Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   44   45   46   47   48   49   50   51   52

 
147 
xalqının və  vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb 
olurdular. 20-ci əsrin  əvvəlində bir neçə uzaqgörən Çin liderləri 
ölkəsinə  və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd 
etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o 
dövrdə həyata keçirmək hələ mümkün deyildi.  
1950-ci ilin yayında 40 görkəmli Çin xristianı “Yeni Çinin 
yaradılması üçün Çin xristianlarının etməli olduqları  cəhdlər” 
deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də 
ruhani olmayanları öz kilsələrini təbliğ etməyə  və maliyyə 
münasibətlərində  dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu 
prinsiplər sonralar “üçqat müstəqillik” kimi məşhur olmuşdur. Onlar 
çinli xristianlar arasında canlı  rəğbət qazanmış  və tezliklə “üçqat 
müstəqillik” uğrunda vətənpərvərlik hərəkatı bütün ölkə boyu 
yayıldı.1954-cü ilin iyulunda Pekində Çin xristianları milli konfransı 
keçirildi. O, “üçqat müstəqillik” uğrunda  Şanxayda vətənpərvərlik 
hərəkatının yaranmasını bəyan etdi.  
Müstəqillikdən az öncə nəşr olunmuş statistik məlumatlara görə
o dövrdə Çində protestantların sayı 700 min idi. “Mədəni inqilab” başa 
çatdıqdan  sonra vicdan azadlığı siyasəti yenidən bərpa edildi, kilsələr 
əvvəlki  şəklinə salındı, onların fəaliyyəti dirçəldildi. Ölkədə 
protestantların sayı bir milyona çatdı.  
Pravoslav əhali başlıca olaraq ayrı-ayrı vaxtlarda bu ölkəyə gəlib 
çıxmış Çindəki rus mühacirləri nəslindən təşkil olunmuşdu. Çində 
məskunlaşmış albazinlər XVII əsrin  ikinci yarısından Pekində yaşamış 
rus kazaklarının varisləridir. 200 nəfərdən artıq olan bu etnik qrupda 
pravoslavlıqla dini əlaqə qorunur, öz dini-mədəni icmasının 
dirçəlməsinə cəhd nəzərə çarpır. Daxili Monqolustanda və Sintszaynda 
yaşayan zloslar – çin kazakları milli azlığının  əksər nümayəndələri 
Pasxanı bayram edirlər. Pravoslav çinlilər,  həmçinin rus 
emiqrantlarının nəsilləri Xarbin və Şanxayda da var.  
Çində pravoslav ənənələrini davam etdirən cəmi 13 minə yaxın 
insan vardır. Hazırda ölkədə dörd pravoslav kilsəsi fəaliyyət göstərir. 
 
 
 
 
 
 


 
148 
6. ÇİN TƏHSİL SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ HAQQINDA 
 
 Çinin müasir təhsil tarixi öz başlanğıcını XX əsrin ikinci 
yarısında götürməsinə baxmayaraq onun qədim kökləri vardır. Qədim 
Çində maarifçilik, Çin  mədəniyyətinin sonrakı nəsillərə ötürülməsində 
mühüm rol oynamış  və dünya sivilizasiyasının inkişafına böyük 
töhfələr vermişdir.  
  Çin Xalq Respublikasının yaranmasından sonra bu ölkənin 
hökuməti, təhsilin aşağı  səviyyəsini və bunun dövlətin siyasi-iqtisadi, 
demoqrafik, mədəni və digər həyat fəaliyyəti sahələrinə təsirini düzgün 
qiymətləndirib ölkənin təhsil sisteminin tam yenidən qurulmasını 
həyata keçirdi. Xüsusən dünyanın bu iri dövlətində iqtisadi islahatların 
başlanması ilə əhalinin savadlılıq səviyyəsinin artırılması üzrə mühüm 
qərarlar qəbul edildi. 
 1949-cu ilə  qədər Çinin yarım milyardlıq  əhalisinin 80%-i 
savadsız idi, kənd yerlərində isə bu göstərici 95%-ə çatırdı. Qeyd etmək 
lazımdır ki, Çində 500 heroqlifdən az bilənlər savadsız hesab olunur, 
hansı ki, savadsızlığın aradan qaldırılması sistemində  mənimsənilməsi 
zəruri olan heroqliflərin rəsmi minimumu kəndlilər üçün 1,5 min, fəhlə 
və qulluqçular üçün isə 2 min təşkil edir. Ibtidai məktəbi bitirən 
şagirdlər, bir qayda olaraq, 3,5 min heroqlif bilirlər. Ümumilikdə Çin 
yazısında heroqliflərin sayı 50 mindən çoxdur, ən çox işlənənlər isə 7 
minə yaxındır.  
 Xalq hakimiyyətinin ilk illərindən təhsil sistemində böyük 
uğurlar əldə olundu. Ümumtəhsil və ali məktəblər geniş vüsət aldı. XX 
əsrin 60-cı illərində artıq 40 mln. insanın, əsasən fəhlə və qulluqçuların 
savadsızlığı aradan qaldırılmışdır. 1964-cü ildə keçirilən ilk 
siyahıyaalmanın nəticələrinə görə müəyyən edilmişdir ki, ölkədə 
əhalinin savadsızlıq səviyyəsi 38%-dək azalmışdır. Bu dövr ərzində 
ölkədə  təhsil və maarif sisteminin sürətlə yaxşılaşdırılmasına xidmət 
edən mühüm qanunlar qəbul edilmişdir.  
  İqtisadi dəyişikliklərin  əvvəlində ölkədə  əhalinin sayı 566 
mliyona qədər artmışdır, onlardan yalnız 325,2 mln. nəfər təhsil 
almışdır: 157,1 mln. – ibtidai məktəb səviyyəsində, 52,5 mln. – orta 
məktəbin ikinci pilləsi səviyyəsində, 5,8 mln. – texnikum səviyyəsində, 
3,18 mln. – ali məktəb səviyyəsində. 2000-ci ildə Çində savadlı 
əhalinin xüsusi çəkisi artmış və bütün əhalinin 30%-ni təşkil etmişdir. 
Lakin bir çox Asiya ölkələrindən fərqli olaraq Çin əhalinin yüksək və 


 
149 
sürətlə artan təhsil səviyyəsi ilə tanınır. Çində yaşlı əhalinin yalnız 15-
17%-i (gənclər arasında 7%-ə  qədər) savadsız olaraq qalmaqdadır, 
hansı ki, Hindistanda bu göstərici 47%, Banqladeşdə – 61%, Pakistanda 
– 59%, İranda – 27%, Türkiyədə – 17%, İndoneziyada – 15% təşkil 
edir. Digər bir mühüm göstərici – 15-24 yaş qrupu arasında savadsız 
qadınların payı ÇXR-də daha yaxşı  vəziyyətdədir. Bu son iyirmi ildə 
savadsızlıqla mübarizənin effektliyini göstərir və dolayı yolla qadının 
ailə  və  cəmiyyətdə mövqeyindən xəbər verir. Çində bu göstərici cəmi 
4% təşkil edir. Hindistanda isə bu indikator 44%, Banqladeşdə 63%, 
Pakistanda 61%, İranda 10%, Türkiyədə 8% və  İndoneziyada 4%-ə 
çatır.  
Bu rəqəmlərdən də göründüyü kimi savadsızlığın aradan 
qaldırılması sistemində böyük uğurlara baxmayaraq bütün ölkə əhalisi 
və onun savadlı hissəsi arasında nəzərə çarpacaq disbalans mövcuddur. 
Təbii ki, təhsildə bu cür gerilik iqtisadiyyatın və ümumilikdə 
cəmiyyətin sonrakı inkişafına şübhəsiz təsir edir və təsir edəcəkdir.  
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin, o cümlədən ABŞ 
təcrübəsi göstərir ki, milli gəlirin yarısı  işçi qüvvəsinin təhsilinin 
artmasının nəticəsidir. Yaponiyada aparılan tədqiqatlara görə, işçilərin 
təhsil səviyyəsi texniki dəyişikliklərə  təsir edir: əgər işçilərin təhsil 
səviyyəsi bir dərəcə qalxarsa, texnikanın səviyyəsi - 6% artır. Adətən, 
təhsilin səviyyəsi nə  qədər aşağıdırsa, ölkənin milli gəliri bir o qədər 
azdır.  
Bu prinsipdən çıxış edərək Çində iqtisadiyyatın yenidən 
formalaşması, təhsil sahəsində Çin spesifikasını  nəzərə alan təhsil 
sisteminin qurulması  məqsədini güdən yeniləşmə ilə parallel 
aparılmışdır. Nəticədə təhsil sistemində 55 illik inkişaf və islahatlardan 
sonra bu dövlət ayağa duraraq möhtəşəm uğurlar əldə etdi və yeni əsrə 
yeni həyat gücü ilə daxil oldu.  
XX yüzilliyin doxsanıncı illərindən başlayaraq Çində “ölkənin 
elm və texnikanın inkişafı  əsasında tərəqqisi” strategiyası  həyata 
keçirilir. Bununla əlaqədar ölkədə təhsil sisteminin yeniləşdirilməsinin 
yeni mərhələsi başlandı. Modernizasiya strateji mövqe tutdu və bu 
sahənin önəmli inkişafı başladı.  
Çinin müasir təhsil sistemi özlüyündə nəyi ifadə edir?  
Çin Xalq Respublikası  təhsil müəssisələrində  təhsil sisteminə 
məktəbəqədər təhsil, natamam orta məktəb, tam orta məktəb, ali 
məktəb, aspirantura daxildir. Bu dərəcələrə bölmələrə uyğun olaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə