başladığı ili yeni “Sarı səma” dövrünün başlanğıcı elan etdi, buna görə 
də onun ardıcılları sarı sarıq bağlayırdılar. Qiyam amansızcasına 
yatırıldı, Çjan Tszyao özü öldürüldü, tərəfdarlarından sağ qalanları isə 
qərbdə, sərhədyanı dağ rayonlarında gizləndilər, burada Çjan Lunun 
digər dao sektası  fəaliyyət göstərirdi. Bu, artıq birləşmiş  təriqət Xan 
sülaləsinin süqutundan sonra müstəqil teokratik törəməyə çevrilmişdi, 
onu dao papa-patriarxlarının dövləti də adlandırırlar. Nəticədə  hətta 
rəsmi hakimiyyət də onlarla hesablaşırdı. “Bu dövlətdə dövlətin” 
daxilində hakimiyyət vərəsəliklə ötürülürdü, onun özü yepiskopların 
başçılıq etdiyi 24 icmadan ibarət idi. Bu icmalarda həyat elə  təşkil 
olunmuşdu ki, hər bir kəs təmizlənməli, tövbə etməli və bir sıra oruc və 
ayinlərdən keçərək özünü ölməzliyə hazırlamalı idi. Daoya görə, insan 
bədəni atomlar aləmidir – o, ruhların və ilahi qüvvələrin toplumu, kişi 
və qadın başlanğıcının qarşılıqlı  əlaqəsinin nəticəsidir. Ölməzliyə 
çatmağa can atan, hər  şeydən  əvvəl, bütün bu ruhlar – atomlar üçün 
(onların sayı  təxminən 36 000-dir) elə  şərait qurmalıdırlar ki, bədəni 
tərk etməyə səy göstərməsinlər. Daoçular buna yeməkdə məhdudiyyət, 
xüsusi fiziki və nəfəs təmrinləri hesabına nail olmaq niyyətində idilər. 
Eləcə  də ölməzliyə yetmək üçün hər namizəd 1200-dən yuxarı yaxşı 
əməl etməli idi, həm də bir pis əməl hamısının üstündən xətt çəkirdi.  
Daosizmdə  həyat tsiklinin əsas ayinlərinin: doğum, toy, dəfnin 
keçirilməsinə xüsusi diqqət ayrılırdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə