Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   44   45   46   47   48   49   50   51   52

 
144 
Tsintszinsı məscidi Şimali Sun dövründə yaradılmışdır. Onun sahəsi – 
6 min kv. m – qarşımızda indiki şəklə gəlib çatana qədər Yuan, Min və 
tsin dövrlərində 4 dəfə böyüdülmüşdür. Məscidin zalı çin saray 
üslubundadır, interyeri isə təmiz ərəb üslubundadır. Zalın sahəsi – 600 
m
2
-dir; oraya təxminən 1000 mömin yerləşir. Qalan məscidlər, eləcə də 
Xançjoudakı Feniks, Yançjoudakı Libay və Siandakı Xuatszyue  
məscidləri Tan və Sun dövrlərində tikilmişdir. Yuan və Min sülalələri 
sonrakı hakimiyyəti dövründə Pekində Dunsı  və Kaşidə (Sintszyan 
əyaləti) Aytaqar məscidləri yaranmışdır. Bu məscidlər təkcə islamın 
Çində yayılmasına dəlalət etmir, həm də çin memarlığının öyrənilməsi 
kimi əla material rolunu oynayır. Məscidlər dəfələrlə yenidən qurulmuş 
və mədəni dəyər kimi dövlət mühafizəsi altındadırlar.  
Moizm banisi Mo tszı (Mo Di) olan etik-siyasi təlimdir. O, e.ə. 
486-cı ildə anadan olmuş və 90 il yaşamışdır. Mo təlimi üçün ümumi 
sevgiyə çağırış, bütün münaqişələri sülh vasitələrlə  həll etməyi tələb 
etmək və s. səciyyəvidir. Moçular qeyri-adi insan idilər, onlar şəxsi 
olanı tam unutmaqla, ümumi rifah və  ədalət naminə  hər  şeyi qurban 
verməyə hazır olmaları ilə müasirlərini heyrətləndirirdilər. Moçu, 
məktəb rəhbəri uğrunda xoşbəxtcəsinə öz həyatını verə  və başqasına 
etdiyi yamanlığa görə yeganə oğlunu öldürə bilərdi.  
Leqizm – e.ə. VI-III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-
siyasi təlimdir. Leqizmin diqqət mərkəzində - dövləti idarəetmə 
problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan 
deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və  cəzadır, özü də 
sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında 
bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. 
Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır.  
Leqizmin  ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, 
Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq 
leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan 
dövründə müstəqil varlığını dayandırır.  
Xristianlıq  Çinə  hələ VII əsrdə daxil olmuşdur, onu yaymağa 
bütün avropalılar – portuqallardan tutmuş ingilislərəcən cəhd etmişlər – 
buna baxmayaraq, o, Çin hökumətinin müqavimətinə görə burada tam 
yayıla bilməmişdir. Hazırda bu dinin ardıcılları (katoliklər və 
protestantlar) Çində təxminən 4 mln. təşkil edir.  
Katoliklik Çində VII əsrdən meydana gəlmişdir. 635-ci ildə Tan 
imperatoru Taytszunun hakimiyyəti dövründə  Şensi  əyalətində 


 
145 
nestorianlar kimi tanınan xristian təriqəti üzvləri peyda oldular. Onların 
yaratdıqları kilsə 200 ildən artıq tərəqqi etmiş, lakin sonra 
unudulmuşdur. 1245-ci ildə Çinə italyan və fransıq missionerləri 
gəlirlər. Onların təbliğ etdikləri dini çinlilər yeliven adlandırırdılar. Öz 
sələfi kimi o da bir müddətdən sonra itdi. 1582-ci ildə italiyalı yezuit 
Matteo Riççi Çinə  gəlir. O, 1601-ci ildə Pekinə düşür. Onun Min 
imperatoru Şentszuna gətirdiyi hədiyyələr içində bir neçə zəngli saat da 
var idi. Tezliklə o, min sarayının mərasimlər naziri Syuy Quantsi ilə 
dost olur. Katolik təlimini təbliğ etməklə yanaşı, Riççi eyni zamanda 
çinliləri Qərb astronomiyası, riyaziyyatı, təqvim tərtib etmə metodları 
ilə  də tanış edirdi. İmperator  Şentszun ona Pekində katolik kilsəsi 
tikməyə icazə verir və bu vaxtdan başlayaraq Qərb missionerlərinin 
Çinə axını başlanır.  
Belə hesab edilir ki, Min sülaləsi hakimiyyətinin sonunda Çində 
artıq 40 minə yaxın katolik var idi. Tsin sülaləsi hakimiyyətinin ilk 
illərində onların sayı  təxminən 300 minə çatır. Tsin sarayı  əcnəbi 
kilsənin artan təsirindən narazı idi və katolikliyi qanundan kənar elan 
etmişdir. Bunun nəticəsində XVIII əsrin sonuna ölkədə katoliklərin sayı 
200 minədək azalmışdır. 1840-cı ildə birinci “tiryək” müharibəsindən 
sonra Tsin hökuməti katoliklik üzərindən qadağanı götürməyə məcbur 
oldu. Lakin bu missionerlər bəzən çinlidən torpağı güclə 
qopardıqlarına, hakimiyyətin işinə qarışdıqlarına, xalqı qorxutduqlarına 
görə onlar ictimai qəzəb alovunun hədəfinə çevrilmişdilər. Yalnız 
1911-ci il inqilabından sonra katolikliyin inkişafı ölkədə yeni nəfəs 
almışdır.  
Köhnə Çində katolik kilsəsi Vatikanın koloniyalarda kilsələrə 
nəzarət edən missioner şöbəsinin tabeliyində idi. Çin ruhaniləri 
hüquqdan məhrum vəziyyətdə idilər. Çinlilər arasında yepiskop və 
arxiyepiskop olduqca az idi.  
1951-ci ilin noyabrında başda Sıçuan əyalətindən olan keşiş Van 
Lyantszo olmaqla 500 katolik “Katolik kilsəsinin müstəqilliyi və 
islahatlar haqqında Deklarasiya”nı imzaladı, bu da çinli katoliklərin 
əksəriyyəti tərəfindən müsbət rəğbətlə qarşılandı. 1957-ci il 15 iyuldan 
2 avqustadək Pekində keçirilən Milli katolik konqresində çinli katolik-
vətənpərvərlər assosiasiyası yaradıldı. Konqres kilsə  işlərində 
müstəqillik siyasəti yeritmək və özünüidarəetməyə tərəfdar çıxdı.  
1957-ci ildən 1962-ci ilədək olan dövrdə Roma kuriyasının 
razılığı olmadan Çin diotsezlərinə 50-dən artıq yepiskop seçilmiş  və 


 
146 
təyin edilmişdi. Beləliklə, uzun müddət yadelli təsirdə olan Çin katolik 
kilsəsində müstəqil özünüidarəyə keşid baş verdi. 1980-ci ilin mayında 
Çin katolik-vətənpərvərlər assosiasiyası Pekində 3-cü konqresinin 
keçirdi. Onun işində 26 əyalət, mərkəz tabelikli şəhər və muxtar 
rayondan 198 yepiskop iştirak edirdi. Konqres keçən 18 il ərzində 
assosiasiyanın işini nəzərdən keçirdi, gələcək üçün qərarlar qəbul etdi 
və yepiskop Tszun Xuaydeni assosiasiyasının sədri seçdi. Konqresdə 
həmçinin iki milli katolik təşkilatı yaradıldı: Çin katolik inzibati 
komissiyası  və Çin yepiskoplar kollegiyası. Ölkədə kilsə  işlərini 
idarəetmənin ali orqanı – Çin katolikləri milli konqresi idi. Konqresin 
işi arasındakı fasilələrdə onun qərarlarının icra olunmasını Çin katolik 
inzibati komissiyası izləyir. Çin yepiskoplar kollegiyası müxtəlif 
diotsezlərdən olan yepiskoplardan təşkil olunmuşdur. Onun vəzifəsi – 
katolik dini təlimləri və qanunlarını şərh etmək, missioner işi təcrübəsi 
ilə bölüşmək və xarici ölkə katolikləri ilə dostluq əlaqələri saxlamaqdır. 
“Mədəni inqilabdan” sonra çinli katoliklər öz dini fəaliyyətlərini bərpa 
etdilər. Bazar günləri, Böyük oruc zamanı  və  Məsihin anadan olma 
günü onlar liturgiyalarda iştirak edirlər. Kilsələrdə toy mərasimləri və 
ölü duaları keçirilir. Son illərdə ölkənin müxtəlif rayonlarında çin 
katolik kilsəsi və Şin katolik-vətənpərvərlər assosiasiyası xaricdən olan 
katolik ruhaniyyatı  və dünyəvi nümayəndələri qəbul etmişdir. Bu 
əlaqələr daha yaxşı qarşılıqlı anlaşmaya səbəb olmuşdur. Bundan əlavə, 
Çin vətənpərvər assosiasiyası və onun şöbələri katolik kilsəsi ilə bağli 
tarixi materialların tədqiqi ilə məşğul olmuşlar. Onun buraxdığı nəşrlər 
arasında “Çin katolikliyi” – çinli katolik-vətənpərvərlər assosiasiyası 
Çin katolik inzibati komissiyasının müştərək çap etdiyi ümummilli 
jurnal xüsusi diqqətə layiqdir. 1980-ci ildə komissiya ruhani və 
dinşünaslar hazırlamaq üçün Çin katolik seminarı keçirməyi qərara alır. 
1984-cü ilin məlumatlarına görə, Çində 3 mln.-dan yuxarı katolik, 600-
dən çox iri kilsə və 1000-ə yaxın kiçik kilsə vardır.  
Protestantlıq Çində XIX  əsrdə yayılmışdır. 1842-ci ildən 1932-
ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa 
dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri 
yaranmışdır. 1900-cü il “Boksçular” üsyanından sonra protestant 
missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, 
xəstəxana və digər müəssisələr açmışdılar.  
Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə 
və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə